Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə15/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   ...   11   12   13   14   15   16   17   18   ...   90

 
58 
Qəzali
: Bəlkə də Qurana olan münasibətimiz bir günah-
karın halını xatırladır. Bu günahkar tövbəyə çağırış edən ayələrə 
qulaq assa da, günahını dərk etmir, ayələrin çağırışına – tövbəyə 
yönəlməyin zərurəti haqda heç fikirləşmir də! O, ayələrin oxunuş 
gözəlliyinə, tilavət cazibədarlığına bağlanaraq qulaq asdığı bu ne-
mət, bu gözəl səs qarşısında “Ay Allah... İlahi, nə gözəl səsdir” – 
deməklə kifayətlənir; ayələrdəki tövbə çağırışı üzərində düşün-
məyi ağlından belə keçirmir. Düşünmür ki, qulaq asdığı ayələr 
onun vəziyyətini əks etdirir, onu halını düzəltməyə çağırır. Hey-
hat! Bəli, bizim Qurana münasibətimiz bu cürdür.  
Bir dəfə məscidlərin birində bir şeyx Qiyamətin əzəməti və 
dəhşətini təsvir edən ayələri gözəl səslə oxuyurdu. Ayələrdəki bu 
dəhşətli təsviri düşündükcə tüklərim biz-biz olmuşdu. Birdən bi-
risi yerindən dəhşət içərisində qışqırdı: “Pərvərdigara! Şeyxim, 
necə də gözəl səsin var! Bir daha oxu o gözəl səsinlə!” Budur bi-
zim Qurana münasibətimiz! Təəssüflər olsun ki, biz övladlarımı-
za Qurana bu tərzdə münasibəti öyrədirik. Çox təəssüf!!! 
Düşünməli və nəticə çıxarmalıyıq... Ayələr üzərində dü-
şünsək, ən azından onları praktik müstəviyə çıxararıq. Ya da Qu-
ran bizim davranışlarımızı tənzimləyər. Tənzimləyər ki, düşdüyü-
müz vəziyyətdən qurtulmağı düşünək, problemlərin həlli yolla-
rını müəyyənləşdirək.  
“...Allah fitnə-fəsad çıxaranların əməlini düzəltməz! Gü-
nahkarlar istəməsələr də, Allah sözləri (əmr və hökmləri) ilə haq-
qı gerçəkləşdirəcək (bərqərar edəcəkdir)!” ayələri
1
 əsasında 
əməllərimizdəki çatışmazlıqlara nəzər salmalıyıq. Görsən, Allah 
təala bizim bu naqis əməllərimizi düzəldəcəkmi? Əsla, düzəltmə-
yəcəkdir! Çünki O, fitnə-fəsad çıxaranların əməlini düzəltməz! 
                                                 
1
 “Yunis” surəsi, 81-82-ci ayələr. 


 
59 
Elə isə əməllərimizdəki çatışmazlıq nədən ibarətdir ki, praktik hə-
yatda yaradıcı deyilik? Deməli, əməllərimizdəki nöqsanların fər-
qinə varmalıyıq ki, Allah işlərimizə yön versin. İşimizi doğru-dü-
rüst və səmimi-qəlbdən görməliyik. 
Ayələrdə deyildiyi kimi, özümüzü dəyişməliyik. “Həyatına 
yeni nəfəs qat!” kitabımda Deyl Karnegidən belə bir iqtibas gətir-
mişəm: “Atası müalicə olunmaq üçün yola çıxan oğluna deyir: 
“Problem sənin özündədir. Səfərə çıxsan da, ölkələr qət etsən də
fərqi yoxdur – nəfsini (özünü) dəyişmədikcə, bədbinlikdən, xə-
bislik və alçaqlıqdan qurtulmadıqca bunlar sənə fayda verməyə-
cək. Özünü dəyiş ki, səfərinin bir mənası olsun!”  
 
 


 
60 
 
 
İDRAK METODLARI VƏ ÖYRƏNMƏ 
VASİTƏLƏRİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ 
 
 
əsənə
: Bugün müsəlmanların mədəni həyatına nəzər 
salsaq görərik ki, istər oxuyanı, istərsə də savadsızı ol-
sun, fərqi yoxdur, bütövlükdə ümmətin Quranı öyrən-
məsində, ona yanaşmasında çatışmazlıq mövcuddur. Bu çatış-
mazlığın “səbəbkar”ı tədris üsuludur, təlim-tərbiyə metodikasıdır, 
Quranı əzbərlətmə qurumlarıdır... Şəxsiyyəti formalaşdıran bir 
çox müəssisələrin də bu çatışmazlıqda rolu istisna edilmir. Əgər 
biz səbəbiyyət qanununu – vəhyin göstəricisi olan bu qanuna la-
qeyd yanaşdıqları üçün müsəlmanlar dünya işlərində, dünyanın 
abadlaşdırılmasında geriyə qaldılar, dində, əxlaq davranışlarında 
süstlük özünü göstərdi – nəzərə alsaq, tətbiq etməyə cəhd göstər-
sək, təlim-təhsil sistemimizdəki, Qurana yanaşmağımızdakı çatış-
mazlıqları üzə çıxara bilərik. Qurana münasibətin dəyişdirilməsi 
üçün əvvəlcə, öyrənmə və çatdırma metodlarındakı çatışmazlığı 
aradan qaldırmaq, açıq-aydın idrak metodu əsasında zehniyyəti 
yenidən formalaşdırmaq lazımdır. Düşünürəm ki, açıq-aşkar id-
rak metodu Qurana münasibətimizi dəyişdirə bilər. 
Qəzali
: Quranda deyilir: 
“İnsanların öz əlləri ilə etdikləri (pis əməllər, günahlar) 
üzündən quruda və suda fəsad (pozuntu) əmələ gələr (bəzi yer-
lərdə quraqlıq, qıtlıq olar, bəzilərində zərərli yağışlar yağar, zəl-
zələ baş verər, dənizlərdə gəmilər batar)...” (ər-Rum, 41). 



 
61 
Göründüyü kimi, fəsad insanların pis əməllərinin nəticə-
sidir. Bu əməllər aradan qaldırılmadıqca fəsad da yox olmaz. Qu-
randa Məhəmməd peyğəmbərə xitabən deyilir: 
“(Ya Rəsulum!) Şübhəsiz ki, sən istədiyini doğru yola yö-
nəldə bilməzsən. Amma Allah dilədiyini doğru yola salar. Doğru 
yolda olacaq kəsləri (öz əzəli elmi ilə) daha yaxşı O bilir!” (əl-Qə-
səs, 56). 
Məsələ Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı 
olsun!) bir xalqı və ya bir fərdi doğru yola yönəltmək istəməsi 
məsələsi deyil... Əgər bir şəxs üzünü ağardacaq, əxlaqını yüksəldə-
cək bir iş görməyibsə, Peyğəmbərin onu doğru yola yönəltmək is-
təyi kifayət deyil... Bizim yüksəlişimizi istəyənlər ola bilər, ancaq 
qanadlarımız qırıqsa, nə fayda! Elə isə səbəbiyyət qanununa üzü-
müzü çevirməli, geriliyimizin səbəbini diqqətlə öyrənməliyik... 
Gerilik xəstəlik kimi bir şeydir. Məsələn, insan qızdırmaya tutu-
lur. Şəfa tapması üçün müalicə olunmağı lazımdır. Qızdırma gə-
tirmiş bakteriyalar orqanizmdə qaldıqca xəstə sağalmayacaqdır. 
Ancaq müxtəlif dərmanlarla bu bakteriyaların məhv edilməsi xəs-
təni sağaldacaqdır. 
Quran möminlərə şəfadır. Bu nə deməkdir? Lətifələrin bi-
rində deyilir: “Osmanlı türklərinin zamanında donanmaya “Bu-
xari”ni oxuyan bir şəxs gəlir ki, bunun bərəkəti sayəsində növbəti 
döyüş uğurlu olsun (yəni, “Buxari”ni oxumaq döyüşə bərəkət gə-
tirsin). Dənizçilər ona deyirlər: “Donanma buxarla işləyir, “Buxa-
ri” ilə yox!” 
 “Buxari”dəki  səbəbiyyət  qanunu ilə əlaqəli hədisləri başa 
düşmədən oxumaq, hətta əzbərləmək dəniz döyüşlərində fayda 
gətirməz. Təkcə “Buxari”ni oxumaqla kapitan gəmini idarə edə 
bilməz. 


Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə