Microsoft Word Qebele-Son variant



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə38/43
tarix24.06.2018
ölçüsü0,61 Mb.
#50972
1   ...   35   36   37   38   39   40   41   42   43

çox dəhşətli bir xəbəri eşidəcəm. “Qorxma, bacı, hər şey qaydasındadır. Əfəndi yaralanıb, 
vertolyotla gətiriblər, xəstəxanadadır” sözlərini elə dedi ki, sanki adi bir hadisəni nəql 
edir, öz bacısını ovundurmaq istəyir ki, sarsılmasın. Axı baxışlar  daha ağır xəbər deyirdi. 
Necə  yəni yaralanıbdır?. Heç iki ay deyildi ki, İsmayıl Naxçivanik yaxınlığında erməni 
dığalarının atdığı güllə ilə ağır yaralanmışdı, Mirqasımov adına respublika xəstəxanasında 
əməliyyat edilərək, güllə  bədənindən çıxarıldı, iyirmi gündən sonra elə  xəstəxanadan 
cəbhəyə yollandı. Bizimlə görüşmədən, nə  həkimlər, nə  də biz qoymurduq deyə  xəlvəti 
yoldaşlarının yanına qayıtmışdı. “Bəs bu dəfə harasına güllə  dəyib, axı bu dəfə başqa 
görkəmdəsən, uşağa nə olub?” Suallar cavabsız qalmışdı...  
Musa Nağıyev adına xəstəxananın həyətində iynə atsan yerə düşməzdi. O qədər yaralı 
gətirmişdilər ki, bütün palatalar tutulmuşdu. Elə yaralı qardaşımın yatdığı palatada yeddi 
oğulun hamısı eyni zədəni almışdılar. Hamısının ayağı yox idi. Rəngi ağappaq olan yaralı 
əsgər qardaşım hüşsuz idi, ancaq sayıqlayırdı, nə dediyi də başa düşülmürdü.  Gözümüzün 
qabağında canlı meyid idi. Var gücümlə  qışqırıb, ağlamaq istəsəm də digər yaralıların 
könlünə dəyməmək üçün səsimi boğmaq məcburiyyətində qaldım, için-için göz yaşlarımı 
qəlbimə axıtmalı oldum. Gözlərini açıb üzümüzə baxacaq gücü belə qalmamışdı.  
Fərrux yüksəkliyində “qrad yağışı”na düşən “20 yanvar batalyonu” xeyli itki vermişdi, 
həmin gün çoxlu qurbanlarımız olmuşdu. Elə itkin düşən  əsgərlərin də valideynləri 
gözləyirdilər ki, gözünü açacaq İsmayıldan oğullarını  xəbər alacaq, övladlarını 
soraqlayacaqlar. Ancaq sən demə Azərbaycan tarixinə yazılan ən qanlı səhifələrdən biri də  
bu hadisə imiş. 
Bəli, o vətən oğlundan söhbət gedir ki, deyirdi “Biz söz vermişik,  ermənidən qorxan 
kişi deyil. Kim ayaq üstündə dura bilirsə, yeri cəbhədir”. Lap erkən getmişdi müharibəyə. 
Qəfil yoxa çıxması bizi təşvişə saldı. Sorağını Qarabağdan eşitdik. Allahverdi Bağırovun 
könüllülər dəstəsinə yazılır. Kiçik olduğu üçün onu geri qaytarmaq istəyirlər. Hələ  on altı 
yaşı tamam olmamışdı.  İnadını görüb, daha maneə olmurlar. Allahverdi Bağırov onu 
“Malış” adlandırır, qələbə bayrağının da onun əli ilə taxılacağını bildirir. Əvvəllər ancaq 
arxa cəbhədə  iştirak etsə  də  (əsgərlərə güllə daşıyırmış, onların tapşırıqlarını yerinə 
yetirirmiş), sonradan mərdliyini, qorxmazlığını görüb, özləri ilə döyüşə buraxırlar. Ömrün 
bu yaşında  ölümün gözünə dik baxmaq hər kişinin işi deyil, belə söyləyir, əsgər dostları. 
Və çiyin-çiyinə döyüşə atılır ərənlərlə.  
Balaca Malış qranatamyotla çoxlu döyüşlərdə  iştirak edir. Döyüşə getməzdən öncə 
uşaqlarla olan söhbətlərindən danışanda vətənimizin necə igid qəhrəman övladlarının 
olduğuna yenidən əmin olursan. “Orada, cəbhədə qorxaq adam yox idi, hamı cəsarətli idi, 
hamıda qarşısındakı düşmənə nifrət hissi o qədər güclü idi ki, ancaq intiqam barədə 
düşünürdük.  Bu döyüş  zəfərlə bitməlidir,  əməliyyat uğurlu olmalıdır, hətta günün 
sonunda  əməliyyat ürəkaçan olanda itirdiyimiz yoldaşlara belə heyfslənmirdik, vətən 
şəhidləridir deyib, növbəti döyüşə daha da hazır vəziyyətdə olurduq”.  
İlk dəfə 5x45 gülləsi ilə yaralanarkən sağ qalması möcüzə oldu. Çünki bu güllə 
bədəndə oynayır, bir neçə yerdən hərəkət edərək, bütün istiqamətləri zədələyir. Qolundan 
dəyən həmin güllə ürək nahiyəsinə yaxın, çiynində böyük bir dəlik açsa da həyatı üçün 
qorxulu olmadı. Həkimlər deyirdi ki, qolu yaxşı işləməyəcək, elə ki, müharibəyə yenidən 


qayıtdı, çiyninə qranatamyot götürdü, hərəkətdə olan çiyin növbəti dəfə də bərkidi, əzələ 
mətinləşdi. Sonda isə ayağına protez geymək, taxta qoltuqlarda gəzmək məcburiyyətində 
qalanda canını dişinə sıxıb, digər bir acıya tab gətirməli oldu.  
“Qrad yağışı”ndan qurtula bildi, ayağını itirsə  də, bədənində  hələ  də bir neçə  qəlpə 
parçası gəzdirsə də allahın ona verdiyi ömür payını mərdliklə yaşayır. Sağ-salamat vətən 
torpağının üstündə  gəzir, onun azad olunacağı günü səbirsizliklə gözləyir. Hələ üstəlik 
sevib-seçdiyi qızla ailə  həyatı da qurub, iki övladları var. Unudulmaz prezidentimiz 
Heydər  Əliyevin ona bağışladığı  mənzildə yaşayır. Ümummilli liderimiz Heydər  Əliyev 
tərəfindən səksən əlil ailəsinə verilən mənzillərdən biri də İsmayıl Osmanovundur. Oğlu 
İbrahim, qızı Sədaqət isə ataları ilə fəxr edirlər... 
Bu vətən onu sevənlərin, həqiqətin uğrunda ölməyi bacaranlarındır. Minlərlə igidlər 
var ki, torpağa bağlılığını ölümləriylə sübut etdilər. “Bir can nədir ki, onu səndən 
əsirgəyək?”- deyənlər ölümün gözünə dik baxa-baxa Azərbaycanın düşmənlə üzbəüz 
nöqtələrinə yola düşdülər. Qəbələ rayonundan da yüzlərlə  oğul Qarabağın müdafiəsinə 
qalxdı. Döyüş  fədakarlıq sevir. Ömrünü xalqına halal edənlər bu yolda da sözlərinin 
üstündə kişi kimi durdular və  şəhidlik zirvəsinəcən yüksəldilər. “Şəhidlər muzeyi” bu 
oğulların ömür dünyasından soraq verir. Burada onlar haqqında  ətraflı  məlumat və 
keçdikləri döyüş yolu barəsində geniş bilgi var. Bu muzeydə Qəbələlilərin döyüş şücayəti, 
igidlik səhifəsi öz əksini tapıb.  
Bu oğulların hər biri vətənə borcunu canı-qanı ilə ödəyiblər. Həyata vaxtsız  əlvida 
desələr də adları hələ çox yaşayacaq. Əbədiləşən isimləri, hərbiyə yola salındıqları kənddə 
zaman-zaman anılır, gənc nəslin öz qəhrəmanını tanımaq həvəsi və müəllimlərin xatirələri 
çözələndikcə dastanlara düşür. O dastanlara ki, mayası  həqiqətdən yaranan ölməz vətən 
aşiqlərinin ruhu vətənin azad olunacağı gün rahatlıq tapacaq, məzarları nura boyanacaq. 
291 nəfər müharibə veteranı isə o dəhşətli hadisələri unutmayacaqlar. Ölümün 
pəncəsindən qurtulan oğulların bir qismi həm də göstərdiyi döyüş  şücayətinə görə ölkə 
başçısı  tərəfindən təltif olunub. Bu döyüşçülər arasında Milli Qəhrəman adı, “Hərbi 
xidmətlərə görə” medalı, “Azərbaycan Bayrağı” ordeni alanlar da var.  
Şəhid ailələrinə, müharibə iştirakçılarına dövlət qayğısı bu rayonda da geniş vüsət alıb. 
Bu imtiyazlı ailələrin problemləri tez həllini tapır. Onların torpaqla təminatı, fərdi ev 
tikintisi üçün sahələrin ayrılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün imkan 
yaradılması və s. bu kateqoriyalı insanlara göstərilən dövlət qayğısının təzahürüdür.  
Rayonda  Əmək və  Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəsaiti hesabına Qarabağ 
əlilləri və şəhid ailələri üçün tikilmiş 16 mənzilli 2 yaşayış binasının istifadəyə verilməsi 
də bir qrup insanın mənzilə olan ehtiyacını ödədi. Hər cür şərait yaradılmış, mebellə, 
soyuducu və qaz sobası ilə, eləcə də digər zəruri ləvazimatlarla təmin olunmuş mənzillər 
ailələrə paylandı. Növbəti illərdə belə tikintilərin rayonda artacağı şəksizdir. 
 
 
 
 
 


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə