Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə110/119
tarix26.03.2018
ölçüsü2,75 Mb.
#34699
1   ...   106   107   108   109   110   111   112   113   ...   119

 

368


qəlyanaltı,  duru  (sulu)  isti  xörək,  quru  (ikinci)  isti 

xörək və şirin təam. 

Duru  xörək  ət,  düyü,  yarma  və  ya  makarondan 

hazırlandıqda, quru xörək ev və ov quşlarından, balıq-

dan  hazırlanmalı,  yanında  tərəvəz  və  kartofdan  qarnir 

verilməlidir.  Əksinə,  duru  xörək  kartof  və  ya 

tərəvəzdən  hazırlandıqda  quru  xörək  üçün  yarma  və 

makarondan qarnir (löküt) verilməlidir. 

Insan  naharda  quru  xörək  yedikdən  sonra  doyur, 

lakin  xörəklərdən  sonra  şirin  təam  yedikdə  fizioloji 

cəhətdən  daha  çox  ləzzət  almış  olur.  I.N.Pavlov  bu 

barədə  yazır:  «Qidaya  tələb  nəticəsində  məmnuniy-

yətlə 

başlanmış 



yemək, 

məmnuniyyətlə 

də 

qurtarmalıdır,  tələbin  ödənilməsinə  baxmayaraq  bu 



tələbin  son  obyekti  özünə  qətiyyən  həzm  işi  tələb 

etməyən şəkər olmalıdır». Bu baxımdan hələ qədimdən 

Azərbaycanda  nahar  və  şam  yeməyi  şərbət  və  ya 

ş

irniyyatla başa çatdırılır. 



Ş

am yeməyi – yüngül olmalı və sutkalıq kalorinin 

ə

n  çoxu  15-20%-ni  təşkil  etməlidir.  Şam  yeməyi  asan 



həzm  olunan  və  sinir  sistemini  oyatmayan  karbohid-

ratlı-südlü yeməkdən ibarət olub yatmazdan ən azı 1,5-

2 saat əvvəl qəbul olunmalıdır. 

A l t ı n c ı   ş ə r t .   Yeyinti  məhsullarını  qəbul 

etdikdə,  daşıdıqda,  saxladıqda  və  bişirdikdə  sanitariya 

qaydalarına  əməl  etmək,  qidanı  zərərsizləşdirmək, 

bununla  da  qida  ilə  zəhərlənmənin  və  infeksiyanın 

qarşısının  alınmasını  təmin  etmək.  Bu  prinsipə  əməl 

olunması  əvvəla  Azərbaycan  kulinariyasında  istifadə 

olunan qab-qacaqdan başlanır. 

Azərbaycanın  milli  xörəkləri  qədimdən  mis 

qazanlarda  hazırlanır.  Indi  yenə  də  Azərbaycanın  bir 



 

369


çox  rayonlarında  və  kənd  yerlərində  xörəyi  mis 

qazanlarda bişirirlər. Bu zaman xörək daha dadlı olur. 

Bəzi  milli  xörəkləri  mis  qazan  olmadan  hazırlamaq 

mümkün  deyildir.  Keçmişdə  olduğu  kimi  indi  də  mis 

qazanları  və  qabları  vaxtaşırı  qalaylayırlar  ki,  xörəyə 

və  eləcə  də  orqanizmə  həddindən  artıq  mis  düşməsin. 

Çünki  qida  məhsullarında  misin  miqdarı  5-8  mq/kq-

dan  çox  olmamalıdır,  qalayın  isə  120-150  mq/kq-a 

qədər olmasına standart üzrə yol verilir. 

Milli xörəklərin bir qismi, məsələn, piti aşxana və 

restoranlarda  xüsusi  gil  qablarda  (piti  qablarında) 

bişirilir və onun içərisində də süfrəyə verilir. 

Müasir  dövrdə  qidanın  zərərsizləşdirilməsi  böyük 

ə

həmiyyət  kəsb  edir.  Ekoloji  vəziyyətin  pisləşməsi, 



meyvə-tərəvəzin  yetişdirilməsində  gübrələrdən  və 

müxtəlif  pestisidlərdən  istifadə  olunması  onların 

tərkibində  nitratların  və  nitritlərin,  ksenobiotiklərin 

normadan  çox  olmasına  səbəb  olur.  Bütün  bunlar 

müasir qidalanmada nəzərə alınmalıdır. 

Y e d d i n c i   ş ə r t .   Qəbul  olunmuş  qida 

insanda  doyma  hissi  yaratmalıdır.  Bu  qidanın  zəngin 

tərkibə  malik  olmasından  asılıdır.  Lakin  bəzən  insan 

lazımi qədər qida qəbul etməsinə baxmayaraq doymaq 

bilmir.  Bu,  əsasən  zülal  və  yağla  kasıb  olan  xörəklə 

qidalandıqda,  eləcə  də  tələsik  yedikdə  müşahidə 

olunur.  Ona  görə  qəbul  edilən  qida  aramla  yeyilməli, 

yaxşı çeynənməlidir. 

Qida  qəbulu  səhər  yeməyində  30-35  dəq,  nahar 

yeməyində  45-50  dəq,  şam  yeməyində  35-40  dəq 

müddətində başa çatmalıdır. Qəlyanaltı və quru (ikinci) 

xörəklər  yeyildikdə  arabir  mineral  su,  spirtsiz  içki, 

meyvə  şirəsi  və  kəmşirin  şərbət  içilməlidir.  Uzun 



 

370


müddət  süfrə  arxasında  oturmaq,  3-4  saat  müddətində 

aramsız qida qəbulu orqanizm üçün ziyandır. 

Yapon 

alimlərinin 



apardıqları 

tədqiqatlar 

nəticəsində  müəyyən  edilmişdir  ki,  uzunömürlülüyün 

və sağlamlığın əsas sirri aşağıdakılardan ibarətdir: 

1. Gündəlik qidada daha çox təzə tərəvəzin olması 

və onların çiy şəkildə qəbulu. Daha çox yerkökü, kahı 

və göyərti tərəvəzləri yemək məsləhət görülür. 

2. Yağlar orqanizm üçün lazımdır, lakin daha çox 

günəbaxan,  qarğıdalı  və  zeytun  yağı  yemək 

məsləhətdir. Çünki həmin  yağlarda polidoymamış  yağ 

turşuları  daha  çoxdur.  Inək  yağını  (kərə  yağını)  isə 

məhdud şəkildə,  çox az yemək lazımdır. Ət və pendir 

də çox az, minimum miqdarda yeyilməlidir. 

3. Hər gün səhər gimnastikası ilə məşğul olmaq və 

hər  gün  bir  neçə  saat  şəhər  kənarında,  eləcə  də  ağac, 

kol və ot çox olan parklarda gəzmək lazımdır. 

4.  Emosiyalara  uymamaq,  hər  xırda  şey  üçün 

hirslənməmək, həmişə  gülərüz olmaqla, fərəh hissi ilə 

yaşamaq  lazımdır.  Müəyyən  edilmişdir  ki,  insan 

kədərləndikdə,  orqanizmin  immun  sistemi  infeksion 

xəstəliklərə  qarşı  müqavimət  yaradan  hüceyrələri 

ə

mələ gətirmir. 



5.  Insan  normal  şəraitdə  və  müddətdə  yatmalıdır. 

Yuxu ürəyin ritmini nizamlayır, arterial təzyiqi azaldır, 

hormonal  ifrazat  sisteminin  fəaliyyətini  yaxşılaşdırır. 

Yaralar da yuxuda yaxşı sağalır. 

6. Yaşadığınız evin havasını tez-tez dəyişin, hətta 

bir az soyuqdan üşümək orqanizm üçün xeyirlidir. 

7.  Az  yeyin.  100  ildən  çox  yaşayan  insanlar 

həmişə az yemişlər, doymamış süfrədən qalxırlar. 

8.  Gülmək  vacibdir.  Insan  gülərkən  nəinki  üzün 



Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə