Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə111/119
tarix26.03.2018
ölçüsü2,75 Mb.
#34699
1   ...   107   108   109   110   111   112   113   114   ...   119

 

371


ə

zələləri,  hətta  qarın,  diafraqma  və  digər  əzələlər  də 

hərəkətə  gəlir,  toxumalardakı  oksigen  ehtiyatı 

təzələnir,  ağciyər  və  bronxların  fəaliyyəti  yaxşılaşır, 

nəfəs yolları təmizlənir. 

Göründüyü  kimi,  yapon  uzunömürlülüyündə  heç 

bir sirr və mürəkkəblik yoxdur. Bunu gündəlik həyatda 

yerinə  yetirmək  hər  adam  üçün  çox  asandır.  Lakin 

nəzərə almaq lazımdır ki, insan orqanizmi çox mürək-

kəb  bir  sistemdir.  Insan  orqanizmində  daima  müxtəlif 

proseslər  gedir.  Bu  proseslər  əsasən  yeyilən  qidanın 

tərkibi, onun həzmi və mənimsənilməsi ilə bağlıdır. 

Orqanizmdə qarşılıqlı asılılıq mövcuddur. Insan nə 

qədər  çox  yeyirsə,  bir  o  qədər  də  orqanizmdə  toksiki 

tullantılar  toplanır  və  bədənin  kütləsi  artır.  Bununla 

bərabər müxtəlif xəstəliklərə tutulmaq ehtimalı da artır. 

Nə  yemək  lazımdır  ki,  hər  hansı  xəstəliyin,  o 

cümlədən xərçəngin qarşısı alınsın: 

1.  Əsasən  təzə  meyvə-tərəvəz  yemək  lazımdır. 

Sutkalıq qida rasionunda onların miqdarı bütün qidanın 

70%-ə qədərini təşkil etməlidir. 

2.  Qidanı  ağızda  yaxşı  çeynəmək  lazımdır.  3  növ 

həzm  mövcuddur:  ağızın  tüpürcəyi  ilə,  mədədə  və 

bağırsaqda. Qida ağızda 30-36 dəfə, ət və balıq isə 46-

48  dəfə  çeynənməlidir.  Çeynənilən  qida  ağızda  qatı 

kisel vəziyyətində olmalıdır. 

3.  Qidanın  tərkibində  sellüloza  lazımi  qədər  ol-

malıdır. Bu zaman qida mədə-bağırsaq sistemində yax-

ş

ı hərəkət edir. Insulin və xolesterinin əmələ gəlməsini 



aşağı  salır,  şəkərin  yağa  çevrilməsinin  qarşısını  alır. 

Qida  ilə  hər  gün  2-5  q  sellüloza,  hemisellüloza  və 

pektin qəbul edilməlidir. 

4.  Qida  təbii  halda  C,  E  və  A  (beta  karotin) 




 

372


vitaminləri  və  mikroelementlərlə  –  kalsium,  kalium, 

dəmir, mis, selen, sink, yod və s. ilə zəngin olmalıdır. 

5.  Qida  insana  fərəh  və  sevinc  gətirməli,  orqa-

nizmə  xoş  təsir  göstərməli  və  insana  ağırlıq  vermə-

məlidir. 

6. Bir dəfəyə yeyilən qida az və çox olmamalıdır. 

Hər  bir  insanın  yumruğu  onun  ürəyinin  ölçüsüdür, 

ə

llərinizin  barmaqları  ilə  əmələ  gətirdiyiniz  çökək 



forma isə sizin mədənizin ölçüsüdür, onu çox da dartıb 

uzatmayın. 

7.  Yeməyi  həmişə  eyni  vaxtda  yemək  lazımdır. 

Ə

gər  iştahanız  olmasa  bir  vaxt  yeməyi  buraxa  bilər, 



ə

vəzində  təmiz  çiy  su  və  ya  C,  E  və  A  vitamini  ilə 

zəngin  olan  yarpaqların  dəmlənməsindən  alınan  suyu 

içmək  lazımdır.  Su  da  qida  maddəsidir.  Orqanizmin 

səmərəli  qidasını  9  əsas  maddə  təşkil  edir:  amintur-

ş

uları  (zülal  əmələ  gətirmək  üçün),  yağ  turşuları 



(yağlar  yox),  üzvi  karbohidratlar,  vitaminlər,  mineral 

duzlar, sellüloza, su, üzvi turşular və fermentlər. Bütün 

ə

rzaq malları içərisində yalnız meyvə və tərəvəzlərdə – 



günəbaxanda,  qozmeyvəlilərin  ləpəsində,  göyərtilərdə, 

kökü  yeyilən  bitkilərdə  və  dərman  bitkilərində  həmin 

doqquz əsas maddə vardır. 

8.  Yağın  artıq  miqdarı  orqanizmdə  yağ  əmələ 

gətirir.  Lakin  doymamış  yağ  turşuları  orqanizm  üçün 

vacibdir.  Bunlar  isə  bitki  yağlarında,  qoz  və  fındıqda, 

günəbaxanda və bitki toxumlarında vardır. 

9.  Karbohidratlar  əsas  enerji  mənbəyidir.  Lakin 

süni şəkər dişləri xarab edir, artıq miqdarı orqanizmdə 

yağa  çevrilir.  Karbohidratların  ən  yaxşı  mənbəyi  şirin 

meyvələr, göyərti və tərəvəzlərdir. 

Ingiltərədə həkim-tədqiqatçı Burnet hesab  edir ki, 




 

373


süd vəzilərinin xərçəngi, skleroz və ürək infarktı artıq 

miqdarda yağ, şəkər və şirniyyat yeməklə əlaqədardır. 

Yapon alimi professor Katsudzo Nişi qeyd edir ki, 

şə

kərin normadan artıq miqdarda qəbulu qanda şəkərlə 



spirt  arasındakı  bərabərliyi  pozur,  bizim  qlomusu

1

 



atroflaşdırır,  dişləri,  dayaq-hərəkətedici  aparatı  və 

tükləri korlayır. 

10.  Vitaminlər,  mineral  duzlar,  sellüloza  hər  gün 

daima  lazımdır.  Vitaminlər  enerji  vermir  və  qurucu 

material  deyildir,  lakin  onlar  orqanizmdə  gedən  bütün 

həyati  proseslərdə  iştirak  edirlər.  Bu  proses  mineral 

duzlara və sellülozaya da aiddir. 

11.  Əgər  siz  bişirilmiş,  qızardılmış  və  pörtülmüş 

qidanı  çox  sevirsinizsə,  onda  qidanı  düzgün  bişirmək 

lazımdır. Qidanı yalnız buxarda və  ya qızdırıcı şkafda 

(elektriklə  qızdırılan)  bişirmək  lazımdır.  Lakin  heç 

vaxt yaddan çıxarmayın ki, meyvə təzə və çiy halda, ya 

da  təzə  hazırlanmış  şirə  halında  yeyilməlidir  (qəbul 

edilməlidir).  Heç  vaxt  onları  bişirməyin.  Əgər 

bişirilmiş  bir  qida  məhsulu  yeyirsinizsə,  onu  çiy 

meyvə-tərəvəzlə qəbul edin. Nəzərə almaq lazımdır ki, 

çiy qida bişmişdən 3 dəfə çox olmalıdır. 

Tədqiqatlar göstərir ki, çox kasıblar və milyonerlər 

pis  qidalanır.  Birincilərin  gündəlik  qidasında  orqaniz-

min  böyüməsi,  bərpası,  müalicəsi  və  bağırsaqların  tə-

mizlənməsi üçün lazım komponentlər çatışmır. Milyo-

nerlərin  qidasında  isə  yağ,  zülal  və  karbohidratlar 

çoxluq təşkil etdiyindən maddələr mübadiləsi pozulur. 

Səmərəli qidalanma və tam dəyərli qida haqqında 

                                                 

1

 Гломус – екстремал, стресс вя йа садяжя хястялик щалында 



ганын щярякятини низама салан апаратдыр. 


Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə