Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə65/119
tarix26.03.2018
ölçüsü2,75 Mb.
#34699
1   ...   61   62   63   64   65   66   67   68   ...   119

 

212


Imam  Hüseyn  (ə)  öz  atası  Həzrəti-Əmirül-mömi-

nin Əli (ə) cənablarının mübarək dilindən nəql edir ki, 

Rəsuli-Əkrəm  (s.ə.v.)  oruc  olan  vaxtlarda  iftarını 

həmişə təmr ilə açardı. 

Xurmanın  bir  növü  var  ki,  ona  bərniyy  deyirlər. 

Rəsuli-Əkrəm (s.ə.v.) buyurub:  

1.  “Cəbrail  Cənnətdən  gətirdiyi  bərniyy  ilə  mənə 

nazil oldu”. 

2.  “Bərniyyədə  doqquz  xislət  var:  1)  beli  qüvvət-

ləndirər;  2)  şeytanın  əl-ayağını  kəsər;  3)  təamı  həzm 

edər; 4) ağızın qoxusunu yaxşılaşdırar; 5) qulağın eşit-

mə qabiliyyətini artırar; 6) gözü qüvvətləndirər; 7) in-

sanı Allaha yaxın, Şeytandan uzaq edər; 8) cinsi əlaqə 

meylini artırar; 9) bədəndə olan naxoşluqları aparar”. 

Imam  Rzanın  (ə)  “Səhifətür-riza”  kitabında  deyi-

lir: “Hər kəs ac qarına bərniyy təmri yesə, iflic xəstəli-

yi ondan gedər”. 

Mədinədə yetişdirilən xurmanın daha bir növü var-

dır ki, ona ücvə deyilir. Imam Cəfər Sadiq (ə) buyurub:  

1. “Ücvə təmrlərin  anasıdır, onu Adəm  Behiştdən 

nazil edib”. 

2. “Ücvə Cənnətdən gəlib, onda şəfa vardır”. 

3.  “Hər  kəs  bir  gün  ac  qarına  yeddi  ədəd  ali  növ 

ücvə  təmri  yesə,  o  gün  ona  zəhər,  sehr  və  heç  bir 

ş

eytan zərər yetirə bilməz”. 



4. “Hər kəs yeddi ədəd ücvə təmri yesə, mədəsində 

olan qurdlar ölər”. 

 

MÜKƏMMƏL   MEYVƏ - ƏNCIR 

 

“And olsun əncirə və zeytuna” (ət-Tin, 95/1). 

“ət-Tin”  surəsinin  1-ci  ayəsində  Allahın  əncirə 

“and  olsun”  deyə  bildirməsi  bu  meyvənin  faydaları 



 

213


baxımından çox hikmətlidir. 

 

 



Ə

ncirin insan sağlamlığına faydaları 

 

Ə

ncir  başqa  meyvə  və  tərəvəzə  nisbətən  ən  çox 



lifə  malikdir.  Təkcə  1  ədəd  quru  əncirdə  2  q  lif 

(sellüloza) var. Bu da gündəlik ehtiyacın 20%-ni təşkil 

edir.  Son  10-15  ildə  aparılan  tədqiqatlar  bitki  mənşəli 

qidalarda mövcud olan liflərin həzm sisteminin düzgün 

fəaliyyəti  baxımından  çox  vacib  olduğunu  ortaya 

qoyub.  Qida  kimi  qəbul  edilən  lifin  həzmə  və  bəzi 

xərçəng  növlərinin  yaranma  ehtimalını  aşağı  salmağa 

kömək  etdiyi  bəllidir.  Qida  üzrə  mütəxəssislər  lif 

qəbulunun ideal  yolu kimi lif baxımından zəngin olan 

ə

ncir yeməyi tövsiyə edirlər. 



Lifli qidalar həll olunan və həll olunmayan olmaq-

la iki yerə ayrılır. Həll olunmayan lif baxımından zən-

gin qidalar bədəndən atılan maddələrə su qazandıraraq 

bağırsaqlardan  keçidi  asanlaşdırır.  Bununla  da  həzm 

prosesini  sürətləndirərək  onun  sistemli  fəaliyyətini 

təmin  edir.  Həll  olunmayan  lifli  qidaların  orqanizmi 

kolon xərçəngindən qoruması da müəyyən edilib. Həll 

olunan lifli qidaların isə qandakı xolesterin səviyyəsini 

20%-dən çox aşağı saldığı təsbit olunub. Buna görə də 

onlar  ürək  xəstəlikləri  riskini  azaltmaq  baxımından 

böyük əhəmiyyət daşıyırlar. Əgər qanda çox miqdarda 

xolesterin varsa, bu qan damarlarında yığılır və damar-

ların  bərkiməsinə,  daralmasına  səbəb  olur.  Xolesterin 

hansı orqanın damarında yığılırsa, həmin orqana məx-

sus xəstəliklər meydana  çıxır. Məsələn, ürəyi qidalan-

dıran  arteriyalarda  xolesterin  yığılarsa,  sinə  ağrısı, 

infarkt  kimi  problemlər  yaranır.  Böyrək  damarlarında 



 

214


xolesterinin  yığılması isə təzyiqin qalxması və böyrək 

çatışmazlığına  səbəb  ola  bilər.  Həll  olunan  liflərin 

qəbul  edilməsi  mədəni  boşaldaraq  qan  şəkərinin  ni-

zamlanması  baxımından  da  əhəmiyyətlidir,  çünki  qan 

şə

kərindəki qəfil dəyişikliklər həyat üçün  riskləri olan 



problemlərlə  nəticələnə  bilər.  Qidalanmaları  lif  baxı-

mından  zəngin  olan  cəmiyyətlərin  xərçəng  və  infarkt 

problemləri ilə daha az üzləşdiyi müəyyənləşdirilib. 

Həll olunan və həll olunmayan liflərin hər ikisinin 

birlikdə olması isə sağlamlıq üçün ayrı bir üstünlükdür: 

hər iki lif növünün birgə olmasının xərçəngin qarşısını 

almaqda  tək  olan  liflərə  nisbətən  daha  təsirli  olduğu 

müəyyən edilib. Əncirdə hər iki lif növünün – həm həll 

olunan,  həm  də  həll  olunmayan  –  birgə  olması  bu 

meyvəni çox əhəmiyyətli bir qidaya çevirir. 

Corc  Vaşinqton  Universitetinin  Tibb  Mərkəzin-

dəki  Xəstəliklərdən  Qorunmaq  Institutunun  (ABŞ) 

rəhbəri  dr.Oliver  Alabaster  əncirdən  belə  bəhs  edir: 

“…Burada  həqiqi  mənada  sağlam  və  çox  lif  nisbətinə 

malik  bir  qidanı  əlavə  etmək  imkanı  var.  Əncirləri  və 

başqa  çox  lif  balansına  malik  olan  qidaları  intensiv 

olaraq  qəbul  etmək…ömür  boyu  sağlamlığınız 

baxımından əhəmiyyət kəsb edir”. 

Kaliforniya  Əncir  stehsalı  qurumuna  (California 

Fig  Advisory  Board)  görə,  meyvə-tərəvəzdəki  antiok-

sidantlar  insanları  bir  çox  xəstəliklərdən  qoruyurlar. 

Antioksidantlar  bədənimizdəki  kimyəvi  reaksiyalar 

nəticəsində yaranan və ya kənardan qəbul edilən zərərli 

maddələri  (sərbəst  radikalları)  təsirsiz  hala  gətirir  və 

hüceyrənin məhvinin qarşısını alır. 

Skrenton  Universiteti  (ABŞ)  tərəfindən  aparılan 

tədqiqatda  müəyyən  edilib  ki,  başqa  meyvələrə  nisbə-



Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə