Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə66/119
tarix26.03.2018
ölçüsü2,75 Mb.
#34699
1   ...   62   63   64   65   66   67   68   69   ...   119

 

215


tən  quru  əncir  antioksidant  baxımından  zəngin  fenol 

tərkibinə daha çox malikdir. Fenol mikroorqanizmlərə 

öldürücü  (antiseptik)  bir  maddə  kimi  təsir  edir. 

Alimlərin  bildirdiyinə  görə,  əncirdə  fenolun  miqdarı 

başqa meyvələrlə müqayisədə daha çoxdur. 

Nyu-Cersidəki (ABŞ) Ratgers Universiteti tərəfin-

dən aparılan tədqiqatda isə quru əncirin tərkibində olan 

omeqa-3,  omeqa-6  yağ  turşuları  (EFA:  Essential  fatty 

acids:  bədən  üçün  zəruri  yağlar)  ilə  fitosterol 

(bitkilərdə  mövcud  olan  yağvari  maddə)  sayəsində 

xolesterini  aşağı  salan  xüsusiyyət  öyrənilib.  Məlum 

olduğu kimi, omeqa-3 və omeqa-6 yağ turşuları bədən-

də  yarana  bilməz,  o  qida  vasitəsilə  qəbul  edilməlidir. 

Bu yağlar ürək, beyin və sinir sisteminin sağlam fəaliy-

yəti  baxımından  xüsusilə  böyük  əhəmiyyətə  malik-

dirlər.  Fitosterol  isə  heyvan  mənşəli  qidalardakı  ürək 

və  damar  sağlamlığı  baxımından  təhlükəli  olan  xoles-

terinin  yolunu  tıxayaraq,  onun  qana  qarışmamış 

bədəndən atılmasını təmin edir. 

Kaliforniya  Əncir  stehsalı  qurumu  tərəfindən 

“sanki  təbiətin  ən  mükəmməl  meyvəsi”  adlandırılan 

ə

ncir  bəşərin  bildiyi  ən  qədim  meyvələrdən  biri  olsa 



da,  o  qida  istehsalçıları  tərəfindən  yenidən  kəşf  edilir. 

Çünki qida dəyərinin yüksək olması və sağlamlıq üçün 

faydası bu meyvəyə xüsusi əhəmiyyət qazandırır. 

Ə

ncir,  demək  olar  ki,  hər  xüsusi  pəhrizin  bir 



hissəsi  ola  bilər.  Əncirin  tərkibində  təbii  yağ,  natrium 

və  xolesterin  olmadığı  və  çox  lif  nisbətinə  malik 

olduğu  üçün,  o  artıq  çəkidən  xilas  olmağa  çalışan 

adamlar  üçün  də  əlverişli  qidadır.  Həmçinin  əncir 

məlum olan bütün meyvələrə nisbətən ən çox minerala 

malik meyvədir. 40 q əncirdə 244 mq kalium (gündəlik 




 

216


ehtiyacın  7%-i),  53  mq  kalsium  (gündəlik  ehtiyacın 

6%-i) və 1,2 mq dəmir (gündəlik  ehtiyacın 6%-i) var. 

Ə

ncirdə  kalsium  nisbəti  çoxdur  və  bu  baxımdan 



meyvələr arasında portağaldan sonra ikinci yerdə gəlir. 

Bir  kasa  quru  əncir  bir  kasa  südlə  eyni  miqdarda 

kalsiumu  təmin  edir.  Əncir  uzunmüddətli  xəstəlikdən 

sonra  sürətlə  sağalmağa  yardımçı  olan,  güc  və  qüvvə 

verən  bir  dərman  kimi  də  dəyərləndirilir.  Fiziki  və 

zehni yorğunluğu aradan qaldırır, bədənə enerji və güc 

verir. Əncirin ən mühüm qida dəyəri bu meyvənin 51-

74%-ni  təşkil  edən  şəkərdir.  Əncir  astma,  öskürək  və 

soyuqdəymə  zamanı  da  müalicə  məqsədilə  qəbul 

edilməsi tövsiyə olunan meyvədir. 

Burada  haqqında  qısaca  danışdığımız  əncirin 

faydaları Allahın insanlar üzərində mərhəmətinin daha 

bir  göstəricisidir.  Rəbbimiz  zövqlə  yeyilən  bu 

meyvənin  tərkibində  insanın  ehtiyac  duyduğu 

maddələri  onun  sağlamlığına  əlverişli  olacaq  bir 

nisbətdə,  sanki  paketlənmiş  şəkildə  istifadəyə  verir. 

Allahın  bu  xüsusi  nemətinin  Quranda  bildirilməsi  də 

ə

ncirin  insanlar  üçün  əhəmiyyətinə  bir  işarə  ola  bilər 



(ən  doğrusunu  Allah  bilir).  Əncirin  qida  dəyərinin 

insanın  sağlamlığı  baxımından  əhəmiyyətinin  yalnız 

inkişaf  edən  tibb  elmi  və  texnoloji  imkanlarla 

müəyyənləşdirilməsi isə əlbəttə, Quranın hər şeyi bilən 

Allahın sözü olduğunun daha bir nümunəsidir. 

 

 



 

 

 



 


 

217


Cədvəl 2. 100 q əncirin tərkibi və qidalılıq dəyəri 

 

Ə

ncirin tərkibindəki 



maddələ

100 q  

təzə əncirdə 

100 q  

quru əncirdə 

Kaloriliyi (kkal) 

74 

249 


Lif (sellüloza), q 

10 



Yağ, q 



Protein, q 



Şə

kər, q 


16 

48 


Vitamin A (B.V.) 

142 


10 

Vitamin C, mq 

1,2 


Vitamin B

1

, mq 



0,1 

0,1 


Vitamin B

2

, mq 



0,1 

0,1 


Vitamin B

6

, mq 



0,1 

0,1 


Natrium  mq% 

1,0 


10,0 

Kalium  mq% 

232 

680 


Kalsium mq%  

162 



Fosfor  mq% 

232 


67 

Maqnezium  mq% 

17 

68 


Dəmir  mq% 

0,4 


3,07 

Manqan  mq% 

0,1 

0,8 


Selen  mq% 

0,2 


0,6 

Sink  mq% 

0,2 

0,7 


 

Ə

ncir haqqında hədislə

 

Peyğəmbər (s.ə.v.): 



1.  Hər  kəs  qəlbinin  yumşaq  olmasını  istəyirsə, 

ə

ncir yeməyə adət etsin. 



2.  Yaş və quru əncirdən yeyin. O cinsi qabiliyyəti 

artırır,  babasili  kəsir,  oynaq  ağrılarında  və  soyuq  za-

manı faydalı olur. 

“Məkarimul-əxlaq” - Abuzərdən: Peyğəmbərə (s.ə.v.) 

bir tabaq əncir hədiyyə edildi. Həzrət dedi: “Yeyin. Desəm 

ki,  cənnətdən  bir  meyvə  nazil  olub,  deyərəm  ki,  o, 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə