Microsoft Word Qebele-Son variant



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə18/43
tarix24.06.2018
ölçüsü0,61 Mb.
#50972
1   ...   14   15   16   17   18   19   20   21   ...   43

Kəmaləddin Heydərov  İlham  Əliyevin nümayəndəsi kimi Qəbələdə böyük bir təbliğat 
kampaniyası həyata keçirdi. Ən ucqar dağ kəndlərinə qədər hamısına şəxsən özü baş çəkdi, 
məktəblərin təmirinə  və  təchizinə köməklik etdi və 70 tədris ocağına kompüter dəsti 
bağışladı. Yerli əhali arasında olarkən  ən layiqli namizədin, məhz  İlham  Əliyevin 
Azərbaycana gərəkli olduğunu, onun sayəsində ölkəmizin müqəddəratının həll olunduğunu 
dilə gətirməklə əhalinin inamını daha da artırdı. Həqiqətən də dövlətdən və onun bacarıqlı 
məmurlarından dəstək görən sakinlər verilən sözün düz olduğunu görür, bugünkü inkişafla 
özünü, siyasətini təsdiqləyən ölkə başçısının, cənab  İlham  Əliyevin məharətinə heyran 
qalırlar. 
Sadə camaat Kəmaləddin Heydərovun dövlətə, xalqa sadiqliyini, cənab İlham Əliyevin 
siyasətini nəinki dəstəklədiyini, hətta öz əməlləri ilə ona arxa olduğunu dərk edir, görülən 
nailiyyətlərin, yüksələn iqtisadiyyatın inkişafında bu dövlət məmurunun da xidmətləri 
olduğunu düşünür. Qəbələlilər yaxşı bilir ki, bu insan prezidentin bütün tapşırıqlarının həll 
olunmasında fəallıq göstərir, xüsusən rayonda əhalinin yaxşı yaşayışı üçün imkanlarını 
səfərbər edir ki, təhkim olunduğu  bölgədə dövlət siyasətinin bütün gerçəklikləri  əks 
olunsun. 
Dövlət Gömrük Komitəsindəki fəaliyyəti jurnalistlərin diqqətindən yayınmadığı kimi, 
hazırkı  vəzifəsi də maraqla izlənilir. Çünki Fövqəladə Hallar Nazirliyi mövcud 
olmamışdan əvvəl indiki ona aid təşkilatlar yarıtmaz halda idi. İndi isə dövlət tərəfindən 
bu qrum üçün yeni binaların verilməsi, nazirliyin yeni texniki avadanlıqlarla təchizi, bir 
sözlə bu sahənin bütün nailiyyətləri Kəmaləddin Heydərovun dövlət tapşırıqlarını lazımi 
səviyyədə yerinə yetirdiyini sübut edir. Nazirliyin yaradılmasının 2-ci ildönümü 
münasibəti ilə keçirilən mərasimdə  də dövlətin rəhbəri alınan son avadanlıqlardan 
məmnun qaldı,  şəxsi heyətin qısa vaxta peşə  vərdişlərinə yiyələnməsini alqışladı  və 
ölkəmizdə bu qrumun daha da təşəkkülü üçün tövsiyyələrini verdi. Həmin mərasim o 
qədər möhtəşəm idi ki...  alınan texnikanı və nizamlı heyəti görəndə, dənizdə və yüksək 
mərtəbəli  binalarda təhlükəli hadisələrin dəf edilməsindən ötrü peşəkar mütəxəssislərin 
hazırlıqlı  vəziyyəti dövlət siyasətinin bəhrəsi kimi hər birimizə inam verir ki, əgər 
yanğınsöndürənlərimiz belə  təchiz olunubsa, onda görün düşmənlə üz-üzə dayanan 
əsgərlərimiz  üçün dövlət tərəfindən nələr alınmayıb?.... 
Azərbaycanda hər bir sahəsinin inkişafı üçün dövlət kifayət qədər pul ayırır və şəxsən 
cənab prezident İlham Əliyev özü nəzarət edir ki, bugünkü svilizasiyalı aləmdə ölkəmiz 
öz siyasəti ilə beynəlxalq mühitin diqqətini çəksin. Bu baxımdan Qəbələ rayonu da ölkə 
siyasətinin güzgüsü olan regionlardan sayılır və buradakı gerçəklik respublikamızdakı 
inkişafdan soraq verir... 
 
SƏHİYYƏNİN SON YENİLİKLƏRİ  
SAĞLAMLIĞA TƏMİNATDIR 
 
Həyatda yaxşı ömür sürmək üçün can sağlığı  ən vacib şərtdir. Atalar demiş “sağlam 
bədəndə sağlam ruh olar”. Düşünmə qabiliyyəti ilə yanaşı fiziki fəaliyyət rahat, ağrısız 


orqanizmin gümrahlığı sayəsində mümkündür. Bunun üçün də insan övdadının həmişə 
təbibə ehtiyacı var. 
Azərbaycan dövləti bütün sahələrdə olduğu kimi səhiyyədə  də islahatlar apardı.  İndi 
dünya təbabətinin son nailiyyətləri ölkəmizin səhiyyə müəssisələrində sınaqdan keçirilir. 
Körpə  nəslin sağlamlığını  təmin edən dövlət proqramı gerçəkləşib. Heydər  Əliyev 
fondunun prezidenti Mehriban xanım  Əliyevanın dəstəyi ilə  uşaqların sağlamlığı 
istiqamətində mühüm işlər görülür.  
Bölgələrdə  də səhiyyə müəssisələri müasir tələblərə əsasən qurulur. Uzun illər rayon 
camaatı ən xırda bir bəladan ötrü məsafələr qət etməli olur, paytaxtın səhiyyə ocaqlarına 
üz tuturdu. Həm maddi cəhətdən ziyana düşür, həm də müalicə üçün təyin olunan bir neçə 
kursu axıracan ala bilməyən xəstələr az deyildi. Rayonlarda mərkəzləşdirilmiş 
xəstəxanalar olsa da onların tibbi bazası  zəif olduğundan səhiyyədə yarıtmaz xidmət 
mövcud idi. Bu gün isə ölkə  cərrahiyyəsinin hətta bölgələrdə  ən ağır  əməliyyatlar 
aparmaq imkanı var. Tələb olunan peşəkar tibbi heyətlə yanaşı, ən müasir avadanlıqlarla 
təchiz olunan yerli diaqnostika mərkəzləri əhalinin xidmətinə verilib. İlkin olaraq bir neçə 
rayonda cərrahiyyə  əməliyyatının (Lənkəran diaqnostika mərkəzində açıq ürək üzərində 
əməliyyatın uğurla keçməsi səhiyyəmizin uğurudur)  şahidi olanda da millətimiz bu 
yeniliklərdən ona görə məmnunluq duydu ki,  ölkə əhalisinin sağlamlığına təminat verən 
dövlət siyasəti gerçəkləşib.  
Qəbələdə yeni Diaqnostika Mərkəzinin təməlinə imza atan prezident İlham Əliyev  ən 
son tibbi avadanlıqlarla təmin olunmuş yeni səhiyyə xidmətinin əsasını qoydu. ARDNŞ-in 
sifarişi ilə tikilən bu mərkəzə 4 milyon manat, o cümlədən avadanlığın, cihazların və digər 
inventarların alınması üçün 3,5 milyon manat vəsait xərclənib. Binanın xarici görünüşü də 
ölkə başçısının tələb və tapşırıqları  əsasında müasir standartlara uyğun inşa edilib. 
Regional Diaqnostika Mərkəzində 20 çarpayılıq cərrahiyyə, 10 çarpayılıq dializ və 5 
çarpayılıq reanimasiya şöbəsi nəzərdə tutulub. Aptek, qəbul otağı, lor, göz, , stomotoloji, 
exokardioqrafiya, rentgen kabinetləri mövcuddur.  Səhiyyə ocağı yaxın rayonların 
əhalisinə də xidmət göstərir. 
Regional Diaqnostika Mərkəzində yerli mütəxəssislər  açıq ürək üzərində  cərrahiyyə 
əməliyyatlarını müvəffəqiyyətlə həyata keçirirlər. 2009-cu ilin aprel ayının 21-də Mərkəzi 
Neftçilər xəstəxanasının yüksək ixtisaslı  həkimləri  şirkətin vəsaiti hesabına üş  xəstənin 
ürəyində əməliyyat apardılar. Bu ölkəmizin  tibb aləmində regionlarda ilk aorta-koronar 
şuntlama  əməliyyatı hesab edilir. Tibb ocağında 50-dən yuxarı xroniki böyrək 
çatışmazlığı olan şəxslər müalicə olunur. 
Hətta  səyyar stasionar xidmət, tibb kabinələri ilə təmin olunan təcili yardım maşınları 
kəndlərdə ən ağır xəstələrə kömək edə biləcək. Kəndlərdə xəstəxana binaları təmir edilib, 
lazımi yerlərdə feldşer-mama məntəqələri yaradılıb.  
1998-ci ildən 180 çarpayılıq mərkəzi xəstəxana sakinlərin istifadəsindədir. Həmçinin 
əhaliyə bir rayon poliklinkası, 1 uşaq xəstəxanası, üç qəsəbə  xəstəxanası, 6 həkim 
ambulatoriyası, 37 feldşer mama məntəqəsi, gigiyena və epidemiologiya mərkəzi xidmət 
göstərir.  İndi bütün kəndlərdə ikimərtəbəli və müasir avadanlıqlarla təchiz olunmuş tibb 
məntəqələrinin tikilməsi ilə bağlı layihələr təsdiqlənib... 


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə