Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə62/119
tarix26.03.2018
ölçüsü2,75 Mb.
#34699
1   ...   58   59   60   61   62   63   64   65   ...   119

 

200


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

201


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

202


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

203


edir. Adətən hündürlüyü 30 m olan xurma ağacı nadir 

hallarda  75  m-ə  qədər  uzana  və  60  il  bar  verə  bilir. 

Dünyanın  ən  qədim  bitkilərindən  hesab  olunur 

(eramızdan  5000  il  əvvəl),  Iran,  Iraq,  Səudiyyə 

Ə

rəbistanı yarımadası və bir çox ölkələrdə yetişdirilir. 



 

Xurma ağacından çoxməqsədli istifadə 

 

Ə



rəblər  arasında  belə  bir  atalar  misalı  var:  «Xur-

manın faydası ilin günlərinin faydası qədərdir». Bədəvi 

ə

rəblər  indinin  özündə  də  yaşıl  xurmanın  yarpaq  və 



qabıqlarından səbət və həsirlər toxuyurlar. Tumunu un 

halına  salaraq  una  qatıb  çörək  bişirir,  ədviyyə  qataraq 

qəhvə  kimi  istifadə  edir,  qalığını  dəvələrinə  yedirdir, 

meyvəsindən isə şirə çəkirlər. Xurmadan müalicəvi və 

pəhriz  əhəmiyyəti  olan  doşab  da  (bəhməz)  hazılanır. 

Səhrada  yeganə  bitki  olan  xurma,  demək  olar  ki, 

bədəvi  ərəblərin  bütün  ehtiyaclarını  aradan  qaldırır. 

Qədim  ərəblər  xurmanın  günəşdən  enerji  aldığını 

hesab edər, elə bu səbəbdən də güc tapmaq məqsədilə 

ondan  çox  istifadə  edərdilər.  Ərəblər  cinsi  zəifliyin 

aradan  qaldırılması  üçün  kal  xurmadan  da  istifadə 

edərdilər.  Kal  xurmanın  tumundan  isə  müalicəvi 

məhsul 

hazırlayaraq, 



cinsiyyət 

orqanlarının 

müalicəsində  istifadə  edirlər.  Xurma  tumundan 

hazırlanan müalicəvi dərmanlardan həm də kirpiklərin 

tökülməsinin qarşısını almaq məqsədilə istifadə olunur. 

Ə

rəblər  hələ  qədim  zamanlar  xurmanın  meyvəsi  və 



tumu  ilə  yanaşı,  gülündən  də  bir  çox  xəstəliklərin 

müalicəsində  istifadə  edərdilər.  Daim  fiziki  işlərlə 

məşğul olan və cinsi yaxınlığa meyl göstərməyən şəxs-

lər  gündəlik  xurmadan  istifadə  etməklə  çətinliklərini 




 

204


birdəfəlik  aradan  qaldıra  bilərlər.  Xurma  ağacına  xas 

olan  xüsusiyyətlərdən  biri  də  təklikdə  inkişaf  edə 

bilməməsi  və  əks  cinsdən  olan xurma  ağacına  ehtiyac 

duymasıdır.  Başqa  ağaclardan  fərqli  olaraq,  xurma 

ağacı başdan kəsildikdə bir daha bar verə bilmir. Xurma 

ağacına  xas  olan  xüsusiyyətlərdən  biri  də  onun 

sayılması  ilə  əlaqədardır.  Sən  demə,  ərəblər  xurma 

ağaclarını  saydıqları  zaman  dənə  əvəzinə  insana  xas 

olan «nəfər» kəlməsindən istifadə edirlər. Məsələn, 100 

xurma ağacı əvəzinə 100 nəfər xurma ağacı deyirlər. 

 

Məryəmin (ə) xurması 

 

Quran  ayələrindən  bizə  belə  məlum  olur  ki, 



Həzrəti  Məryəmin  doğuşu  yaxınlaşdıqda  şəhərdən 

çıxaraq  çöllüyə  üz  tutur  və  orada  qurumuş  xurma 

ağacının  altında  oturur.  Bu  barədə  “Qurani-Kərim”in 

Məryəm surəsində bir neçə ayə var. 



“…Kaş ki, mən bundan əvvəl ölüb qurtaraydım 

və  ya  tamamilə  unudulub  getmiş  olaydım!”

(Məryəm, 19/23).  

Allahdan ona belə bir vəhy gəlir:  

“…Kədərlənmə,  Rəbbin  sənin  üçün  (ayağının) 

altından  bir  irmaq  axıtdı  (və  ya  bətnindəki  uşağı 

hörmət sahibi etdi)

. (Məryəm, 19/24).  

Haşiyə. Yeni il şənliklərində bəzədiləşam (yolka) 

ağacının  üstündəki  müxtəlif  formalı  və  bəzəkli  şarlar 

simvolik  mənada  meyvə  gətirən  xurma  ağacını, 

yolkanın  altına  qoyulan bir  qab  su  isə  Allah-Təalanın 

xurma  ağacının  altından  irmaq  axıtmasına  (su  arxı 

şə

klində) işarədir.

  

 

Bu  an  Ilahi  möcüzə  baş  verir,  Allahın  əmrilə 




 

205


qurumuş  xurma  ağacı  bar  verir  və  Məryəmə  ağacı 

silkələmək əmri verilir.  



(Qurumuş)  xurma  ağacını  özünə  tərəf  silkələ

üstünə  təzə  yetişmiş  (xurma)  tökülsün!”.  (Məryəm, 

19/25). 

Məryəm ana Isa (ə) peyğəmbəri dünyaya gətirdikdən 

sonra aclıq və susuzluğunu yatırmaq məqsədilə yetişmiş 

xurmalardan yeyir, ağacın altından axan sudan içir. 

 

Peyğəmbərin (s.ə.v.) xurma möcüzəsi 

 

Günlərin  biri  Həzrəti  Muhəmməd  (s.ə.v.)  Məkkə 



ə

trafında  yaşayan  qəbilələri  Islama  dəvət  edərkən 

qəbilə  başçıları  belə  şərt  irəli  sürürlər.  Sənə  yalnız 

möcüzə  göstərəcəyin  təqdirdə  iman  gətirəcəyik. 

Peyğəmbər  (s.ə.v.)  onlardan  nə  möcüzə  görmələrini 

soruşduqda  deyirlər:  “Sənə  yalnız  o  zaman  iman 

gətirəcəyik  ki,  bağdakı  xurma  ağaclarından  birini 

yerindən  çıxarıb  gəzməsini  və  yenidən  yerinə  qayıt-

masını  əmr  edəsən”.  Peyğəmbər  (s.ə.v.)  onların  bu 

təklifini qəbul edib, Allahdan onların istəklərini yerinə 

yetirməkdə  ona  izn  verməsini  istəyir.  Allahın  izni  ilə 

bir xurma ağacı yerindən çıxaraq onlara tərəf irəliləyir. 

Lakin  müşriklər  bunu  sehr  adlandırıb  yenə  də  iman 

gətirməkdən  imtina  edirlər.  Burada  “Hər  şey  bir  olan 

Allahın izni ilə baş verir” kəlamı öz təsdiqini tapır. 

 

Məzəli əhvalat 

 

Günlərin  biri  Peyğəmbər  (s.ə.v.)  və  Imam  Əli  (ə) 



bir məclisdə iştirak edir. Peyğəmbər (s.ə.v.) xurmaları 

yeyib,  tumlarını  Imam  Əlinin  (ə)  qabağına  yığır. 

Məclis qurtardıqdan sonra üzünü Imam Əliyə (ə) tuta-

raq buyurur: “Axır vaxtlar yaman çox yeyirsən ha!”. 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə