Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə25/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   ...   21   22   23   24   25   26   27   28   ...   90

 
100 
qarşı təvazökar olub yumşaq davran və onları himayə et!)” (əl-
Hicr, 87-88). 
Zəngin insan hər nə qədər dünya var-dövləti qazansa da
məhrumlara gözünü dikməməlidir. Onlar tərəfindən yalançı ad-
landırılsa da, üzülməməli, kədərə qərq olmamalıdır. Onun vəzi-
fəsi insanları doğru yola yönəltmək, ona inanıb onunla birlikdə 
addımlayanlara ürəyini açmalı, lütf göstərməlidir.  
Quranda Peyğəmbərə xitabən deyilir:  
“Və de: “Mən, həqiqətən, (sizi Allahın əzabı ilə) açıq-aşkar 
qorxudanam!” (əl-Hicr, 89).  
Yəni, mənim vəzifəm sizləri bu vəhylə (Quran) qorxut-
maqdır. Mənim öhdəmə düşən şey – arzu edənlərə çıraq olacaq 
açıq-aydın təbliğdir! 
Həzrəti Məhəmməd ilk peyğəmbər deyildi. Kitab əhlinə 
haqqı təbliğ etmiş peyğəmbərlər kimi, Həzrəti Məhəmməd də 
Quranla ərəblərə göndərilmişdi... Kitab əhli vaxtı ilə onlara gön-
dərilmiş haqqı təkzib etmiş, Qurana da haqsız münasibət bəslə-
mişdir; onlar öz nəfsi istəklərinə uyğun düşməyən ilahi göstəriş-
ləri rədd etmiş, digər göstərişlər qarşısında isə susmağa üstünlük 
vermişlər. 
Kitab əhli doğru-dürüst vəhyi hissələrə bölmüş, bəzisinə 
iman gətirmiş, bəzisini də təkzib etmişdir. Quranda onlar barə-
sində deyilir: 
“(Ya Rəsulum!) Rəbbinə and olsun ki, Biz onların hamı-
sını (bütün məxluqatı) sorğu-suala çəkəcəyik – (dünyada) etdik-
ləri əməllər barəsində. (Onlardan haqq-hesab tələb edəcək və cə-
zalarını da verəcəyik!)” (əl-Hicr, 92-93). 


 
101 
Bəzi alimlərə görə, Kitab əhli təkcə Qurana deyil, həm də 
öz kitablarına qarşı eyni cür davranmışlar. Quranda onların Musa 
peyğəmbərin kitabına (Tövrata) münasibəti haqda oxuyuruq: 
“Onlar (yəhudilər): “Allah heç bir bəşərə bir şey (Quran) 
nazil etməmişdir”, – deməklə Allahı layiqincə qiymətləndirmə-
dilər. De: “Musanın insanlara bir nur və hidayət olaraq gətirdiyi 
kitabı (Tövratı) kim nazil etmişdir? Siz onu vərəqlərə yazıb gös-
tərir, bir çoxunu da gizlədirsiniz...” (əl-Ənam, 91); 
“Ey kitab əhli! Sizə kitabda (Tövratda və İncildə) gizlətdi-
yiniz şeylərin bir çoxunu bildirən, bir çoxunu da sizə bağışlayıb 
üstünü vurmayan (və ya sizdən bir çoxunu bağışlayan) Peyğəm-
bərimiz gəldi. Artıq Allah tərəfindən sizə bir nur və açıq-aydın bir 
Kitab (Quran) gəldi” (əl-Maidə, 15).  
Sanki burada “Quran” sözü lüğəvi – “oxu” mənasında işlə-
dilib.  
Kitab əhli hələ də öz kitablarına eyni şübhəli münasibəti 
bəsləyir. Bu, təhrif və yozum, ört-basdır etmə və laqeydlik ifadə 
edən münasibətdir. 
Əksər şərqşünas və missionerlər öz kitablarına olan müna-
sibəti Qurana da bəsləyirlər.  
Bəzi təfsirçilər bəzi bütpərəst məkkəliləri də “kitabı hissə-
lərə bölənlər” cərgəsinə daxil etmişlər. Bu məkkəlilər yollara da-
ğılışaraq insanların müsəlman olmağına, Həzrəti Məhəmmədin 
peyğəmbərliyini təsdiqləmələrinə əngəl törədirdilər.  
Allah təala Peyğəmbərə buyurdu ki, küçələrə düşüb insan-
ları zəlalətə çağıran həmin məkkəlilərə əhəmiyyət verməsin: 
“(Ya Rəsulum!) Sənə əmr olunanı (Quranı) açıq-aşkar 
təbliğ et və müşriklərdən üz döndər!” (əl-Hicr, 94). 


 
102 
Kitab əhli Qurandan işlərinə yarayan yerləri qəbul etdilər. 
Nəfsi istəklərinə uyğun gəlməyən hissələrdən isə üz çevirdilər. 
Onlar Quranın xoşlarına gələn və adətlərinə münasib olan ayələri 
ilə qane oldular. Həyatlarını islah edəcək, həqiqəti onlara aşılaya-
caq ayələrə “yox” dedilər.  
 
 


 
103 
 
 
QURANIN ƏBƏDİLİYİ ONUN HƏLL  
ETDİYİ PROBLEMLƏRİN DƏ ƏBƏDİLİYİ  
MƏNASINA GƏLİRMİ? 
 
 
əsənə
: Müsəlmanlar inanırlar ki, Quran Allahın əbədi 
kitabı olub zaman və məkana tabe deyil, doğru-dürüst 
nəsillərdən ötürülərək bizə gəlib çatıb. Quran bütün 
insanlığa universal xitabdır. Nazil edilib ki, bəşəriyyətə doğru yo-
lu göstərib problemləri həll etsin, hər bir zaman və məkana uyğun 
həll yolları göstərsin. Quranın göndərilmə səbəbləri izahetmə va-
sitələrinə, ayələrin reallığa tətbiqi yollarının göstərilməsinə oxşa-
yır. Yerdə qalır, alimlərin də dediyi kimi, nəticəni (çıxarılacaq 
dərsi) enmə səbəbi ilə məhdudlaşdırmayıb ayə və ya ayələrin 
ümumi mənasından çıxarmaq.  
Problemin qoyuluşu
. Madam ki, əbədilik Quranın xüsu-
siyyətlərindən biridir, deməli, bu kitabın əsaslı surətdə həll et-
məyə çalışdığı bir çox insanlıq problemləri də əbədidir. Bəli, Qu-
ran da, həlli tələb olunan problemlər də bir sıra cəhətdən əbədi-
dir. İnsanlar arasında hələ də küfr, ikiüzlülük, iman zəifliyi, lovğa-
lıq, psixoloji çatışmazlıqlar, tərəfgirlik, tərəqqi, tənəzzül, qələbə, 
məğlubiyyət... problemləri mövcuddur. Belə bir vəziyyətdə bəzi 
ayələri tətbiq edib bəzilərindən də “nəsx” iddiası ilə imtina etmək 
nə dərəcədə doğrudur? Eyni zamanda iddia edirik ki, Quran əbə-
di kitabdır! Davamlı inkişafda olan həyatda qarşılaşacağımız çox 
saylı problemləri necə həll etmək mümkündür? Bu problemləri 
müəyyən tarixi şəraitdə, məlum şərtlər çərçivəsində ilk müsəlman 



 
104 
icmasının reallaşdırdığı tək bir həll yolu ilə aradan qaldırmaq nə 
qədər doğru olardı? 
Düşünürəm ki, bu, mühüm problemdir. Problemə təfsilatı 
ilə toxunmaq lazımdır. Əgər ilk islam icmasını hər şey – həm baş-
lanğıc həm də son saysaq, praktik baxımdan Quranı müəyyən za-
manla məhdudlaşdırmış olmuruq ki? 
Qəzali
: “Qurana baxış” kitabımda da yazmışdım ki, birisi 
İbn Abbasın (Allah ondan razı qalsın!) yanına gəlib deyir: “Qu-
ran mənə şübhəli görünür?” “Nə üçün deyə?” – İbn Abbas soru-
şur. Şəxs deyir: “Bir ayədə belə deyilir: “Onları tutub saxlayın, 
çünki sorğu-sual olunacaqlar!”
1
 Digərində isə belə yazılıb: “O gün 
nə bir insan, nə də bir cin günahı barəsində sorğu-sual olunmaya-
caqdır!”
2
 Bu iki ayəni necə başa düşüm?” İbn Abbas cavab verir 
ki, ayələr ayrı-ayrı halları ifadə edir. Bəzi vəziyyətlərdə müttəhim 
məsuliyyət daşıdığı üçün sorğu-sual olunur. Sorğu-sual başa çat-
dıqda icraat başlanır; bu zaman müttəhim sorğu-suala çəkilmir, 
təhqiqat aparılmır, müttəhimin özünü müdafiə etməzi gözlənil-
mir. Bununla da məsələ bitir. İbn Abbasın bu yozumu konkret və 
aydındır. Nəticədə başa düşdüm ki, cəmiyyətin bir tərəfini izah 
edən ayələrə digər ayələrin zidd olduğu iddia edilərsə, əslində, bu, 
belə deyil. Çünki hər bir ayənin öz məqamı, işlədilmə yeri vardır; 
hər bir ayə bəşəriyyətə istiqamət verən məzmuna sahibdir. Axı 
həyatın yalnız bir üzü yoxdur; O, təkcə bir problemdən, situasi-
yadan ibarət deyil. Həyat davam edir. Fikrimcə, ən mühüm şey 
Quran ayələrini zaman və məkan baxımından bir-birindən fərq-
lənən reallıqlara necə tətbiq etmək məsələsidir. Əslində, bu müd-
riklikdir (hikmətdir). Hikmət haqda Allah buyurur: 
                                                 
1
 “əs-Saffat” surəsi, 24-cü ayə. 
2
 “ər-Rəhman” surəsi, 39-cu ayə.  


Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə