Microsoft Word Qebele-Son variant



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə14/43
tarix24.06.2018
ölçüsü0,61 Mb.
#50972
1   ...   10   11   12   13   14   15   16   17   ...   43

Yenə  həmin gün, martın 2-si Azərbaycan Prezidenti İlham  Əliyev  İlham 
Abdulkərimov adına Nohurqışlaq kənd orta məktəbinə  də baş  çəkir. Direktor Səfər 
Səfərov Prezident İlham Əliyevə məlumat verir ki, məktəbin əvvəlki binası 1936-cı ildə 
inşa olunub. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı  çərçivəsində yeni 
binanın tikintisinə 2004-cü ilin ikinci yarısında başlanıb, 2006-cı il sentyabrın 1-də 
istifadəyə verilib. Üçmərtəbəli, 24 sinif otağından ibarət məktəbdə  tədrisi yüksək 
səviyyədə aparmaq üçün hərtərəfli  şərait yaradılıb. Kompüterlə  təchiz edilən, 
laboratoriyaları olan məktəbdə 500-dən çox şagird təhsil alır, 72 müəllim çalışır.  
Prezident İlham Əliyev ayrı-ayrı sinif otaqlarına, fənn kabinetlərinə baxır, ingilis dili 
dərsində iştirak edir. Məktəbin ingilis və fransız dili müəllimi Fazil Atakişiyev Prezident 
İlham  Əliyevə müraciətlə deyir ki, cənab Prezident, şagirdlərimizin belə gözəl, müasir 
məktəbdə  təhsil almasına görə Sizə  və Azərbaycanın birinci xanımına səmimi 
təşəkkürümüzü bildiririk. Sizin gərgin  əməyinizin, apardığınız siyasətin, regionların 
sosial-iqtisadi inkişafı sahəsində görülən işlərin nəticəsini bu məktəbdə hiss edirik. Çox 
sevindiricidir ki, bu işlər ölkəmizin bütün regionlarında görülür. O, bu məktəbdə xarici dil 
fənninin tədrisi sahəsində kifayət qədər uğurlar olduğunu vurğulayır. Bildirir ki, 
məzunların bəziləri Avropanın bir sıra qabaqcıl təhsil ocaqlarında oxuyurlar. 30-dan çox 
fransız dili mütəxəssisi hazırlanmışdır və onlar müxtəlif yerli və xarici təşkilatlarda 
işləyirlər. Ulu öndərimizin maddi köməyi sayəsində  məktəbimizin yetirməsi Ağasəlim 
Rəsulov Fransada təhsilini başa vuraraq, dilçilik üzrə doktorluq dissertasiyası müdafiə 
edib. Keçən il məzunlardan biri yüksək - 659 bal toplayaraq, Dövlət  İdarəçilik 
Akademiyasına qəbul olunub. 
Prezident  İlham  Əliyev uşaqların belə gözəl məktəbdə yaxşı  təhsil almalarını, ingilis 
dilini mükəmməl öyrənmələrini tövsiyə edir, informasiya və kompüter sinfi ilə tanış olur. 
Məktəbin pedaqoji kollektivini təbrik edən Prezident İlham  Əliyev deyir ki, burada 
uşaqların yaxşı təhsil alması üçün bütün şərait var, avadanlıq, ləvazimat və kompüter sinfi 
var.  Əsas odur ki, uşaqlar yaxşı oxusunlar və  dəyərli insanlar olsunlar. Gələcəkdə 
Azərbaycanın inkişafı üçün fəaliyyət göstərsinlər.  
Prezidentlə görüşə gələn Tüntül kənd orta məktəbinin direktoru Telman Abdulxalıqov 
ona müraciətlə deyir: “Möhtərəm Prezident, biz də uzun illər yaxşı  məktəbin arzusunda 
idik. 2006-cı ildə Sizin, çox hörmətli Mehriban xanımın qayğısı nəticəsində gözəl məktəb 
binası tikilib, müəllimlərin,  şagirdlərin istifadəsinə verilibdir. Buna görə camaatımızın 
adından çox-çox minnətdarlıq edirəm. Gözəl  şərait, zəngin kabinetlər, yaraşıqlı sinif 
otaqları yaradılıbdır. Müəllim kimi üzərimizə düşən vəzifəmiz, ulu öndərimizin dediyi 
kimi, azərbaycanlı olmağı ilə  fəxr edən vətəndaşlar yetişdirməkdir. Siz də, Mehriban 
xanım da dağlar qədər əzəmətli, qüdrətlisiniz. O dağlar torpağa söykənib, onlara heç kim 
heç nə edə bilməz. Siz isə xalqa söykənmisiniz. Ona görə Sizə heç kim heç nə edə bilməz. 
Azərbaycan var, Siz varsınız, Siz varsınız, Azərbaycan da var. Bizim düşüncəmiz belədir. 
Biz bu iqtisadi inkişafı İlham Əliyevin iqtisadi möcüzəsi kimi qəbul edirik”.  
Burada da dövlət başçısı  gənclərin ölkənin gələcəyi olduğunu, savadlı, dərrakəli 
yetişmələrindən ötrü dövlət tərəfindən gənclər siyasətinin həyata keçirildiyini, bu 
məqsədlə onların fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını söyləyir:  “Bu uşaqlar 


gələcəkdə Azərbaycanda müxtəlif vəzifələrdə  işləyəcəklər, Azərbaycanı idarə edəcəklər. 
Ona görə  gənc nəsil vətənpərvər, xalqa bağlı olmalıdır. Vətəni sevməlidir, bilikli və 
peşəkar olmalıdır ki, həyatda öz yerini tutsun. İndi biz məktəblərin maddi-texniki bazasını 
möhkəmləndiririk, yeni məktəblər tikilir və tikiləcəkdir.  Ən  əsası isə, təhsilin səviyyəsi 
yüksəlməlidir. Bu işdə müəllimlərdən çox şey asılıdır. Mən də müəllimlərin fəaliyyətini 
çox yüksək qiymətləndirirəm. Siz böyük iş görürsünüz, uşaqları  tərbiyə edirsiniz, təhsil 
verirsiniz” – deyən prezident müəllimlərin maaşının artırılmasından da danışır… 
Kərpic zavodunun açılışına dəvət olunan ölkə başçısına məlumat verilir ki, 
müəssisənin tikintisinə 2004-cü ilin avqustunda başlanıb, keçən il istifadəyə verilib. Lakin 
rəsmi açılışı isə kollektivin istəyi ilə  məhz bu gün, İlham  Əliyevin iştirakı ilə  nəzərdə 
tutulub. Prezidentin rayona gəlişi ilə  əlaqədar artıq bu zavod tam gücü ilə  işə salınır. 
İstehsal gücü ildə 25-30 milyon ədəd olan müəssisədə 120 nəfər çalışır, orta aylıq əmək 
haqqı 150-180 manatdır. Avadanlıq Ukrayna və Rusiyadan gətirilib. Burada Qafqazda 
analoqu olmayan texnologiya əsasında məhsul buraxılır. Yerli bazarda tələbat artır və 
məhsulu ixrac etmək də nəzərdə tutulur.  
Prezident İlham Əliyev düyməni basaraq, zavodu yeni istehsal sahələri ilə birlikdə işə 
salır, ayrı-ayrı sexləri gəzir və texnoloji prosesi izləyir. Azərbaycan Prezidenti 
müəssisənin işçiləri ilə  də görüşür, tikinti sektorunda bu cür məhsula tələbatın çox 
olduğunu bildirir.  
“Qəbələ” mehmanxanasına da baş  çəkən dövlət rəhbəri dünya standartları 
səviyyəsində inşa olunan yeni xidmət müəssisəsinin də açılışını edir. 
Qəbələ  şəhərinin mərkəzində yerləşən bu hotel Prezident İlham  Əliyevin bölgələrdə 
turizmin inkişafına göstərdiyi qayğının bariz nümunəsidir. Dördmərtəbəli mehmanxanada 
lüks, yarımlüks, standart səviyyəli 58 nömrə var. Avropa mehmanxana standartları  və 
Şərq qonaqpərvərliyi buranın müştərilərinə  hər cür şəraiti təmin edir. Xidmət heyəti 
ingilis, rus, alman, türk dillərini bilir. Mehmanxananın trenajoru, konfrans salonu, 
mühafizə edilən 20 yerlik avtomobil dayanacağı, sauna, masaj, bilyard salonları da 
qonaqların xidmətindədir. Mərkəzləşdirilmiş istilik sistemi, stasionar generator 
quraşdırılmışdır. 100 nəfərlik restoranda müxtəlif ziyafətlər də təşkil etmək mümkündür.  
Qonaqların istirahətinin daha maraqlı olması üçün Qəbələ rayonunun və  ətraf 
rayonların gəzməli-görməli yerlərinə səyahətlər də təşkil edilir.  
Turizm-istirahət kompleksinin tikintisi də bu sahədə  həyata keçirilən  əhəmiyyətli 
layihələrdən biridir. İnşasına keçən il başlanılmış kompleksdə hazırda beşmərtəbəli iki 
mehmanxana tikilir. Beşulduzlu nəzərdə tutulan 6 mərtəbəli mehmanxanada isə son 
tamamlama işləri görülür. Kompleksdə 21 kottec artıq hazırdır. Gələcəkdə restoran, 
üzgüçülük hovuzu, idman, konfrans salonları da olacaqdır. Tikintidə hazırda 200 nəfər 
çalışır. Kompleks tam hazır olandan sonra 100 nəfər daimi işlə  təmin ediləcəkdir. 
Təqribən 11 milyon manat sərmayə qoyulacaq kompleksin tikinti işlərini yerli “Şinkar 
İnşaat” şirkəti yerinə yetirir.  
Prezident  İlham  Əliyev tikinti işləri ilə tanış olur, kottecləri gəzir. Azərbaycan 
Prezidenti inşaatçılarla görüşür, xarici turistlərin cəlb edilməsi üçün görülən işlərin, o 


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə