Microsoft Word Qebele-Son variant



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə43/43
tarix24.06.2018
ölçüsü0,61 Mb.
#50972
1   ...   35   36   37   38   39   40   41   42   43

Kənd əhalisini narahat edən bir çox məsələlər öz həllini tapır. Daha əvvəlki illər kimi 
cavanlar iş axtarmaq adı ilə  məmləkəti tərk etmirlər.  Əksinə uzun müddət oralardan 
ayrılanlar yenidən kəndinə dönür, ata yurdunun işığını yandırırlar. Burada qurulan 
elektron telefon xidməti kəndlə paytaxtı  nə  qədər yaxınlaşdırırsa, müasir standartlara 
cavab verən enli yollar, tibbi xidmət insanlara şəhər əhalisi kimi rahat həyat vəd edir. Hələ 
şəhərdən fərqli olaraq buradakı insanlar quşların səsinə oyanır, gözləri həyat lövhələrinin 
canlı seyrçisi olur, zəif meh ruhlarını oxşayır,  əsəbləri sakit, ömürlərini yaşayırlar. XXI 
əsrin başlanğıcında Azərbaycanda doğan günəş odlar yurdunun hər bölgəsinə yeni həyat 
bəxş etdiyindən, svilizasiyanın astanasında olan kəndimizin müasir aləmi bir daha sübut 
edir ki, ölkəmizin taleyi etibarlı əllərə tapşırılıb. 
 
 
SƏNƏT NÜMUNƏLƏRİ VƏ  
SÜFRƏ MƏDƏNİYYƏTİ 
 
Özü qədim olan yurdun sənəti, sənətkarlığı da ulu olduğu üçün  burada ustaların 
yaratdıqları möcüzələrin tayı-bərabəri yoxdur. Vaxtilə qiymətli eksponatların diyarı olan 
bu torpaqda qədimdən qalan sənət əsərləri sübut edir ki, ən incə sənətin xiridarları burada 
da yaşayıblar.  İstər daş abidələrdəki yazılar olsun, istərsə  də paytaxt Qəbələnin qala 
divarlarındakı hörgü, ya da ərazisindən tapılmış müxtəlif dövrə aid əşyalar, fərqi yoxdur 
hamısında sənət aləminin özəlliklərinə xas cəhətlər var... 
Bu gün də Qəbələ öz sənətkarları ilə öyünür. Burada çay daşlarından tikilən evlər elə 
məharətlə inşa edilir ki, hörgünün estetik gözəlliyinə fikir verən usta, eyni zamanda 
möhkəm təməli olan bir bünövrənin əsasını qoyur. Çətin zəhmət bahasına başa gələn daş 
yonmaq işi ustadan möhkəm əzələ, güc, qüvvət tələb edir. Nəticədə tikilən evin əzəmətli 
görünüşü onu yaradanın  şöhrətini artırır, həm də insan övladı özünün yaratdığı “sənət 
əsəri”ndən ilham alır. Qəbələdə ümumiyyətlə çay daşlarından çox istifadə edilir. Professor 
Məşədixanım Nemət deyir: “çay daşları üzərində yazı, daş oyma sənətinin inkişafı 
qədimdir və bu sənət o qədər çətindir ki, onları daş üzərinə  həkk edənlər və  əsrlərdən 
əsrlərə ötürənlər öz şücayəti ilə qədim mədəniyyətimizin  mövcudluğunu tariximizdən bu 
günə ərməğan ediblər”.  
Burada yerli xammal olan çay daşlarından daha çox istifadə edilir ki, hər an təbiətin 
təzyiqinə məruz qala bilən insan qəfil bir hadisənin qurbanına çevrilməsin. Möhkəmliyilə 
sel təhlükəsindən, qasırğalardan, elə  zəlzələlərdən də qorunmaq mümkündür. Çay 
daşlarına, onun inşaatda istifadəsinə maraq güclü olduğu üçün digər rayonlara da daşınır. 
Ərazidə inşa edilən möhtəşəm tikililərdə də çay daşları ilə müxtəlif şəbəkəli işləmələr 
üstünlük təşkil edir... 
O ki qaldı ağac üzərində yaradılan sənət əsərlərinə, bu barədə Qəbələli sənətkarın adı 
dillərə düşüb. Çünki  bu bölgəyə  gələnlər yol kənarında təbii ağacdan düzəldilmiş  əsl 
sənət  əsərlərini görməmiş deyillər.  Əl işləriylə  məşhur olan Şahin Rəhimovun  əlinin 
məhsulu yerli  və xarici turistlər tərəfindən yüksək qiymətləndirilir. Sənətkar müxtəlif 
ölçüdə xırda və böyüklüyündən asılı olmayaraq üzərində işlədiyi ağacda lazımi cizgiləri 


elə  məharətlə  cızır ki, nəticədə qarşında həqiqətə  bənzər varlığın ancaq doğru təsvirini 
görürsən və bir az da ona sənətkar fantaziyası qatılanda daha möhtəşəm olur. Qiymətli 
ağaclardan hazırlanmaqla bərabər həm də  gərgin  əmək sərf edildiyi üçün bu məhsullar 
böyük həvəslə alınır. Çünki aldıqları dünyanın heç bir yerində olmayan, xırda əl əməyi  ilə 
işlənmiş elə  sənət nümunələridir ki, mahir ustanın məharətini nümayiş etdirir. Dəfələrlə 
sərgilənən  əl inciləri, ağac fiqurlar sənətkarın yüksək zövqündən xəbər verir.   
Xalçaçılıq sənəti də bölgədə ta qadimdən qalan xalq tətbiqi sənət nümunəsidir. Bu 
sənət inkişaf edərək yeni üslubları ilə özünün təşəkkül dövrünə  qədəm qoyub. Rayon 
əhalisinin  əksəriyyətini ləzgilər təşkil etdiyi üçün qoyunçuluqla məşğul olanlar yundan 
məişətdə çox istifadə edirlər. Ləzgi xalçaları  təbii ipliklərdən  ərsəyə  gəldiyi üçün onun 
toxunuşuna qədər bütün proseslər qadının öz əlindən çıxır.  İpi  əyirən xanım onu özü 
istədiyi kimi boyayır, gördüyü rəng dünyasının bütün çalarlarını bitkilərin köməyi ilə əldə 
edir və solmayan təbii iplikləri naxışlara, ilmələrə  həkk eləyir və allı güllü xalıları    ilə 
könül oxşayır. Qoyun sürüləri ilə arana, yaylağa və yaxud qışlağa köç eləyəndə xanımlar 
allı-güllü xalçalar, xurcunlar, yun koftalar, rəngarəng saplardan hörülmüş uzun corablar, 
bir sözlə gözlərinin nuruyla toxunan çoxlu əl işləriylə  geri dönürlər. Qızlara cehiz 
verilərkən bahalığına baxmayaraq əl ilə toxunma xalçaya üstünlük verilir. Hər qız mütləq 
bir dənə də olsa belə xalça aparmalıdır... 
Burada bir neçə xalça sexi fəaliyyət göstərir və qədim sənətin, xalçaçılığın sirləri gənc 
nəslə öyrədilir... 
Qədim sənət növlərindən sayılan dulusçuluq da inkişaf edib. Misgərlik sənətini 
yaşadanlar da az deyil. Bir sözlə tez-tez təşkil olunan sənətkarlıq nümunələrinin sərgiləri 
də  məhz bu məqsədə xidmət edir. Yerli məhsulların, milli-mənəvi dəyərlərin təbliği 
istiqamətində bu tədbirlərin əhəmiyyəti böyükdür... 
Kulinariya sənətinin də bölgəyə xas cəhətləri var. Müxtəlif beynəlxalq müsabiqələrdə 
Azərbaycan mətbəxi qalib olub, kulinarlarımız diplomlara layiq görülüblər. 
Respublikamıza gələn xarici vətəndaşlar da dəfələrlə bizim yeməklərin ləzzətindən ürək 
dolusu danışırlar. Elə bu bölgənin də özünəməxsus yeməkləri vahid kulinariyanın tərkib 
hissələrindən biri olmaqla bişirilmə üsuluna görə fərqlənir.  
Plov bizim ən çox sevilən yeməklərdən biridir. Yeməklərin  şahı sayılan aşın əlli beş 
növü var. Plovu bölgələrdə  müxtəlif cür dəmləyirlər. Qəbələdə ən çox bişirilən döşəməli 
aşdır. Plov dəm alarkən qoxusu aləmi götürür. Bir-biri ilə dadı-tamı qarışan  ərzaqlar o 
qədər ləzzətli olur ki, dadından doymaq qeyri-mümkündür...  
Təndirdə bişirilən hinduşka fırlaması adətən bayramlarda, əlamətdar günlərdə 
hazırlanır. Bunun da öz səbəbi var. Çünki təbii od üzərində, qaynar təndirdə fırladılan ətin 
qoxusu  ətrafı bürüdüyü üçün hamının bayram elədiyi bir gündə belə yeməklərin 
bişirilməsi məqsədəuyğundur. O zaman hansı həyətin yanından keçsən oxşar yeməklərin 
ətrini duyursan. Çünki şabalıdı, ağartısı, toyuq- cücəsi bol olan kəndçinin bayram günündə 
yaxşı süfrə açması üçün imkanı var ki, həmin günü  qapısına gələni  istədiyi kimi 
qarşılasın... 
Qəbələdə dovğaya çöldə-çəmənlikdə bitən göyərtilər tökülür. Həyətdə bitən 
göyərtilərdən söz düşmüşkən müxtəlif yeməli tərəvəzlər düyü ilə bişiriləndə və ona əldə 


düzəldilmiş duru turşu əlavə olunanda yemək həm dadına görə ləzzətli, həm də müalicəvi 
əhəmiyyətilə  təsirli sayılır. Min bir şəfalı  tərəvəzlərdən hazırlanan məlhəm bədəni 
yumşaltmaqla bərabər, insana nəfis dad da bəxş edir...   
Şəkərbura, paxlava kulinariyamızda əsas yeri tutan bişinti məmulatından sayılır. İçlik 
üçün lazım olan qoz-fındığın bolluğuna görə burada ləpədən yetərincə istifadə edilir...  
Üçqulaq paxlava ən çox hazırlanan un məmulatları  sırasındadır. Lentvari yuxalar 
kəsilir, aralarına qozdan, yaxud fındıqdan içlik qoyulur və üçqulaq formada bükülür, 
qurudulur. Sonra isə  kərə yağında qızardılaraq isti-isti  çay süfrəsinə verilir. Kalorili 
olduğu üçün doyumlu olur, həm də sözün əsl mənasında ləzzəti də damaqlarda qalır. 
Çay süfrələrini əl ilə dərilən moruq, xırda dağ çiyələyi, böyürtkən, itburnu ləçəyi, qoz, 
heyva, şaftalı və sairə mürəbbələr bəzəyir. 
Kölgədə qurudulan quru meyvələrdən adətən yaşlı insanlar istifadə edirlər.  İnsan 
orqanizminə xeyirli olduğu deyilir. Kənd  əhalisi ümumiyyətlə  qənddən az bəhrələnir, 
şəkər tozundan hazırlanan  şirniyə üstünlük verirlər. Qaynayan şəkərli suya hətta qoz 
ləpəsi, bir az bal, yaxud bəhməz əlavə edərək şirni bişirirlər.  
Min bir naz nemətlə hazırlanan göy qutabı, yağlı qat-qat sac fəsəlisi, yağda qovrulan 
quymaq, süd çörəyi və sairə yeməklər nənələrin boxçasından götürülüb. 
Həmzəlli sənətkarları qoz halvası ilə  məşhurdur. Yerli camaat onu məharətlə 
hazırlayır.   
Çörəyin özü kəndlərdə müxtəlif cür bişirilir. Üzü yumurtalı  təndir çörəyi ilə  bərabər 
qışda peç üzərində acıtmalı (yuxadan dörd-beş  dəfə qalın  olur) uzun lavaşlar salınır, 
əsasən dəyirman unundan yoğrulan (qara un) bu çörəyin özünə  məxsus dadı  və qoxusu 
var. Yazda isə birinci növ undan nazik yuxalar yayılır.  
Qışa tədarük görüldüyü üçün qadınlar naümid qalmırlar. Tərəvəz məhsullarından 
bağladıqları balonlar, xüsusən də  ağ xiyar tutmasının dadı isə ölkəmizin hər yerində 
sevilir. Alça və zoğaldan duru və quru turşular düzəldilir və müxtəlif yeməklərə qatılır. 
Otlardan, müalicəvi bitkilərdən dəstə-dəstə qurudulur ki, lazım olanda kara gəlsin. Çünki 
kəndlərdə çobanyastığı, itburnu, andız kökü, yarpız, çaytikanı,  əvəlik, kəkotu, 
boymadərən, dazı otu və digər müalicəvi bitkilər var. Onların təsirini bilən yerli camaat 
istifadəsinə də çəkinmir.  
Kabablıq  əti çayotu və soğanla basdırma eləyəndə bişirilər-kən bihuş olursan. Və 
yaxud  həyətdəki meyvələrdən çəkilən şərab nəinki  bəzi şad məclislərdə həvəslə içilir, 
həm də onun özü müalicəvi olduğundan bəzən həkimlər tərəfindən xəstəyə tut və zoğal 
arağından azacıq acqarına istifadə etmək məsləhət görülür. 
Qəbələyə  gələn qonaqlar mətbəximizin  ən zəngin yeməkləri ilə tanış olur, bütün bu 
təamlardan dadır, zövqlə  işlənən  əl incilərinə  dəyər verir, sənətkarların hazırladıqları 
əsərləri alır və bölgədən məmnun qayıdırlar. 
 
 
 
ÖVLAD BORCU 
 


Bir vaxtlar mənim üçün adi görünürdüsə, ondan ayrılanı zaman-zaman qəribsədiyim, 
doğmalaşdığım, payızına, qışına həsrət qaldığım, dünyanın  ən  şirin neməti saydığım bir 
varlıqdır Qəbələ. Çox yerləri gəzdim, fərqli məkanların qonağı oldum, ancaq öz 
torpağımda gördüyüm özəllikləri heç bir yerdə hiss etmədim.  
Dəniz səviyyəsindən 1000 metr yüksəklikdə bitən şabalıd ağacının əzəmətinə tay olan 
bir iri gövdəyə rast gəlmədim. Gördüyüm heyvanların heç birində oxşarlıq sezmədim.  
Hətta Qəbələnin hər bir sakini belə paytaxtın minlərlə insanları arasında seçilir. 
Dilindəki “Şeşpər baba” kəlməsi, kəlməbaşı “can” sözünü işlətməsi bu rayonun övladı 
olduğunu agah edir. Harada yaşamasından asılı olmayaraq şirin ləhcəsindən dağlar 
diyarında doğulduğu, buranın havasını udduğu, suyunu içdiyi bəlli olur... 
Qəbələdə yaşayanlar isə son hadisələrdən olduqca məmnun-durlar. 
Əziz oxucu, bu qeydlərimlə rayonun bugünkü simasını canlandırmaq istədim. Bir 
vaxtlar bura inkişafdan geri qalan məkan idisə, indi həmin barlı-bərəkətli bu zəngin 
diyarda həyat tamamilə dəyişib. Ötən bu beş il ərzində misli görünməmiş yeniliklər baş 
verib. Ölkə əhəmiyyətli müəssisələr işə düşüb, yüzlərlə iş yeri açılıb.  
Hər sahədə  uğurlar  əldə edilib. Rayon məktəblərində maddi texniki baza 
möhkəmlənib,  ən ucqar dağ  kəndlərində  uşaqların təhsil alması üçün dövlət tərəfindən 
proqram həyata keçirilir.  
Səhiyyədə dönüş yaranıb. Müasir Diaqnostika Mərkəzinin açılışı ilə  hətta qonşu 
rayonların  əhalisi üçün də  nəzərdə tutulan, bütün zəruri avadanlıqlarla təchiz olunan 
nəhəng tibb müəssisəsi insanların ixtiyarına verilib. Hər bir kənddə yeni tibb 
məntəqələrinin tikintisinə başlanıb.   
Qəbələ  kəndlərinin hamısında rabitə var. Mərkəzdən uzaq olan hər bir xırda kənd 
sakini də elektron rabitədən faydalanır.  
Kəndlərin bəziləri qazla təmin edilib və gələcəkdə hər bir vətəndaşın mavi yanacaqdan 
istifadəsi üçün zəruri işlər görülür. Əgər qısa vaxt ərzində rayonda bu qədər  əsaslı 
dəyişikliyin şahidi oluruqsa, deməli kəndlərin hamısının qazlaşması da müm-künləşəcək. 
Rayonun 64 yaşayış məntəqəsinə qiyabi də olsa nəzər saldıq. Düzdür hər kəndin bütün 
özəlliyini canlandırmaq, bir kitabda hər  şeyi təfərrüatı ilə  işıqlandırmaq mümkün deyil. 
Ancaq məqsədim bu sürətli inkişafı nəzərə çarpdırmaq və faktların dili ilə kəndlərimizin 
abadlaşmasını, orada insanların artımını göstərmək idi. Bu gün məhz dağ  kəndlərinin 
problemləri həll edildiyindən, bir vaxtlar Rusiyaya və paytaxta iş axtarmaq ümidi ilə 
gedən cavanlar indi əlini-qolunu çırmalayıb öz dədə-baba yurdunda çalışmağa başlayıb.   
Kəndləri bir-bir yada salmaqla, ziyalılıq səviyyəsindən söz açmaqla bildirmək 
istəyirəm ki, təbiəti  əsrarəngiz, torpağı  bərəkətli olduğu kimi insanları da zehnli, 
düşüncəlidir. Əgər hər bir yurd yerimiz bu beş ildə, Cənab İlham Əliyevin ilk prezident 
olduğu dövrdə canlanıbsa, onda növbəti beş ildə bizi daha böyük uğurlar gözləyir. O 
zaman yenidən hər tərəfi qarış-qarış  gəzəndə, kəndləri dolaşanda,  Şahdağın zirvəsindən 
boylananda Qəbələnin qeyri-adi gözəlliyindən və burada insan əli ilə yaradılan 
möcüzələrdən heyrətə gələcək, ölkəmizin bu inci parçası ilə dünyaya meydan oxuyacağıq. 
Turizmin inkişafı ilə Qəbələ ölkə büdcəsinə yüksək gəlir gətirəcək. Dövlətin bu sahəyə 
dair tədbirləri artıq reallığa çevrilib. İndi uca Qafqaz dağlarının qoynunda yaradılan 


turizm müəssisələrində xarici vətəndaşlara xidmətin təşkili üçün yerli mütəxəssislər 
hazırlanır.     
İkinci dəfə xalq İlham  Əliyevi prezident vəzifəsinə layiq gördü. Deməli, növbəti 
inkişaf xətti ilə Azərbaycanın hər bir diyarında, hər bir vətəndaşın həyatında  əlamətdar 
hadisələr baş verəcək. Qüdrətli dövlətin, zəngin ölkənin vətəndaşları  İlham  Əliyev 
siyasətinin uğurları sayəsində sözün əsl mənasında tarix boyu arzuladığı  həqiqəti dərk 
edəcək. Müstəqil ölkənin azad yaşayan hər bir sakini, hər bir azərbaycanlı bir daha öz 
prezidentinə dəstək olacaq... 
 
 
                                                       
 
 
 
 
 
 
 
 
 
 


İstifadə olunan mənbələr 
 
Mirzəzadə A. “Azərbaycan, zaman, inkişaf” Bakı, Azərbaycan Nəşriyyatı, 2008. 
Qasımov A. “Taleyi tarixə dönən şəxsiyyət”. Bakı; Təhsil nəşriyyatı, 2004. 
Nemətova M. “Azərbaycanda Pirlər”. Bakı; Azərbaycan Dövlət Nəşriyyatı, 1992. 
Nuriyev E.  “Şəki-Zaqatala zonasının toponimiyası”. Bakı; Elm nəşriyyatı, 1986. 
Məmmədov R..  “İnsanlar, talelər, ziyalılar”. Bakı; Cik-cik nəşriyyatı, 1996. 
ASE. 10 cilddə. Bakı; 1983. 
“Qəbələ” qəzetinin 2008-ci il materialları. 
 
İnternet resursları: 
http: //www. president. az 
http: //www. ilham-aliyev.az 
http: //www. azerbaijan.news.az 
http: //www. apa.az 
http: //www. azertag.com 
http: //www. anspress.com 
http: //www. aztv.az 
http: //www. lent.az 
http: //www. azadazerbaycan.com 
http: //www. gilanholdinq.az 
http: //www. mct. gov.az 
http: //www. qfk. 
http: //www. qebele-ih.gov.az 
 
 
 
 
 
 
 
 


 
ŞƏLALƏ MƏHYƏDDİNQIZI 
 
QƏBƏLƏ QAFQAZIN İNCİSİ
 
 
Bakı–2009 
 
 
 
Texniki redaktor: Cəsarət Qasımov 
Dizayn: Orxan Həsənov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Cəmi: 16. Formatı 60х90
1

16
 
Sifariş: 101. Sayı: 1000 


 
 


 
 
 
 
 
 
 
 
 
 


 
 
 
 
 
 


 
 


 
 


 
 


 
 


 
 


 


 


 


 

Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə