Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə20/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   ...   16   17   18   19   20   21   22   23   ...   90

 
79 
kəsilmişdi. Bununla da ümməti əvvəlki xilafət dövrünə qaytara-
caq siyasi islahatların aparılmasına ümid qalmamışdı. İmamlar 
belə bir vəziyyətlə barışmağa məcbur qalıb, ibadət və sosial mü-
nasibət mövzuları ilə hərtərəfli şəkildə məşğul oldular. Əgər xila-
fət dövrünə qayıtmaq mümkün olsaydı, mövcud rejimin zərəri 
üzə çıxardı. Üstəlik, Əməvilərdən sonra hakimiyyətə Abbasilərin 
gəlməsi insanlarda olan-qalan ümidi də öldürdü; onlar başa düş-
dülər ki, bundan sonra islamın tam formada tətbiqi qeyri-müm-
kündür. Beləliklə, alimlər islam fiqhinin yalnız törəmə (füruat
və ibadət məsələlərinin öyrənilməsi ilə kifayətləndilər. Bu da öz 
növbəsində islam siyasətinə öz təsirini göstərdi; şura ləğv edildi, 
ümmətə də olan oldu! 
Şübhə yoxdur ki, islam öz ümumi varlığını qoruyub-sax-
laya bildi. İslamı qanunvericilik kimi qəbul etmiş hökmdarlar 
onun elə cəhətlərindən yapışdılar ki, varlıqlarına, iqtisadi vəziy-
yətlərinə xələl gəlməsin, ya da hakimiyyətləri zəmanət altına alın-
sın. Bu cızığı aşanlar ya sufilik “sayəsində” meydandan uzaqlaşdı-
lar, ya da əziyyətlərə qatlaşaraq ömür sürdülər. Beləliklə, islam 
nəzəri təsisat halına gətirildi. Əslində, bu, mövcud rejimlərin karı-
na gəlirdi.   
Bütün bunların “səmərə”si olaraq hələ erkən dövrdə, Qu-
ran və Sünnədən qaynaqlanan elm hakimiyyətdən ayrıldı, öz qı-
nına çəkildi. Bir oğrunun tutularaq hakimin yanına aparıldığı xə-
bərini alan Həsən əl-Bəsri (vəfatı – 728) mövcud acınacaqlı və-
ziyyəti tənqid edən aşağıdakı sözləri söyləmişdi: “Allah necə də 
Pak və Böyükdür! Gizli oğurluq edəni açıq-aşkar quldurluq edə-
nin yanınamı aparırlar?!”  
Həsən əl-Bəsriyə görə, xalqı istismar edən hakimlər özləri 
canidirlər; odur ki, xəbər tutduğu hadisəni “Mühakimə olunmaq 


 
80 
üçün adi oğru böyük quldurun yanına aparılır(!)” – deyə xarakte-
rizə etmişdi. Ancaq o, bu sözləri deməklə kifayətləndi, əməli bir iş 
görmədi. Daha doğrusu görə bilmədi. Çünki o, xaricilərin başına 
nələrin gətirildiyini, Həccacın xalqa qan ağlatdığını görmüşdü. 
Bu səbəbdən Həsən əl-Bəsri islamı heç olmasa elmi, nəzəri və tər-
biyəvi müstəvidə qorunub-saxlanılmasının mümkünlüyü haqda 
fikirləşdi. Digər dəvətçilər, moizəçi və alimlər də onun kimi hərə-
kət etdilər. Beləliklə, hakimiyyət – islamın zədələnmiş ilk budağı 
oldu.   
Hakimiyyətin islamın prinsipləri və cəmiyyətə təsirindən 
uzaqlaşması ciddi nəticələr doğurub. Hakim üsul-idarənin həqiqi 
mahiyyətini itirməsi, elmin hakimiyyətdən, mədəniyyətin də siya-
sətdən təcridi ümməti daha böyük təhlükə ilə üz-üzə qoyub. Bu, 
islam elmlərinin fəqihlər və sufilər arasında “bölüşdürülməsidir”. 
Halbuki əsasında əqidə və əxlaqın durduğu tərbiyə Quranın məq-
sədlərindən biridir. Çünki Quran ayələri ümməti müxtəlif yollarla 
əqidə və əxlaq üzrə tərbiyələndirmək üçün nazil edilib. Sözüge-
dən “bölüşdürülmə” nəticəsində cəmiyyət arasında yalnız sosial 
münasibət və ibadət məsələlərini öyrənən fəqihlər, əxlaq və tər-
biyələndirməni özlərinə məşğuliyyət bilmiş mürəbbilər peyda ol-
du. Fəqihlərin çoxu islamın şəfqət və duyğuların hakim kəsildiyi 
mənəviyyat tərəfindən məhrum qaldılar. Digərləri də (mürəb-
bilər, sufilər) islamın ciddi qayda-qanunlara, meyarlara tabe elmi 
tərəfindən uzaqlaşdılar; bunun nəticəsində islam fikrində zəlzələ 
baş verdi: fiqh sufilikdən, sufilik də fiqhdən ayrıldı (təcrid edildi). 
Yenə də itirən – müsəlmanlar oldular; şüursuzca, bidət işləyərək 
ibadət edən sufilərlə yanaşı, mənəvi yüksəliş və ruhi təmizlənmə-
dən xəbərsiz halda fiqhi, ibadətləri araşdıranlar – fəqihlər tapıldı. 


 
81 
Sonralar İbn Teymiyyə və bəzi hədis alimləri belə acınacaqlı və-
ziyyətdən şikayətlənəcəkdilər.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
82 
 
 
DİNİ ELMLƏRDƏKİ “NASAZLIQ” 
 
 
aha sonra dini elmlər sahəsində sadəcə Quranla kifa-
yətlənib Sünnəyə əhəmiyyət verməyənlərlə yanaşı, Qu-
ranın meyarlarını gözləməyərək hədislərlə məşğul olan 
nəsillər yetişdi. Bu da öz növbəsində çoxlu sayda uydurma və 
“zəif” hədisin Sünnəyə “daxil” edilməsinə gətirib çıxardı. Beləlik-
lə, islam elm tarixi böyük bir dolaşıqlığın şahidinə çevrildi.   
Bundan daha təhlükəli vəziyyət də özünü göstərdi: həyati 
elm sahələrində böyük dühalar – kimya sahəsində Cabir ibn Həy-
yan, optikada İbn Heysəm, riyaziyyatda Xarəzmi... yetişsə də, on-
lar müsəlman cəmiyyətinə qaynayıb-qarışmadılar. Bu dahilərin 
məşğul olduqları elmlər nəinki “nafilə” ibadət, heç ibadətin özü 
kimi qəbul edilmədi. Halbuki cəmiyyət öz gücünü bu cür elm-
lərin sayəsində qoruyub-saxlaya bilir.  
İslam mədəniyyətində özünüaldatma təmayülü, əvvəlcə, 
fiqhdə yarandı; fiqh özünün universallığından məhrum oldu, 
praktik müstəviyə adlaya bilmədi. “Dövlət fiqhi” adlanan sahə ta-
mamilə unuduldu. Artıq fiqh dedikdə yalnız ibadət başa düşül-
məyə başladı. İbadət fiqhi formallıqlarla dolub-daşdı, komik və-
ziyyətə düşdü. Çünki fəqihlər sadəcə belə şeylərlə başlarını qatır, 
vaxtlarını “öldürürdülər”.   
Həsənə
: Bu məqamda demək mümkündür ki, fiqh az qala 
şəriətin məqsədlərini bir kənara tullayan quru, mücərrəd hala 
düşmüşdü. Hətta bəzi fəqihlər bu səbəbdən “qiyas”dan vaz keçib 



Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə