Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə17/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   ...   13   14   15   16   17   18   19   20   ...   90

 
66 
Bununla da boynumuza düşən şeyin bitdiyini zənn etdik. Necə 
yəni, balığını yeyib dənizi də başqalarına həvalə etmək – Quran 
bunumu bizə öyrədir?! Dənizin ağası başqasıdırsa, sizcə, o, öz də-
nizindən balıq yeməyimizə bizə icazə verərmi? 
Allah Quranda buyurur: 
“Əlamətlər də (müəyyən etdi). Yollarını ulduzlar vasitəsilə 
taparlar” (ən-Nəhl, 16). 
İngilis fiziki, riyaziyyatçı və astronomu Ser Ceyms (1877-
1946) müsəlmanlara astronomiyadan dərs deyərkən heyrətini 
gizlədə bilmirdi. Tədqiq etdiyi göy cisimlərinin böyüklüyündən 
təsirlənərək dərslərində Allaha və onun əzəmətinə imanın zəruri-
liyindən danışırdı. Bu alim kosmosu öyrənməklə islamın göstəriş-
lərinə bizdən daha çox əməl etmişdi. Biz müsəlmanlar Allahın 
“Əlamətlər də (müəyyən etdi). Yollarını ulduzlar vasitəsilə tapar-
lar” ayəsini oxuyur və deyirik ki, bəli, yerdə və göydə Allahın əla-
mətləri var. Ancaq sual olunur: bunlar hansı əlamətlərdir? Və ya 
biz bu istiqamətdə nə iş görmüşük, nəyi icad etmişik? Heyhat, 
bunlardan danışma! – bu bizlik deyil!  
Bizdən qeyriləri kosmosu öyrənirlər. Kosmosu fəth et-
məklə dünyanın elmi-mədəni mənzərəsində öz çəkilərini artırır-
lar. Biz isə yatmışıq!   
Quranı lazımi şəkildə öyrənməliyik. Çox təəssüf ki, bəzilə-
ri sözügedən ayəni tələm-tələsik yozaraq “zəif” bir hədis də dəlil 
gətirdilər. Hədisdə deyilir: “Həcc, ümrə və Allah yolunda cihad-
dan qeyri məqsəd üçün kimsə dəniz səfərinə çıxmasın!”
1
 Əbu Da-
                                                 
1
 Hədisin Əbu Davudun “Sünən” kitabındakı tam mətni belədir: “Həcc, üm-
rə və Allah yolunda cihaddan qeyri məqsəd üçün kimsə dəniz səfərinə çıx-
masın! Çünki dənizin altında od-alov, od-alovun da altında dəniz vardır”. 
Hədis Abdullah ibn Əmr ibn Asa istinadən sözügedən kitabın “Cihad” 


 
67 
vudun rəvayət etdiyi bu hədis necə olub ki, uydurulub? Mən şəx-
sən bu hədisi rədd etmişəm; fikrimcə, hədisin doğruluğu qeyri-
mümkündür. Sanki Quranı başa düşməmək azmış kimi, üstəlik 
müsəlmanlar öz bilik mənbələrini korlamaq da istəyirlər! Neçə-
neçə bu cür uydurma hədis ümmətin başına olmazın bəlalar açıb!  
 
 
                                                                                                                   
fəslinin “Döyüş məqsədilə dəniz səfərinə çıxmaq” bölümündə rəvayət olu-
nub. Əbu Davuda görə, hədisin raviləri “məchul” (naməlum) şəxslərdir. Hə-
disin istinadını “zəif” hesab edənlər də vardır. Münziri deyib: “Hədisdə qarı-
şıqlıq vardır”. Xəttabi yazır: “Hədisin istinadını “zəif” hesab edənlər istisna 
olunmur”. Buxariyə görə, hədis səhih deyildir. Bax: Təlxis əl-Həbir, cild II, 
səh. 235. 


 
68 
 
 
DİNİ MƏTNLƏR VƏ GERİLİK REALLIĞI 
 
 
əsənə
: Geriliyimizi mədəni irsimizlə əlaqələndirmək 
müasir müsəlman zehniyyəti problemindən irəli gəlir. 
Nəticədə biz mədəni irsimizə gerilik faktı əsasında qiy-
mət verir, qəribə izahlar səsləndiririk; düşdüyümüz vəziyyəti 
əsaslandırmaq üçün münasib “hədislər” axtarır, işimizə yarayan-
larını seçirik. Bu hədislərin səhih olub-olmamağı, onları baş düş-
mək üçün tələb olunan meyarlar, məsuliyyət hissi – bütün bun-
lara isə əhəmiyyət vermirik. Çünki həmin hədislər bizim vəziy-
yətimizə uyğundur; inkişafa rəvac vermək əvəzinə, ümmətin ge-
riliyinə bəraət qazandıran səhv yanaşma nəticəsində tərəqqiyə 
mane ünsürlərə çevrilib... 
Qəzali
: Bəli, bu belədir. Misal üçün dəmir məsələsini gö-
türək. Dəmirlə bağlı ayədə Allah təala kimlərin islama kömək 
edəcəklərini müsəlmanlara xəbər vermək istəyir. Dəmirdən istifa-
dənin səbəbi aydındır: Allahın dininə yardım etmək! Keçmişdə 
dəmirdən qılınc, nizə qayırmaqla istifadə etmişlər. İndi isə dəmir 
tank, gəmi, yüngül və ağır artilleriya... sənayesində əsaslı çəkiyə 
sahibdir. Allaha və peyğəmbərinə məhz bu cür sənayeyə sahib ol-
maqla yardım etmək mümkündür. Görəsən, biz bu həqiqəti başa 
düşdükmü, hazırlığımızı gördükmü? Heyhat! Biz hara, başa düş-
mək, hazırlıq görmək hara! Hələ bu harasıdır: hətta əkinçilikdə 
belə başqaları bizi ötüb-keçdilər; torpağı bizdən yaxşı əkib-becər-
məyə, bol məhsul toplamağa nail oldular. Biz əlimizin altında 
olan torpaqlarımızdan belə lazımınca istifadə edə bilmədik. Bəli, 



 
69 
bu bir müsibətdir. Quranı doğru-dürüst başa düşməməyin doğur-
duğu müsibət!  
Quranı həyatımıza hərəkət verən mühərrikə çevirməliyik. 
Bərəkət ummaq məqsədilə Quranı muzeylərə, ofislərə qoymaq, 
açıb bir-iki ayə oxumaq, bununla da işin bitdiyini güman etmək 
doğru deyil. 
Fəqihlərin bəzi fiqhi çalışmaları və ictihadları hökm ayələ-
rinə əsaslanır. Digər növ ayələr isə etinasızlığın badına gedib. Di-
gər növ ayələr dedikdə qissələri nəzərdə tuturam. Quran qissələ-
rində bir çox problemin həllini tapmaq mümkündür. Bir dəfə Hə-
sən əl-Bənnanın
1
 (Allah rəhmət etsin!) öz-özünə belə dediyini 
eşitdim:  
“Necə oldu ki, təhkiyə üslubunda kitab yazmaq laqeydliyə 
tuş gəlib? Halbuki bu cür kitablar şüurlu nəsilləri ərsəyə gətirə bi-
lərdi. Axı uşaqlara asanlıqla hekayə etmək mümkündür ki, Avro-
pada Roma imperiyasının Afrikada Həbəşistan krallığı ilə birgə 
hazırladığı beynəlxalq sui-qəsdə uyğun olaraq, həbəşlər Kəbəni 
dağıtmaq istəmiş, bu məqsədlə fillər göndərmiş, cənubu işğal et-
mişdilər. Bunu danışmaqla uşaqlara çox şeyi öyrətmiş olmuram-
mı: dini əlaqələri, beynəlxalq münasibətləri, tarixi məlumatları və 
sair. Bu hekayəni onlara nağıl etməklə, onu da başa salmış olaca-
ğam ki, əgər Allahın dininə kömək etsək, O da bizə kömək gös-
tərər... Bunu etmək əvəzinə, Məhəmməd Əbduha
2
 kafir deyən bi-
                                                 
1
  Həsən ibn Əhməd ibn Əbdürrəhman əl-Bənna (1906-1949): Misirdə 
“Müsəlman Qardaşlar” təşkilatının təsisçisi. Bəlağətli natiq, bacarıqlı dəvətçi 
olmuşdur. İctimai-mədəni və maarifləndirmə fəaliyyətinə görə sui-qəsd nəti-
cəsində şəhid edilmişdir. Ölümündən sonra “Dəvət və dəvətçinin memoran-
dumu” adlı kitabı işıq üzü görmüşdür. “Risalələr” adlı kitabı da vardır. 
2
 Məhəmməd Əbduh ibn Hüseyn Xeyrullah (1849-1905): Görkəmli mü-
səlman reformatoru və mücəddidi. 1899-1905-ci illərdə Misirin baş müftisi 


Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə