Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə3/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   2   3   4   5   6   7   8   9   ...   90

 
10 
 
 
GİRİŞ 
 
 
əsənə
: Siz Quranın əzbərlənməsində, izahında, öyrə-
dilməsində, ona çağırışda uzun məsafə qət etmiş in-
sansınız. Sizcə, bugünün müsəlmanı Qurana münasi-
bətdə nəyə daha çox möhtacdır? Qurana olan etinasızlıqdan qur-
tulmaları, Quranın onlara, onların da Qurana geri dönmələri 
üçün nəyi məsləhət görürsünüz? Quranı müsəlman fəaliyyətinin, 
intibahının, liderliyinin, nümunəviliyinin mənbəyinə çevirmək 
üçün nə etmək lazımdır? 
Və yaxud Qurana münasibətdə yeni fəhm normalarını ya-
ratmaqla mədəniyyətdə nümunəyə çevrilməyin şərtlərini necə 
müəyyənləşdirə bilərik? Mən burada reallıq və tələbatı öyrən-
məklə,
 
günümüzün
 
müsəlmanının
 
düçar
 
olduğu
 
problemləri 
araşdırmaqla yaradılacaq fəhm normalarını nəzərdə tuturam. Tə-
bii ki, bu, zamanın və məkanın fövqündə dayanan, bütün müsəl-
man ümmətinin əbədi ilahi kəlam hesab etdiyi Qurana əsaslan-
maqla mümkündür. 
Qəzali
: Müsəlmanların Qurana münasibəti ciddi araşdır-
ma tələb edir. Çünki onlar ilk əsrlərdən sonra əsas diqqətlərini 
Quranın oxunuşu qaydalarına, hərflərin dəqiq tələffüzünə, nəğ-
məli və uzun tələffüz edilən hərflərə, bir sözlə, onun formasına 
yönəltdilər. Müsəlmanlar Quranın dəqiq oxunuşuna Peyğəmbə-
rin zamanında necə idisə elə də riayət etdilər. Onun formasını bü-
tün dəqiqliyi ilə qoruyub saxladılar. Əslində, onlar digər millətlər-
də müşahidə olunmayan şeyi etmişdilər... Adi insanın eşitdiyi və 



 
11 
ya söylədiyi “oxudum” sözü o deməkdir ki, həmin insan ona gə-
lən məktubu və ya əlinə düşən kitabı oxuyub başa düşüb. Bu 
mənada “oxudum” “başa düşdüm” deməkdir... Məna baxımından 
fəhm və oxu, dinləmə və qavrama arasında dərin fərq yoxdur. 
Müsəlmanlar, heç bilmirəm, hansı səbəbdən oxumaq və 
düşünmək arasında fərq qoyublar. Günümüzün müsəlmanları 
Quranı, bir deyim var, təbərrük üçün oxuyurlar. Nə mənasını an-
layır, nə də məğzini qavrayırlar.   
Belə münasibətin səbəbini öyrənməyə çalışıram. Görürəm 
ki, dinin özü bu cür formal yanaşmanı rədd edir. Çünki Quranın 
göndərilmə səbəbi haqda Allah təala buyurur:  
“(Ya Peyğəmbər! Bu Quran) sənə nazil etdiyimiz mübarək 
(xeyir-bərəkətli) bir Kitabdır ki, (insanlar) onun ayələrini dü-
şünüb dərk etsinlər və ağıl sahibləri də (ondan) ibrət alsınlar!” 
(Sad, 29). 
Yəni, Quran göndərilib ki, düşünək, başımızı işlədək, nəti-
cə çıxaraq, dərk edək! Ancaq biz hara, düşünüb dərk etmək hara!  
Haradadır düşünüb ibrət almaq?! Mənaya nüfuz etməyən
məqsədi anlamayan səthi qiraətlə bu mümkündürmü? Təbii ki, 
yox! Düşünmək, ibrət çıxarmaq ona görə lazımdır ki, bu ümmətə 
nələrin lazım olduğunu dərk edək, bəşəriyyətə yenidən böyüklük 
edib xeyrə yol açsın deyə itirilmiş əvvəlki mövqeyini ona qayta-
raq...  
Eləcə də Rəhmanın qullarının Qurani-Kərimdə göstəril-
miş bir sıra keyfiyyətlərinə müsəlmanlarda rast gəlinmir Məgər 
Rəhmanın qulları Quranı bütün əzaları ilə “oxumurdular?!” On-
lar əvvəlcə dinləyir, sonra görür, nəhayət hərəkətə keçirdilər.  
Bəli, mümkündür ki, Quranın bir sözü və ya cümləsi onu 
oxuyana qəribə gəlsin və o, bunları başa düşməsin. Çünki Quran 


 
12 
bəlağətdə zirvədir, ərəb dilinin nəhəng abidəsi, ədəbiyyatının da 
ölməz şah əsəridir. Ancaq buna rəğmən, müsəlman Quranda 
Rəhmanın qulları haqda deyilmiş  bu  kəlamı  nəzərdən  qaçırma-
malıdır: 
“O kəslər ki, rəbbinin ayələri zikr olunduğu vaxt özünü on-
lara qarşı kar və kor kimi aparmaz” (əl-Fürqan, 73). 
Dövrümüzdə özlərini kar və kor kimi aparanlar lap çoxdur. 
Başqa millətlər müsəlmanların Qurana bu cür münasibətini yaxşı 
başa düşürlər. Bu səbəbdən görürük ki, beynəlxalq radio tezlik-
lərində Quran verilişlərinə xüsusi vaxt ayrılır. London radiosu öz 
işinə Quranın oxunuşu ilə başlayır. Bəlkə də müəyyən münasibət-
lərdə İsrail radiolarında da Quran oxudulur. Çünki onlar da bilir-
lər ki, müsəlmanlar Qurana qulaq asır, amma onu dərk etmirlər.  
Qurana bu cür münasibətdən uzaqlaşmalı, buna səbəb ol-
muş amilləri aradan qaldırmalıyıq. Şəxsən mən bu cür münasibə-
tə bəraət qazandıracaq hər hansı bir ağlabatan söz eşitməmişəm. 
Bəziləri iddia edir ki, Əhməd ibn Hənbəl (Allah rəhmət etsin!) 
yuxuda Allahı görür və Ondan Ona yaxınlaşdıracaq ən sevimli 
əməl haqda soruşur. Allah ona deyir: “(Bu əməl) mənim kitabımı 
oxumaqdır”. Əhməd ibn Hənbəl sual edir: “Başa düşüb yoxsa 
düşməyib oxumaq?” Allah da cavab verir ki, həm başa düşməklə, 
həm də düşməməklə!!! 
Məlumdur ki, dinin hökmlərini yuxuya əsaslanaraq çıxar-
maq yolverilməzdir. Fərqi yoxdur həmin yuxunu kim görüb. 
Hökmün mənbəyi Allahın kitabı, Peyğəmbərin də (Ona Allahın 
xeyir-duası və salamı olsun!) sünnəsidir.  
Doğru və ya səhv olmağından asılı olmayaraq, Əhməd ibn 
Hənbəlin bu yuxusu müsəlmanların düşdükləri acınacaqlı vəziy-
yətə bəraət qazandırmamalıdır.  


 
13 
Quranı hər bir cümləsini dəqiqliklə baş düşüb şüurlu şə-
kildə oxumaq lazımdır. Hər bir kəs Quran ayələrinin mənasını 
başa düşmək, mətləbi anlamaq üçün bacardığını etməlidir. Bu da 
kara gəlməzsə, işi əhlindən soruşmalıdır...  
Quranı öyrənmək davamlı olmalıdır, – bu, bir tələbdir. 
Quranı öyrənmək dedikdə: a) onu oxumaq; b) başa düşmək; v) 
düşünüb dərk etmək; q) ilahi qanunauyğunluqları, mədəni ön-
dərliyin ünsürlərini aydınlaşdırmaq; ğ) tövsiyələrdən, hökmlər-
dən, həvəsləndirmə və çəkindirmə göstərişlərindən, mükafat və 
cəzadan xəbərdar olmaq başa düşülür. Bir sözlə, itirilmiş qüdrətin 
geri qaytarılması üçün müsəlmanların möhtac olduqları hər bir 
şeyi əldə etmələri Quranı öyrənməkdən asılıdır.  
Əqqadın
1
 bir şerini oxumuşdum. “Psixoloji halətlər” ad-
lanan bu şerin məzmunu belə idi: insan oxuduğu kitabla kamil-
ləşir. Məzmununu dərindən başa düşmək üçün ondakı səhnələri, 
surətləri xəyalən yaşamalıdır. Əgər adi kitab üçün belə bir şey tə-
ləb olunursa, onda Allahın kitabı buna daha layiqdir. Əvvəlki mü-
səlmanlar bu cür idilər. Onlar Quranı oxuyur, onun səviyyəsinə 
yüksəlirdilər. Biz də Allahın kitabını oxuyuruq, amma onu öz sə-
viyyəmizə endiririk. Bu, ona qarşı ədalətsizlik deyilmi?!   
Digər tərəfdən, Quran kimə ki nazil edilmişdi, onun şəx-
siyyətində dərin iz buraxmışdı. Bu, Allahın rəsulu idi. Xanım 
Aişənin (Allah ondan razı qalsın!) dediyi kimi: “Onun əxlaqı Qu-
ran idi!”
2
 Bu, o deməkdir ki, Peyğəmbər (Ona Allahın xeyir-duası 
                                                 
1
 Abbas ibn Mahmud ibn İbrahim ibn Mustafa əl-Əqqad (1889-1964)
Görkəmli Misir ədibi, alman, ingilis və fransız dillərinin mahir bilicisi. Ədə-
biyyat sahəsində səksən üç kitabı çıxıb.  
2
 Hədisi İmam Əhməd, Əbu Davud və Nəsai rəvayət etmişlər. İmam Müslim 
isə: “Allahın peyğəmbərinin əxlaqı Quran idi”, – deyə rəvayət edib.  


Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə