110
İffətlik və kifayət edəcək miqdara razı olmaq, imanın
sütunlarındandır.
İmanın bir hissəsi qəlblərdə möhkəm və sabitdir. Digər bir
hissəsi isə məlum zamana (ölümə) kimi qəlblərdə sinələr
arasında müvəqqəti və qeyri sabitdir.
İnsanda üç xislət olmayınca imanın tamını dadmaz: dini bilik,
bəlalar qarşısında səbr və məişət işlərində düzgün proqram.
İmam Əli (ə) Peyğəmbərlər və övliyaları vəsf edərkən: Allah
onları aclıqla sınadı, müxtəlif çətinliklərə giriftar etdi, qorxu-
hürkülərlə imtahana çəkdi.
İnsan imtahan vaxtı başıuca və ya başıaşağı olar.
İnsanların ağılları üç şeylə sınanar: var-dövlət, vilayət və
müsibət.
İnsanın dəyəri onun iki kiçik üzvü-qəlb və dili ilədir. Vuruşanda
qəlbi ilə vuruşsun və danışanda aydın və yetərli danışsın.
İnsanlar ağaclar kimidir. Hamısı bir sudan içir amma meyvələri
bir-birindən fərqlidir.
İnsanlar haqq qarşısında bərabərdirlər.
İnsaf xislətlərin ən üstünüdür.
İnsaf qəlbləri bir-birinə bağlayar.
İnsaflı olmaq dostların artmasına səbəb olur.
İnsanların ən ədalətlisi, ona zülm edənlə insafla davrananıdır.
İnsanların ən insaflısı, hakimin hökmü olmadan özündən insaf
tələb edəndir.
İnsanın ağıllı olmasına bu kifayətdir ki, o, özündən insaflı
olmağı tələb etsin və insaflı olsun…… Onun insaflı olmasına
da bu kifayətdir ki həqiqət ona məlum olanda, onu qəbul etsin.
111
İmam Əli (ə) (Malik Əştərə məktubundan): Özündən,
qohumlarından, yaxınlarından və rəiyyətin sənin meyl və
diqqətində olanlarından Allahın və camaatın haqqını tələb et.
Çünki belə etməsən zülm etmisən.
İslamdan böyük şərəf yoxdur.
İmam Əli (ə) (İslamı vəsf edərkən): İslam ən işıqlı yol, ən aşkar
keçiddir. Onun yol nişanları uca, baş yolu parlaq, çıraqları işıqlı
və nur saçandır.
İslam, təslim olmaq, təslim əminlik, əminlik təsdiq, təsdiqin özü
etiraf, etiraf icra və icra əməl deməkdir.
İbrət götürmək ismətə və düz yola gətirib çıxarar.
İsmət təqvanın özü deməkdir.
İmam Əli (ə): - Xudaya! Günahdan çəkinmək üçün sənin
qorumağından başqa bir yol yoxdur. Yaxşı işlər bizlərə sənin
istəyindən qeyri yolla müyəssər olmur. Belə isə, sənin
istəmədiyindən necə fayda götürüm. Sənin köməyin dadıma
çatmasa, özümü günahdan necə saxlayım.
İsraf puçluqdur, orta həddi gözləməksə sərvət gətirər.
İsrafçılıq yoxsulluğun başlanğıcıdır.
İsrafçılıq müflisliklə yoldaşdır.
İsrafçılıqla öyünən kəs yoxsulluqla xar olar.
İradəsi olmayan bir zəifə itaət edən kimsə haqq-hüququnu zay
edər.
İnsanın kamalının və ağlının çoxluğunun nişanəsi, öz
nöqsanından xəbərdar olmasıdır.
İnsanın kamalı onun ağlıdır.
İmam Əli (ə) (övladı Həsənə (ə) tövsiyyəsindən): - (qadınlara
qarşı) yersiz qeyrətdən çəkin ki, bu sağlam qadınları xəstəliyə,
112
iffətliləri bədgümanlığa salar. Onlara qarşı işini möhkəm tut.
Nəsə eyb gördünsə, kiçik və böyük cəza verməkdə ləngimə.
İmam Əli (ə): (Minacatda): Ey Məbud! Hər şeydən qopmağı və
tamamilə özünə üz tutmağı mənə nəsib et. Qəlblərimizin
gözlərini Sənə tərəf baxışların nuru ilə işıqlandır ki, qəlblərin
gözləri nur pərdələrini bir-birindən ayırsınlar və əzəmət
mədəninə qovuşsunlar. Bizim canlarımız sənin müqəddəs
izzətinə birləşsin.
İmam Əli (ə): (Əziz övladı İmam Həsənə (ə) tövsiyəsindən) Öz
ürəyini möizə ilə dirilt və dünyanı ürəyindən qoparmaqla öldür.
İmam Əli (ə): (Əziz övladı İmam Həsənə (ə) tövsiyəsindən): Ey
övladım! Sənə Allahdan qorxmağı, onun əmrlərinə itaət etməyi,
onu zikr etməklə qəlbini abad etməyi tövsiyə edirəm.
İmam Əli (ə): (Nəhl surəsinin 97-ci ayəsi haqda suala
cavabından): burada qənaət nəzərdə tutulur.
İnsanların ən qənaətcili, onların ən çox şükr edənləridir. Onların
nemətlərə ən naşükürü isə hərisləridir.
İmam Əli (ə) (Uca olan Allaha sitayişindən): Allaha öz
məxluqlarından istədiyi kimi şükr edirəm. Allah hər bir şey
üçün qəzavü-qədər müəyyən etmiş, hər qəzavü-qədər üçün bir
əcəl, hər bir əcəl üçün isə bir yazı.
İnsanlar sileyi-rəhimi kəsdikdə sərvətlər fəsad törədənlərin əlinə
keçər.
İmam Əli (ə) dünyasını dəyişərkən buyurduqlarından: Sizi
Allaha and verirəm. Sizi Allaha and verirəm qonşularınızla
mehriban olun. Onlarla mehriban olmağınız Peyğəmbərinizin
(s) tövsiyəsidir. O Həzrət (s) qonşular barədə o qədər tövsiyə
edirdi ki, elə güman etdik ki, onları varis təyin edəcək.
İşin çətinliyindən və ağırlığından qorxanda onun müqabilində
dəyanət və əyilməzlik göstər ki o iş sənə ram olsun. Hadisələr
qarşısında çıxış yolu ara ki, işlərin sənə asan olsun.
113
İnsanı, Allahı yada salmaqdan qəflətdə saxlayan hər bir şey
qumar sayılır.
İki sifət insan vücudunun ən əsrarəngiz hallarındandır. Var-
dövlətə çatsa, qüdrəti onu düşmənə çevirər və əgər ona müsibət
üz versə, gücsüzlüyü onu rusvay edər.
İmam Əli (ə): (əziz oğlu imam Həsənə (ə) tövsiyəsindən)
əslində sənin dünyadan payın, onun vasitəsilə axirətini
qurduğun şeydir. Buna görə də , haqq yolda xərclə və
başqalarının xəzinədarı olma.
İmam Əli (ə) Peyğəmbəri (s) vəsf edərkən buyurmuşdur: Heç
vaxt görmədik ki, o Həzrət yanında oturanın qarşısında
ayaqlarını uzatsın.
İmam Əli (ə) («Mərdlik» nədir? - sualının cavabında):
Aşkarda görməyə xəcalət çəkdiyin işi gizlində də görməyəsən.
İmam Əli (ə): (Müaviyəyə yazdığı məktubundan) məşvərət,
yalnız mühacir və ənsarların haqqıdır. Onlar bir şəxs barədə
razılığa gəlib onu rəhbər adlandırarlarsa, Allahın razılığı elə
bundadır.
İmam Əli (ə) oğluna öyüd-nəsihətdə buyurmuşdur: Qəlbini
moizə ilə dirilt.
İmam Əli (ə) dünyanın vəsfində buyurmuşdur: Həqiqətən dünya
öyüd götürən üçün öyüd evidir. Dünya onların yadına saldı və
onlar xatırladılar, onlara xəbər verdi və onlar təsdiqlədilər.
Onlara öyüd verdi və onlar onun öyüdünü qəbul etdilər.
İnadkarlıq müharibələrin mənşəyidir.
İmam Əli (ə) (ən böyük nəsihət barədə sualın cavabında): Dində
(faciə və) müsibətdir.
İmam Əli (ə): (istədik yer üzündə zəif saxlanılanlara ayəsi
barədə) Onlar Mühəmməd nəslinin müstəzəfləridir. Allah-
Dostları ilə paylaş: |