Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə64/119
tarix26.03.2018
ölçüsü2,75 Mb.
#34699
1   ...   60   61   62   63   64   65   66   67   ...   119

 

209


ə

sasını 


təşkil 

edən 


aminturşularının 

təşəkkül 

tapmasında  və  hüceyrələrin  yeniləşməsində  mühüm 

vəzifələri  yerinə  yetirən  bir  vitamindir.  Buna  görə  də 

hamiləlikdə  fol  turşusuna  olan  ehtiyac  özünü  qabarıq 

göstərəcək  dərəcədə  artır  və  gündəlik  ehtiyacın  iki 

qatına  çatır.  Fol  turşusunun  səviyyəsi  kifayət  etmə-

yəndə quruluş etibarilə normadan böyük, iş əmsalı isə 

aşağı  olan  eritrosit  hüceyrələri  (qırmızı  qan  hücey-

rələri) meydana gəlir və qanazlığının əlamətləri özünü 

göstərməyə  başlayır.  Xüsusilə  hüceyrələrin  bölünmə-

sində və hüceyrənin genetik quruluşunun əmələ gəlmə-

sində mühüm rol oynayan fol turşusu hamiləlik zamanı 

iki  dəfə  artıq  ehtiyac  hiss  edilən  yeganə  maddədir. 

Xurma da fol turşusu baxımından çox zəngin olan bir 

qida növüdür. 

 

Digər tərəfdən, hamiləlik zamanı yaranan uzun-



müddətli  ürək  bulanması  və  fizioloji  reaksiyalar  nəti-

cəsində  kalium  azlığı  müşahidə  olunur.  Belə  vəziy-

yətdə  qadına  əlavə  kalium  verilməlidir.  Xurmada  bol 

miqdarda mövcud olan kalium bu baxımdan çox böyük 

ə

həmiyyət  kəsb  edir,  bu  maddə  bədəndəki  su  balansı-



nın  qorunması  baxımından  da  çox  faydalıdır.  Kalium 

beyinə  oksigenin  getməsinə  kömək  edərək,  dərindən 

fikirləşməyi  təmin  edir.  Bununla  yanaşı,  bədənin  ma-

yeləri  üçün  əlverişli  alkalik  xüsusiyyətini  yaradır.  O, 

bədəndəki  zəhərli  tullantıları  ifraz  etmək  üçün  böy-

rəklərə xəbərdarlıq edir. Yüksələn qan təzyiqinin aşağı 

salınmasını və sağlam dərinin yaranmasını təmin edir. 

 

Xurmanın  tərkibindəki  dəmir  qırmızı  qan 



hüceyrələrində  mövcud  olan  hemoqlobinin  sintezinə 

nəzarət  edir.  Bu  da  hamiləlikdə  qan  çatışmazlığının 

qarşısının  alınmasını  və  körpənin  inkişafı  üçün  həyati 



 

210


ə

həmiyyət  kəsb  edən  qandakı  eritrosit  balansının 

uyğun hala gəlməsini təmin edir. Məlum olduğu kimi, 

eritrositlər  qanda  oksigen  və  karbondioksid  daşıyaraq 

hüceyrələrin  öz  mövcudluğunu  davam  etdirməsində 

vacib  rol  oynayırlar.  Tərkibində  çoxlu  dəmir  olduğu 

üçün bir insan gündə 15 ədəd xurma  yeməklə bədəni-

nin  dəmirə  olan  ehtiyacını  təmin  edə  və  dəmir  çatış-

mazlığının yaratdığı narahatçılıqdan xilas ola bilər. 

 

Xurmadakı kalsium və fosfat isə skeletin yaranıb 



formalaşması  və  bədənin  sümük  quruluşunun  ba-

lanslaşması üçün çox mühüm elementlərdir. Xurma tər-

kibindəki  bol  fosfor  və  kalsiumla  sümük  xəstəliyindən 

qoruyur və bu xəstəliklərin azalmasına kömək edir. 

 

Alimlər xurmanın gərginliyi və həyəcanı aradan 



qaldırmaq  qabiliyyətinə  də  diqqəti  çəkir.  Berkli  Uni-

versiteti  (ABŞ)  mütəxəssislərinin  apardığı  tədqiqatlar 

sinirləri  gücləndirən  B

6

  vitamininin  və  əzələlərin 



fəaliyyətində mühüm rolu olan maqnezium mineralının 

xurmada  yüksək  miqdarda  olduğunu  göstəriblər. 

Xurmanın  tərkibindəki  maqnezium  böyrəklər  üçün  də 

son dərəcə əhəmiyyətlidir. Bir insan gündə 2-3 xurma 

yeməklə maqneziuma olan ehtiyacını ödəyə bilər. 

 

Xurmadakı B



1

 vitamini sinir sisteminin sağlam-

lığını asanlaşdırır. O, bədəndəki karbohidratların ener-

jiyə  çevrilməsinə,  protein  və  yağların  bədənin  başqa 

ehtiyacları  üçün  istifadə  edilməsinə  kömək  edir.  B

2

 



vitamini ilə də bədənin enerji təminatı və hüceyrələrin 

yeniləşməsi  üçün  protein,  karbohidrat  və  yağların 

yandırılmasına yardım edir. 

 

Hamiləlik  zamanı  A  vitamininə  ehtiyac  artır. 



Xurma  tərkibindəki  A  vitamini  sayəsində  görmək 

gücünü  və  bədənin  müqavimətini  artırır,  sümükləri  və 




 

211


dişləri  gücləndirir.  Xurma  betakarotin  (provitamin  A) 

ma

ddəsi  ilə  də  çox  zəngindir.  Betakarotin  hüceyrələrə 

hücum  edən  molekulları  nəzarətdə  saxlayaraq, 

xərçəngin qarşısını alan xüsusiyyətə malikdir. 

 

Başqa  meyvələr  protein  baxımından  ümumiy-



yətlə zəngin deyil. Ancaq xurmanın tərkibində protein 

də  var  və  bunun  sayəsində  bədənin  xəstəlik  və  infek-

siyalardan qorunmasını təmin edir, hüceyrələri yeniləş-

dirir  və  bədəndəki  mayeni  balanslaşdırır.  Məsələn,  ət 

də faydalı qidadır, ancaq xüsusilə belə bir dövrdə təzə 

xurma  qədər  fayda  verməyə  bilər.  Hətta  belə  bir 

dövrdə ətdən çox istifadə edilməsi zəhərlənməyə səbəb 

ola  bilər.  Həzmi  asan  olan  yüngül  meyvə-tərəvəz 

məhsullarına  üstünlük  verilməsi  daha  münasib 

seçimdir. 

Xurma  haqqındakı  bütün  bu  məlumatlar  Allahın 

sonsuz  elmini  və  insanlara  olan  mərhəmətini  göstərir. 

Göründüyü kimi, müasir tibbin dövrümüzdə müəyyən-

ləşdirdiyi  xurmanın  faydalarına,  onun  xüsusilə  də 

hamiləlik  dövründəki  faydalarına  “Qurani-Kərim”-də 

14 əsr əvvəl işarə edilmişdir.  



“Yer  üzündə  bir  –  birinə  yaxın  (qonşu)  qitələ

(münbit, qeyri-münbit, şirin-şoran, dağlıq-aran yerlər, 

müxtəlif  iqlimli  torpaq  səhələri)

  eyni  su  ilə  sulanan 

üzüm bağları, əkinlər, şaxəli – şaxəsiz xurma ağac-

ları vardır. Halbuki, Biz yemək baxımından onların 

birini digərindən üstün tuturuq....” (ər-Rəd, 13/4). 

 

Təmr haqqında hədislə

 

Qurudulmuş  xurmaya  ərəblər  təmr  deyirlər. 



Ə

mirül-möminin  Əli  (ə)  buyurub:  “Təmr  yeyin  ki, 

onda çox dərdlərin şəfası var”.  



Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə