Microsoft Word Qebele-Son variant



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə7/43
tarix24.06.2018
ölçüsü0,61 Mb.
#50972
1   2   3   4   5   6   7   8   9   10   ...   43

Yerdən səslər: Taxıldır, qarğıdalıdır. 
Heydər Əliyev: Mal-qaranız var? 
Yerdən səslər: Var. 
Heydər  Əliyev:  İndi kolxoz, sovxoz ləğv olundu. Vaxtilə, o illərdə  mən işləyəndə
yadınızdadır, bunların hamısı vardı.  İndi hər  şey dəyişilibdir. Biz müstəqil olduq, bazar 
iqtisadiyyatı yolu ilə gedirik. Şəxsi mülkiyyəti təmin etmişik, torpağı, mal-qaranı 
kəndlilərə paylamışıq, insanlara sərbəstlik vermişik. Kim bundan istifadə etməyi 
bacarırsa, işləyirsə, vəziyyəti də yaxşıdır. Amma kim bunu bacarmırsa? 
Keçmişdə, bizim o sistemdə, - mən özüm 25-30 il həmin sistemin rəhbəri olmuşam, - 
belə idi ki, 15-i işləyirdi, 15-i də onların hesabına yaşayırdı. Elədirmi? İndi o yoxdur. İndi 
hər şey insanların özünə verilibdir. Kim bunlardan istifadə edə bilirsə, yaxşı yaşayır. Kim 
istifadə edə bilmirsə, yaxşı yaşamır. O ki, qaldı rayon mərkəzlərinə,  şəhərlərə, bəli, 
buralarda torpaq, heyvan yoxdur, belə yerlərdə  işsizlik var, bu, təbiidir. Bunun da 
səbəbləri var. Amma biz çalışırıq ki, rayon mərkəzində, şəhərlərdə iş yerləri açaq. Bu da 
asan deyildir. Çünki indi dövlət müəssisələrini yaratmaq olmaz. Olanların da, bilirsiniz ki, 
bir hissəsi dağılıb getdi, bir hissəsi istənilən səviyyədə işləmir. Çünki onların hamısı sovet 
sosialist sisteminə uyğunlaşdırılmışdı. İndiki bazar iqtisadiyyatı şəraitində və bütün başqa 
ölkələrlə, yəni kapitalist ölkələri ilə  əlaqələrə girmişik, biz onların yaşadıqları kimi 
yaşamalıyıq və yaşamaq istəyirik. Ona görə də, əlbəttə ki, indi çətinliklər var. 
Asif Haşımov (kənd bələdiyyəsinin başçısı):  Cənab prezident, Sizə  məlumat üçün 
bildirmək istəyirəm ki, islahatdan əvvəl kəndimizdə 6 kombayn vardı, indi 8 kombayn 
var. Qonşu kənddə iki xarici kombayn da var. Taxıl yığımı zamanı kombayn sarıdan bir az 
çətinlik olur, amma təcili də aradan qaldırılır. Yadıma gəlir ki, kolxoz dövründə biçin 
kampaniyası avqust ayının axırına qədər davam edirdi. İndi biçin iyulun ortalarında 
qurtarır. Keçən il Qəbələ rayonu 42 min ton taxıl istehsal etmişdi. Bu il də  Qəbələnin 
ehtiyacını ikiqat, üçqat ödəyəcək taxılımız var. 
Heydər Əliyev: Qəbələ rayonu nə qədər taxıl verir? 
Asif Haşımov: Keçən il 42 min ton taxıl istehsal etmişik. Bu il isə üç ay dalbadal 
yağış yağdığına, hava şəraiti əlverişsiz keçdiyinə görə taxıl qismən az oldu. Amma Qəbələ 
camaatının ehtiyacından çoxdur. Burada çörək problemi yoxdur. Camaat arzu edərdi ki, 
burada turizmin inkişafı sahəsində iş görülsün. Bizim çox gəzməli, görməli yerlərimiz var. 
O yerlərə müəyyən investisiya qoyulsa, özümüz də bacardıqca kömək edib problemləri 
aradan qaldıracağıq. Hər halda, kəndimizin 4-5 il bundan əvvəlki vəziyyəti ilə bugünkü 
görünüşünü müqayisə edənlər bilirlər ki, burada gündən-günə inkişaf var. İndi bizim 
kəndimizdə mobil telefon xidmətindən istifadə etmək üçün gördüyünüz bu qurğu da 
quraşdırılmışdır. Bu AZƏRCELL rabitə xidməti üçündür. 
Heydər  Əliyev: Bu, sənin cib telefonun üçündür? Burada neçə adamda cib telefonu 
var? 
Asif Haşımov: Kəndimizdə 400-500 nəfərdə cib telefonu var. 
Heydər Əliyev: Bir kənddə? 
Yerdən səslər: Bəli. 


Heydər  Əliyev:  Əhalinin vəsaiti olmasa, cib telefonu saxlaya bilər? Məsələlər var, 
bunları həll etmək olar. Məsələn, televiziya ötürücüsü məsələsini həll etmək mümkündür. 
Elektrik enerjisində bir neçə ildir ki, çətinliklər var. Amma siz təsəvvür edin, əgər vaxtilə 
biz - bunu deyirəm ki, siz bir də biləsiniz, bunları əvvəllər Azərbaycanda işləyəndə mən 
özüm etmişəm, - böyük elektrik stansiyalarını tikməsəydik, Sovet İttifaqı dağılandan və 
biz müstəqil olandan sonra elektrik enerjisi heç olmazdı. O vaxtlar tikmişik, indi onlardan 
istifadə olunur. Ancaq onların bəziləri artıq köhnəlir, bəzisini təmir etmək lazımdır. 
Amma siz indi az-çox elektrik enerjisi alırsınız. Pulunu verirsinizmi? 
Yerdən səslər: Qismən veririk. 
Heydər  Əliyev:  Amma siz bilməlisiniz ki, Azərbaycan üzrə bütün əhali işıq və qaz 
pulu, su pulu vermədiyinə görə, hökumət məcbur olur ki, büdcədən 350 milyon dolları 
həmin elektrik enerjisini istehsal etmək, qaz almaq üçün, - biz qazı Rusiyadan da alırıq, - 
su üçün vəsait ayırır. Gələn il üçün bizim büdcəmizin ümumi həcmi 1 milyard 200 milyon 
dollar nəzərdə tutulur. İndi təsəvvür edin, əgər biz qaz, işıq, su pulunu əhalidən ala 
bilsəydik, bu 350 milyon dolları biz ora xərcləməzdik, camaatın vəziyyətinin 
yaxşılaşdırılmasına yönəldə bilərdik. Siz bilməlisiniz, biz elektrik enerjisini istehsal 
edirik, onun dəyərinin  əksər hissəsini ala bilmirik. Təbii qazı Rusiyadan da alırıq, 
paylayırıq, pulunu yığa bilmirik. Keçid dövrünün bu cür çətinlikləri var. Sizin kəndə qaz 
gəlir, yoxsa yox? 
Yerdən səslər: Rayon mərkəzinə qaz gəlir. 
Heydər Əliyev: Mənə dair başqa sözünüz varmı? 
Yerdən səslər: Sizin sağlığınızı istəyirik, yolunuz açıq olsun! Bizimlə görüşdüyünüzə 
görə çox sağ olun. 
Heydər  Əliyev: Yaxşı, bu dediyiniz sözlərdən savayı, hökumətə deyiləsi sözünüz, 
hökumətin fəaliyyəti haqqında nə kimi fikriniz var? 
Yerdən səslər: Qəbələ rayonunda tütün istehsalına kömək etmək lazımdır. 
Heydər  Əliyev: Keçmişdə tütün fabrikləri vardı. Onlar bu tütündən o keyfiyyətdə 
siqaret istehsal edə bilmirlər. Buna görə  vəziyyət belədir. Başa düşürsünüzmü? Amma 
bununla mən onu demək istəyirəm ki, biz çıxılmaz vəziyyətdəyik. Biz məsələni həll 
edəcəyik. Amma bunun səbəblərini bilməlisiniz. Səbəbləri nədir?  Əvvəllər, sovet vaxtı, 
ola bilərdi ki, adamların 1 faizi xarici siqaret çəkirdi.  İndi kimi görürsən, xarici siqaret 
çəkir. Ona görə siz bunları bilməlisiniz. Amma mən də bilirəm. Bu işləri vaxtilə  mən 
təşkil etmişəm. Mən 1969-cu ildə Azərbaycanda rəhbər işə başlayanda ildə cəmi 8 min ton 
tütün istehsal olunurdu. Mən isə onu 50 min tona qaldırdım. Başa düşürsünüzmü? Bu 
sahədən də çoxlu gəlir götürülürdü. Tütündən gələn gəliri başqa sahələrin heç birindən 
almaq mümkün deyildi. Çalışacağıq ki, bunları da həll edək. Siz öz imkanlarınızdan 
maksimum istifadə etməyə çalışın, biz bu dövrü keçəcəyik və hamı üçün hər  şey yaxşı 
olacaqdır. Baxıram, maşallah, hamınız sağ-salamatsınız, gümrahsınız, gözəlsiniz. Ac-
susuz yoxdur. 
Yerdən səslər: Ömrünüz uzun olsun, sağ olun. 


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə