Microsoft Word Qebele-Son variant



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə36/43
tarix24.06.2018
ölçüsü0,61 Mb.
#50972
1   ...   32   33   34   35   36   37   38   39   ...   43

üzərində  şamaxılı memarın adı qalmışdır. Sənduqələrin üslubi, kitabələrin mətni və s. 
Şamaxı abidələrini,  ələlxüsus Kalaxana kəndində vaxtilə mövcud olmuş abidələri 
xatırladır. Hələlik bir neçə abidədə “bəy” titulu, ad və tarix qalmışdır. Həzrə abidələri 
zahiri bəzək cəhətdən çox nəfis nəzərə çarpdığı kimi mətn cəhətdən də zəngindir. 
Bütün sənduqələrin üzərində Qurandan götürülmüş 2-ci surənin 256-cı ayəsi yazılıb. 
Yan tərəflərdəki düzbucaqlarda isə fars dilində mənzum parçalar və hədislər həkk olunub. 
Mənzum parçalar sənduqələrin aşağı haşiyələrində də yazılıb. Azərbaycan bədii daşyonma 
sənəti ustaları  tərəfindən yazılmış rübai-beytlərdən, növhə  mərsiyələrdən ibarət  şer 
parçaları feodal təbəqəsinə məxsusu dünyagörüşünü əks etdirir. 
Həzrə kəndində belə zəngin abidələrə məxsus böyük qəbiristanlığın olması XIV-XVI 
əsrlərdə buranın mühüm, iqtisadi-siyasi və ictimai əhəmiyyətə malik yaşayış  məntəqəsi, 
yaxud şəhər olduğunu sübut edir. 
Bir qrup alimin uzun müddət Həzrədə yaşayıb, fəaliyyət göstərmələri, özlərindən sonra 
onların abidələrinin ziyarətgah olaraq xalqın xatirəsində yaşaması da qeyd olunan 
mərkəzin mühüm sosial-mədəni əhəmiyyətindən danışmağa  imkan verir... 
Qəmərvan kəndindəki  İstisu  isə  həm müalicəvi  əhəmiyyətilə  bərabər, həm də  səcdə 
edilən ziyarət kimi tək rayonda deyil digər  ətraf  ərazilərdə  də tanınır.  Şəfalı mineral 
komplekslərdən ibarət təbii su insanlara elə bil can gətirir. Buraya gələnlər vanna 
qəbulundan sonra özlərində gümrahlıq duyur, sanki bütün ağrı-acılardan oradaca 
qurtulurlar.  
Bu kənd  əsrarəngiz gözəlliyi olan məkanlardan biridir. Yay aylarında istirahətə 
gələnlərin əksəriyyəti məhz buranı seçir. İstisuya salınan yolun da keyfiyyətli olması ona 
olan marağı gücləndirir. İlahinin qələm qüdrəti , rənglərin min bir çaları təbiətin üzərinə 
elə həkk olunub ki, buradakı mənzərənin təsirindən ovsunlanıb, möcüzəli aləmə düşürsən. 
Yaradanın nələrə qadir olmasından bir daha əmin olan insan övladı elə bu yüksəklikdə də 
əllərini göylərə açıb, “ilahi özün yaratdığını özün də qoru, onu insan əlinin ixtiyarına 
buraxma”-deyib,  ulu tanrıya yalvarır. Elə bu yalvarışın özündə özünü dərkin, həyatı 
qavrayışın ən incə mətləbləri belə açılmağa başlayır, nə qədər kamil insan olsa belə yenə 
öz acizliyini etiraf edərək, müəmmalı dünyanın tilsimindən xəbərsiz olduğunu gizlədə 
bilmir. Bu gözəl məkan ölkəmizin başçısı  İlham  Əliyevin də çox sevdiyi guşələrdən 
biridir. Yurdunun əsrarəngiz möcüzəsinə heyran olan gənc dövlət xadimi  vaxt tapanda 
buralara gəlməyi, bu yüksəklikdən vətənin  buludlu mavi göyünə tamaşa etməyi,  qeyri-
adi təbiət lövhələrini seyr etməyi xoşlayır,... 
Qəmərvanda bu müalicəvi suyun təbabətdə istifadəsi məqsədilə yeni müasir 
standartlara cavab verən mərkəzin açılış  xəbəri isə  zənnimcə  hər kəsin ürəyincə olacaq. 
Qəbələlilərin yaxşı tanıdığı  bu möcüzəli suyun şəfası dillərə düşəcək. Azərbaycanın 
qüdrətli təbiətinin ecazkar nümunəsi olan bu nadir inci də insanların ixtiyarına veriləcək... 
İslam dünyasının tanınmış  şəxslərindən biri olan ilahiyyatçı alim, akademik Vasim 
Məmmədəliyevin bu sözlərini xatırlatmaq istəyirəm. “Pirlər, övliyalar allahla insanlar 
arasında vasitəçidir. Sanki onların timsalında tanrı istəkləri reallaşdırır.”... 
Şeşpər babaya da inam güclüdür. Hər bir qəbələlinin and yeridir. Dəfələrlə  şahidi 
olduğum hadisədir ki, Bakıda uzun müddət yaşayıb-işləyən müxtəlif nailiyyətlərə  qədər 


ucalan bir Qəbələli yol üstündəki  Şeşpər baba ziyarətində ayaq saxlamamış ötsün. İstər 
ateist mövqeli alimi olsun, istərsə  də yüksək vəzifə sahibi, fərqi yoxdur. Qəbiristanlığın 
yanından keçəndə maşından düşüb babanın ruhuna salavat verir, nəzirlərini qoyurlar.  
Şeşpər baba təxminən, XIX əsrin  əvvəllərində anadan olub, 1870-ci ildə  vəfat edib. 
Anadan gəlmə  əl və ayaq barmaqları altı olan Şeşpər baba sümük boşluğundan  əziyyət 
çəkib. Kim onu ziyarətə  gəlibsə duaları düşərli olub. Sözünü Xudanın eşitdiyi ilahi 
kəslərdən sayılıb və    sağlığındaca müqəddəsləşib. Üstünə ümidlə  gələnlərə  cəddi elə 
kömək olub ki, yaşadığı dövrdə insan övladına işıqlı yol göstərən müqəddəs varlıq hesab 
edilib. Günü-gündən ona sitayiş gücləndikcə ocağındakı var-dövlət çoxalmağa başlayıb. 
Şeşpər baba da öz növbəsində kimsəsiz insanları, ehtiyac içində yaşayan yoxsul balaları 
himayəsinə götürərək onlara yardımçı olub. Soltan Nuxa kəndində yaşadığı yer mollalar 
məhəlləsi adlanıb, indinin özündə də həmin məkana belə deyilir. Onun yaxını Molla Səid, 
Molla Qədir də Şeşpər babadan örnək alan insanlar olub, əməlləri ilə halallığın carçısı, pis 
niyyətlərdən uzaq olanları tanrı dərgahında əmanət sayıblar.   
Bu gün Şeşpər babanın yaşadığı ev insanların ziyarətgahıdır. Uyuduğu məzarıstanda 
qəbri abadlaşıb, üstündə künbəz tikilib.  
Tolerant ölkə olan respublikamızda xalqın dini yaddaşının bərpa olunmasında  dövlət 
siyasəti gerçəkləşməkdədir. Ölkə başçısı  İlham  Əliyevin və Heydər  Əliyev Fondunun 
prezidenti Mehriban xanım Əliyevanın müqəddəs yerlərə, dini abidələrə qayğısı sayəsində 
yüzlərlə ocaqlarımız bərpa olunub. Bu mənada millət vəkili Fəttah Heydərov da Qəbələdə 
yerli camaata dəstək göstərib, ölkə siyasətinin tələblərinə uyğun olaraq xalqın etiqad 
məbədinə biganə qalmayıb.  Şeşpər babanın ziyarətçiləri üçün yay və  qış aylarında bura 
gələnlərə kömək məqsədi ilə xüsusi yerlər tikilib, əhalinin rahatlığı üçün şərait yaradılıb. 
Ziyarətgaha artezian suyu çəkilib və qurban kəsənlərin işi rahatlaşıb.  
Kov Murad (el arasında Komrad adlanır) dağının üstündəki məzar da insanların 
güvənə bildiyi məkandır.  
Buranı övlad arzusunda olanlar ziyarət edir. Məzar kiçik dağın üstündə olsa da ona üç 
saat  ərzində piyada qalxan xanımlar niyyətlərinin hasil olmasından ötrü yorulmaq 
bilmədən zirvəni fəth edir. Kov Murad dağına maşınla qalxmaq da mümkündür. Oraya yol 
ancaq ziyarətə gələnlər üçün salınıb. 
Qəbələ  şəhərinin özündə  Molla baba kimi tanınan hörmətli  şəxs də olub. Əsl adı 
Balakişi Salahov olan bu mömin insan elə bir dindar nəsildəndir ki, həm atasının və həm 
də babasının məzarı el tərəfindən ziyarət edilir. Əsl kökü Dağıstanlı olan bu nəslin 
nümayəndələri hara köçməsindən asılı olmayaraq əməlləri ilə seçiliblər. Babası Osman  
Çuxur Qəbələdə torpağa tapşırılıb, atası Saleh kişinin məzarı isə  Ağdaşın Mürsəlli 
kəndində yad edilir. Yatdıqları məzarıstan onların adları ilə tanınır. Bu nəsil böyük olsa da 
onun adlarını  çəkdiyim üç nümayəndəsi xalqa arxa sayılan  şəxslər kimi dünyasını 
dəyişiblər... 
Söhbət ki, belə insanlardan düşdü, yeni Dızaxlıda yaşamış  Əhməd babanı da 
xatırlasaq ruhu şad olar. Bu el ağsaqqalı da xalqın etimadını qazanan din xadimlərindən 
olub. 1929-cu ildə Sörüyanda doğulub. Atası  Məhəmməd kişidən ruhani dərsləri alıb. 9 
yaşından Qurani Kərimi mükəmməl bilirmiş. Dövrünün tanınmış ziyalılarından olan 


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə