Microsoft Word Qebele-Son variant



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə32/43
tarix24.06.2018
ölçüsü0,61 Mb.
#50972
1   ...   28   29   30   31   32   33   34   35   ...   43

Ölkəmizdə kifayət qədər görməli, gəzməli yerlər var ki, xaricilərlə yanaşı yerli 
əhalinin də marağına səbəb olub. Adını, səfalı  təbiətini eşidənlər Qəbələni də  gəzmək 
sevdasına düşürlər. Yurdumuzun hər parçası tarixi insan məskəni olduğu üçün hamımıza 
əzizdir və maraq dünyasının min bir sual doğuracaq məqamları sirli aləmin açılmasında 
bugünün sakininə özü şahidlik edirsə niyə  vətən torpağını qarış-qarış  gəzməyəsən.? 
Qəbələ də tarixin canlı şahidi, təbiətin nadir incisi, dağların əhatəsində öz gözəl görünüşü 
ilə diqqəti çəkən rayonlardan biridir. İstər təbii  şəraitinə, coğrafi vəziyyətinə, istərsə  də 
mövcud tarixinə görə dünyanın sayılıb-seçilən turizm bölgəsinə çevrilmək imkanı artıq 
bəhrəsini verməkdədir. 
Yay aylarında bura insan axını başlayır. Bu məqsədlə yaradılan turizm-istirahət 
məkanları müştərilərinə özünəməxsus xidmətləriylə seçilirlər. Hər birinin özəl 
üstünlükləri turistlərin diqqətini çəkir.  
“Xanlar”  istirahət mərkəzi kulinariya xidməti sahəsində xüsusi istedad və qabiliyyətə 
malik olan Xanlar Kərimovun adı ilə deyilir. Qəbələ-Xanlar restoranları Bakıda, 
Nabranda, Moskvada və sairə yerlərdə müştərilərə xidmət göstərir. Qəbələli iş adamı 
respublikanın  əksər guşələrində özünün filiallarını qurub və xidmət üslubuna görə 
fərqlənir. Hətta deyilənlərə görə buranın müştəriləri Qəbələnin Dovşan dağından gətirilən 
bulaq suyunu kuzələrdə içir, Həmzəlli kəndindən alınan qoz halvasından dada bilir, ov 
ətindən hazırlanan yeməklərdən həzz alır, qızıl gül suyundan, qoz və  bənövşə 
mürəbbəsindən içilən çay da ürəklərə yatır, bir sözlə o bölgənin ətrini, iyini uzaqda da olsa 
bu balaca məkanda hiss edirlər. 
O ki, qaldı Qəbələ şəhərinin şimalında, dağ yamacında, meşəlikdə yerləşən, ilin bütün 
fəsillərində istirahət üçün hər cür şəraiti olan “Xanlar” istirahət mərkəzinə-buranı 
görənlərin yaddaşında silinməz xatirələr qalır.  Əgər rayondan kənarda “Xanlar” 
restoranlarında hər  şey Qəbələdən soraq verirsə, Qəbələnin özündə, bu istirahət 
mərkəzində elə  Qəbələ olduğu kimi, nəyi varsa, bütün yeməkləriylə, dadı, tamı  və 
xidməti, bir sözlə qonaqpərvərliyi ilə göz qarşısındadır. Təsadüfi deyil ki, mərkəz 
Azərbaycan Turizm Nazirliyinin kulinariyanın təşkili üzrə keçirdiyi müsabiqələrdə  də 
qalib olub və birinci dərəcəli diploma layiq görülüb... 
Turistlərin  əksəriyyəti isə  “Sahil”də  Nohur gölün ətrafında dincəlir, təbiətin aynası 
sayılan bu ərazidə hər cür şəraiti olan qonaq evlərində özlərinə rahatlıq tapır, bir neçə gün 
canlı  təbiətlə  təmasda olurlar. Ətrafa xüsusi gözəllik verən bu su hövzəsində qayıqla 
gəzinti, yayın qaynar günlərində    təbii çimərlik və beş hektardan artıq meşə yaşıllığına  
bürünən  ərazi dincəlmək üçün əsl sakit guşə hesab edilir. Ailəsiylə buranı seçənlər də 
məmnun qalırlar. Xarici turistlərdən bəziləri burada məskən salır və elə yay ayları olur ki, 
onların əlindən boş yer tapmaq mümkün deyil. 
“Sahil”  İstirahət Mərkəzi 1990-cı ildən fəaliyyətə başlayıb. Eyni vaxtda 80 nəfərə 
xidmət göstərmək mümkündür. Otaqlarda yaşayış üçün tam şərait var və  təbiətin 
qoynunda tikilən 25 ev sadə görünüşü ilə diqqəti çəkdiyindən, ətrafdakı gölün də ecazkar 
görünüşü buranı seçənləri məftun edir. Müştəri ilə ünsiyyət saxlamaq bacarığı, ən əsas da 
Nohurun gözəlliyi ailə  məkanının  şöhrətini artırıb. Xoşa gələn cəhətlərdən biri də 


mərkəzdə  əhalinin asudə vaxtının səmərəli təşkili üçün burada futbol, voleybol 
meydançası, tennis və bilyard zalının istifadəyə verilməsidir. 
Atla dağlara səyahət isə daha maraqlı  və arzulanandır. Heç ömründə atın təkinə 
qalxmayanlar, birdən-birə bu heyvanla gəzintiyə  çıxmaq istədikdə  təbii ki, çətinliklə 
üzləşə bilərlər. Mərkəzin üstünlüyü də odur ki, şəhərdən gələnlər üçün xüsusi təlim 
saatları keçirilir və qısa vaxt ərzində atla ünsiyyət qurmaq vərdişi “Sahil”çilər tərəfindən 
müştərilərə öyrədilir. Nəhayət uca dağlar qoynunda gəzintilər röyadan gerçəyə dönür. 
Yaxşı xidmət görən ailələr qaldıqları evləri tez təhvil verməyi düşünmür, nəticədə 
“Sahil”də dincəlmək üçün bir il öncə növbə tutmaq lazım gəlir. 
İstirahət mərkəzinin beş hektara yaxın ərazisi Qəbələnin heyvanat aləmi ilə zəngindir. 
Yarısı yaşıl meşə örtüyü, yarısı da uca dağların mənzərəsi ilə əhatə olunan çimərlik üçün 
yararlı  şəffaf göl və  təbiətin ağuşunda  tikilən evlər insanın çölü-biyabanda yaşamaq 
arzusunu həqiqətən də bir neçə gün reallığa çevirir. Hələ üstəlik bu mərkəzin yol üstündə 
olması və burada yüksək qulluq müştəriləri razı saldığından “Sahil” sevilən məkanlardan 
biridir.  
Təbiəti qış aylarında da füsunkar olduğundan hər tərəf qar örtüyünə bürünəndə buranın 
görünüşü daha cazibədardır. Məhz buna görə  də soyuq vaxtlarda, yəni qarlı günlərdə 
qonaqlı-qaralı olan istirahət mərkəzi bu fəsildə  də hamının üzünə açıqdır. Rayona gələn 
rəsmi şəxslər, hörmətli qonaqlar da “Sahil”də ayaq saxlayırlar. Respublikamızda səfərdə 
olan Səudiyyə  Ərəbistanının nümayəndə heyəti Qəbələdə olarkən qar üstündə 
gəzintilərdən və ucqar məkanda qarşılaşdıqları zövqlü xidmətdən razı qayıtmışdılar. Belə 
ki, mətbəxində eyni zamanda Avropa yeməkləri də üstünlük təşkil etdiyindən əcnəbilərin 
tələbatını ödəyir... 
 “Ay işığı” pansionatı meşə  ərazisində  Dəmiraparan çayının sahilində yerləşir. 
Qonaqların arzusundan asılı olaraq səyahət və ekskursiyalar, piyada və atla dağ gəzintisi
həmçinin digər macəralar təşkil edilir. On hektar ərazini əhatə edən istirahət zonasında  60 
yerlik yataq dəsti var. 
 “Çənlibel” istirahət mərkəzinin ərazisi isə tamamilə dağlıqdır və beş hektardan artıq 
ərazi turistlərin ixtiyarındadır. Qəbələnin şimal hissəsində yerləşən bu məkanda bir dəfəyə 
40 nəfərdən artıq qonağa xidmət etmək mümkündür.  
“Selbasar”  isə  Vəndam çayının sağ sahilində, Bakı- Qəbələ yolunun sol sahilində 
yerləşir. 30 yerlikdir, 100 nəfərlik konfrans zalı və digər üstün şəraitləri var. 
“Ay işığı” ilə “Xanlar” pansionatının aralığında, meşə zolağında daha bir istirahət 
mərkəzi “Tərkeş” istirahət evi də yaradılıb. 
“Semerana” istirahət mərkəzi də yüksək zövqlə tikilən turizm müəssisələrindən 
biridir. Burada hər cür zövqə uyğun  şərait var. Həm yerli sakinlərin, həm də xaricilərin 
maraqla seyr etdiyi məkandır. Təbiətin qoynunda yaradılan bu möhtəşəm aləmdə elə bil 
nağıllar dünyasındasan. Qışda da, yayda da möcüzədir başdan-başa.   
“Duyma” idman və sağlamlıq kompleksi isə Vəndam kəndinin yuxarısında, dağların 
qoynunda yerləşir. Burada bütün tələbatlara cavab verən hotel də turistlərin və bölgəyə 
gələn qonaqların ixtiyarındadır. Gözəl zövqlə tikilən bu sağlamlıq mərkəzi düz dağın 
dibindədir. Bir neçə metr hündürlükdən tökülən  şəlalə hotelin pəncərəsindən baxanların 


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə