Microsoft Word Qebele-Son variant



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə22/43
tarix24.06.2018
ölçüsü0,61 Mb.
#50972
1   ...   18   19   20   21   22   23   24   25   ...   43

Hazırda Qəbələdə hündürmərtəbəli binaların inşasına başlanıb və burada çalışmaq 
üçün işçi qüvvələri artıq kənardan gətirilir. Fərdi evlərin tikintisi də sürətlənib.  İndi 
dəbdəbəli evlərin sayı günü-gündən artır. Şəhərin yeni su və kanalizasiya xətti çəkilir.  
Kənd təsərrüfatı sahəsində də inkişaf nəzərə çarpır. Mövsümü vaxtı geniş ərazilər taxıl 
zəmilərinə çevrilir. Yol boyu qarşıya çıxan taxıl biçən aqreqatlar, kombaynlar kəndliyə 
yaradılan  şəraitdir. Hektarlarla əkin sahələrindən məhsul götürülür. Əlamətdar 
hadisələrdən biri də son illər rayonda taxıl zəmilərinin çoxalmasıdır. Aqro-Azərinvest 
MMC ərazidə üzümçülüyün inkişafına zəmin yaradıb. İndi spesifik ərazilərdə üzümlüklər 
salınır və bu məhsul da yerindəcə əhalidən alınacaq. Qəbələdə istehsal edilən şərablar həm 
də beynəlxalq ixracat üçün nəzərdə tutulub.   
Görüləcək işlər, həyata keçiriləcək layihələr həddindən artıq çoxdur. Təbii ki, bu da 
ölkə iqtisadiyyatının gələcək inkişafına işarədir. Bir sözlə XXI əsrin  əvvəllərində 
prezident  İlham  Əliyevin iqtisadi siyasətinin nəticəsi Qəbələdə  əhalinin yaşayış 
səviyyəsinin yüksəlişinə  səbəb olub... 
Rayon Tarix diyarşünaslıq muzeyi bu gün haqqında  müfəssəl məlumatları özündə əks 
etdirən  ən qiymətli sənəd məbədi sayılır. Bu muzeyi seyr edən hər bir vətəndaş  təkcə 
Qəbələnin tarixindən xəbər tutmur, eyni zamanda buranın uzaq və yaxın keçmişi ilə 
bərabər, bu gününü də görür, təbiəti ilə tanış olur, ədəbi mühitindən, yazarlarından soraq 
alır. Hər eksponat müəyyən dövr tarixini xatırlatdığından onun mühafizəsi,  ən  əsas da 
nümayişi tarixin bəzi anlarını açıqlasa da, müasir Qəbələnin bugünkü günü də apaydın 
hiss olunur. Burada elm xadimlərindən,  əmək qəhrəmanlarından, təbiətinə xas olan 
heyvanat aləmindən tutmuş, bitki örtüyünədək nə istəsən öyrənmək mümkündür… Yaxın 
gələcəkdə Umnisə, Yusif, Vahid və  İbrahim Musabəyovların Xatirə muzeyinin açılışı 
nəzərdə tutulur... 
Abrıx. Hazırda 700 nəfər əhalisi olan bu dağ kəndi bağlı-bahatlı məskənlərdən sayılır.  
Abrıx  naməlum toponimlərə aiddir. Lakin toponimika üzrə alim Elxan Nuriyev yazır 
ki, keçən  əsrə aid ədəbiyyata görə Abrıx Tikanlı  kəndindən yaranmış yaşayış 
məntəqəsidir. Maraqlıdır ki, IX əsr  ərəb coğrafiyaşünasının  əsərində (bu şəhərin 
xarabalıqları Mil düzündə indiyədək Örənqala adı ilə qalmaqdadır.) Abrik adlı qalanın 
mövcud olduğu göstərilir. Güman edilir ki, həmin Abrik qalası bir vaxt müəyyən hadisə 
ilə, bəlkə  də monqolların XII əsrdə basqınları ilə  əlaqədar olaraq dağıldıqdan sonra 
əhalisinin müəyyən hissəsi bu zonaya gəlmiş və bu adı da özləri ilə gətirmişlər...  
Bu ərazi də ucqar yerlərdəndir və uzun illərdir ki, yağış suları, sel axıntıları ilə bol olan 
Qaraçay kənddə  təhlükəli vəziyyət yaradırdı. Hazırda dövlət tərəfindən sahilbərkitmə 
işləri aparılıb, çayın qarşısında möhkəm özülü olan hündür bənd çəkilib. Qaraçay üzərində 
134 metr uzunluğunda körpü salınıb və açılış  mərasimində  İlham  Əliyev cənabları da 
iştirak edib. 
Aydınqışlaq. Adından göründüyü kimi Aydın  şəxs adından və  qışlaq terminindən 
ibarət toponimdir. Bu kənd rayon mərkəzindən 9 kilometr cənub  şərqdə, Qəbələ-Ağdaş 
yolundan 2,7 km aralı, Dəmiraparan çayının sağ sahilində, Alazan-Həftəran vadisindədir. 
Əhalisi 2200 nəfər olan kənddə  məşğuliyyət müxtəlifdir. Taxıl zəmiləri ilə yanaşı, 
meyvəçilik də inkişaf edib. Tərəvəz sahələri, mal-qara da əhalinin dadına çatır. Bu kənddə 


də yaşayış üçün bütün infrastruktur qurulub.  384 nömrə tutumlu elektron ATS istifadəyə 
verilib. 
Bayramkovxalı. Coğrafiyaşünas alim Elxan Nuriyev ərazinin toponimiyasına aid elmi 
əsərində qeyd edir ki, kəndin  əsas adı Bayramkovxalı olsa da get-gedə  təhrif olunaraq 
bayramkoxa halına düşmüşdü. Kənddə insanların fəaliyyəti üçün real şərait var. Orta 
məktəb, tibb məntəqəsi, kitabxana və ticarət obyektləri sakinlərin ixtiyarındadır. Əhalinin 
ziyalılıq səviyyəsinə  gəlincə  təhsilin vəziyyəti ürəkaçandır. 1100 nəfərə yaxın insanın 
yaşadığı kəndin əhalisi taxıl əkir, heyvandarlıqla məşğul olur, tərəvəz məhsullarına isə hər 
bir ailə fərdi yanaşaraq zövqə və kəndin torpaq şəraitinə uyğun becərirlər. 
Bəyli. Bu kənddə əhalinin sayı 313 nəfərdir. Burada da heyvan saxlayır, taxıl əkirlər. 
Üzüm əkiminə isə demək olar ki, yenicə başlanılıb. Təzə salınmış sahələrə qulluq göstərən 
sakinlər üzümçülüyün inkişafına səy göstərirlər. Artıq yeni bağlar becərilib, bu minvalla 
gələcəkdə bu məhsulun bol olması gözlənilir. Çünki kəndin üzümçülüyə yararlı münbit 
torpaq sahəsi var.  
Bunud. Kəndin adı keçən əsrə aid olan bir mənbədə Bunut formasında göstərilmişdir. 
XIX əsrin ikinci yarısında Vəndam kəndindən əmələ gəlmiş dörd kiçik məntəqədən biri-
Buntdan söhbət gedir. Görünür Bunt məntəqəsi yaranmazdan əvvəl Bunut yer adı olub. 
Naməlum toponimlərdən sayılır və ümumiyyətlə  mənası  bəlli olmayan bu toponimlər 
Qafqaz mənşəli adlardır ki, zaman keçdikcə təhrif olunub, ya da Azərbaycan dilinin təsiri 
altında fonetik dəyişikliyə uğrayıb. Ancaq xalq yaddaşına əsaslansaq hər bir yurd yerinin 
yaranışı ilə bağlı fərziyyələr səslənir. Bu kəndin də qədim olduğu söylənilir. Hazırda 850 
nəfər  əhalidən ibarətdir.  Əhali heyvandarlıqla məşğul olur, tərəvəz yetişdirir, taxıl 
sahələri, sarı buğda zəmilərinə xüsusi qulluq edirlər. Elektron ATS-i var...  
Bılıx. Vaxtilə  Bılıx dağının  ətəyində bu adda kənd mövcud olub, indi hətta onun 
xarabalıqları da mövcuddur. Hazırki Bılıx kəndi isə köhnə  Bılıx bağlarının yerində 
salınıb. Bu barədə toponimiklər belə deyir. El dilində desək bılıxlılar Qaraçayın boğazında 
oturublar. Bir tərəfindən də Göyçayın axması  kəndin görkəminə xüsusi gözəllik verir. 
Təmiz dağ havası, dağ çaylarının  şırıltısı gecələr qoynunda uyuyanları suların səsinə 
doğmalaşdırıb. Bılıx sözünün mənası “gəlib-getmişlər” deməkdir.  
İndi ləzgilərin üstünlük təşkil etdiyi kənd camaatının yarısı oturaq, yarısı köçəridir. 
Qoyun sürüləri bol olduğundan  əhalinin maddi vəziyyəti də yüksək səviyyədədir.   900 
nəfər  əhalinin  əksəriyyəti  əsasən qoyunçuluqla məşğuldur. Sakinlər üçün elektron ATS 
quraşdırılıb...  
Adı yaşayan, özü isə xəritədən silinən yerlərimizdən bəziləri hələ də xalqın dilindədir.  
Balıq yeri toponimi qədim türk dillərindəki baliq-“şəhər”, “qala divarları” ilə  əhatə 
olunmuş  şəhər sözündəndir. Toponimika elmində qeydə alınan bu söz bu rayonun 
ərazisinə aiddir... Söz düşmüşkən Bazar şəhərinin də adı tarixdə rast gəlinən yurd 
yerlərimizdəndir. 
Bum. Rayonun ən iri yaşayış yerlərindən biridir. Toponimik bilgilərə görə türk 
dillərindəki bum (boom) sözü ilə əlaqələndirilir. Bum sözü əski türk dilində “çaylı dərə, 
çətin keçilən yer” deməkdir. Kumə dağının  ətəyində  və çuxurda, iki  dağın arasında, 
Kovdan çayının Bum çayına qarışdığı yerdədir. Mənbələrə görə Altay-türk dillərində bu 


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə