Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə63/119
tarix26.03.2018
ölçüsü2,75 Mb.
#34699
1   ...   59   60   61   62   63   64   65   66   ...   119

 

206


Xurmanın faydaları 

 

Xurma  Quranda  haqqında  bir  çox  ayədə  bəhs 

olunan,  cənnət  nemətləri  arasında  “bənzərsiz  xurma” 

(Rəhman  surəsi,  68)  ifadəsi  ilə  qeyd  edilən  bir 

meyvədir. Allahın Quranda bildirdiyi bu meyvə tədqiq 

ediləndə  onun  bir  çox  əhəmiyyətli  xüsusiyyətlərinin 

olduğu üzə çıxır. Məlumdur ki, xurma məlum olan ən 

qədim  bitki  növlərindəndir.  O,  ləzzətli  dadı  ilə  yanaşı 

qidalandırıcı  xüsusiyyətinə  görə  də  əhəmiyyət  verilən 

bir qidadır. Hər ötən gün kəşf edilən faydaları xurmaya 

həm  qida,  həm  də  dərman  kimi  istifadə  edilən  bir 

meyvə  statusu  verib.  Xurmanın  malik  olduğu  bu 

xüsusiyyətlərə “Məryəm” surəsində diqqət çəkilir:  

Allahın Hz. Məryəmə “xurma yeməsini” bildirmə-

sinin bir çox hikməti var. Allahın Hz. Məryəmin doğu-

ş

unu  asanlaşdırmaq  üçün  təqdim  etdiyi  nemətlərdən 



biri olan xurmanın hamilə və yeni doğan zahı qadınlar 

üçün  xüsusi  əhəmiyyət  kəsb  etməsi  və  faydaları  elm 

tərəfindən  bu  günlərdə  təsdiq  edilib.  Xurma 

tərkibindəki  60-65%  şəkərlə  ən  çox  şirinliyə  malik 

olan  meyvələrdəndir.  Həkimlər  hamilə  qadınlara 

doğduqları gün tərkibində meyvə şəkəri olan qidaların 

verilməsini  tövsiyə  edirlər.  Burada  məqsəd  ananın 

zəifləyən bədəninə enerji və canlılıq vermək, həmçinin 

təzə  doğulan  körpəyə  zəruri  olan  südün  yaranması 

üçün süd hormonlarını hərəkətləndirmək və  ana  südü-

nü  çoxaltmaqdır.  Həmçinin  doğuş  zamanı  baş  verən 

qan  itkisi  də  bədənin  şəkər  miqdarının  azalmasına 

səbəb  olur.  Xurma  bədənin  şəkər  ehtiyacının  təmin 

edilməsi  baxımından  vacibdir  və  təzyiqin  düşməsinin 

qarşısını  da  alır.  Xurmanın  kaloriliyi  çox  yüksək  ol-



 

207


duğu üçün, o, xəstəlikdən taqətsiz düşənlərə və yorğun 

olanlara xüsusilə faydalıdır. 

Bu  məlumatlar  Allahın  Hz.  Məryəmə  həm  onun 

özünə  enerji  və  canlanma  verəcək,  həm  də  körpənin 

yeganə  qidası  olan  südün  yaranmasını  təmin  edəcək 

xurmadan  yeməsini  bildirməsində  böyük  bir  hikməti 

ortaya  qoyur.  Məsələn,  xurmada  insan  bədəninin 

sağlam və gümrah qala bilməsi üçün həyati əhəmiyyət 

daşıyan 10-dan çox element var. Buna görə də müasir 

dövrdə  alimlər  insanın  təkcə  xurma  və  su  ilə  yaşaya 

biləcəyini  bildirir.  Bu  sahənin  tanınmış  mütəxəssislə-

rindən sayılan V.H.Dauson isə bir xurma ilə bir stəkan 

südün  bir  insanın  gündəlik  qida  ehtiyacını  təmin 

etməyə kifayət edəcəyini deyir. 

Xurmadakı oksitosin maddəsindən də müasir təba-

bətdə doğuşu asanlaşdıran bir dərman kimi istifadə edi-

lir. Oksitosin doğuşu asanlaşdırma təsirinə görə bir çox 

mənbələrdə  “rapid  birth”,  yəni  “sürətli  doğuş”  ifadəsi 

ilə  qeyd  edilir.  O,  doğuşdan  sonra  ana  südünü  artıran 

təsirə  malik  olması  ilə  məşhurdur.  Oksitosin  əsasən 

beynin  ifraz  etdiyi  doğuş  sancılarını  başladan  bir  hor-

mondur.  Doğuşdan  əvvəl  bədənin  bütün  hazırlığı  bu 

hormonun  sayəsində  başlayır.  Hormonun  təsiri  özünü 

ana bətnini təşkil edən əzələlərdə və ana südünün ifra-

zını təmin edən əzələ quruluşundakı hüceyrələrdə gös-

tərir.  Doğuş  zamanı  ana  bətninin  əhəmiyyətli  şəkildə 

büzülməsi doğuşun gerçəkləşə bilməsi baxımından çox 

vacibdir.  Oksitosin  də  bətni  təşkil  edən  əzələlərin  çox 

güclü şəkildə büzülməsini təmin edir. 

Oksitosin  həm  də  yeni  doğulan  körpənin  qidalan-

ması üçün ana südünün ifrazına təkan verir. Xurmanın 

təkbaşına bu xüsusiyyəti – onun tərkibində oksitosinin 




 

208


olması  –  Quranın  Allahın  vəhyi  olmasının  daha  bir 

mühüm dəlilidir. Xurmanın tibbi faydasının müəyyən-

ləşdirilməsi  ancaq  yaxın  vaxtlarda  mümkün  olub. 

Halbuki, Quranda təxminən 1400 il əvvəl Allahın Hz. 

Məryəmə  hamiləlik  dövründə  xurma  ilə  qidalanmağı 

vəhy etdiyi bildirilir. 

Xurmada insan bədənində bol miqdarda hərəkət və 

hərarət  enerjisi  yaradan,  bədəndə  parçalanıb  asan 

istifadə edilən bir şəkər növü də var. Özü də bu şəkər 

qan  şəkərini  sürətlə  yüksəldən  qlükoza  yox,  meyvə 

şə

kəri olan fruktozadır. Xüsusilə şəkər xəstələrində qan 



şə

kərinin sürətlə qalxması bir çox orqanlara mənfi təsir 

edir,  amma  bundan  ən  çox  zərər  görən  orqan  və  sis-

temlər göz, böyrəklər, qan-damar və sinir sistemləridir. 

Gözün  görmək  qabiliyyətinin  itirilməsinə  kimi  aparıb 

çıxaran  narahatçılıqların,  infarkt  və  böyrək  çatışmaz-

lığı kimi bir çox ciddi xəstəliklərin ən mühüm səbəblə-

rindən biri qan şəkərinin yüksəkliyidir. 

Xurmanın tərkibində müxtəlif vitamin və mineral-

lar var. Xurma lif, yağ və proteinlər baxımından da çox 

zəngindir. Xurmada natrium, kalium, kalsium, maqne-

zium,  dəmir,  kükürd,  fosfor  və  xlor  da  var.  Bundan 

başqa,  xurmanın  tərkibində  A  vitamini,  betakarotin, 

B

1



, B

2

, B



3

 və B


6

 vitaminləri də bol miqdardadır. Xur-

manın  tərkibindəki  vitamin  və  mineralların  adi  insan 

bədənində  və  hamiləlik  dövründəki  faydalarından 

bəzilərini isə bu ardıcıllıqla qeyd edə bilərik: 

 

Xurmanın qidalandırıcı gücü onun tərkibindəki 



münasib  mineral  balansından  qaynaqlanır.  Xurmada 

hamilə  qadınların  qəbul  etməli  olduğu  B  vitamini 

qrupuna  aid  fol  turşusu  da  vardır.  Fol  turşusu  (B

9



bədəndə yeni qan hüceyrəsinin yaranmasında, bədənin 


Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə