Microsoft Word Qebele-Son variant


professor Minirə Qarayeva



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə34/43
tarix24.06.2018
ölçüsü0,61 Mb.
#50972
1   ...   30   31   32   33   34   35   36   37   ...   43

məqaləsində  professor Minirə Qarayeva yazır : “Mən onlara Şamaxının tarixi, 
İsmayıllının təbiəti, mis əşyaları ilə  məşhurluğu, at ilə  çətin keçilən dağlarda indi bu 
gözəl, rahat yolların ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə salındığını izah 
edirdim... 
İsmayıllıdan Qəbələyə 40 km-dir. Qəbələ yolu başladıqca hər tərəfi saran o təbii 
gözəllik- meşələr, meşələrin içərisindəki istirahət yerləri qonaqları valeh edirdi. Çoxlu 
suallar verirdilər. Mən isə  Qəbələyə vurğun bir qəbələli alim və  ən  əsası da ingilis dili 
mütəxəssisi kimi suallara cavab verməkdə acizlik çəkmir, ta qədim dövrdən, 900 il 
öncədən başlayaraq Qəbələnin tarixi haqqında onlara məlumat verirdim. 
Nəhayət, Qəbələ rayonuna çatdıq. Yüksək səviyyədə qarşılanma mərasimindən sonra 
rayonun mərkəzində müasir tipli yeni tikilmiş mehmanxanada yarım saat istirahət etdik. 
Qonaqlar “Xanlar” istirahət mərkəzinə dəvət olundular. Onu da qeyd edim ki, Qəbələdə 
bir günlük istirahət üçün əvvəlcədən gözəl bir proqram hazırlanmış və Bakıda ikən bütün 
qonaqlara təqdim edilmişdi. Qəbələni elə bil qucaqlayaraq qolları arasında saxlayan 
Dəmiraparanla Qaraçayın başlanğıc qovşağında yerləşən “Xanlar” istirahət mərkəzinin 
füsunkar təbiəti xarici qonaqları valeh etmişdi. Ərəb jurnalisti olan bir qız dedi ki, “mən 
10 il əvvəl bu yerləri, bu təbiəti yuxumda görmüşəm. Ancaq bu on ildə mən çox ölkələrdə 
olmuşam, çox gözəl mənzərələrin  şahidi olmuşam, ancaq yuxumda gördüyüm yerə indi 
rast gəldim. And içirəm Allaha ki, 10 il əvvəl yuxumda gördüyüm yer buradır, məhz 
buradır. Mən nə qədər xoşbəxtəm, bu yeri görmək mənə nəsib oldu”.  
Adət-ənənələrimiz, “Xanlar” restoranındakı  ləziz xörəklər və xidmət qonaqların çox 
xoşlarına gəlirdi. Tez-tez öz təəssüratlarını bildirirdilər, mən də öz növbəmdə onların 
ingiliscə dediklərini Azərbaycan dilində ev sahiblərinə çatdırırdım. Bax, beləcə hamı bir-
biri ilə dialoq qururdu. Qadınlar qısa müddətdə dostlaşdılar və bir-biri ilə ortaq dil 
tapdılar. Məhz ölkənin birinci xanımı Mehriban xanımın da belə konfranslardan istəyi
arzusu bu dialoqlardır. 
Tacikistan Respublikası Sahibkar Qadınlar Assosiasiyasının sədri, tarix elmləri 
namizədi, dosent Saboxat Raximovna Raximzoda görkəmli siyasi xadim, ümummilli 
liderimiz Heydər Əliyev ilə 1983-cü ildə Moskvada necə görüşdüyü barədə çox maraqlı 
bir epizod danışdı... 
Başqa bir türk həmkarım professor  Ruveyde Akbay Qəbələdə  çıxış edərək onlara 
göstərdikləri qonaqpərvərliyə görə rayon rəhbərliyinə, ləziz və dadlı yeməklərinə  və 
qüsursuz xidmətlərinə görə “Xanlar” istirahət mərkəzinin bütün kollektivinə qonaqlar 
adından və şəxsən öz adından təşəkkürünü bildirdi. Qonaq qeyd etdi ki, belə konfransların 
keçirilməsi, mədəniyyətlərarası dialoqun qurulmasında sizin prezidentin xanımının əməyi 
çox böyükdür. O, çox gözəldir və eyni zamanda fövqəladə bacarıqlı ictimaiyyətçidir və 
bütün səyini dünya qadınlarını birgə dialoqa cəlb etməyə çalışır. Çünki analar bir olsa, 
gənc nəslin təhsili və gələcəyi daha etibarlı olar. 
Sonra qonaqlar ulu öndərimiz Heydər Əliyev adına istirahət parkında xalq musiqisini 
dinlədilər və xalq oyunlarına tamaşa etdilər. Qəbələ Rayon Tarix-Diyarşünaslıq 
Muzeyində və “Heydər Əliyev muzeyi”ndə oldular. Tarixi bir şəxsiyyət kimi ulu öndərin 


həyat və fəaliyyətini əks etdirən bu muzey, zənginliyi və müasirliyi ilə qonaqlara böyük 
təsir bağışladı.  
Tarix-Diyarşünaslıq muzeyindəki eksponatlara baxdıqca Misir və  Mərakeşdən gələn 
qonaqlar mis qabları, təndiri, kəlayağı  və samovarı, cəhrəni və digər məişət  əşyalarını 
gördükcə tarixi köklərimizin bir-birinə  nə  qədər yaxın olduğunu söyləyirdilər. Görkəmli 
şəxsiyyətlərin arxivinin muzeydə qorunub saxlanmasına da yüksək qiymət verirdilər. 
Çox ölkələrdə sevilərək oxunan “Diplomatica” jurnalının redaktoru ərəb naşir Abdelati 
Habek tarix muzeyini gəzərkən maraqlı eksponatlar barədə suallar verir və  dəftərçəsinə 
qeydlər edir, Qəbələ xalçalarının naxışlarına heyranlıqla baxırdı. Qəbələnin təbiətinə, 
insanlarına və çox adətlərimizin bir-birinə oxşarlığını dilə  gətirərək, qonaq öz ürək 
sözlərini söyləyirdi. Bir qəbələli alim kimi muzeydə  mənə ayrılan guşədə  şəklimi, dərs 
kitablarımı və elmi əsərlərimi görüb onlarla foto çəkdirməyimi xahiş etdilər... 
Həmin səfərdən sonra elektron ünvanıma gələn çoxlu sayda məktublardan yalnız 
Qəbələyə aid məqamları sizə oxumaq istəyirəm. 
“Əzizim Minirə... Mən konfransdan üç gün sonra Kasablankaya gəlmişəm... 
Mən həqiqətən Azəri xalqını sevdim. Mərakeş ilə Azərbaycan arasında coğrafi məsafə 
olmasına baxmayaraq, mən doğrudan da özümü Bakıda və  hətta daha çox Qəbələdə öz 
evimizdəki kimi hiss etdim. Yadımdadır, Qəbələ restoranında gənc bir Azəri qadın ilə 
Ramazan bayramı və toy mərasimində Azəri adət-ənənələrindən danışdıq... 
Azəri xalqının necə alicənab və  səmimi olduqlarının  şahidi oldum. Siz qonağı necə 
qarşılamaq və hörmət etmək lazım olduğunu bilirsiniz... 
Kimi görürəmsə, hər kəsə  Qəbələ haqqında danışırdım. Rayon o qədər gözəldir 
ki,...Allah bu gözəlliyi xüsusi olaraq yalnız Qəbələ camaatına bağışlayıb. Mən Qəbələdə 
gördüyüm bütün adamlara və Sizə qonaqpərvərliyiniz üçün öz təşəkkürümü bildirmək 
istərdim.  Biz ərəblər, HATİMİ alicənablığı  və qonaqpərvərliyi haqqında danışırıq, indi 
mən lüğətimizə Azəri qonaqpərvərliyini də əlavə edirəm... 
Hmimou Kaoutar.”  
Xaricdən aldığım digər məktublarda da Qəbələdən yazılırdı. Torpağımın dildən-dilə 
düşməsi təbii ki, məndə də qürur doğurur, inkişafı və gözəlliyi ilə diqqət çəkən Qəbələnin 
əks-sədası beynəlxalq aləmə yayıldıqca bu millətin övladı olduğum üçün özümü xoşbəxt 
sayıram”. (“Qəbələ” qəzeti, 15 sentyabr, 2008-ci il).  
Bura gələn turistlər arasında belə mötəbər qonaqlar çox olur. Respublikamıza işgüzar 
səfər edən xarici ölkə nümayəndələri, iş adamları yolunu buradan salır, bura haqqında 
ürək dolusu danışmaqla öz zəngin təəssüratlarında yurdumuzun bu əsrarəngiz parçasından 
bəhs edirlər...  
 
TÜRBƏLƏR HƏM İNANC YERİ,  
HƏM DƏ TARİXİ ABİDƏLƏRDİR 
 
Ərazidə olan qədim abidələr  Azərbaycanın bütün islam dünyası ilə sosial-siyasi və 
ideoloji  əlaqələrin mövcud olduğunu sübut edir. Dızaxlı, Həmzəlli, Həzrə  kəndlərindəki 
qəbiristanlıqların tədqiqi bir-birindən fərqli olayları tarixçilər qarşısında sual qoyub.  


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə