Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə16/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   ...   12   13   14   15   16   17   18   19   ...   90

 
62 
Səbəb-nəticə əlaqələrini nəzərə almadan “Buxari”ni oxu-
mağın belə məqamlarda heç bir faydası yoxdur. Keçmişdə də bu-
nun bir xeyir gətirdiyi məlum deyil. Erkən dövr müsəlmanları bi-
zanslılarla şiddətli döyüşlər aparmışlar. Onlar dəniz döyüşü haq-
da heç nə bilmirdilər. Ancaq başa düşmüşdülər ki, donanma yara-
dıb bizanslılarla dəniz döyüşü aparmasalar, müharibədə tam qalib 
gələ bilməyəcəklər. Gəmilər qayırıb düşmənlə dənizdə savaşdılar. 
Heç vaxt ağıllarına gətirmədilər ki, döyüşlərdə qalib gəlmək üçün 
ayə və ya surə oxuyub “bərəkətlənmək” lazımdır. Əslində, onların 
bərəkəti cihad və döyüşə hazırlıq ayələrini doğru-dürüst başa dü-
şüb tətbiq etmələrində idi! Onlar bilirdilər ki, qalib gəlmək üçün 
ayə və hədisləri doğru-dürüst öyrənib tətbiq etmək lazımdır. 
Ərəblər Cahiliyyət dövrünü təzəcə geridə buraxmışdılar, ancaq 
dünyanı heyrətdə saxlayacaq uğurlara yiyələnmişdilər. Dünənə 
qədər səhrada dəvə minən insanlar çox keçməmişdi ki, dənizdə 
donanma yaratmışdılar. Onları bu işə nə sövq etmişdi axı?  
Bəli, Quranı öyrənməyimizdə çatışmazlıqlar mövcuddur. 
Və bu çatışmazlıqlar hətta adi məişət həyatımıza da sıçrayıb. Bir 
də görürsən ki, birisi dəstəmaz alır. Ancaq əl-üzü yenə də kirli qa-
lır. Nə üçün? Çünki su ilə nə etdiyinin fərqində deyil. Odur ki, nə 
kiri gedir, nə də təmizlənir. Biz də Quran ayələrinə fərqinə varma-
dan qulaq asırıq. Ayədə halımız necə də gözəl təsvir olunur:  
“Şübhəsiz ki, sən (haqqa) çağırışı nə ölülərə bildirə bilər-
sən, nə də dönüb gedən karlara eşitdirə bilərsən!” (ər-Rum, 52). 
Düşüncəmizə, duyğularımıza, əzalarımıza hakim kəsilmiş 
bu keylikdən qurtulmamız lazımdır. Bu keylik əcdadlarımıza hə-
rəkətlilik bəxş edən Quranın bizi hərəkətə keçirməsinə mane 
olur.  
 


 
63 
 
 
ÇATIŞMAZLIQ NƏDƏDİR? 
 
 
əsənə
: Mənə elə gəlir ki, çatışmazlıq təlim-tərbiyə işin-
dən, tədris metodikasından, dərs vəsaitlərindən, tədris 
kadrlarından məsul müəssisələrdədir. Bu müəssisələr 
Quranın, mədəni mirasının insanlara çatdırılması işində müvəf-
fəqiyyət qazana bilməyib. Bununla da gerilik, deməli, “xəstəlik” 
nəsillərdən nəsillərə olduğu kimi ötürülüb. Bəlkə də hal-hazırda 
ən böyük problem Quranı insanlara öyrədib çatdırmaqda cavab-
deh olan qurumlardadır.  
Qəzali:
 Bu, böyük reformistlərin vəzifəsidir. Reformistlər 
çətin günlərdə ümmətə dayaqdırlar. Onlar döyüşdə qələbə qa-
zanmaları üçün böyük orduya, hərbi əməliyyatların getdiyi poli-
qona sahib olmasalar da, əllərindən gələni edirlər ki, vuruşmanın 
taleyini özlərinin xeyrinə dəyişsinlər...
 
Əgər günümüzün Əzhər, Zeytunə və Qüraviyyun kimi 
universitetlərində, Məkkə və Mədinədəki əl-Haram və Peyğəm-
bər məscidlərində hələ də Quranı obyektiv deyil, lokal fəhm çər-
çivəsində oxuyub, onun nazil edilmə məqsədini lazımınca öyrən-
mirlərsə, bu – dərmanı yerə töküb xəstəni doğru-dürüst müalicə 
etməyən həkimin vəziyyətini xatırladır. Bu universitetləri Qura-
nın mahiyyətini insanlara öyrədəcək hala gətirmək lazımdır.  
Quranı hər hansı bir hərbi məktəbin açılışında oxunan ki-
tab halından – bu, əvvəlki dövrlərdə olmayan bir şeydir – qurta-
rıb həmin məktəbi quran-yaradan kitaba çevirmək lazımdır. Hər-
bi məktəblərin divarlarına “(Ey möminlər) Allahın düşmənini və 



 
64 
öz düşməninizi, onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın 
bildiyi düşmənləri (münafiqləri) qorxutmaq üçün kafirlərə qarşı 
bacardığınız qədər qüvvə... tədarük edin...” ayəsini
1
 yazmaq əvəzi-
nə, təlim üsulunu, praktik hazırlığı, iqtisadi-hərbi planlaşdırmanı 
lazımi qurğuların, aparatların, yeni dövrün atlarının
2
 (tankların) 
hazırlanmasına, tədarükünə yönəltmək tələb olunur. Hər şey ha-
zırlanmalı, nəzərə alınmalıdır – budur, Quranın nəzərdə tutduğu 
cihad anlayışı! 
Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) hə-
lə Mədinədə ikən və heç bir müsəlman əsgərinin Ərəbistan tor-
paqlarının hüdudunu aşmadığı bir dövrdə bilirdi ki, islam dəniz-
lər aşacaq, müsəlmanlar da dəniz döyüşləri aparacaqlar. Allahın 
rəsulu bunu yəqinliklə bilirdi. Bu səbəbdən Bint Məlhan adlı sə-
habə qadın
3
 gəlib, ondan dəniz döyüşlərində iştirak etmək üçün 
icazə istəmişdi. Adi bir ərəb qadını öz sağlam fitrəti ilə başa düş-
müşdü ki, cihad dənizlərdə də aparılacaq. Dəvət kimi universal 
missiyanın dənizləri də əhatə edə biləcəyi onu təəccübləndirmə-
mişdi. Anlamışdı ki, bu missiyanı daşıyan ümmət dənizlərdə sa-
vaşmaq üçün mütləq və mütləq dəniz qurğuları qayıracaq. Bint 
Məlhan bütün bunları o dövrün ərəb bədahəti ilə dərk etmişdi. 
                                                 
1
 “əl-Ənfal” surəsi, 60-cı ayə.  
2
 Müəllif burada “əl-Ənfal” surəsinin “...kafirlərə qarşı bacardığınız qədər... 
(cihad üçün bəslənilən) döyüş atları tədarük edin...” ayəsinə işarə edir – tər-
cüməçinin qeydi.
  
3
 Tam adı Ümmi-Həram bint Məlhan olan bu qadın Ənəs ibn Malikin (Al-
lah onlardan razı qalsın!) xalası idi. Ənəs rəvayət edir ki, Peyğəmbər (Ona 
Allahın xeyir-duası və salamı olsun!) hər dəfə Qubə torpaqlarına getdiyi za-
man Ümmi-Həramın qonağı olurmuş. Ümmi-Həram Müaviyənin (Allah 
ondan razı qalsın!) xəlifəliyi illərində dəniz döyüşlərinin birində şəhid ol-
muşdur.  


 
65 
Odur ki, gələcəkdə başa verəcək bu şeyləri xəyalında canlandır-
mış, qabaqcadan gələrək, Peyğəmbərdən icazə istəmişdi. İstəmiş-
di ki, bu xeyir işə o da töhfə versin. Sonralar İslam tarixi dəniz-
lərin insan oğlunun ixtiyarına verildiyini bildirən ayələri oxuyan, 
ancaq dənizlərdən istifadəni ağlından belə keçirməyən nəsillərin 
şahidi oldu. Bu səbəbdəndir ki, yerin ümumi sahəsinin onda sək-
kizini, deməli, böyük hissəsini əhatə edən dənizlərdə, okeanlarda 
ərəb-müsəlman tərsanələrində müsəlmanlar tərəfindən düzəldil-
miş bir dənə də olsun sualtı qayığa, təyyarə gəmisinə, hərbi və 
mülki gəmiyə rast gəlmək mümkün deyil
1
. Bunun nə demək ol-
duğunu heç bilirsinizmi? Görəsən, müsəlmanlar aşağıdakı ayəni 
başa düşə bilirlərmi: 
“...dənizi sizin ixtiyarınıza verən Allahdır!” (əl-Casiyə, 12). 
Görəsən, bu ayəni ixtiyarımıza verilmiş dənizləri özümüzə 
ram etməyi düşünmədən oxumağımız nə dərəcədə doğrudur? 
Təəssüf ki, müsəlman reallığı bu cürdür. Bu gün dənizlərdən biz 
qala-qala Allahın dinsiz qulları istifadə edir! 
İnsan fitrətinə çətinlik gətirməyən Quranı praktik müstə-
vidə doğru-dürüst başa düşməmişik. Praktik düşünmə tərzindən 
çoxdan məhrum olmuşuq. Dəvətçilər, alimlər yetişdirən institut-
lar, universitetlər... ümməti fəhmsizlik girdabından çıxarmalıdır.  
Dəniz haqda deyilmiş “Onun suyu təmiz, ölüsü də (yeyil-
mək baxımından) halaldır” hədisindən
2
 öyrəndiyimiz şey bu oldu 
ki, balığından (ölü də olsa belə) yedik, suyunda da yuyunduq. 
                                                 
1
 Müəllifin bu iddiası kitabın yazıldığı illər üçün doğrudur. Ancaq indi vəziy-
yət dəyişib. İran İslam Respublikası bu sahədə böyük nailiyyətlər əldə edib – 
tərcüməçinin qeydi
.    
2
 Hədisi Əbu Hüreyrəyə (Allah ondan razı qalsın!) istinadən Əbu Davud, 
Tirmizi, Nəsai və İbn Macə rəvayət etmişlər. Tirmiziyə görə hədis “həsən-
səhih”dir.    


Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə