54
lərinin şahidi olmağa) kifayətsən!”
1
Elə isə insan bu dünyada nəyi
edib-etmədiyinə diqqət yetirməlidir. Orada olanlardan biri əz-
bərlədiyi, ancaq doğru-dürüst başa düşmədiyi bir hədisi misal
çəkdi və dedi: “Elə yaxşı insanlar var ki, alın yazısı səbəbi ilə şər
xasiyyət olub gələcək həyatlarını bərbad edirlər. Elə pis insanlar
da var ki, alın yazısı onları saleh qullardan edir, gələcək həyatları
qurtulmuş olur”.
Bu cür rəvayətləri iqtibas gətirənlər çoxdur. Ancaq buna
rəğmən, problem olduğu kimi qalır: müsəlmanlar əşya və hadisə-
lərə kompleks yanaşmır, dini mətnləri başa düşmür, obyektiv dü-
şünmürlər.
Yuxarıda göstərilmiş hədis bir gündə olsun düzgün məna-
da başa düşülməyib. Sözügedən mənanı ifadə etdiyi təqdirdə, isti-
nadı səhih olsa belə bu hədis haqda tələsik hökm çıxarmamalıyıq.
Onu ya izah, ya da tə`vil etməliyik ki, Quranla üst-üstə düşsün...
Onlara hədisin mənasını bu cür izah etdim: bir müəllim
sinifdəki şagirdlərdən kimin çalışqan, kimin də tənbəl olduğunu
bilir. Ondan nəticə, yəni, kimlərin sinifdən-sinfə keçəcəyi, kimin
də kəsiləcəyi haqda soruşurlar. Cavab verir ki, filan uğur qazana-
caq, filan da kəsiləcək. Daha sonra imtahan keçirilir. Tale elə gə-
tirir ki, müəllimin dediyi olur. Bir tərəfdən, iftixarla, digər tərəf-
dən də baş verənlər haqda doğru-dürüst proqnoz verdiyini düşü-
nərək deyir: “Gördünüzmü, sözüm havada qalmadı. Mən olacaq
söz söyləmişdim”... Bu, onun biliyinin, zəkasının mötəbərliyini
göstərir.
Yuxarıdakı hədis Allahın elmi ilə hesablaşmağımızın zəru-
riliyini ifadə edir. Elə insanlar var ki, yaxşı işlər görürlər. Ancaq
yalnız Allah bilir ki, onların aqibətləri xoş olmayacaq. Çünki
1
“əl-İsra” surəsi, 14-cü ayə.
55
müəyyən vaxt keçdikdən sonra aydın olur ki, həmin insanlar riya-
kar və yalançıdırlar. Yəni, məhz onlar bugünləri və sabahlarını
müəyyənləşdirirlər...
İslam ümməti bu qanunauyğunluqları nəzərə alan zehniy-
yətdən məhrum olub unutqanlığa qurban getdiyi zaman şüursuz,
baş verənlərdən nəticə çıxarmayan ümmət halına gəldi; qələbə
qazansa da, məğlubiyyətə düçar olsa da, bütün bunların səbəblə-
rini araşdırmadı. Qələbə gətirən amilləri, məğlubiyyətin səbəbləri
ilə maraqlanmadı da! Bu laqeydlik tarixi kitablara köçürənlərdən
də yan keçmədi; ümmət tarixən üzləşdiyi faciələrdən ibrət çıxar-
madı ki, çıxarmadı! Görürəm ki, qədlərini iki qat edən fəlakətlərə
tuş gəlsələr də, müsəlmanlar heç nə olmayıbmış kimi özlərini
aparırlar. Nə üçün? Əndəlüs boyda müsibətə, faciəyə adi bir
beytlə münasibət bildirirlər:
Bütöv görünsə də, hər şey əslində qüsurludur,
Xoş güzəran, rifah insanı aldatmamalıdır.
Bumu layiqli münasibət? Nə üçün alimlər, hökmdarlar, si-
yasətçilər, sərkərdələr bu faciəyə münasibət bildirməyiblər? Nə
üçün axı? Bu boyda faciəni yalnız nəfsi günahlandırmaqlamı təhlil
edəcəyik?! Adi bir şirkət iflasa uğrayanda bu iflasın səbəblərinin
araşdırıldığı hesabatlar hazırlanır. Elə isə haradadır, müsəlman
ümmətinin Əndəlüs məğlubiyyətinə aparıb çıxarmış ətalətinin sə-
bəblərinin öyrənildiyi hesabatlar? Haradadır, bu torpaqların itiril-
məsinə səbəb olmuş amillərin tədqiq edildiyi ciddi hesabatlar?
Deyin, haradadır? Bu öz növbəsində zəruri edir ki, papağımızı qa-
bağımıza qoyub yaşadığımız həyat tərzi haqqında kişi kimi düşü-
nək!
56
Biz mövcud qanunauyğunluqları başa düşə bilmədik. Təc-
rübə, deduksiya və müşahidə məntiqi əsasında bu qanunauyğun-
luqları başa düşməli idik. Halbuki bu məntiq həm Quranda, həm
də Peyğəmbərin praktik həyatında mövcuddur. Allahın qanuna-
uyğunluqlarından sosial-mədəni həyatda lazımınca istifadə etmə-
dik, əvvəlki sivilizasiya və millətlərin aqibətindən ibrət götürmə-
dik. Nəticədə müsəlmanlar amansız müstəmləkəçiliyin caynağına
keçdilər. Bu günümüzdə müsəlman ümməti həmin müstəmləkə-
çiliyin qanlı əllərindən qurtulmağa çalışır; qəfəsdə bağlı qanadla-
rını çırpır və çırpır, ancaq nə fayda! Ümmət bu müstəmləkəçiliyin
siyasi və hərbi zorbasına sinə gərdi. Ancaq daha təhlükəli tərəfinə
diqqət yetirməyib, – bu, həmin müstəmləkəçiliyə imkan yaradan
fikri aşınma, düşüncəsizlik və bəsirətsizlik idi!
Müsəlmanlar Qurandakı qanunları öyrənmədən bu gir-
dabdan xilas ola bilməyəcəklər; onlar bu qanunları yaxşıca öyrən-
məlidirlər. Bununla yanaşı, keçmişlərinə dair hesabat hazırlamalı-
dırlar. Öyrənməlidirlər ki, nə üçün tənəzzül və aşınma, ətalət on-
ların nəsibi olub? Onda görəcəklər ki, sosial-təbii qanunauyğun-
luqlara düzgün olmayan münasibət bu ətaləti, tənəzzülü doğuran
səbəbdir. Habelə anlayacaqlar ki, siyasi-hərbi mübarizə yenidən
dirçəlmək, intibaha qədəm basmaq üçün kifayət deyildir.
57
İLAHİ QANUNAUYĞUNLUQLAR:
DƏRK VƏ TƏTBİQ
əsənə
: Quranla əlaqədar müzakirə olunub araşdırıl-
malı mövzulardan biri də ilahi qanunauyğunluqları ne-
cə dərk etmək məsələsidir. Çünki düşdüyümüz bu ha-
lət zəruri edir ki, fərdi və sosial qanunauyğunluqları diqqətlə öy-
rənək. Axı bu qanunauyğunluqlar mədəni intibah və tənəzzülü
şərtləndirir... Son zamanlar bu qanunauyğunluqlardan istifadə et-
məmizin vacibliyi haqda tez-tez eşidirik. Hətta deyərdim ki, in-
sanlarda bu barədə ümumi qənaət də formalaşıb. Ancaq bu qə-
naət əməli olan heç nə vəd etmir; biz hələ də dəyişməmişik. Hələ
də keçmişin təqlid problemindən xilas olmamışıq. Kiməsə bu
haqda sual versən, o dəqiqə dillənər ki: “Nə bilim ey! Quranda
millətlərin intibahı və tənəzzülü amilləri göstərilib, bəs orada də-
yişməz qanunlardan söz açılır...” və sair. Bu səbəbdən düşünürəm
ki, ilahi qanunauyğunluqları başa düşüb həyata keçirmək müşkül
məsələyə çevrilib. Ümmət bu halı ilə necə etsin ki, bildiyini, başa
düşdüyünü praktikada tətbiq etsin. Hələdə eyni qənaətdəyəm ki,
müsəlmanlar düşünmə və bilik metodikası problemini lazımınca
dərk etməyiblər. Etsəydilər, sözlə kifayətlənməz, bir iş görərdilər;
sözügedən qanunauyğunluqları “emal” edib təcrübədən keçirər-
dilər. Çünki təcrübə və emal həqiqi eksperimentin əsas göstərici-
ləri hesab olunur. Əslində, bu problem hələ də cəmiyyətdə tələb
olunan diqqəti özünə çəkə bilməyib, özünə “cığır” açmayıb.
H
Dostları ilə paylaş: |