Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə113/119
tarix26.03.2018
ölçüsü2,75 Mb.
#34699
1   ...   109   110   111   112   113   114   115   116   ...   119

 

378


həyat məlhəmi sayılan süd haqqında islami fikirlər hələ 

14  əsr  öncə  “Qurani-Kərim”in  ayələrində  deyilmişdir. 

Kitabda  südün  təkamülü,  ana  südünün  möcüzəsi  və 

körpə uşaqların qidasında fizioloji, bioloji və müalicəvi 

ə

həmiyyəti,  süd  və  süd  məhsullarının  kimyəvi  tərkibi 



və qidalılıq dəyəri və pəhrizi əhəmiyyəti haqqında elmi 

cəhətdən əsaslandırılmış məlumatlar vardır. 

Ə

t  və  balıq  insan  qidasında  ən  əhəmiyyətli  və 



ə

vəzedilməz  məhsuldur.  Fizioloji  normaya  əsasən 

insan  gündə  ən  azı  190-200  q  ət,  50-55  q  balıq 

yeməlidir.  Kitabda  ət  və  balıq  yeyilməsinin  islami 

şə

rtləri geniş izah edilmişdir. Burada halal və haram ət 



məhsulları,  toyuq  və  digər  quş  ətləri,  yumurta  və 

dəyərli  qida  mənbəyi  olan  balıq  haqqında  islami 

dəyərlər ətraflı şərh edilir. 

Insanların  qidalanmasında  bitki  mənşəli  məhsul-

ların,  o  cümlədən  taxıl  bitkiləri,  çörək,  meyvə-tərəvəz 

və  onların  emalı  məhsullarının  fizioloji  əhəmiyyəti 

vardır.  Çünki  bitkiçilik  məhsullarının  tərkibində  insan 

orqanizmində asan həzm olunan şəkərlər, üzvi turşular, 

mineral  maddələr,  vitaminlər  və  digər  bioloji  fəal 

maddələr  vardır.  Bu  baxımdan  kitabda  Quran  mey-

vələri, o cümlədən zeytun, xurma, əncir haqqında ma-

raqlı  məlumatlar  verilmişdir.  Ayrı-ayrı  meyvə-tərə-

vəzlərin  yeyilməsi  haqqındakı  hədislər  də  oxuculara 

ə

həmiyyətli dərəcədə maraqlı olacaqdır. 



Kitabda  arı  balı,  onun  əmələ  gəlməsi,  tərkibi, 

müalicəvi  əhəmiyyəti  və  balın  insan  orqanizminə 

şə

fası təsnifat şəklində oxuculara çatdırılır. 



Xörək duzu, şəkər və sirkə haqqındakı məlumatlar, 

yemək-içməyin  ədəbi  və  bunlar  haqqında  hədislər 

oxucuda maraq yaradan dəlillərdir. 



 

379


Islam dininin əsas ərkanlarından olan oruc haqqın-

dakı  məlumatlar,  o  cümlədən  Ramazanın  mənası, 

orucun tarixi, orucu pozan və pozmayan şeylər, imsak 

və iftar yeməyi, Qədr gecəsi və bütün bunlara həsr olu-

nan hədislər maraqlı və tarixi məlumatlarla zəngindir. 

Qida  məhsulları  ilə  yanaşı  müsəlmanın  həyatında 

haram hesab olunan şərabın günahları və şərab haqqında 

hədislər,  siqaretin  zərəri  haqqındakı  məlumatlar  da 

maraqlı və gənclər üçün tərbiyəvi əhəmiyyət kəsb edir. 

Qida  məhsullarından,  onların  haram  və  halallı-

ğ

ından söhbət gedərkən “Qurani-Kərim”də ticarət haq-



qında olan ayələri də təfsir etmək, ticarət və alver haq-

qında  olan  kəlamları  oxuculara  çatdırmaq  da 

günümüzün vacib poblemlərindəndir. 

Kitabın  son  bölmələrində  ərzaq  məhsullarının 

qidalılıq dəyəri, balanslaşdırılmış qida normaları, qida 

qəbulu  mədəniyyəti,  səmərəli  qidalanmanın  islami  və 

müasir  prinsipləri  geniş  və  dəqiq  məlumatlar  əsasında 

oxucunun nəzərinə çatdırılmışdır. 

Kitabdakı  bütün  yazıların  əsas  məzmununu  və 

elmi cəhətdən əhəmiyyətini qeyd edərkən yalnız bir və 

ə

sas məqamı qeyd etmək lazımdır. Qida məhsulları və 



qidalanma  haqqında  günümüzdə  elmi  cəhətdən  bizə 

məlum  olan  bütün  məlumatlar  haqqında  14  əsr  öncə 

“Qurani-Kərim”in 

ayələrində 

buyurulmuş 

və 


Peyğəmbərimizin (s.ə.v.) hədislərində deyilmişdir. 

Kitabda  oxuduğumuz  bütün  məlumatlar  bizə 

ə

sasən  bir  həqiqəti  göstərir.  Qida  məhsulları  və  qida-



lanma  haqqındakı  “Qurani-Kərim”də  qeyd  edilən  xə-

bərlərin  hamısı  günümüzdə  elmi  araşdırmalarla  doğru 

çıxmışdır. Bu məlumatların 14 əsr öncəki dövrün elmi 

səviyyəsi  və  texnologiyası  ilə  izah  edilməsi  mümkün 




 

380


olmamışdır.  Əlbəttə,  bu  vəziyyət  Quranın  insan  sözü 

ola bilməməsinin çox aydın sübutudur. 

Quran  hər  şeyi  yoxdan  yaradan  və  elmi  bütün 

varlıqları  əhatə  edən  Uca  Allahın  sözüdür.  Qida 

məhsulları  və  qidalanma  haqqındakı  Quran  ayələri  bu 

ilahi  kitabın  yeni  möcüzələrini  ortaya  çıxarmaqdadır. 

Insanın üzərinə düşən vəzifə isə Allahın göndərdiyi bu 

ilahi  kitaba  sarılmaq  və  onu  gündəlik  həyatında,  o 

cümlədən  düzgün  qidalanmaqda  özünə  yolgöstərən 

olaraq qəbul etməkdir. 

Allah Təbarəkə Təala Quranda buyurur: “Bu nazil 

etdiyimiz  (Quran)  mübarək  bir  kitabdır.  Ona  tabe 

olun  və  Allahdan  qorxun  ki,  bəlkə  sizə  rəhm 

edilsin!” (əl-Ənam, 6/155). 

Mənim  qida  məhsulları  və  qidalanma  haqqındakı 

“Qurani  Kərim”in  ayələrindən,  Peyğəmbərimizin 

(s.ə.v.) və imamların hədislərindən, eləcə də bu sahədə 

yazılmış  bir  çox  kitablardan  və  dövrü  mətbuatda  nəşr 

olunan  yazılardan  əldə  etdiyim  dəyərli  və  məzmunlu 

məlumatlardan  öyrəndiklərim  və  bildiklərim  əsasında 

oxuculara çatdırmaq istədiyim hələlik bu qədər.  

Ə

sl həqiqət tək Allaha məlumdur.  



Ə

gər  özümdən  asılı  olmayaraq  səhvə  yol 

vermişəmsə Allah Təbarəkə Təala öz cəlalı hörmətinə 

məni hifs etsin, bağışlasın. Şübhəsiz ki, Allah hər şeyi 

eşidəndir,  biləndir,  bağışlayandır,  mərhəmətlidir  və 

rəhm edəndir. 

Vəssalamu əleyküm və rəhmətullahi və bərəkətuh. 

 

Mart 2013 / Rubiül – Axir 1434  

 

 



Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə