_______________ Milli Kitabxana______________
38
ədəbiyyatında adətən bütün morfoloji tiplər eyni qiymətli tiplər
kimi qəbul edilmir. Flektiv dillər ən kamil, təcrid edilən dillər
isə ən primitiv dillər sayılır. Bundan başqa belə hesab edirlər
ki, mücərrəd təfəkkür yalnız flektiv dillərlə əlaqədardır. Flektiv
tip Hind-Avropa dilləri üçün daha çox səciyyəvi olduğundan
belə fikirlərin irqçi xarakteri heç bir şübhə doğurmur.
Morfoloji tiplər dilin inkişafının ardıcıl tarixi mərhələlərini
izləyə bilmədiyindən hansı morfoloji tipin daha kamil olması
haqqında danışmaq olmaz. Dünyanın bütün xalqları, dillərin
hansı morfoloji tipə aid olmasından asılı olmayaraq ən yüksək
mədəniyyət yaratmağa qadirdirlər. Morfoloji təsnifatın iki
nöqsanlı cəhəti vardır: birincisi, onun köməyi ilə dillərin tarixi
inkişaf yolunu izləmək mümkün olmur; ikincisi, o dünya
dillərinin struktur xüsusiyyətlərini nəzərə almır. Morfoloji
təsnifat öz əhəmiyyətinə görə geneloji təsnifatdan çox geri qalır
və köməkçi xarakter daşıyır.
_______________ Milli Kitabxana______________
39
AVSTRALİYA – OKEANİYA XALQLARI
Avropalılar tərəfindən dünyanın beşinci qitəsi kimi kəşf
olunan Avstraliyanın sahəsi 7,7 milyon kv.km-dir.
Okeaniyanın sahəsi isə 1,3 milyon kv.km-dir.
Geoloji baxımdan Avstraliya materiki dünyanın ən qədim
kontinentidir. Ən yüksək nöqtəsi isə materikin şərqində
yerləşən Kostyuşko zirvəsidir və dəniz səviyyəsindən
hündürlüyü 2200 metrdir. Avstraliya tropik və subtropik
zonada yerləşməklə faunası yoxsuldur. Materik tektonik
cəhətdən ən sabit region hesab olunur.
Avstraliya və Okeaniyanın əhalisinin mənşəyi barədə bir
çox alimlər müxtəlif fikirlər söyləyir və bu yerlərin
məskunlaşması tarixini araşdırmağa təşəbbüs göstərirlər. Son
20-25 il ərzində bu problemin öyrənilməsi arxeoloji qazıntı
materiallarına və bu bölgədəki mövcud dillərin dərin
etnolinqvistik təhlilinə əsaslanaraq tam elmi bünövrə üzərinə
qoyulmuşdur. Bu tədqiqatlardan aydın olur ki, bu ərazidə ilk
dəfə Avstraliya və Yeni Qvineya məskunlaşmışdır.
Bütün tədqiqatları və etnolinqvistik xüsusiyyətləri nəzərə
alaraq Okeaniyada aşağıdakı tarixi-mədəni rayonları qeydə
almaq mümkündür:
1) Papuasiya; 2) Melaneziya; 3) Avstromelanezasiya; 4)
Melano-Polineziya; 5) Hind-Mikroneziya; 6) Mikroneziya; 7)
Polineziya.
АVSTRАLİYА VƏ TАSMАNİYА ХАLQLАRI:
Avstraliya materikinin yerli sakinləri 40 min il bundan
əvvəl orada məskunlaşmışdır. İngilislər bu əraziyə gələndə
burada yerli aborigenlərin sayı 300 mindən çox idi. Hazırda
Avstraliyanın yerli əhalisinin əksəriyyəti rezervasiya adlanan
əlahiddə yaşayış məntəqələrində məskunlaşdırılmışdır. Onlar
demək olar ki, yüksək mədəniyyətə yaxın buraxılmırlar.
_______________ Milli Kitabxana______________
40
Antropoloji cəhətdən avstraliyalılar avstralo – zənci
böyük irqinə daxil olan kiçik avstraliya irqini təmsil edir. Bu
irqin tünd qəhvəyi rəngləri dəriləri , qara dalğavari saçları ,
qalın saqqal və bığları , enli burunları , qalın dodaqları vardır.
Onların orta ölçülü boy hündürlüyü, uzunsov başları var və
sifətləri pronqatik əlamətlidir: başqa sözlə desək üst çənə
sümüyü alt çənəyə nisbətən bir qədər irəliyə çıxmıç
vəziyyətdədir.
Avstraliya dilləri də rəngarəngdir. Yerli avstraliyalıların
dili müxtəlifliyinə görə bir neçə yüz dildən ibarətdir. Lakin
sonralar assimilyasiya nəticəsində bunların sayı 200-ə
enmişdir. Hal-hazırda isə Avstraliyanın və Yeni Zellandiyanın
dövlət dilləri ingilis dilidir və onların Qanunverici orqanları
Böyük Britaniya Krallığına tabedir.
Yerli avstraliyalılar ovçuluqla daha geniş məşğul
olmuşlar. Onlar üçün ən qiymətli heyvanlar kenquru və digər
heyvanlar olmuşdur. Avstraliyalıların bəzilərinin yaşayış evləri
daimi olmasa da materikin cənub, şərq və qərb rayonlarında
yaşayış yerləri çoxluq təşkil etmişdir. Buna təbii şərait də təsir
etmişdir. Belə ki qeyd olunan ərazilərdən başqa materikin digər
ərazilərinin əksəriyyəti tropik iqlim qurşağına düşdüyündən
səhra şəraiti əhalinin yaşayış imkanlarını azaldırdı.
Avstraliyalılara quru nəqliyyat vasitələri məlum olmasa da
onlar gəmilərdən istifadə edirdilər.
Avstraliyalıların çox qəribə səslənən milli musiqiləri də
mövcuddur ki, onlar bu musiqilər altında rəqs etməyi çox
xoşlayırlar. Korrobori adlanan rəqslər kollektiv surətdə ifa
olunurdu.
Avstraliyalıların dini dünyagörüşləri arasında animizm,
magiya, fetişizm və totemizm geniş yayılmışdı. Bunlardan
totemizm xüsusi yer tutmuşdur. Lakin avropalıların gəlişindən
sonra Avstraliyada Xristianlıq geniş yayılmış və hal-hazırda
Avstraliya İttifaqı əhalisinin əksəriyyəti xristiandır.
_______________ Milli Kitabxana______________
41
Assimilyasiya baxımından avstraliyalılardan da dəhşətli
faciələrlə üzləşən tasmaniyalıların XIX əsrdə sayı 20 min nəfər
idi. Lakin avropalılar tasmaniyalıların bir nəfər də olsun
nümayəndəsini sağ buraxmadılar. Sonuncu yerli tasmaniyalı
Uilyom Lens 1905-ci ildə ölmüdür. Tasmaniyalıların
antropoloji tipi avstraliyalılardan xeyli fərqlənmişdir. Onlar
orta boydan bir qədər kiçik boylu olmuşlar və tünd palıdı rəngli
dəriyə malik idilər.
Avstraliyalılar və tasmaniyalılar tarixən eyni mənşəli
olduqlarına görə onların dillərində ən çox uyğunluq nəzərə
çarpırdı. Onların da əsas peşələri ovçuluq olmuşdur. Hal-
hazırda Tasmaniya adası Avstraliya İttifaqına daxildir və
əhalisinin dili ingilis dilidir. İngilis dilli əhali Xristianlıq dininə
mənsubdur.
OKEANİYA XALQLARI: Okeaniya adalarında
Avstraliyadan fərqli olaraq mədəni inkişaf səviyyəsi müxtəlif
olmuşdur. Burada əhalinin dili və antropoloji quruluşu da
kəskin surətdə fərqlənmişdir. Okeaniya əhalisini aşağıdakı
qruplarla təsnif edirlər: 1) Papuaslar; 2) Melaneziya xalqları; 3)
Polineziya xalqları; 4) Mikroneziya xalqları.
Papuaslar, əsasən, Yeni Qvineyada yaşayırlar. Yeni
Qvineya adası Qrenlandiyadan sonra dünyada ikinci böyük
adadır. Adanın sahəsi 785 min kv.km-dir. Papuasiya adlanan
ərazidə 750-yə qədər etnos yaşayır ki, bunların 572-si
papuasdır. Ən böyük papuas etnosları enqa, çimbu, xaqen,
kamano, xuli və başqalarıdır. Hazırda papuasların əksəriyyəti
kəndlərdə yaşayırlar. Yeməkləri isə əksər vaxtlarda bitki
mənşəli yeməklərdən ibarət olur. Papuaslarda nəsil ata xətti
üzrə hesablanırdı. Papuaslar arasında ən geniş yayılan dini
inamlar totemizm və magiya olmuşdur.
Melaneziyanın da etnik tərkibi olduqca mürəkkəbdir.
Burada 200-ə qədər etnos yaşayır. Bunların böyük çoxluğunu
avstroneziya dilləri (600 min), az bir qismini papuas dilləri (70
min) təşkil edir. Antropoloji baxımdan yerli əhali Avstraliya
Dostları ilə paylaş: |