Microsoft Word Qebele-Son variant



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə20/43
tarix24.06.2018
ölçüsü0,61 Mb.
#50972
1   ...   16   17   18   19   20   21   22   23   ...   43

Yaponiya səfirliyinin maliyyə  dəstəyi ilə Kötüklü kəndində tikilən 240 şagird yerlik 
orta məktəb binasında tamamlama işləri aparıldı. Məktəb həm də müasir avadanlıqlarla 
təchiz edildi. Respublika Prezidenti cənab İlham Əliyevin rayona səfərinin nəticəsi olaraq 
tərtib edilmiş  əlavə  tədbirlər planında nəzərdə tutulmuş 380 yerlik müasir tədris 
kompleksinin tikintisi başa çatdırıldı. Qəbələdə təhsilin müasir səviyyəsinin təsdiqi olacaq 
bu müəssisə  tədris korpusundan, oğlan və  qızlar üçün yataqxanadan, yeməkxanadan, 
idman və akt zallarından ibarətdir.  İstifadəyə verilmiş 480 yerlik Nohurqışlaq kənd orta 
məktəbi üçün yeni idman zalının və Bum qəsəbə əsas məktəbi üçün qazanxananın tikintisi 
də son yeniliklərdəndir. Bunlarla bir sırada regionların sosial-iqtisadi inkişafına dair 
Dövlət Proqramına müvafiq olaraq Qəmərvan kəndində 320, Yenikənddə 480 şagird 
yerlik yeni orta məktəb binalarının tikintisi gündəmə düşdü.  
Rayonun 68 ümumtəhsil məktəbində 21 min şagird isə etimadı doğruldaraq  tələbə 
adını qazanmaq həvəsindədir. Hər il 200 - 250 Qəbələ məzunu tələbə vəsiqəsi alır... 
 
 
 
UZAĞI YAXINLAŞDIRAN TELLƏR  
 
Azərbaycan dünyanın ən mötəbər təşkilatlarına üzv olaraq həm poçt rabitəsində, həm 
də informasiya kommunikasiya sahəsində  uğurları ilə  təmsil olunursa deməli, bu 
sektorun nailiyyətlərindən hər bir vətəndaşımız bəhrələnir.  Beynəlxalq aləmə  çıxış 
burada yaşayan, respublikamızda fəaliyyət göstərən xarici sərmayədara nə  qədər 
vacibdirsə, bölgə  əhalisinin də bu xidmətdən yararlanmaq istəyi başadüşüləndir. Rabitə 
isə hər kəsin rahatlığı, nigarançılığa son qoyan elə bir ünsiyyət vasitəsidir ki, tez bir anda 
istədiyin insanla əlaqə qura bilirsən, maraqlandığın xəbəri əldə edirsən. 
Uzun illər idi ki, bəzi dağ  kəndləri rabitəsiz qalmışdı. Dağların  əhatəsində olan bəzi 
kəndlərinin sakinləri isə  ağıllarına belə  gətirməzdilər ki, qısa zamanda bütün kəndlər 
elektron stansiyalarla təmin olunacaq. Ümummilli lider Heydər  Əliyevin xatirəsinin 
elliklə anıldığı  ərəfədə  Qəbələlilərə töhfə verilən yeni proqram bütün ərazilərin 
telefonlaşdırılması prosesini başa çatdırdı. Tədbirlər planı tərtib edilərək qarşıya müəyyən 
vəzifələr qoyuldu. Sərf edilən investisiya nəticəsində Bum, Böyük Pirəli, Kürd, 
Bayramkovxalı, Mirzəbəyli kəndlərində olan koordinat tipli stansiyalar dəyişdirilərək 
Elektron Avtomat Telefon Stansiyası ilə əvəz olundu, Vəndam qəsəbəsində 512 nömrəlik 
Elektron stansiyanın tutumu genişləndirilərək 768 nömrəyə çatdırıldı və həmin kəndlərdə 
rabitə binaları  əsaslı  təmir edildi. Kürd və  Mıxlıqovaq kəndlərində isə yeni Elektron 
Avtomat Telefon Stansiyası istifadəyə verildi. Mıxlıqovaq kəndində yeni 512 nömrəlik 
stansiya quraşdırıldı. Yuxarıda sadalanan kəndlərin yeni telefon stansiyalarının  xətt 
şəbəkəsində  də  əsaslı  təmir və tikinti işləri aparılıb. Hal-hazırda telefon aparatlarının 
sayına görə  Qəbələ TKQ-da EATS-lərin xidmətindən istifadə edən abunəçilərin sayı 
6800, koordinat ATS-lərin xidmətindən istifadə edən abunəçilərin sayı 650 nəfər təşkil 
edir. Ümumiyyətlə şəbəkədən istifadə edən abunəçilərin çəkisi 91,2 % təşkil edir. Dızaxlı, 
Quşlar, Qəmərvan və  Cığatellidə  təxirəsalınmaz işlər aparılır və 2007-ci ilin sonundan 


abunəçilərin hamısı dünya standartlarına cavab verən Elektron Avtomat Telefon 
Stansiyasının xidmətindən istifadə edir.  
Nəhayət, rabitə tamamilə elektronlaşdı. Hətta Qaraçayın o üzündə olan ən ucqar 
kənddə Solquca əhalisinə də telefon xidməti göstərilir.  
Bu rayon haqqında daha ətraflı  məlumatların  əldə olunması üçün yaradılan elektron 
səhifələr də bölgə haqqında bilgilər almağa kömək edir. Əsasən turizm saytlarında rayon 
barəsində məlumatlar əksini tapır, şəkilli veb-səhifələrdə təbiətin ən maraqlı lövhələri əks 
olunub. Dünyanın o başında olan, planetin uzaq sakini də  Qəbələdəki son yeniliklərdən 
xəbər tutmaq imkanına malikdir. Bu isə bölgənin virtual aləmdə nüfuzunu artırır və 
elektron istifadəçisinin diqqətini cəlb edir... 
 
 
 
RAYONUN İDMAN HƏYATI  
 
Ölkəmizdə idmanın inkişafı göz qabağındadır.  İndi  əksər bölgələrdə olimpiya 
kompleksləri tikilib və  hər bir idman növü üzrə  gənclərə  şərait yaradılıb. Ayrı-ayrı 
sahələrin inkişafı üçün xüsusi proqramlar hazırlanıb, federasiyalar yaradılıb. Məhz bunun 
sayəsində aparılan islahatlar artıq nəticəsini göstərir. Azərbaycan Pekində keçirilən 
olimpiya oyunlarına  əvvəlki illərlə müqayisədə daha çox vəsiqə qazandı. Növbəti 
olimpiadaya bundan da artıq idmançının yola düşəcəyi gözlənilir. 
Bəli, idmançılarımız, ölkəmizi layiqli təmsil edirlər. Gələ-cəkdə idmançılar nəsli 
yetişdikdən sonra uğurlarımızın sayı da təbii ki, artacaq. İdmançıların beynəlxalq arenada 
ən mötəbər kürsülərə qalxması üçün dövlətimiz əzmlə çalışır.  
Rayonlarda da bu məsələyə ciddi fikir verilir. Qəbələnin kəndlərində stadionlar inşa 
olunur və yeni idman klublarının tikilməsi nəzərdə tutulur. 
Voleybol, futbol, ağır atletika, nərd,  şahmat, dama, stolüstü tennis üzrə idmançılar 
yetişdirilir. Qəbələlilər dəfələrlə yerli və beynəlxalq yarışlarda mükafatlar qazanıblar.  
“Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət 
Proqramı”na uyğun olaraq, Qəbələdə bu idman növünə xüsusi diqqət yetirilir. Qəbələ 
futbol klubu öz sıralarına  ən güclüləri yığmaqla çempionatlarda birincilik uğrunda 
mübarizə aparır.  Ən nəhəng legionerləri Qəbələyə  dəvət edirlər. Ancaq gələcəkdə öz 
idmançılarımızın püxtələşməsi üçün klubun nəzdində yeniyetmə və uşaqlardan ibarət iki 
komanda yaradılıb. Uşaq futbolunun inkişafı, balaca istedadların hazırlanması prosesi 
gedir. Uşaq futbol Akademiyasının qurulmasına isə  İngilis  şirkəti cəlb edilib. 
Akademiyanın nəzdində beş-altı meydançanın salınması planlaşdırılıb. Bacarıqlı  uşaqlar 
həmin akademiyada təhsil alacaqlar. Uşaqlarla işləmək üçün təcrübəli mütəxəssislər 
Qəbələyə dəvət edilib. Bu məqsədlə türkiyəli Ali Yavaşın rəhbərlik etdiyi qardaş ölkənin 
nümayəndə heyəti ilə müqavilə bağlanıb. 9-13 yaş arası uşaqlar üçün ayrıca tədris layihəsi 
hazırlanacaq. Bu cür təhsil isə pulsuz həyata keçiriləcək. Akademiyada respublikanın 
bütün bölgələrindən olan idmançılar təhsil ala biləcəklər. 


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə