Microsoft Word Qebele-Son variant



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə11/43
tarix24.06.2018
ölçüsü0,61 Mb.
#50972
1   ...   7   8   9   10   11   12   13   14   ...   43

faciəsidir. Böyük xoşbəxtlikdir ki, Azərbaycanda yaşayan bütün xalqlar ölkəmizin bütün 
yerlərində özünü doğma evindəki kimi hiss edir. Bu, bizim nailiyyətimizdir. Biz bəlkə  də 
buna öyrəşmişik, gündəlik həyatda buna fikir vermirik və düz də edirik ki, fikir vermirik. 
Çünki bu amil, bu problem Azərbaycanda yoxdur. Çünki Azərbaycanda yaşayan bütün 
xalqlar mənim qardaşlarımdır və Azərbaycan Respublikasının prezidenti kimi mən 
Azərbaycanda yaşayan bütün xalqların təminatçısı və dövlət başçısıyam” – deyə ölkənin 
gələcəyi üçün indi hökm sürən sabitlik, əmin-amanlıq və asayişi bundan sonra da qorumağı 
tövsiyyə edir. 
Udi icması adından prezidentə  məlumat verilir ki, bu az saylı xalqın nümayəndələri 
Heydər  Əliyevin qayğısını hiss edib və indi də  İlham  Əliyevin onlara olan diqqətindən 
çox razıdırlar. Udinlər bildirir ki, adətən, çaxnaşma məqamlarında daha çox zərbə azsaylı 
xalqlara dəyir o cümlədən bu əhali üçün 1988-1992-ci illər ağır olub.  Heydər  Əliyevin 
hakimiyyətə qayıtması və respublikada səksəkəsiz yaşayış mühiti, siyasi sabitlik yaratması 
udilərə böyük xoşbəxtlik nəsib edib. “Sizin də başqa sahələrdə olduğu kimi, milli 
məsələdə də yeritdiyiniz siyasəti tam müdafiə edirik, bəyənirik və Sizə sağ olun deyirik
cansağlığı diləyirik. Respublikamızın gələcəyi naminə Sizə uzun illər uğurlu fəaliyyət 
arzulayırıq”- deyə udi nümayəndəsi çıxış edib... 
Azərbaycan prezidenti Qəbələyə  səfəri çərçivəsində zona müşavirəsi keçirir. Bu 
müşavirədən bəzi yadda qalan məqamları ona görə diqqətinizə  təqdim edirik ki,  dövlət 
əhəmiyyətli bu tədbirdə deyilən hər bir fikir bugünkü həyatda öz əksini tapmaqdadır. 
Hansı işlər görülməlidir, nələr edilməlidir ki, bölgənin inkişafına nail olaq, yaxud ölkəyə 
gəlir gətirən sahələrin inkişafı üçün bölgədə  nəyi həyata keçirmək mümkündür. Bu 
tədbirdə baş verənləri, deyilən sözləri xatırlayanda məlum olur ki, nəzərdə tutulan 
islahatlar artıq yerinə yetirilir... 
Avqustun 19-da Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə ölkəmizin 
şimal-qərb bölgəsi rayonlarının sosial-iqtisadi inkişafına və problemlərinə  həsr olunmuş 
zona müşavirəsi bir neçə saat davam edir.  
Bölgənin inkişafı üçün yollar axtarılır, prezident məmurların hər bir çıxışını diqqətlə 
dinləyir və müvafiq tapşırıqlar verir. Müşavirədə torpaq islahatlarından tutmuş, rayonlarda 
infrastruk-turun genişlənməsi istiqamətində görüləcək işlər,  əhalinin torpaqla təminatı, 
məhsuldarlığın artımı üçün aqrolizinqlərin yaradılması, sahibkarlıq fəaliyyətinə geniş 
imkanlar verilməsi və xüsusilə turizm imkanları müzakirə mövzusuna çevrilir. 
Prezident müşavirədə rayon rəhbərlərinin çıxışlarını diqqətlə dinləyir. Qəbələdə həyata 
keçirilən layihələrlə bağlı ölkə başçısına məlumat verilir.  
2004-2008-ci illərdə görüləcək tədbirlər çərçivəsində  Qəbələdə 7 min yeni iş yerinin 
açılması nəzərdə tutulur. Görülmüş işlər nəticəsində 2074 yeni iş yeri açılıb və 3335 nəfər 
isə mövsümi işlə təmin olunub. Keçən müddət ərzində rayonda makaron fabriki, 3 qum-
çınqıl zavodu, fındıq emalı, asfalt, beton, çörək zavodları tikilib. Şəhərə içməli su kəməri 
və hər birinin uzunluğu 12-13 kilometr olan 2 suvarma kanalı çəkilib. Quşçuluq fabriki, 
ferma kompleksi inşa olunub, körpülər salınıb. “Aqrotexservis” yaradılıb və 100-dən artıq 
artezian quyusu qazılıb, kəndlərə yeni qaz xətləri çəkilib, xalça sexi istifadəyə verilib. 
Kəndlərdə yeni ATS və poçt binaları tikilib, Tarix-diyarşünaslıq muzeyi təmir edilərək 


yeni binaya köçürülüb. Tarixi Cümə məscidi bərpa olunub, səhiyyə, təhsil obyektləri təmir 
edilərək, yeni avadanlıq və inventarla təmin edilib. Ulu öndər Heydər  Əliyevin abidəsi 
qoyulub, Böyük Vətən müharibəsində  həlak olmuş insanların  şərəfinə ucaldılmış abidə, 
İsmayıl bəy Qutqaşınlının abidəsi bərpa edilib. Heydər  Əliyev adına park salınıb, yollar 
asfaltlaşıb və işıqlandırılıb, ticarət-ictimai iaşə obyektləri, inzibati binalar tikilib.  
Görüləcək işlərlə bağlı qeyd olundu ki, konserv zavodunun, spirtsiz içkilər zavodunun, 
körpülərin, sel-sularından qorunmaq üçün sahilbərkitmə  bəndlərinin, 480 yerlik 
Nohurqışlaq məktəbinin, Heydər  Əliyev muzeyinin, Heydər  Əliyev Fondu tərəfindən 2 
məktəbin, kərpic zavodunun, yeni istirahət parkının salınması, kəndlərə qaz kəmərlərinin 
çəkilməsi, Qəmərvan istisu sanatoriyasının, Nohurgöl turizm kompleksinin, ət-süd emalı 
müəssisəsinin, mebel fabrikinin, əlil və  şəhid ailələri üçün evlərin və s. obyektlərin 
tikintisi də cənab İlham Əliyevin apardığı iqtisadi siyasətin tərkib hissələrindən biridir... 
Müşavirədə  çıxış edən rayon rəhbərlərini dinlədikdən sonra prezident öz təkliflərini 
açıqladı. İnşa olunan müəssisələrinin dünya standartlarına uyğun tikilməsi üçün əlaqədar 
orqanlara tapşırıqlarını verdi. “...Mən hesab edirəm ki, çox səmərəli müzakirə aparıldı və 
qarşıda duran məsələlər bir daha nəzərdən keçirildi. Azərbaycanda yeni iş yerlərinin 
açılması prosesi o qədər sürətlə gedir ki, iqtisadiyyatımızın bütün sahələrinə öz təsirini 
göstərir. Kənd təsərrüfatının inkişafı, turizmin inkişafı, xüsusilə rayonlarda bu iki 
istiqamətdə aparılan işlər çox sürətlə getməlidir. Bunu təmin etmək üçün, bayaq dediyim 
kimi, bütün infrastruktur məsələləri öz həllini tapmalıdır…”  
Həmin müşavirə ilə bölgədə aparılan islahatların  əsası qoyuldu. İqtisadi cəhətdən 
əhəmiyyəti ilə seçilən bu dövlət tədbirindən sonra ötən vaxt ərzində baş verən yeniliklər
bölgədə aparılan yeni quruculuq işləri və yeni iş yerlərinin yaradılması istiqamətində 
atılan addımlar bu gün deməyə  əsas verir ki, bu zona müşavirəsində qeyd olunan 
məsələlər öz əksini tapdı. Dövlət başçısı  tərəfindən qarşıya qoyulan tələblər reallaşmağa 
başladıqca bölgənin inkişafı dinamik templə sürətləndi. Müşavirədə deyilən hər  bir 
çıxışdan aydın görsənir ki, tək o ərazinin deyil, bütövlükdə ölkə üçün əhəmiyyətli sayılan 
hadisələrdən söz açılırdı. Sonda isə dövlətin inkişaf strategiyasına uyğun olaraq yaradılan 
obyektlər açılmağa başladı, möhtəşəm tikintilərin inşası ilə  nəticələndi. Düz altı saata 
yaxın davam edən müşavirə bölgənin həyatında canlanmaya səbəb oldu.  Qısa vaxt 
ərzində deyilənlər doğru olduqca, günü-gündən sahibkarlığın inkişafını gördükcə elə inam 
hissləri yaranır ki, bir neçə ildən sonra daha da möhtəşəm bir diyarın sakinlərinə 
çevriləcəyik… 
Qəbələyə  səfərindən sonra ölkə başçısı daha yeni bir sənədi imzalayır. Bu bölgənin 
inkişafı üçün labüd olan  tədbirlər planını  təsdiqləyir və  əlaqədar təşkilatlara tapşırıqlar 
verir. 
Azərbaycan Respublikası regionlarının, o cümlədən Qəbələ,  İsmayıllı, Oğuz və 
Şamaxı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə  tədbirlər 
haqqında Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2005-ci il tarixli sərəncamı 
qüvvəyə minir... 
 
 


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə