Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə22/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   ...   18   19   20   21   22   23   24   25   ...   90

 
87 
Hələ də biz müsəlmanların savadsız ümmət olaraq qalma-
ğında israr edirik. Ayın gəlməyini gözəyarı müəyyənləşdirən sa-
vadsız ümmət! Bu ki savadsızlığın göstəricisidir!  
Ayədə göstərildiyi kimi, hesablamanı astronomik üsulla 
aparmaq,
 
ayın doğmasını astronomik yolla, rəsədxanalarda müəy-
yən etmək hələ də bizə yad işdir. Hələ də düşünürük ki, bir nəfər 
adi görmə ilə o boyda elmi hesablamaları yalan çıxara bilər! Yəni, 
inkişaf etmiş ölkələrin rəsədxanalarında müəyyən edilir ki, ay bu 
gecə doğmayacaq. Bir nəfər də gəlib deyir ki: “Bəs mən ayı gör-
müşəm”. Hamı da ona inanır. Anası ölsün elmin!  
Odur ki, həm elmi, həm də fiqhi (Quranda nəzərdə tutul-
muş fiqhdən söhbət gedir) lazımınca öyrənməliyik, – bizim buna 
ehtiyacımız  var.  Ayələr  barədə  düşünmək fəhmimizi genişləndi-
rir. Aşağıdakı ayəyə nəzər salaq: 
“...Onların qəlbləri vardır, lakin onunla (Allahın birliyini 
sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini) anlamaz-
lar...” (əl-Əraf, 179). 
Ayənin tam mətnində Allah yəhudiləri, Bədr döyüşündə 
də kafirləri anlamayanlar adlandırır. Nə üçün biz onların anlama-
dıqları şeyləri bilirik? Çünki ayə üzərində düşünsək görərik ki, 
onlar qanmadıqları üçün məğlub olmuşlar.  
 
 


 
88 
 
 
DAR (SUBYEKTİV) BAXIŞ...  
OBYEKTİV BAXIŞ 
  
 
əsənə
: Qurana natamam baxış təsəvvür kasadlığına, ya 
da əvvəlki nəsillərdən bizə gəlib çatmış və bugünü-
müzə hakim kəsilmiş rüsvayçılığın vüsətinə gətirib çı-
xarmışdır. İsrailoğullarını məzəmmətləyən ayə bizim özümüzə də 
xitab edir: 
“Sizmi kitabın (Tövratın) bir hissəsinə inanıb, digər qis-
mini inkar edirsiniz? Sizlərdən bu cür işlər görənlərin cəzası dün-
yada yalnız rüsvay olmaq, qiyamətdə isə ən şiddətli əzaba düçar 
olmaqdır...” (ə-Bəqərə, 85). 
Qorxuram ki, əvvəlki millətlərin düçar olduğu “xəstə-
lik”lər, ən azından yanaşma tərzi baxımından bizə də sirayət etsin. 
Biz Quranın bir hissəsinə inanıb, digər hissəsini də inkar edənlər-
dən deyilik. Ancaq biz Qurana məhdud yanaşırıq, ayə və ya surə-
dəki bəzi məqsədlərə nəzər yetirir, qalanlarını isə tilavət və ya xe-
yir-dua (təbərrük) üçün saxlayırıq. Qorxuram ki, biz də eyni bə-
laya mübtəla olaq. Düzdür, iddia edirik ki, biz Qurana bütöv-
lükdə inanırıq. Ancaq nəzəri baxımdan deyil, praktik olaraq Qu-
ranın bütün əmrlərinə əməl etmirik.  
Necə edək ki, Qurana lokal deyil, universal, obyektiv yana-
şa bilək? Necə fikirləşirsiniz, sizcə, Quranın qanunvericilik (şə-
riət, dini, fiqhi və sair) tərəfi ilə məhdudlaşıb digər məqsədlərə la-
qeydlik göstərmək bu kitaba birtərəfli baxış mənasına gəlmir ki? 
Bu haqda Qurandan bəzi nümunələr göstərmək mümkündürmü?  



 
89 
Qəzali
: Düşünürəm ki, islamın təlimləri bir-birinə bənd 
edilmiş, lehimlənmiş tor kimidir; əqidə, ibadət, əxlaq, müxtəlif 
növ sosial münasibətlər bir-biri ilə iç-içədir. Çoxdandır diqqətimi 
bir şey cəlb edib: Quranda müəyyən törəmə (fər`i) cəza hökm-
lərindən Allahın gözəl adları ilə bir yerdə söz açılır, ayələr onlarla 
başa çatır, – bu haqda diqqətlə düşünməyimiz lazımdır. Məsələn, 
aşağıdakı ayələrə nəzər salaq: 
“Yaxşılıq etmək, pis əməllərdən çəkinmək və insanlar ara-
sında sülh yaratmaq barəsindəki andlarınıza Allahı (Allahın adı-
nı) hədəf (dəstavüz) etməyin! Allah eşidəndir, biləndir! 
Allah, bilmədən (səhvən) içdiyiniz andlara görə sizi cəza-
landırmaz, lakin qəlblərinizin kəsb etdiyi şeylərə (yalandan və ya 
qəsdən içib yerinə yetirmədiyiniz andlara, pis niyyətlərə) görə sizi 
cəzalandıracaqdır. Allah bağışlayandır, həlimdir! 
Övrətlərinə yaxınlaşmamağı and içən kimsələr üçün dörd 
ay gözləmə müddəti vardır, əgər bu müddət içərisində andların-
dan dönsələr, Allah (onları kəffarə vermək şərti ilə) bağışlayandır, 
rəhm edəndir. 
Əgər talaq vermək (boşamaq) istəsələr, şübhəsiz ki, Allah 
(onların niyyətlərini) eşidəndir, biləndir” (əl-Bəqərə, 224-227). 
Ayədəki “Əgər talaq vermək (boşamaq) istəsələr, şübhəsiz 
ki, Allah (onların niyyətlərini) eşidəndir, biləndir” şərtinə ona gö-
rə birbaşa cavab verilməyib ki, cavabla bağlı olaraq ayənin sonun-
da ilahi sifətlərin birindən söz açılıb.  
Aşağıdakı ayədə də, şərt budaq cümləsinin ikinci hissəsin-
də birbaşa cavab yoxdur:  
“...Kim Allahdan qorxub pis əməllərdən çəkinsə və səbr et-
sə, (bilsin ki) Allah yaxşı işlər görənlərin mükafatını əsla zay et-
məz!...” (Yusif, 90).  


 
90 
İnsanın hər hansı bir davranışının ilahi sifətlə bir yerdə 
göstərilməsi dəlalət edir ki, islamın əsası sayılan əqidə ilə bəşəri 
davranışların arasında heyrətamiz əlaqə vardır. Bu, bizə başa salır 
ki, Quran tərkibindəki maddələrinin bir-birini tamamladığı mə-
nəvi qidaya bənzəyir. Yemək zamanı süfrədə müxtəlif növ xörək-
lər, şirniyyatlar olur və biz də onları yeyirik. Yəni, naharımız, şa-
mımız... çeşidli yeməklərdən təşkil olunur. Quran da belədir: hə-
yata bütün komponentləri çərçivəsində toxunur, universal yanaş-
maya əməl edir. Damarlarda qan necə axırsa, ilahi vəhy də univer-
sal həyat məcrasında elə hərəkət edir. Qan damarlarda hərəkət 
edir ki, ayaqlara, əllərə, başa yayılsın. Sistem hər şeyi əhatə et-
məlidir ki, həyatın hər bir sahəsinə can versin. Bu üzdən deyirəm: 
Quranın baxışı yalnız və yalnız universal mədəniyyətdən ibarət 
ola bilər. Quranın başdan-ayağa qissələrdən ibarət olduğunu id-
dia etmək, təhkiyə üslubunu da “Quran qissələr kitabıdır” – deyə 
səciyyələndirmək doğru deyildir; bu, Quranın doğru-dürüst təs-
virindən uzaqdır. Həmçinin, Quran fiqhi hökmləri, əqidə mövzu-
larını, kainat haqda düşünməyə çağıran ayələri, tərbiyə ayələrini 
ayrı-ayrılıqda və birtərəfli öyrənən kitab deyildir. O, bütün bu 
mövzulara kompleks yanaşır. Quran bütün növ meyvələri əzib 
bir-birinə qarışdıran şirəsıxana bənzəyir. Quranı birtərəfli öyrən-
mək yolverilməzdir. Əks təqdirdə, onun bir tərəfinə əməl edər, 
digər tərəflərini də bir kənar atıb unudarıq. Qan da təkcə leykosit 
və eritrositlərdən ibarət deyil, onda başqa minerallar da vardır. 
Əgər bu minerallar və digər komponentlər olmazsa, qan yaran-
maz. Elə isə Quranın bir tərəfindən yapışıb digər tərəflərinə la-
qeydlik göstərmək qətiyyən doğru deyil. Dediyimiz kimi, Quran 
bir-biri ilə əlaqəli, bir-birini tamamlayan hissələrdən təşkil olun-
muş kitabdır!  


Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə