Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə112/119
tarix26.03.2018
ölçüsü2,75 Mb.
#34699
1   ...   108   109   110   111   112   113   114   115   ...   119

 

374


aşağıdakıları bilmək vacibdir: 

1.  Insan üçün  yarayan  ən əlverişli qida –  «canlı», 

enerjili  və  təbii  meyvə,  tərəvəz,  göyərti,  qoz-fındıq, 

günəbaxan, yeyilən köklərdir. 

2.  Daha  az  yarayan  qida  (çətin  mənimsənilən, 

insan  fiziologiyasına  uyğun  olmayan)  –  bişirilmiş, 

süni, yağlı və ətli qidadır. 

3.  Insan  orqanizmi  üçün  həyat  enerjisinin  başlıca 

mənbəyi  zülal  və  yağ  deyil,  karbohidratdır.  Bu 

karbohidratın  əsas  mənbəyi  isə  meyvə,  tərəvəz,  quru 

meyvə,  bal,  qoz-fındıq,  günəbaxan,  göyərti,  yeyilən 

köklərdir. 

4.  Canlı  orqanizmdə  hər  şey  qarşılıqlı  çevrilir  və 

qarşılıqlı  əvəz  edilir:  karbohidratlardan  yağ  və  zülal 

ə

mələ  gəlir,  yağlardan  karbohidrat  və  s.  əmələ  gəlir. 



Ona görə də bitki mənşəli qida qəbul etməklə insan öz 

orqanizmini bütün lazımi maddələrlə təmin edə bilər. 

5.  Insan  orqanizmində  proteinlər  (zülallar) 

heyvanat zülallarından (ət, balıq, yumurta, pendir, süd) 

deyil, aminturşularından formalaşır. 

6.  Aminturşuları  yalnız  bitkilərin  tərkibində  olur. 

«Insan  heyvanat  mənşəli  qidasız  yaşaya  bilməz»  fikri 

çox  səhvdir.  Ot  yeyən  heyvanlar  (inək,  keçi,  qoyun, 

dovşan, quşlar) bəs haradan zülal sintez edirlər. 

7.  Insanların qidasında həmişə bütün əvəzedilməz 

aminturşuları  ilə  zəngin  məhsul  olmalıdır.  Bunlara 

kələm,  yerkökü,  xiyar,  pomidor,  badımcan,  kartof, 

bütün  qozmeyvəlilər,  günəbaxan  və  qabaq  toxumu, 

küncüt,  yerfındığı,  paxla  (soya),  paxlalılar  (əsasən 

sütül  yetişkənlikdə)  aiddir.  Bütün  bu  məhsullar 

orqanizmi  tam  dəyərli  zülalla  təmin  edir.  Lakin 

bunlardan qozmeyvəlilər, günəbaxan, paxlalılar zülalla 



 

375


yanaşı  yağla  da  zəngindir.  Baxmayaraq  ki,  bu  məh-

sullardakı  yağ doymamış  yağ turşuları ilə zəngin  yağ-

lardır,  onlar  qidanın  həzmini,  xüsusən  zülalların 

mənimsənilməsini  ləngidir.  Ona  görə  də  bu 

məhsullardan  gündə 100 q-dan çox  yeyilməməlidir və 

ə

sasən  tərkibi  mikroelementlər  və  vitaminlərlə  zəngin 



olan göyərti, şalğam,  yerkökü, kələm yarpağı, kahı ilə 

birlikdə yeyilməlidir. 

8.  Heyvani  zülalların  (ət,  balıq,  quş,  qaraciyər, 

böyrək,  süd,  pendir,  kəsmik)  həzm  olunması  və 

mənimsənilməsi  orqanizmdə  daha  çox  C  vitamini 

olmasını tələb edir. Odur ki, aşağıdakı qaydalara əməl 

olunmalıdır. 

 8.1.  Süd  və  kəsmik  istisna  olmaqla,  heyvanat 

məhsullarını həftədə 1-2 dəfə qəbul etmək lazımdır. 

8.2. Əti tərkibi C vitamini ilə zəngin olan salatlarla 

birlikdə yemək lazımdır. 

8.3.  Tərəvəzləri həmişə zülallı qidadan 3 dəfə çox 

yemək lazımdır. 

Yadda  saxlayın  ki,  C  vitamininə  gündəlik  tələbi 

ödəmək  üçün  2  ədəd  portağal,  1  ədəd  limon  və  1 

stəkan alma şirəsi içmək kifayətdir. 

9.  Turşudulmuş  süd  (qatıq,  kefir)  və  kəsmik  hər 

gün qəbul edilməlidir. Onları ayrıca və ya azacıq bitki 

yağı əlavə etməklə yemək olar. Turşudulmuş süd məh-

sullarının  pəhrizi  və  müalicəvi  əhəmiyyəti  də  vardır. 

Bu  məhsullardakı  süd  turşusu  mədə-bağırsaqda  olan 

çürüdücü mikroorqanizmləri məhv edir. 

10.  Mikroelementlər  və  vitaminlər  meyvə-tərə-

vəzin tərkibində, təbii halda daha yaxşı mənimsənilir. 

11. Bişirilmiş, qızardılmış və pörtülmüş tərəvəzlər 

də ət kimi orqanizmə ziyandır. Onlar turşuluğu artırır, 




 

376


mədədə  turşu-qələvi  tarazlığını  pozur  və  orqanizmdə 

xəstəlik  törədən  mikroorqanizmlərin  inkişaf  etməsinə 

kömək  edən  seliyin  əmələ  gəlməsinə  səbəb  olur. 

Bişmiş məhsulların tərkibində vitaminlər və mikroele-

mentlər,  fermentlər  olmadığından  insan  orqanizmini 

həyat  enerjisi  ilə  təmin  edə  bilməz.  Bütün  süni 

məhsullarda,  tibbi  preparatlarda  fermentlər  yoxdur. 

Fermentsiz isə həyat ola bilməz. 

12.  Dərmanları,  süni  preparatları,  sintetik  qida 

ə

lavələrini  yalnız  məcburi  hallarda  qida  rasionuna 



ə

lavə etmək olar. 

Beləliklə,  səmərəli  qidalanmada  son  illərin  elmi 

nəaliyyətlərinə  əsasən  yuxarıda  qeyd  edilən  şərtlərə 

ə

məl  olunarsa,  insan  özünü  həmişə  sağlam,  gümrah 



hiss  edər  və  iş  qabiliyyəti  artar.  Çünki  sağlam  və 

səmərəli qidalanma həyatın əsas amilidir. 

Azərbaycan  uzun  ömürlülər  diyarıdır.  Alimlər 

bunu  ilk  növbədə  əlverişli  iqlim  şəraiti,  xalqın  həyat 

tərzi  və  hər  şeydən  əvvəl  sağlam  və  zəngin  tərkibli 

qida məhsulları və səmərəli qidalanma ilə izah edirlər. 

Bütün  bunlar  insanın  həyat 

fəaliyyətinə,  iş 

qabiliyyətinə  müsbət  təsir  edən  və  ələlxüsus 

uzunömürlülüyü müəyyən edən amillərdir. 

 

 



 

377


SÖZ SONU 

 

Kitabda  qida  məhsulları  və  qidalanma  haqqında 

islami  dəyərlərdən,  “Qurani-Kərim”də  qida  məhsulla-

rına aid buyurulan ayələrdən, Peyğəmbərimizin (s.ə.v.) 

və  imamların  hədislərindən,  bu  sahədə  dəyərli  əsərlər 

yazan müəlliflərin məlumatlarından geniş, səmərəli və 

yaradıcılıqla istifadə olunmuşdur. 

Kitabın  yazılmasında  “Qurani-Kərim”in  41 

surəsinin 128 ayəsində mövzuya aid Allah kəlamlarına 

istinad edilmiş və kitabın müvafiq bölmələrində yazılı 

olaraq təfsir olunmuşdur. 

Burada  əsas  qida  məhsulları,  qida  maddələri 

haqqında  qısa  məlumat  verilməklə,  müsəlmanın 

qidasında  istifadə  olunan  məhsulların  halal  və  haram 

olması  Quran  ayələri  əsasında  yazılmışdır.  Müsəlman 

gündəlik  qidasında  Allahın  buyurduğu  “Ey  insanlar! 



Yer  üzündəki  şeylərin  təmiz,  halal  olanlarını 

yeyin…”  ayəsini  əsas  tutmalıdır.  Donuz  əti,  Allahdan 

başqasının  adına  kəsilən  heyvanlar,  leş,  ölü  heyvan, 

qan,  spirtli  içkilər  (sərxoşluq  verən  hər  şey),  narkotik 

maddələr  və  digər  insan  orqanizminə  zərərli  olan 

məhsullar müsəlman üçün haram sayılır. 

“Susuz  həyat  yoxdur”  başlığı  ilə  yazılan 

məlumatlardan  göründüyü  kimi,  insan  gün  ərzində 

bütün  qidalarla  2800-3000  ml  su  qəbul  etməlidir  və 

bunun 1000-1200 ml-ni su, çay və digər spirtsiz içkilər 

təşkil  etməlidir.  Bu  bölmədə  canlı  suyun  istifadə 

olunması,  su  və  inanclar,  “Qurani-Kərim”dəki  su 

haqqında  buyurlan  (35  surənin  65  ayəsi)  ayələr,  zəm-

zəm suyu haqqında geniş məlumat verilmişdir. 

Insanın qidasında anadan olduğu ilk gündən vacib 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə