Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə7/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   2   3   4   5   6   7   8   9   10   ...   90

 
28 
Üsulşünaslar bu və ya digər səbəbdən yalnız və yalnız qa-
nunvericilik hökmlərini çıxarmaqla məşğul olmuş, Qurana birtə-
rəfli nəzər salmışlar. Yəni, problemlərə yalnız fiqhi nöqteyi-nəzər-
dən toxunmuşlar. Halbuki, yuxarıda dediyimiz kimi, Quranın 
göstərişləri müxtəlif tərəflərə malikdir. Bəlkə də bu tərəflər hər 
hansı bir qanunvericilik hökmünün çıxarılması üçün əsas ola bi-
lər... Əslində, digər metodlar arasında öz sabitliyi və əsilliyi ilə 
fərqlənən metod, bəlkə də, üsul alimlərinin metodudur. Çünki di-
gər metodlar sıradan çıxmış, ya da vaxtından qabaq fəaliyyətini 
dayandırmışdır. 
Qəzali
: Bütün bu deyilənlər mənə bir şeyi xatırlatdı. Bu, 
islam mədəni fikri tarixinin şahidi olduğu böyük məktəblərin ək-
səriyyətinin tənəzzülə uğramağıdır. Hədisçilərin məktəbi isə hələ 
də ayaqdadır. Bu məktəb sələf adı altında öz mübarizəsini davam 
etdirsə də, öz diqqət və funksiyasını ancaq Sünnə elmləri ilə məh-
dudlaşdırmış, islam dəyərləri və mədəni ərməğanına hərtərəfli ya-
naşmamışdır. Fəqihlərin də məktəbi öz varlığını qoruyub saxla-
yıb. Ancaq ibadət fiqhi ilə kifayətlənmiş bu məktəb öz rasional 
fəaliyyətini yalnız fiqhi məsələlərə yönəldib. Nadir hallarda bun-
dan kənara çıxıb. Çıxsa da, adi bazar münasibətləri ilə maraqla-
nıb... Bu məktəbin uzaq vədəli islam perspektivləri ilə maraqlan-
mağına, islamın real həyata tətbiqi haqda düşünməyinə, insanla-
rın problemlərini Quranın ölməz dəyərləri, Sünnənin də açıq-aş-
kar təlimləri baxımından həll etməyinə gəlincə, bu istiqamətdə 
ciddi bir iş görülməyib. Halbuki erkən dövrün fəqihləri bu cür de-
yildilər... 


 
29 
Məsələn, İmam Əbu Hənifənin
1
 şagirdləri arasından ikisi 
daha məşhurdur: İmam Əbu Yusif 
2
 və İmam Məhəmməd
3
. Əbu 
Yusif vergilər haqqında “əl-Xərac” adlı əsər qələmə aldığı halda, 
İmam Məhəmməd də dövlətlərarası münasibətlərə dair “əs-Seyr 
əl-Kəbir” kitabını yazmışdı. Erkən dövrdə fiqh elminin vəziyyəti 
bu cür idi. Onların hər biri öz sahəsində söz sahibi şəxsiyyətlər sa-
yılırdı.  
Ancaq dövrümüzdə fiqh elminin konstitusiya, idarəçilik, 
beynəlxalq münasibətlər hüququ ilə heç bir əlaqəsi yoxdur. Bu, 
böyük bir qüsurdur, həyatda ikən ölməkdir! 
Üsul alimlərinin də öz məktəbi var. Mühakimə və hökm 
çıxarma
 
qaydalarının
 
müəyyənləşdirilib
 
dəqiqləşdirilməsi
 
bu 
məktəbin əsas səciyyəvi tərəfidir. Ancaq demək mümkündür ki, 
                                                 
1
  Nöman ibn Sabit ibn Kavus ibn Hörmüz əbu Hənifə (hicri 80-150): 
Böyük fəqih, müctəhid və imamdır. Dörd böyük məzhəb imamından (İmam 
Əhməd, İmam Malik, İmam Şafei) biridir.  Deyilənə görə, əsli farsdır. Ku-
fədə doğulub, elə orada da boya-başa çatıb. İmam Əbu Hənifə hədis sahəsin-
də “əl-Müsnəd”, fiqh sahəsində “əl-Məxaric” kitablarını yazmışdır. “əl-Alim 
vəl-Mütəəllim” adlı risalə də, əqidəyə dair “əl-Fiqh əl-Əkbər” kitabı da Əbu 
Hənifəyə aid edilir.    
2
 Yaqub ibn İbrahim ibn Həbib əbu Yusif (vəfatı – hicri 181): İmam Əbu 
Hənifənin (Allah ondan razı qalsın!) ən bilikli şagirdlərindəndir. Abbasi xə-
lifələri Hadinin, Mehdi və Harun ər-Rəşidin hakimiyyəti zamanında qazı ol-
muşdur. “Qazıların qazısı” ləqəbini alan ilk şəxsdir. “əl-Xərac”, “Ədəb əl-Qa-
zi” və “əl-Cəvame” adlı kitabları vardır.   
3
 Məhəmməd ibn əl-Həsən ibn Fərqəd (hicri 131-189): Fiqh və üsul ali-
mi, müctəhiddir. Kufədə doğulub boya-başa çatıb. İmam Əbu Hənifənin 
Əbu Yusifdən sonra ikinci məşhur şagirdidir. Əbu Hənifənin görüşlərini ya-
yan da məhz odur. “əl-Came əl-Kəbir”, “əl-Came əs-Səğir”, “əl-Məbsut”, “əs-
Seyr əl-Kəbir”, “əs-Seyr əs-Səğir”, “əz-Ziyadat”, “Kitab əl-Asar” və “əl-Əsl” 
adlı kitabları vardır.  


 
30 
bu məktəbin sonuncu ən qüdrətli nümayəndəsi İmam Şatibidir
1

Ondan sonra üsul elmi (üsulşünaslıq) donuqlaşmış, tənəzzülə 
doğru üz tutmuşdur. İmam Şatibi üsul elminə dair “əl-Müvafə-
qat” adlı sanballı kitab qələmə almışdır. Amma ondan sonra üsul-
şünaslıq sahəsində nə bir alim yetişmiş, nə də bir sanballı kitab 
yazılmışdır. Üsul elmi – bu böyük metodika elmi sonrakı nəsillə-
rin əlində gülünc sahəyə çevrildi. Onlar üsulşünaslıq kitablarını 
xülasə halına salmaqla, şərh etməklə, alt və kənar haşiyə izahları 
yazmaqla günlərini keçirirdilər. Bu, dəyirmanda suyun üyüdül-
məsinə bənzəyir. 
Sufilərin də öz məktəbi var. Xurafatlar bu məktəbin adını 
qara çıxarıb. Çünki o, dinin və dilçiliyin qayda-qanunlarından, 
meyarlarından uzaq könül xatirələrinə (“kəşf”, ilham və sair) 
əsaslanırdı. Nəticədə sufilik mürciəlik

 və cəbəriliyin

 bir forma-
sına çevrilərək, sosial savaş meydanından uzaqlaşdı (əslində, sufi-
liyin bu taleyini mədəni intihar forması hesab etmək mümkün-
dür). Ancaq sufiliyin müsbət tərəfləri də vardır. Sufilər əxlaqı, 
nəfs tərbiyəsini, Allahla gözəl şəkildə rabitə qurub, Onun əzəmət 
və qüdrətini davamlı xatırlamaq yollarını araşdırmışlar. Odur ki, 
                                                 
1
 İbrahim ibn Musa ibn Məhəmməd əbu İshaq əl-Ləxmi əl-Qərnati (və-
fatı – hicri 790): Maliki alimlərindəndir. Üsul alimi, imam, müfəssir, fəqih və 
mühəddisdir. Əsərləri: “əl-Müvafəqat fi Üsul əş-Şəriət”, “əl-Etisam”, “əl-Mə-
calis”.  

 Mürciəlik: VII əsrin axırlarında Suriyada yaranmış dini cərəyan. Mürciəlik 
tərəfdarları düşünürdülər ki, iman etmiş insanlar yol verdikləri günahlara gö-
rə axirətdə cəzalandırılmayacaqlar. Çünki əsas məsələ iman gətirməkdir – 
tərcüməçinin qeydi.
   

 Cəbərilik: Cə`d ibn Dirhəmin banisi olduğu cərəyan. Cəbəriliyə görə, in-
sanın bütün əməlləri Allaha aiddir və o, hərəkətlərində azad deyil – tərcümə-
çinin qeydi.
     


Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə