Microsoft Word Qebele-Son variant



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə23/43
tarix24.06.2018
ölçüsü0,61 Mb.
#50972
1   ...   19   20   21   22   23   24   25   26   ...   43

söz dar dərədə  əmələ  gəlmiş  sıldırım, qayalıq, burun formasında uca qaya, çay ilə dağ 
arası yer anlamındadır. Necə ki, coğrafi mənası adı ilə eynidir. Rayon mərkəzindən 7 
kilometr qərbdə, Qəbələ-Qəmərvan  şosse yolunun kənarında,  Baş Qafqaz silsiləsinin 
ətəyindədir.  
IX-XIV əsrlərə aid “Govurqala” memarlıq abidəsi var. 
Hazırda Bum qəsəbəsinin 4700 nəfər  əhalisi var. Qəsəbəyə aid olan hər cür şərait 
burada yaradılıb. Yüksək tibbi kadrlarla təchiz olunan ixtisaslaşdırılmış  xəstəxanadan 
tutmuş, orta məktəblər, mədəniyyət ocaqları fəaliyyət göstərir. 
Bum mineral bulağı  və dağlardan axan yağış sel suları ilə qidalanan Bum çayı isə 
sakinlər üçün daha qiymətli təbii sərvətdir. Məhz bunun sayəsində  əhali bol-bol ruzilər 
yetişdirir, əkinçiliklə məşğul olur, tərəvəzləri məhsuldar, mal-qaraları artımlıdır... 
Cığatelli.  Mərkəzdən 9 km. aralı olan bu kəndin də bütün problemləri həll edilmək 
üzrədir. 680 nəfərin yaşadığı ərazidə 150 təsərrüfat var. Əhalinin tələbatına uyğun olaraq 
sosial problemlər yavaş-yavaş  dəf edilir. Sakinlər 3 km çınqıl yolu adlamaqla magistral 
xəttə çıxırlar. 
Məktəbin  şagirdləri on bir illik tədris ocağında oxuyurlar və  qəbul zamanı da 
fərqlənirlər. Elektron rabitədən istifadə edilir. Əhalinin 70 faizi artezian quyularından su 
götürür. Suvarma dağ çayları vasitəsi ilə həyata keçirilir.  
Yeniliklərə gəlincə kəndə qaz xətti çəkilir. Rabitə qovşağı inşa olunub. Gələcəkdə yeni 
məktəb və ərazi icra nümayəndəliyi üçün inzibati binanın tikintisi də plana salınıb. 
Burada da halal zəhmət sayəsində insanların günü-güzəranı dəyişilir. Dolanışıqlarında, 
şəxsi əmlakın artımında irəliləyiş hiss olunur.  
Corlu naməlum toponimlərdən sayılır. Kəndin yaranma tarixi 1700-cü illərə aid edilir.  
Hazırda əhalinin sayı 1680  nəfərdir və  400 təsərrüfatı qeydə alınıb. Kənddə əhalinin 
tələbatına uyğun olaraq hər cür şərait yaradılıb. Orta məktəbi, baxçası, feldşer məntəqəsi 
ilə yanaşı elektron rabitəsi və poçt şöbəsi də xidmət göstərir. Növbəti illərdə isə iki 
mərtəbəli xəstəxana və yeni baxça binası tikiləcək. 2009-2013 illəri  əhatə edən yeni 
iqtisadi inkişaf proqramında  əksini tapan bu tikintilərin inşası gözlənilir. Kənddə qaz 
xəttinin də  bərpasına söz verilib. Həmin sənədə  əsasən mavi yanacaqdan yaxın illərdə 
istifadə olunacaq.  
Kəndin mərkəzindən keçən Bum çayının kənarlarında  Şah-Daş  bəndi çəkilib. Dağ 
çaylarının məcradan çıxmasının qarşısını almaqdan ötrü qurulan bəndin möhkəmlənməsi 
üçün əlavə fəhlə qüvvəsi ilə yanaşı, kənd camaatı da səfərbər olunub. 
Kənddə altı artezian quyusu qazılıb və bütün məhəllələrdə istifadəyə verilən su 
həyətlərin  əksəriyyətinə  çəkilib. Kəndarası yollar yüksək səviyyədə asfaltlaşır. Çuxur 
Qəbələyə gedən yolun üzərinə beton örtüyü çəkilib. 
Çarxana. Burada əhalinin sayı 800 nəfərdir. Bu kəndin də sakinləri əməksevərliyi ilə 
tanınırlar. Meyvə bağları, tərəvəz sahələri və mal-qaraya qulluq sayəsində  əhalinin 
dolanışığında irəliləyiş hiss olunur. Ziyalılıq səviyyəsinə görə adı məşhurdur. İlk arxeoloq 
alim Qara Əhmədovun vətənidir. “Orta əsr Beyləqan şəhəri” adlı əsəri ölkədə arxeologiya 
üzrə ilk doktorluq işi sayılır. Kənddə alimin ev-xatirə muzeyi açılıb. 


Çuxur Qəbələ. Adından bəlli olduğu kimi çökəklikdə yerləşdiyindən çuxur coğrafi 
terminindən və  Qəbələ sözlərindən təşkil olunub. Qədim Albaniyanın paytaxtı olan 
Qəbələ  şəhərinin adını daşıyır. Rayon mərkəzindən 34 km. cənub qərbdə, Alazan-
Həftəran vadisindədir. 
Qəbələ  şəhəri süquta uğradıqdan sonra onun çuxurda yerləşən məhəlləsinin adını bu 
kənd zəmanəmizə  qədər saxlayıb. Kəndin  ərazisində  qədim  şəhərin qala və tikinti 
qalıqları, Qəbələ tarix mədəniyyət qoruğu yerləşir. Kəndin cənub-şərqində erkən orta 
əsrlərə,  şimal və  şimal-şərqində isə orta əsrlərə aid qəbiristanlıqlarda yazılı  və naxışlı 
sənduqələr qalmışdı. Bu kənddə  qədim və orta əsrlərə aid pul dəfinələri də tapılmışdır. 
Zaman-zaman burada arxeoloji ekspedisiyalar aparılır və hər dəfə də alimlər yeni faktların 
şahidi olurlar. Alimlərin fikrincə bura tarixdə böyük qüdrətli dövlətə  məxsus olub ki, 
torpağın altındakı sirli aləm hələ çox mətləbləri üzə çıxaracaq. 
Qəbələdə alimlərin axtarış aparmaq imkanları  məhdud idi. Burada alimlərin sərbəst 
fəaliyyəti üçün vaxtilə baza yaradılmışdı. Erməni təcavüzünə məruz qalan vətəndaşlarımız 
məcburiyyət qarşısında həmin yerə sığınıblar. Bir neçə ildir ki, arxeoloqlar maddi vəsait 
üzündən işləyə bilmirdilər. Bu məsələdə isə artıq yardımçıları var. SEBA şirkəti, Seul-
Bakı Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası  onlara arxa çıxıb, burada 
çalışan alimlərin qayğılarını, ehtiyaclarını  təmin edir və onların fəaliyyəti üçün geniş 
imkanlar yaradır. Bu ictimai təşkilatın üzvləri Azərbaycan EA Arxeologiya və 
Etnoqrafiya İnstitutunun əməkdaşlarına, ərazidə çalışan alimlərə köməyini təklif edib. Bu 
nəcib və humanist addımdan sonra ekspedisiya üzvləri arxeoloji prosesləri davam 
etdirməyə müvəffəq olublar.  
Hazırda  ərazidə yeni bazanın tikilməsi planlaşdırılıb. Beynəlxalq tədbirlərin 
keçirilməsi üçün elmi simpozium zalları, qonaq evləri və eksponatların saxlanması, 
nümayişi məqsədi ilə xüsusi mühafizə olunan bina layihəsinin inşası  nəzərdə tutulur. 
Koreya alimlərinin də bura  gəlişi gözlənilir. SEBA şirkəti bu nadir tapıntıya-Qəbələyə 
dünya alimlərinin diqqətini ona görə yönəltmək istəyir ki, tarixdə nəhəng dövlət sayılan 
və müasir arxeoloji tapıntıları ilə tarixçiləri yenidən düşünməyə sövq edən Qədim 
Albaniya Qafqazın keçmişini açmaqla tarixin yeni səhifərini yazır. O şəhərin varisi olan 
yeni Qəbələyə isə qədim maddi mədəniyyət abidəsinin tədqiqatı məqsədi ilə dəvət edilən 
xaricilər bugünkü dağlar qoynundakı müasirliyin şahidi olanda heyrətini gizlətmir, hər iki 
görkəminə (keçmişi və bugünü) heyran olurlar.  
Çuxur Qəbələ  kəndində 1000 nəfər yaşayır. Burada balıq yetişdirmə müəssisəsi var. 
Qızıl balıqların artırılması istiqamətində müəssisə işçiləri hər il Xəzərə bu növdə canlılar 
bəxş edir. Yaxın gələcəkdə müəssisənin genişləndirilməsi nəzərdə tutulur. Onu da qeyd 
edim ki, dadı ilə bənzərsiz təamı olan təbii dağ çaylarına məxsus farellərinin varlığı da bu 
torpağın özəlliyidir. Bu kəndin ortasından keçən dupduru göz yaşı kimi çay da (mənbəyi 
bulaqdan qaynaqlanan təmiz su axır) balıqçılığın inkişafında əsas rol oynayır. Həmin çay 
boyunca bir çox ailələr balıq üçün hovuzlar tikiblər...   
Dandıq  kəndində 150 nəfər  əhali məskunlaşıb. Təbiəti digər kəndlərdən daha 
cazibədardır. Uca dağların  ətəyində  səhər-səhər duman, çən çəkiləndən sonra göyün 
üzünün  şəffaflığı,  əzəmətli yüksəkliklər buranı özlərinə yaşam seçənlərin ruhuna hakim 


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə