Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə60/119
tarix26.03.2018
ölçüsü2,75 Mb.
#34699
1   ...   56   57   58   59   60   61   62   63   ...   119

 

191


üzüm  bağları,  əkinlər,  şaxəli  –  şaxəsiz  xurma  ağac-

ları vardır. Halbuki, Biz yemək baxımından onların 

birini digərindən üstün tuturuq.” (ər-Rəd, 13/4). 

“Xatırlayın  ki,  siz  (müəyyən  müddət  səhrada 

qalmalı olduğunuz zaman):

”  “Ya  Musa!  Biz  (hər gün 

yediyimiz)

 eyni təama (qüdrət halvasından və bildirçin 

ə

tindən olan yeməyə)



 heç vaxt dözməyəcəyik! Rəbbinə 

dua  et  ki,  bizim  üçün  torpağın  bitirdiyi  şeylərdən  – 

tərəvəzindən,  sarımsağından,  mərciməyindən  və 

soğanından yetirsin!” - dediniz. (əl – Bəqərə, 2/61). 

(Allah) onunla  (o su ilə)  sizin  üçün  əkin  (taxıl, 



bitki)

,  zeytun,  xurma,  üzüm  və  bütün  (başqa) 

meyvələrdən  yetişdirir.  Düşünüb  daşınanlar  üçün 

bunda  (Allahın  vəhdaniyyətini  sübut  edən)  dəlillə

vardır!” (ən – Nəhl, 16/11). 

 Ayrı  –  ayrı  meyvələr  haqqında  verilən 

məlumatlarla  bərabər  onlardan  istifadə  haqqında  da 

ayələr mövcuddur. 



“Yer üzünə sərilmiş  və  sərilməmiş bağ – bağatı 

(bostanları  və  bağları)

,  dadları  müxtəlif  xurmanı  və 

taxılı,  bir  –  birinə  bənzəyən,  həm  də  bənzəməyə

zeytunu və narı yaradan Odur. (Onların hər biri) bar 

verdiyi  zaman  barından  yeyin,  yığım  günü  haqqını 

(zəkatını  və  sədəqəsini)

  ödəyin,  lakin  israf  etməyin. 

Allah israf edənləri sevməz!” (əl – Ənam, 6/141).  

Buradan görünür ki, meyvəsi bol olan şəxslər üçün 

Allah  Təbarəkə  Təala  onun  zəkatının  da  verilməsini 

insanlara göstərir. 

Digər  mövzular  kimi  meyvələrin  növ  və  əhəmiy-

yətindən  söz  açmaqda  məqsəd  Allahın  qüdrət  və  əzə-

mətini  bəyan  etmək,  onun  tükənməyən  nemətləri 

müqabilində  şükrü  yerinə  yetirmək,  onlardan  səmərəli 




 

192


istifadə  etmək,  hər  birinin  quruluş,  dad  və 

faydalarından ibrət almaqdır. Diqqət yetirmək lazımdır 

ki,  “Qurani  Kərim”də  xurmanın  meyvə  və  ağacından 

istifadə olunması haqqında daha çox söz açılır. 



“Daha sonra insanların bol yağış (bərəkət) görə-

cəyi bir il gələcək. Onda da adamlar  (zeytun, üzüm, 

xurma və s. meyvələrin)

 şirəsini sıxacaqlar (onlardan 

bol-bol istifadə edib bəhrələnəcəklər)

”. (Yusuf, 12/49). 

“Siz  xurma  ağaclarının  meyvəsindən  və 

üzümlərdəşərab (yaxud sirkə) və gözəl ruzi (kişmiş

mövüc,  bəhməz,  quru  xurma  və  s.)

  düzəldirsiniz. 

Ş

übhəsiz  ki,  bunda  da  ağılla  düşünənlər  üçün  bir 



ibrət vardır.” (ən – Nəhl, 16/67).  

Göründüyü  kimi  bu  ayələrdə  meyvələrdən  alınan 

qidalı məhsullarla yanaşı, şərabdan da söhbət gedir. Bir 

daha qeyd olunmalıdır ki, təfsirlərdə bu ayənin içki ha-

ram edilməzdən əvvəl Məkkədə nazil olduğu göstərilir. 

Peyğəmbərimiz  (s.ə.v.)  insanların  qidalanmasında 

meyvə  və  tərəvəzə  xüsusi  yer  vermişdir.  Bu  xüsusda 

Peyğəmbərimiz  (s.ə.v.)  belə  buyurmuşdur:  “Süfrənizi 



yaşıl  meyvə  –  tərəvəzlə  doldurun”,  “Üzərində 

yaşıllıq olmayan süfrə ağılsız şey kimidir.” 

Qaynaqlarda  göstərilir  ki,  Peyğəmbərimiz  (s.ə.v.) 



“Mərciməklə  qabağı  birlikdə  bişirib  yeməyi  sevər-

di”,  “Qarpızı  təzə  xurma  ilə  yeyərdi”,  “Üzümlə 

qarpızı sevərdi.” 

Rəvayətə görə Peyğəmbərimiz (s.ə.v.) belə buyur-

muşdu: Əgər cənnətdən gələn bir meyvə olduğunu 

söyləsə  idim,  bunun  əncir  olduğunu  söylərdim. 

Çünki  cənnət  meyvələrinin  çəyirdəyi  olmaz”. 

“Üzüm  yeyin  yorğunluğu  çıxarır.  Sinirləri  qüvvət-

ləndirir. Bir kimsə gündə 21 ədəd quru üzüm yeyər-



Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə