Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə53/119
tarix26.03.2018
ölçüsü2,75 Mb.
#34699
1   ...   49   50   51   52   53   54   55   56   ...   119

 

171


2.  Zeytun  yağı için. O, mübarək ağacdandır. Onu 

yavanlıq kimi də istifadə edin, yağını bədəninizə çəkin. 

Çünki o, mübarək bir ağacdan hasil olur. 

3.  “Sünənü-Tirmizi”  -  Zeyd  ibn  Ərqəmdən: 

Allahın  Rəsulu  (s.ə.v.)  bizə  ağciyərin  iltihabı  zamanı 

dəniz  qustu  (dənizdə  bitən  ot)  və  zeytun  yağıyla 

müalicə olunmağımızı əmr etdi. 

4.  Zeytun  yağından  istifadə  edin,  onu  için,  yağını 

bədəninizə çəkin. O, babasil xəstəliyi zamanı faydalıdır. 

5.  Mübarək  zeytun  ağacının  meyvəsi  olan 

zeytunun  yağından  istifadə  edin,  onunla  müalicə 

olunun. O, insanı babasildən qoruyur. 

6.  Zeytun yağı için, ondan bədəninizə çəkin. Onda 

cüzam da daxil olmaqla, yetmiş dərdin dərmanı var. 

7.  Zeytun  yağı  yaxşı  insanların  yağı,  onların  ya-

vanlığıdır. Zeytun həm təzə çıxan vaxtı, həm də sovu-

ş

anda bərəkətlidir. Zeytun iki dəfə müqəddəsliyə batıb. 



Imam  Əli  (ə):  “Zeytun  yağını  bədəninizə  çəkin, 

ondan  yavanlıq  kimi  istifadə  edin.  Zeytun  olan  yerdə 

heç bir xəstəlik insanı yaxalamaz”. 

Imam Cəfər Sadiq (ə): 

1.  Sıyığı  zeytun  yağı  ilə  yemək  ət  gətirir 

(kökəldir),  sümüyü  bərkidir,  dərini  nazikləşdirir  və 

cinsi qabiliyyəti artırır. 

2.  Bir kişinin bədənində sızanaq və ya çiban çıxsa, 

onu  bağlasın  və  zeytun  yağı,  ya  da  heyvan  yağı  ilə 

müalicə aparsın.  

3.   “Zeytun  yağı  pak  adamların  yediyi  yağdır  və 

yaxşı kəslərin təamıdır”. 

 

 

 




 

172


BITKIÇILIK  HAQQINDA 

 

 

“Qurani-Kərim”də  elmin  bütün  sahələrinə  aid 

buyuruqlar  vardır.  Botanika  sahəsində,  o  cümlədən 

bitkiçilik üzrə də bəzi kəlamları oxuyuruq. 



“Yerin  yetişdirdiklərindən,  onların  (insanların) 

özlərindən  və  bilmədiklərindən  (erkək  və  diş

olmaqla)

 cütlər yaradan Allah pak və müqəddəsdir! 

(Eybsiz və nöqsansızdır

)”. (Yasin, 36/36). 

Bu  ayə  bütün  varlıqların  cüt-cüt  yaradıldıqlarını 

göstərir.  Bunların  bir  qismi  indiyə  qədər  elmdə  təsdiq 

və  təsbit  olunmuşdur.  Elmə  məlum  olmayan  bir 

çoxunun  da  mövcudluğu  haqqında  xəbər  verilmək-

dədir.  Necə  ki,  müasir  dövrdə,  istər  canlı,  istərsə  də 

cansız aləmlərdə bir yanda son dərəcə böyük (makro), 

o biri yanda son dərəcə kiçik (mikro) sistemlərdə, ikili 

sistemlərin  və  ya  ikili  funksiyaların  fərqləri  təsdiq 

edilmişdir.  Şübhəsiz  ki,  “Qurani-Kərim”-in  bildirdiyi 

gerçəkliklərlə,  müasir  elmi  gerçəkliklər  arasında  heç 

bir uyğunsuzluq müşahidə edilməmişdir. 

Cənabi-Haqq təkliyi (vahidliyi) yalnız özünə layiq 

qıldığı üçün cəmadət (cansızlar), nəbatət, heyvanat, cin 

və insan, nə varsa hamısını cüt-cüt xəlq etmişdir. 

Məsələn,  müsbət  elektrik  mənfi  elektriklə 

birləşdikdə işıq yanar. Müsbət bulud mənfi buluda axar 

və  nəticədə  yağış  yağar.  Bu  sünnətüllah  ilahi  qanun 

bütün yaranmışlara şamildir. 

Ayəti-Kərimə  bitkilərin  də  cüt-cüt  yarandıqlarını 

bildirir:  

"Yeri  (insanların  və  başqa  canlıların  yaşaya  bil-

mələri  üçün)

  döşəyən  (ucaldıb  genəldən),  orada 



 

173


möhkəm  dağlar,  çaylar  yaradan,  bütün  meyvələr-

dən  (erkək-dişi,  yaxud  şirin-acı,  turş-meyxoş  və  s.  ol-

maqla) 

cüt-cüt yetişdirən, gecəni gündüzlə (gündüzü 

də gecə ilə)

 örtüb bürüyən Odur…" (ər-Rəd, 13/3). 

Bütün  bitkilərin  çiçəklərində  erkək  və  dişi  cütü 

bilinməkdədir. Erkəyin dişini mayalamasıyla meyvələr 

(bar)  meydana  gəlir.  Yalnız  bu  döllənmə  və  mayalan-

ma külək vasitəsilə yerinə yetirilir. Hələ müasir dövrdə 

bunları  elmi  araşdırmalar  nəticəsində  təzə  çatdığımız 

bu  həqiqətləri  “Qurani-Kərim”  14  əsr  öncə  xəbər 

vermişdir:  



"Biz (buludla) yüklənmiş (bitkilərə, ağaclara hə-

yat  verən,  onları  tozlandıran) 

külək  göndərdik, 

göydən  yağmur  endirib  su  verdik  (içirtdik).  Yoxsa 

onu yığıb saxlayan (bir yerə toplayan) siz deyilsiniz! 

(Allah yağış suyunu saxlayıb istədiyi vaxt, istədiyi yerə 

yağdırar

)" (əL-Hicr, 15/22). 

Bitkilərin cüt-cüt  yaranması özünü meyvə ağacla-

rının  bar  verməsində  də  göstərir.  Məsələn,  badam 

ağaclarının  düzgün  əkilməməsi  (yəni  erkək  ağaclarla 

dişi  ağaclar  növbələnmədikdə)  həmin  ağacların  hər  il 

lazımi qədər bar verməsində özünü göstərir. Belə əkin 

sistemi  Yapon  xurması,  bəzi  alma  sortları  və  digər 

meyvə-giləmeyvələrə də aiddir. 

Ə

gər  yağış  yağmasa  bitkilər,  o  cümlədən  meyvə 



ağacları göyərib yarpaq və çiçək əmələ gətirməz; əgər 

külək olmasa çiçəklər tozlanıb bar verməz. Əlbəttə ki, 

çiçəklərin  tozlanmasında  arıların  da  rolu  böyükdür. 

Çünki  arılar  bal  hasil  etmək  üçün  bütün  çiçəklərdən 

nektar toplayır və bu zaman arının xortumu və ayaqları 

çiçəyin  dişi  və  erkək  dişiciklərinə  toxunduğundan 

tozlanma (mayalanma) daha yaxşı gedir. 



Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə