Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə57/119
tarix26.03.2018
ölçüsü2,75 Mb.
#34699
1   ...   53   54   55   56   57   58   59   60   ...   119

 

183


lərdə 7,6-8,3% zülal, 0,6-5,5% yağ, 42,0-52,6% karbo-

hidrat  (əsasən  nişasta),  0,1-1,2%  sellüloza,  1,3-2,5% 

minerallı maddə, 0,3-0,7% üzvi turşu, 18-37 mq% Ca, 

14-65 mq% Mg, 65-218 mq% P, 0,8-2,8 mq% Fe, 0,1-

0,21  mq%  B

1

,  0,06-0,12  mq%  B



2

  və  0,67-2,81  mq% 

PP vitaminləri vardır. 

Un və çörəklərdə əvəzedilməz aminturşularından – 

valin, lizin, leysin, izoleysin, metionin, treonin, tripto-

fan və s. vardır. 

Çörəkdə  minerallı  maddələrdən  fosfor,  kalium, 

maqnezium,  kükürd,  kalsium,  natrium,  xlor,  dəmir, 

kobalt, manqan və digər elementlər vardır. 

Çörəyin  bioloji  dəyərliliyinin  ikinci  göstəricisi  tər-

kibində olan kalsium, maqnezium, fosfor, dəmir və mik-

roelementlər, eləcə də B

1

, B


2

, PP və s. vitaminlərdir. 

Vitaminlərin və kül elementlərinin miqdarına görə 

kəpəkli  un  daha  dəyərli  sayılır.  Kəpəkli  undan  hazır-

lanmış çörək əhalinin vitaminə, makro-, mikroelement-

lərə olan tələbatını ödəyir. Yüksək sortlu undan çörək 

istehsalı vitaminlilik dəyərini aşağı salır. Odur ki, belə 

unu  vitaminləşdirmək  lazımdır.  Çörəyin  ən  xarakterik 

xüsusiyyətlərindən  biri  də  onun  gündəlik  istifadəsi 

zamanı  həzm  olmasının  aşağı  düşməməsidir.  Bununla 

çörək başqa ərzaq məhsullarından fərqlənir. 

Çörəyin  qidalılıq  dəyərinin  artırılması  problemi 

müasir  dövrdə  qarşıda  duran  məsələlərdən  biridir.  Bu 

məsələ  yüksək  sortlu  çörəklərin  istehsalı  artdıqda  (ta-

mamilə vitaminsiz çörəkdə zülal və bəzi əvəzolunmaz 

aminturşuları  –  lizin,  metionin  –  çatışmadıqda)  irəli 

sürülmüşdür.  Çörəyin  müxtəlif  zülali  maddələrlə  zən-

ginləşdirilməsi süddən ayrılmış zərdab, quru yağsızlaş-

dırılmış süd, soya və balıq unu hesabına başa çatdırılır. 



 

184


Ə

gər  qidada  çörəklə  birlikdə  süd,  kəsmik,  ət,  balıq, 

yumurta  istifadə  edilərsə,  çörəyi  zülalla  zənginləş-

dirmək lazım deyil. 

Çörək-kökə məmulatının vitaminliyini və mineral-

lı maddələrlə zənginliyini təmin etmək məqsədi ilə bir 

çox zənginləşdirici xammallardan istifadə olunur. Belə 

xammallara və yarımfabrikatlara süd zərdabı, buğda və 

çovdar səmənisi, meyvə-giləmeyvə xammalı, o cümlə-

dən meyvə və tərəvəz püreləri, şirə istehsalının tullan-

tıları (cecə), povidlo, pasta, şirələr, meyvə tozu (poro-

ş

oku),  qurudulmuş  giləmeyvə  (məs.  kişmiş),  polisol 



(cücərmiş və 1:1:1 nisbətində buğda, vələmir və qağı-

dalıdan alınan ekstrakt), balqabaq püresi və s. aiddir.  

Milli  çörək  məmulatına  qədim  dövrlərdən  əhali 

tərəfindən bişirilən lavaş və çörək aiddir. Azərbaycanın 

müxtəlif  bölgələrində  qədimdən,  eləcə  də  indinin 

özündə  hazırlanan  milli  çörəklərin  çeşidi  çoxdur.  Hə-

min çörəklər sadə və yaxşılaşdırılmış qruplarına ayrılır. 

Sadə çörəklər mayasız və ya mayalı xəmirdən (un, su, 

maya  və  duz)  hazırlanır.  Yaxşılaşdırılmış  milli  çörək 

məmulatları bir qayda olaraq mayalı xəmirə şəkər, süd, 

yumurta,  yağ,  qatıq,  bal,  meyvə  püresi,  qabaq  püresi, 

ə

dviyyat və digər məhsullar əlavə edilməklə hazırlanır. 



Sadə  milli  çörək

  məmulatına  Abşeron  çörəyi, 

Azərbaycan  çörəyi,  Ağdam  təndir  çörəyi,  acıtmalı, 

bəzzamac,  bozlamac,  dağlı  çörəyi,  duzlu  nazik,  ev 

çörəyi,  yuxa,  közləmə,  kökə,  kömbə,  külava,  küllü 

kömbə,  külləmə,  külfə  əppək,  Gəncə  çörəyi,  lavaş, 

Ordubad təndir çörəyi, sacəppəyi, səmənili çörək, sən-

gək,  sığırdili,  Sumqayıt  çörəyi,  təndir  çörəyi,  xamralı, 

cad, cardalı, cirəli çörək, Şəki kürə çörəyi və s. aiddir. 

Yaxşılaşdırılmış  milli  çörək

  məmulatına  bəyim 




 

185


çörəyi,  fəsəli,  qabaqlı  çörək,  qabaqlı  kökə,  qatlama, 

qoğal, qozlu kökə, zəfəranlı nazik, pşi, südçörəyi, fətir, 

fındıqlı  qoğal,  çayçörəyi,  Şəki  külçəsi,  Şəki  ovması, 

ş

irin nazik, şorqoğal, yelapardı və s. aiddir.  



Yaxşılaşdırılmış  milli  çörək-kökə  məmulatı  çörə-

yin  əvəzedicisi  kimi  qədimdən  səhərlər  çay  süfrəsinə 

verilir. 

 

Çörək haqqında hədislə

 

Rəsuli-Əkrəm  (s.ə.v.)  buyurdu:  “Ay  Allah,  çörəyi 



bizə  mübarək  elə,  onu  bizdən  ayırma.  Əgər  çörək 

olmasa,  namaz  qılmarıq,  oruc  tutmarıq,  Allahın  vacib 

etdiyi əməlləri yerinə yetirə bilmərik”. 

Rəsuli-Əkrəm (s.ə.v.) cənabları həmişə arpa çörəyi 

yeyərdi.  O  Cənab  (s.ə.v.)  mübarək  əli  ilə  çörəyi  tutub 

kəsərdı,  bıçaqla  kəsməzdi.  Sonra  yenə  əli  ilə  xırda 

tikələrə  doğrayıb,  üç  barmağı  ilə  öz  mübarək  ağzına 

qoyardı  və  yaxşı-yaxşı  çeynəyərdi.  O  Həzrət  (s.ə.v.) 

heç  vaxt  çörəyi  dişləməzdi,  çünki  bu  iş  ədəbli  şəxsə 

yaraşmaz. 

Həzrəti  Əli  (ə)  buyurub:  “Çörəyə  hörmət  edin. 

Allah-təala  onu  asimanın  bərəkətlərindən  bizə  nazil 

edib, yerin bərəkətlərindən göyərdib”. 

Soruşdular  ki,  ona  necə  hörmət  edək?  Buyurdu: 

“Onu bıçaqla kəsməyin və ayaq altında tapdalamayın”. 

Imam Cəfər Sadiq (ə) buyurub:  

1. “Bədən çörək üzərində qurulub”. 

2.  “Əgər  arpadan  artıq  başqa  bir  şey  də  şəfa 

olsaydı, Allah-təala onu peyğəmbərlər üçün qida qərar 

verməzdi”. 

3.  “Rəsuli-Əkrəm  (s.ə.v.)  cənablarının  yediyi  – 

arpa  çörəyi,  şirnisi  –  təmr  (xurma),  çörək  qatığısı  – 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə