Microsoft Word Qebele-Son variant



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə25/43
tarix24.06.2018
ölçüsü0,61 Mb.
#50972
1   ...   21   22   23   24   25   26   27   28   ...   43

artdıqca kənddə iri buynuzlu mal-qaranın çoxalması da müşahidə olunur. Telefon xətti 
çəkilib, sayğaclaşmadan sonra fasiləsiz enerji təminatı, yəni işıq problemi həll edilib. 
Artezian quyuları qazılıb. Artıq müasir səviyyədə texniki avadanlıqlarla təchiz edilən yeni 
məktəb binası da məktəblilərin ixtiyarındadır... 
Küsnət.  Cəmi 81 nəfər sakini olan bu balaca məkan Qəbələnin gəzməli, görməli 
yerlərindəndir. Ətrafdan baxanda insana elə gəlir ki, dağlar qoynunda vəsf olunan hansısa 
təbiət lövhəsinə tamaşa edirsən. Təbii rəng çaları ilə  əhatə olunan, ilahi qüdrətinin 
nişanəsini əks etdirən bu canlı əsərə məftunluğunu gizlədə bilmirsən. Rayona ezam olunan 
tele-kanal işçiləri də  dəfələrlə buranın görüntülərini lentə alaraq kəndin gözəlliyi 
timsalında  bütovlükdə  ərazinin sevilən, diqqət çəkən zona olduğunu tamaşaçı 
auditoriyasına təqdim etməklə maraqlı verilişlər yayımlayırlar. Küsnətlilərin turist 
qonaqları da çox olur. Mərkəzə yaxınlığı, qeyri-adi təbiəti, yaşıl libası xoşa gəldiyindən 
əraziyə axın var. Əsasən yerli turistlər kəndin boş evlərini kirayələyir, yay boyu istirahət 
edirlər... 
Kürd  kəndi mərkəzdən 25 km. cənub-qərbdə,  Ərəş düzündə-dir. Burada 1130 nəfər 
əhali yaşayır. Torpağı  dəmiyə  ərazilərdən sayılır və spesifik məhsullar  əkilir.  Əsasən 
üzüm sahələrinin artımı nəzərə çarpır. Kənddəki Şərab emalı zavodunda xeyli sayda işçi 
qüvvəsi çalışır. Burada da əhalinin rahatlığı üçün hər cür şərait yaradılıb. Yolu hamar, 
işığı fasiləsizdir... 
Qaradeyin  kəndinin yaranma tarixi 1840-50-ci illərə  təsadüf edir. Toponimiyası ilə 
bağlı nə yerli camaatda, nə də elmi ədəbiyyatda heç bir məlumat yoxdur. Qəbələ Ağdaş 
yolunun yaxınlığında olan kəndin 415 nəfər əhalisi 300 hektar pay torpaqlarından istifadə 
edir. Bələdiyyə mülkiyyətində olan 40-50 hektar torpaq da sakinlərin ixtiyarındadır.  
Kəndlə magistral yolun arası 500 metrdir və  təxminən 20 ev Qaradeyin dərəsinin 
yanında olduğundan bu yolu 2 km-ə  qət edirlər. Vaxtilə qaradeyinlilər bu dərədə 
məskunlaşıblar. Sonra isə  əhali daha rahat düzdə, üzü yuxarı münasib torpaqlarda evlər 
tikiblər.  
2007-ci ildən kəndə qaz xətti çəkilib və əhali mavi yanacaqla təmin olunub. Telefon 
xətti də istismara verilib, ailələr elektron rabitədən istifadə edirlər.  İki ticarət müəssisəsi 
fəaliyyət göstərir. 11 illik məktəb binası, feldşer- mama məntəqəsi var. 
Növbəti illərdə yeni tədris ocağının və ərazi icra nüma-yəndəliyi üçün inzibati binanın 
inşası nəzərdə tutulub.   
Qəmərvan. Mərkəzdən 18 km. şimal-qərbdə Bum çayının (Türyan çayının qolu) sol 
sahilində, Baş Qafqaz silsiləsinin yamacında salınmış bu kəndin təbiəti kimi insanları da 
mehriban, gülər üzlü, qonaqsevərdirlər. Əhalinin sayı 2000 nəfərdir. Bu kəndin tarixi XIX 
əsrin ortalarından başlayır. Dağıstanda yaşayan ləzgilərin bu zonada yaylaqları olmuş və 
onların müəyyən bir hissəsi oturaq hala keçərək bu kəndi yaratmışlar.  Rayonun digər 
yerlərindən fərqi odur ki, bu kənd müasir gündə də köçəridir. Qoyunçuluğun artımı olan 
yerlərdə var-dövlət də çox olur. Kənd camaatı yerli turistlərdən də gəlir götürür. Ecazkar 
görünüşü olduğundan ilin bütün fəsillərində  kəndin qonaqları olur. Yayı kimi qışı da 
mözücə olan bu diyarı  şəhərlilər çox xoşladığından kənd evlərini kirayələyirlər. Kəndin 
yolu yüksək səviyyədədir. Burada müalicəvi təbii isti su var. Oynaq xəstəliklərinin 


dərmanı sayıldığından Qəbələ camaatının yaxşı tanıdığı bu ünvanda hazırda  möhtəşəm 
sanatoriya tikilir və istifadəyə verildikdən sonra minlərlə xəstə təbii üsulla müalicə almaq 
şansı qazanacaq... 
Quşlar  kəndi rayondan 30 km. cənub-qərbdə Türyan çayının sahilində Daşüz 
silsiləsinin  ətəyindədir. Toponimikada qeyd edilib ki, Quşlar oykonimi qədimdə türk 
mənşəli Kuş (quş) etnonimindən yaranmışdır.  
Hazırda burada 600 nəfər  əhali yaşayır. 134 təsərrüfatı  və 370 hektar yararlı torpağı 
var. Mərkəzi yolla arası 7 km-dir. Taxılçılıq, heyvandarlıqla yanaşı  kənd sakinləri yeni 
üzüm sahələrini də bərpa edirlər və bu məhsula meyl artdığından, 120 hektar sahədə yeni 
üzüm bağları salınıb. Bu da əhalinin bir qismi üçün yeni açılan iş yeri hesab edilir. 
Əhalinin dolanışığı istənilən səviyyədədir. Təsərrüfatlarda çalışan camaat mal-qaranın da 
sayını artırır və heç nədən korluq çəkmirlər.  
Kənddə orta məktəb, ictimai iaşə müəssisələri, mədəniyyət ocaqları və tibb məntəqəsi 
var. Qarşıdakı illərdə bir neçə yeni tikintilərin aparılması nəzərdə tutulub. Nümayəndəlik 
üçün yüksək səviyyədə bina inşa ediləcək. Kəndə qaz xəttinin çəkilməsi planlaşdırılır... 
Laza kəndi mərkəzdən 8 km. şimal-şərqdə Dəmiraparan çayının sahilində  Baş Qafqaz 
silsiləsinin cənub yamacındadır. Sevimli müğənnimiz Zeynəb Xanlarovanın 
mahnılarından birinə  çəkilmiş süjet xəttində Muçuq şəlaləsinin görüntüləri bu kənddə 
lentə alınıb. Hər bir mahnısını təbiət görüntüləri ilə sintez etməsi, teletəsvir müğənninin 
yaradıcılığına xas olan cəhətlərdəndir. Elə Lazada  96 metr hündürlükdən axan Muçuq 
şəlaləsi də Zeynəb xanıma həsr edilən “Salam Zeynəb” sənədli filmində çağlayır. Zəyli və 
digər deltavari şəlalələr də bu kəndin ərazisindədir. 
İndi kənddə 1100 nəfər yaşayır. Bu camaat da köçəridir. At üstündə çobanlar, minlərlə 
qoyun-quzu dağlara-düzlərə  səpələnirlər. Yaşıl çəməndə  ağ xalıya bənzər bu görüntülər 
Qəbələdə tez-tez görünən səhnələrdəndir. Dağdan sürülər enəndə hansı  kənddən ötərsə, 
çobanlar yol üstündə səxavətli olar, əlinin altında nə varsa paylayarlar. Eyni ilə kəndlərdə 
də sürünün səsi eşidilən kimi, pişvazına çıxar, çobanları ev xörəklərinə qonaq edərlər. 
Bərəkət simvolu sayılan sürülər el-obanın varına, dövlətinə işarədir... 
Mamaylı. Deyilənə görə Monqol xanı olan Mamay xanın ərazidə beş-altı gün məskən 
salması ilə el dilində həmin yer belə adlanıb. Sonralar camaat təzə binə qurduğu yeri nişan 
verəndə “Mamay xanın dincəldiyi yer” deyərmişlər.  
Hazırda kənd sakinlərinin dolanışığı yüksək səviyyədədir. Yol sarıdan heç bir 
poblemləri yoxdur, işıqdan, qazdan gileyli deyillər. Magistral xəttə çıxan 3 km. yolu təmir 
edilib. Kəndə 2004-cü ilin axırlarından mavi yanacaq verilir. 700 nəfərin və 168 
təsərrüfatın qeydə alındığı kənd əhalisi müxtəlif məşğuliyyətdən gəlir götürür. Taxılçılıqla 
yanaşı heyvandarlıq da inkişaf edir. Bir sözlə ərazinin 800 hektar yararlı torpaq sahəsinə 
diqqətlə qulluq edən mamaylılar həm də abadlaşmış bir kəndin nümayəndələridirlər. 
Növbəti inkişaf proqramına  əsasən burada təzə  məktəb binası, baxça və feldşer tibb 
məntəqəsinin tikilməsi nəzərdə tutulub... 
Məlikli.  Bılıxdan 3 km. cənubda Göyçayın yatağı üstündə  məlikli camaatı yaşayır. 
Ərazi mərkəzdən 43 km. uzaq olsa da burada da əhalinin rahatlığı üçün xeyli işlər 


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə