Microsoft Word Qebele-Son variant



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə40/43
tarix24.06.2018
ölçüsü0,61 Mb.
#50972
1   ...   35   36   37   38   39   40   41   42   43

codluğunu itirmiş olsa da, çürümüş cecəli iynə tikanlar yenə barmaqların qənimidir. 
Şabalıd yığımında  ən ağır proses başlayır. Qız-gəlinlər daha çox bu zaman əziyyət 
çəkirlər. Güclə  ərsəyə  gələn meyvə istənilən vaxt satılır. Xüsusən bayramlarda yaxşı 
satıldığından bazarlara da elə həmin ərəfələrdə çıxardılır. Bir sözlə, şabalıd Qəbələlilərin 
çörək ağacı, pul kisəsidir. 
Dövlətimiz də bu nadir meşə  sərvətinin qorunması istiqamətində xeyli işlər görüb. 
Rayonda şabalıd meşələrinin salınması, onlara qulluq uzun illərdir ki, meşə işçilərinin ən 
mühüm vəzifələrindən biri sayılır. Hektarlarla şabalıd meşələri yaradılıb və meşə 
təsərrüfatının işçiləri tam gücü ilə səfərbər olublar ki, bu nəhəng gövdəli ağaclar sabahkı 
nəslə etibar olunsun. Ancaq bu məsələdə problemlər yaranıb. 
Son illər  şabalıd ağaclarının kütləvi quruması faktı qeydə alınır. Bu qiymətli ağacın 
kökü kəsilmək üzrədir. Hələ də Qəbələ əhalisi cavan ağacların məhv olmasının səbəbini 
aydınlaşdıra bilmirlər.  Əsasən də qoca şabalıdlardan fərqli olaraq yeni ağaclar sıradan 
çıxır. Yaşlı şabalıdlar isə ömrünü başa vurmaq üzrədir.  Əgər təbiətin bu nadir incisinin 
məhvinin qarşısı alınmasa onda gələcəkdə şabalıdın taleyi sual altında olacaq.  
 
 
QIZIL ƏHMƏDİ ALMASI, QOZ, FINDIĞIN  
SATIŞ MƏKANI, QƏBƏLƏNİN HƏFTƏ BAZARI 
 
Meyvəçiliyin inkişafı alma sahələrinin genişləndirilməsində  də özünü göstərir. Bu 
ərazidə hektarlarla alma bağları var. Bir neçə sortda alma yetişdirilsə  də  ən  əsas “Qızıl 
Əhmədi” almaya üstünlük verilir. Alimlərin dediyinə görə, “Qızıl  Əhmədi” yeganə 
almadır ki, üzərində təcrübə aparılmayıb. Bu təbii meyvə bütün respublika ərazisində ən 
qiymətli məhsullardan sayılır.  
Alma dərimi də payızlığın gur vaxtına təsadüf edir. Havalar soyumamış, yəni yerə 
şaxta düşməmiş yığım qurtarmalıdır. Bir-bir ağacdan dərilir, çoxlu “qıca” üzərinə tökülür 
və üzərini örtürlər, yəni “qıca” ilə basdırırlar ki, don vurmasın. Çünki belə halda uzun 
müddət qalır və saflığını itirmir, hələ üstəlik yerə  şaxta düşəndə  Qızıl  Əhmədi alma öz 
təzə  məskənində bir balaca da yetişir, dərildiyindən fərqli olaraq daha da yumşalır və 
şirinləşir. Bazarda dəyəri olduğu üçün ona da qazanc mənbəyi kimi baxırlar və 
bayramlarda həmişə yaxşı qiymətə satılır. Axır illər “Qızıl  Əhmədi” almanın üzərində 
əmələ  gələn xallar, meyvələrinin çoxunun çürük olması  əhali arasında təşviş 
yaratdığından onun mühafizəsi, artırılması üçün alimlər, ekoloqlar tədqiqatlar aparmalı, 
təbiətin nadir incilərindən biri olan bu alma növünün  cırlaşmasının səbəbini 
öyrənməlidirlər.  
Xəstələr üçün şəfalı sayılan alma təbabətdə də istifadə edilir. Güclü öskürəyi olanlar 
qaynar peçin üzərində bişən qabıqlı almanı sinə  məlhəmini yumşaldan vasitə sayırlar. 
Xırda-xırda doğranan alma dilimləri suda pörtlədilərək dərman kimi yeyilir. Mədə-
bağırsaq problemi olan insanlar ondan gün ərzində norma daxilində istifadə etməklə şəfa 
tapa bilərlər. Mədə köpünün qarşısını alır. Beyin yorğunluğunu götürür, yaddaşa təsiri var. 
Həddindən artıq qidalandıqda orqanizm üçün güclü sayılır, normal iş  fəaliyyətinə, ürək 


sıxılmaya səbəb olur. Əsasən qabığında dəmir komponentləri olduğundan soyulması 
məsləhət deyil. Həm də  qış üçün azuqə sayılır, tərkibində  şirinlik çox olduğu üçün ona 
azacıq  şəkər tozu qatmaqla  xeyli meyvə püresi hazırlamaq mümkündür. Təbii alma 
şirəsinin ləzzəti və insan üçün əhəmiyyəti isə hamıya  məlumdur, xüsusən də “Qızıl 
Əhmədi” almanın. 
Qoz, fındıq bağları da rayonun ən böyük təbii sərvətidir və  əhalinin  ən çox gəlir 
götürdüyü sahələrdir. Meşə  ərazilərinə yaxın dağlıq kəndlərdə yabanı halda bitən qoz 
ağacları olsa da, əllə salınan bağlara qulluq edildiyindən bu sahədə inkişaf başlayıb. Quru 
meyvə olduğundan məhsulu tələbatı tam ödədiyi üçün fındıqçılıq birliklərinin sayı artıb. 
Vaxtilə fındığa norma qoyulduğu üçün məhsulun ancaq cüzi faizi onun sahibinə çatırdı. 
Sovet hakimiyyəti illərində  hər ağaca məhsul planı  kəsilirdi və  kəndçi bağından  əldə 
etdiyi məhsulun çox hissəsini hökumətə verməli olurdu. Ancaq ölkəmizin bazar 
iqtisadiyyatına qədəm qoyduğu illərdən sonra bu sahədə də köklü dəyəşikliklər baş verdi. 
Torpaqdan istifadədə sərbəst seçim imkanına sahib olan kəndli “nəyi əksə daha çox gəlir 
götürər” düşüncəsiylə öz istəyini gerçəkləşdirməyə başladı. Ölkədə  nəinki fındıq 
bağlarına, digər məhsullara da qoyulan dövlət vergiləri ləvğ edilərək,  əksinə onun 
genişləndirilməsinə şərait yaradıldı. Qəbələdə Fındıq zavodunun tikilməsi, xarici ölkələrlə 
dövlətlərarası mübadilənin olması fındıqçılığın inkişafına təsirini göstərən amillərdir. 
Öz məhsulunu özü satmaq imkanı qazanan kənd camaatı məhsullarını bazara çıxarır, 
istədikləri kimi, yəni həmin günün qiymət meyarına  əsasən sata bilirlər. Rayonun Nic 
kəndində yol kənarındakı  “həftə bazarı” isə tarixdən qalma ticarət mərkəzidir. Hər 
həftənin bazar günü bu məkana alış-veriş  məqsədi ilə minlərlə insan axışır. Qonşu 
rayonlardan da bura  məhsullar gətirilir. Yaxınlıqdakı  Şəki sənətkarlarının  əl işlərindən 
tutmuş, yerli əhalinin  əlinin zəhməti olan nə varsa hamısı satışa çıxarılır. Bazarda nə 
istəsən, tapmaq mümkündür. Lap el arasında deyildiyi kimi quş südünə  qədər hər nə 
istəsən, ala bilərsən. İndi sahibkarlığın inkişaf etdiyi bir vaxtda bazarın çeşniləri daha da 
artıb. Mebel dəstlərindən tutmuş xırda əl oymağına qədər hər şeyin satıldığı bir ünvandan 
danışırıq. Sənətkarların hazırladıqları məhsullar zövqləri elə oxşayır ki, ona pul saymağa 
dəyər.  
“Həftə bazarı” özü bir neçə xırda sahələrə bölünür. At, yun, mal-qara, paltar və sairə 
ad altında müştərilər bu pərakəndə satış  mərkəzindən istədikləri malı çox asanlıqla tapa 
bilirlər.  Buranın üstün cəhətlərindən biri də odur ki, ertəsi gün oradan keçəndə dünənki 
günün yuxu olduğunu düşünürsən. Elə bil heç bir gün öncə burada insanlar qaynaşmırdı. 
Hər tərəf elə səliqə- səhmanda olur ki, bazar şəraitindən əsər-əlamət qalmır.  
Bu bazarda hamı bir-birini tanıyır, kim nə satırsa satdığı malın keyfiyyətinə özü 
zəmanət verir, yararsız məhsuluyla yerlisinə hörmətsizlik etmir. Bir sözlə “el içində 
rüsvay olmaqdansa, kasıb olub, mərdi-mərdanə dolanmaq yaxşıdır”-deyənlər burada az 
deyil. Heç vaxt xəstə inəyi bazara çıxarmazlar, ya da xəstə atı qonşu kəndin camaatına 
satıb, ondan gələn qazanca öyünməzlər. Çünki gələn bazar elə  həmin alıcıyla qabaq-
qənşərə  gələn satıcı özü xəcalətdən  əriyər, yaxud el qınağına düşər. Ona görə  də 
yerlilərinin xasiyyətinə bələd olan bazarın sanitar- epidemioloji stansiyasının əməkdaşları  
bəziləri kimi pulla mənəviyyatı səhv salmırlar.... 


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə