Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə18/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   ...   14   15   16   17   18   19   20   21   ...   90
    Bu səhifədəki naviqasiya:
  • E`rab

 
70 
risinə qulaq assam, nə qazanaram axı?! Əslində, nə edib ki, ona 
kafir deyirlər? İddia olunur ki, “əl-Fil” surəsini şərh edərkən guya 
deyib ki, “əbabil” quşları bakteriya deməkdir. Mən şəxsən onun 
təfsirini oxumuşam. Bu sözə orada rast gəlməmişəm. Orada sadə-
cə bu sözlər yazılıb: “Əbabil” quşları, ola bilsin ki, ayaqları ilə bak-
teriyalı şeylər daşıyıblarmış...”. Fərz edək ki, Məhəmməd Əbduh 
“əbabil” quşlarını mikrob hesab edib və ya onların mikroblu daş-
lar daşıdığını söyləyib. Buna görə, ona kafir demək nə dərəcədə 
vacibdir? Bəlkə biz onun bu cür təfsirindən istifadə edib özümüz, 
cəmiyyət, indimiz və gələcəyimiz üçün münasib nəticələr çıxa-
raq?” 
 
 
                                                                                                                   
olmuşdur. İngiltərənin Misiri işğal etməsindən sonra ölkədə baş vermiş üs-
yanlara kömək göstərdiyi üçün Şama sürgün edilmişdir. Əsərləri: “Qurani-
Kərimin təfsiri” (yarımçıq qalıb), “Tövhid risaləsi” və sair. 


 
71 
 
 
VASİTƏLƏRİ MƏQSƏDƏ ÇEVİRMƏK... 
 
 
əsənə
: Fikrimcə, Quran qissələri haqda yazanlar daha 
çox bədii üsluba, bəlağətə üstünlük verdiklərindən bu, 
az qala, onların əsas məqsədinə çevrilib. Halbuki qis-
sələrin bədii üslubu bir vasitədir. Quranın bədii üslubu və bəlağət 
xüsusiyyəti insanları bu müqəddəs kitaba istiqamətləndirmək, 
ayələrdəki meyarları başa salmaq məqsədi daşıyır. Deməli, Qu-
rana münasibətdə özünü göstərən problemlərdən biri də vasitələ-
rin məqsəd kimi başa düşülməsidir. Bu üzdən məqsəd, qayə qı-
raqda qalıb, əsas diqqət vasitələrə, formaya verilib. Qissələrdəki 
tarixi-mədəni reallıq heç öyrənilməyib. Ancaq islam ümmətinin 
mədəni nümunəyə çevrilməsi üçün bu tarixi reallıq diqqətlə araş-
dırılmalı, keçmişdən ibrət alınmalıdır. Çox təəssüf ki, bunu etmək 
əvəzinə, hərflərin tələffüz dəqiqliyinə, sözlərin “erab”ının
1
 veril-
məsinə, məcazların izahına “ilişib” qalmışıq. Halbuki bütün bun-
lar məqsəd deyil, Quranı dərk vasitələridir. Heyf ki, bu vasitələrə 
belə münasibət onları müsəlmanların öz əbədi kitablarını başa 
düşmələrinə mane olan əngəllərə çevirib.  
Qəzali
: “Quranın beş mehvəri” adlı kitabımda Quran qis-
sələri haqda yığcam məlumat vermişəm. Bu mövzunun təfərrüatı 
ilə işlənməsini mütəxəssislərin öhdəsinə buraxmışam... 
                                                 
1
 E`rab: Ərəb dilində sözlərin sonlarının müxtəlif qrammatik amillər səbəbi 
ilə dəyişilib müxtəlif formalara düşməsini ifadə edən dilçilik termini – tərcü-
məçinin qeydi. 



 
72 
Quran qissələri tərbiyə işində əsas rola malikdir. Özü də 
təkcə mənəvi deyil, həm də rasional tərbiyədə! İnsan ağlı keçmi-
şin donuq buxovlarından, kortəbii ənənəvilikdən qurtulmalı, ya-
radıcı olmalıdır. Fikrimcə, Quran bütün bunlarla yanaşı, həm də 
empirik (təcrübi) şüur forması aşılayan bir kitabdır. Aşağıdakı 
ayə də bunu bariz şəkildə ortaya qoyur:  
“Məgər onlar (peyğəmbərləri yalançı hesab edən kafirlər) 
yer üzündə gəzib dolaşmırlarmı ki, düşünən qəlbləri (bəsirət göz-
ləri), eşidən qulaqları olsun? Həqiqətən, gözlər kor olmaz, lakin 
sinələrindəki ürəklər (qəlb gözü) kor olar. (Kafirlər keçmiş üm-
mətlərin başına gələn müsibətləri zahiri gözləri ilə görsələr də, 
qəlb gözü ilə görüb onlardan heç bir ibrət almazlar)” (əl-Həcc, 
46). 
Yer üzünü dolaşmaq insan reallığına əsaslanan düşüncə 
tərzini formalaşdırır. Yer üzünü gəzmək insanın gözünü açır. Bu, 
ayənin bir izahıdır. Digər ayəyə nəzər salaq:  
“...Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə 
(üfüqlərdə, kainatda, göylərin və yerin ətrafında), həm də onların 
öz daxilində mütləq göstərəcəyik...” (Fussilət, 53). 
Sual edirik: nə vaxt nəfs (ayədəki daxili aləm) ilham, təb 
qaynağına çevrilir, müqayisə əsasında naməlum həqiqətləri üzə 
çıxarır? Allah təala Bəni-Nəzir qissəsi ilə əlaqədar buyurur:  
“...Ey bəsirət sahibləri! (Bəni-Nəzir qəbiləsinin başına gə-
lənlərdən) ibrət alın!” (əl-Həşr, 2). 
Qurandakı hər bir mövzunu diqqətlə öyrənmək lazımdır. 
Lazımdır ki, tənəzzül və geriləmə dövrlərində əvvəlki nəsillərin 
yol verdiyi bəzi yanılmaların səbəbini müəyyənləşdirək, əcdadla-
rımızın ətalətin qurbanına nə üçün çevrildiyini üzə çıxaraq. Bəli, 
səhv münasibət bəsləməklə Qurana zülm etmişik. Elə isə, erkən 


 
73 
dövr müsəlmanları kimi biz də Qurana münasibətimizi yeni 
əsaslar üzərinə qaldırmalıyıq. Necə deyərlər, böyük reformatorlar 
məhz sıfırdan başlayanlardır.  
Həsənə
: Tarixin bu və ya digər mərhələsində ortaya çıx-
mış görkəmli reformatorlar barəsində dediyiniz “Onlar sıfırdan 
başlayarlar” sözü mübahisə doğurur. Belə çıxır ki, cəmiyyətdə on-
ların çağırışlarına cavab verəcək bacarıqlı insanlar olmadığından 
onlar hər şeyi sıfırdan başlamağa məcbur qalmışlar. Bəlkə sizin 
dediyinizi bu cür dəyişək: böyük reformatorlar cəmiyyətdəki ça-
tışmazlıqları müəyyənləşdirib düzəltmiş, imkanları üzə çıxarıb sə-
fərbər etmiş, aktivləşdirmiş şəxslərdir.  
Qəzali
: Bu, olduqca həssas məsələdir. Əslində, mən başqa 
şeyi demək istəyirəm: təsəvvür edin ki, bir komandiri tanış əra-
ziyə göndərir, əlinə də hazır döyüş planı verirlər ki, ona uyğun hə-
rəkət etsin. Bu komandirin işi asandır: tanış ərazi, hazır hərəkət 
planı. Ancaq Həsən əl-Bənna kimi insanın yetişdiyi mühit və za-
man dəhşətlidir: onun qarşısındakı sahə minalanmış vəziyyətdə 
idi; xalq hara gedəcəyinin fərqində deyildi; despot liderlər bir-bi-
rini əvəzləyirdilər. Belə bir dövr və mühitdə Həsən əl-Bənna üçün 
islamı yeni formada insanlara çatdırmaq heç də asan olmamışdı. 
Amma o, bunu bacarmışdı. Peyğəmbər (Ona Allahın xeyir-duası 
və salamı olsun!) belə şəxsiyyətləri “mücəddid”lər (yeniləyənlər, 
novatorlar) adlandırıb. Məlumdur ki, yeniləmək (təcdid) və ya-
ratmaq fərqli şeylərdir. Çünki yaratmaq sıfırdan xəlq etməkdir. 
Yeniləmək isə kirli paltarı yumağa, yaxud da toz-torpaqla örtül-
müş əlvan metalı təmizləyib yenidən parıldatmağa bənzəyir. 
Yeniləmə sizin dediyiniz məzmuna yaxın anlayışdır. Mə-
nim məqsədim isə başqa şeyə diqqəti cəlb etməkdir: bəzən ko-
mandir sahib olduğu biliyə, bacarığa əsaslanaraq, mövcud olma-


Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə