Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə13/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   ...   9   10   11   12   13   14   15   16   ...   90

 
50 
vəffəqiyyət şərtlərinə əməl etmədikləri üçün Uhud döyüşündə 
məğlub oldular. Allah öz peyğəmbərinə belə buyurdu:  
“(Ya Rəsulum!) Bu işdə sənə dəxli olan bir şey yoxdur...” 
(Ali-İmran, 128).  
Ancaq onlar bu şərtləri gözlədikləri zaman qələbə qazan-
dılar... Elə bir xalq, elə bir millət yoxdur ki, bu qanunauyğunluqlar 
ona şamil edilməsin. Heç bizim ümmətimiz də on dörd əsrlik ta-
rixi boyu bu qanunauyğunluqlardan kənarda qalmayıb... 
Quranda bu qanunauyğunluqlara çoxlu nümunə göstəri-
lib. Məsələn: “...Hər hansı bir tayfa öz tövrünü (nəfsində olanları) 
dəyişmədikcə (pozmadıqca), Allah da onun tövrünü (onda olan-
ları, onun əhvalını) dəyişməz...” (ər-Rəd, 11). 
Bədr döyüşündə məğlub olmuş müşriklərə Allah öz qanu-
nauyğunluğunu belə xatırlatmışdı:  
“Bu (əzab) sizin öz əllərinizlə qazandığınız (əllərinizin tö-
rətdiyi) günahlara görədir. Yoxsa Allah bəndələrinə əsla zülm 
edən deyildir! 
Eynilə Firon nəslinin və onlardan əvvəlkilərin hərəkətləri 
kimi. Onlar Allahın ayələrini yalan hesab etdilər, Allah da onları 
günahlarına görə yox etdi. Həqiqətən, Allah yenilməz qüvvət sa-
hibidir, cəzası da çox şiddətlidir! 
(Kafirlərə verilən) bu əzab ona görədir ki, bir tayfa özünə 
bəxş edilən neməti (naşükürlük üzündən küfrə) dəyişməyincə, 
Allah da ona əta etdiyi neməti dəyişən (pisliyə çevirən) deyildir. 
Həqiqətən, Allah (hər şeyi) eşidəndir, biləndir! (Həmin tayfalar 
Allahın nemətlərinə şükür etmək əvəzinə Ona asi olduqlarına, 
itaəti küfrlə əvəz etdiklərinə, peyğəmbərlərə qarşı düşmən müna-
sibət bəslədiklərinə görə Allah da onlara verdiyi nemətini qəzəbə, 


 
51 
etdiyi yaxşılığı pisliyə çevirib hamısını əzaba düçar etdi)” (əl-Ən-
fal, 51-53). 
Yəni, müşriklərə belə deyilmişdi: məğlub oldunuz. Çünki 
iyirmi əsr əvvəl fironlara tətbiq olunan qanunauyğunluq sizə də 
öz gücünü göstərdi. Vaxt gələcək, eyni qanunauyğunluq Uhud 
döyüşündə müsəlmanları da çulğayacaqdı. Bu haqda Allah təala 
buyurur: 
“(Uhud müharibəsində) siz onları Allahın izni ilə əzib-qır-
dığınız zaman, Allah sizə verdiyi vədinə sadiq çıxdı. Lakin O (Al-
lah) sevdiyiniz şeyi (zəfər və qəniməti) sizə göstərəndən sonra isə 
zəiflik göstərdiniz və (sizə verilmiş) əmr barəsində bir-birinizlə 
mübahisə edərək (Peyğəmbərə) qarşı çıxdınız. İçərinizdən bəzi-
ləri dünyanı, bəziləri isə axirəti istəyirdi. Əlbəttə, O sizi əfv etdi. 
Çünki Allah möminlərə qarşı mərhəmətlidir!” (Ali-İmran, 152). 
Quranda bu cür qanunauyğunluqlar çoxdur. Yuxarıdakı 
kitabımda, xatırladığıma görə, on qanunauyğunluqdan söz açmı-
şam. Məsələn: 
- “Allahın insanlara əta etdiyi mərhəmətə heç kəs mane ola 
bilməz. Onun vermədiyi bir şeyi də Özündən başqa heç kəs gön-
dərə (verə) bilməz...” (Fatir, 2); 
- “...Allah fitnə-fəsad törədənlərin əməlini düzəltməz! Gü-
nahkarlar istəməsələr də, Allah sözləri (əmr və hökmləri) ilə haq-
qı gerçəkləşdirəcək (bərqərar edəcəkdir)!” (Yunis, 81-82); 
- “Kafir olanların və (insanları) Allah yolundan döndərən-
lərin əməllərini (Allah) puç edəcəkdir” (Muhəmməd, 1); 
- “...Kim Allahdan qorxub pis əməllərdən çəkinsə və səbr 
etsə, (bilsin ki) Allah yaxşı işlər görənlərin mükafatını əsla zay et-
məz!...” (Yusif, 90); 


 
52 
- “Bu, (Cənnətə daxil olmaq) nə sizin, nə də kitab əhlinin 
arzusu ilə deyildir. Pislik edən şəxs, onun cəzasını görəcək və o, 
Allahdan başqa özünə nə bir dost, nə də bir imdada yetən tapa-
caqdır!” (ən-Nisa, 123). 
Qurandakı bir çox ayə müəyyən qanunauyğunluqları ifadə 
edir, dost-düşmən demir, hamıya şamil olunur. Bu qanunauyğun-
luqlardan qurtulmaq cəhdi uğursuzluğa məhkumdur. Allah təa-
lanın “(Yerdə və göydə) elə bir şey yoxdur ki, onun xəzinələri 
Bizdə olmasın. Lakin Biz ondan ancaq müəyyən (lazım olduğu) 
qədər endiririk” kəlamı
1
 hamı üçün eynidir. Praktik həyatımızdan 
bir misal gətirək: məlumdur ki, pambıq ilin səkkiz ayı becərilir. 
Hər nə qədər zəhmət çəksək də, vaxtından qabaq bar verməsi 
qeyri-mümkündür. Eləcə də hamiləliyin müddəti yeddi-doqquz 
ay arasındadır. Hamiləlik anormal vəziyyətlərdə yeddi aydan qa-
baq tamamlanarsa, uşaq düşməsi hadisəsi baş verir. Təbabətə gö-
rə, hamiləliyin maksimum müddəti doqquz ayı keçmir.  
Maddi təbiətlə, kainatla bağlı bu qanunauyğunluqlar bəşər 
mədəniyyəti üçün də doğrudur... Müsəlmanlar məğlub oldular. 
Çünki olmalı idilər. İlahi qanunauyğunluqlar özlərini Allahın oğ-
lu və ya sevimlisi adlandıranlara da rəhm göstərmədi. Yəhudilər 
və xristianlar deyəndə ki: “Biz Allahın oğulları və sevimliləriyik”, 
onlara belə bildirildi: “Bəs onda Allah nə üçün günahlarınıza görə 
sizə əzab verir?” Xeyr, siz də Onun yaratdığı bir bəşərsiniz...”
2
.  
 
 
 
                                                 
1
 “əl-Hicr” surəsi, 21-ci ayə. 
2
 “əl-Maidə” surəsi, 18-ci ayə.  


 
53 
 
 
SƏBƏBİYYƏT QANUNUNA LAQEYD 
MÜNASİBƏTİN DAĞIDICI NƏTİCƏLƏRİ 
 
 
ütün ilahi qanunauyğunluqlara lazımı dəyəri verməli-
yik... 
Təəssüf ki, islam ümməti lap qədimdən böyük bir səhvə 
yol verib. Həmin səhvin bəzi acı nəticələrini hələ də yaşayırıq. Bu, 
müsəlmanlar arasında yayılmış cəbəriyyət – fatalizm düşüncəsi-
dir. Bu təlim səbəbiyyət qanununu müsəlmanlara bütövlükdə 
unutdurdu. Təbii qanunauyğunluqlarda unutdurdu və biz nəticə-
də yer üzünü abadlaşdırma işindən geri qaldıq. Psixoloji qanuna-
uyğunluqlarda unutdurdu, bununla da ifrat təvəkkül zehniyyəti 
bizə hakim kəsildi və biz yaradıcı qabiliyyətdən məhrum olduq. 
Bu, müsəlman sivilizasiyasının tənəzzülünün səbəblərindən birini 
təşkil edir. Vaxtı ilə qədər inancı müsəlmanlara böyük imperiyala-
rın darvazalarını qorxu-ürkü bilmədən, Allahın ayələrinə sarılaraq 
çalmaq imkanı vermiş, nəticədə xalqlar, millətlər bu yeni fatehlə-
rin mənəvi-mədəni töhfələri qarşısında təslim olmuşdular. Ancaq 
qədər inancı, çox keçmədi ki, müsəlmanların nəzərində özgələşdi 
və onlar Quran və Sünnəyə kortəbii münasibət bəslədilər, onu la-
zımınca başa düşə bilmədilər. Nəticədə müsəlmanlar özlərinə kü-
ləklərin oynatdığı lələk, dalğaların da atıb-tutduğu leş kimi bax-
mağa başladılar. Bir dəfə məsciddə dərs deyirdim. Oradakılara 
səsləndim: Allah insan oğluna xitabən buyurur: “Oxu, kitabını. 
Bu gün sən haqq-hesab çəkməyə özün-özünə (özün öz əməl-



Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə