Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə51/119
tarix26.03.2018
ölçüsü2,75 Mb.
#34699
1   ...   47   48   49   50   51   52   53   54   ...   119

 

165


Mayami  Universitetinin  (ABŞ)  tibb  fakültəsindən 

D.Pek:  


“Zeytun 

yağının 


siçovullardakı 

immunitet 

sistemini gücləndirdiyi sübut olunmuşdur…”. 

Milan  Universiteti  əczaçılıq  fakültəsindən  Bruno 

Berra:  

“Təbii  yolla  süzülmüş  zeytun  yağının  tərkibində 

olan  LDL  oksidasiona  olan  müqavimətini  aydın 

şə

kildə artırır”. 



II  Federiko  Universitetinin  daxili  və  metabolizma 

xəstəlikləri  kafedrasından  A.A.Rivelles,  G.Rikardi, 

M.Mançini:  

“Zeytun  yağı  insulin  müqavimətinin  qarşısını  alır 

və  qandakı  qlükozanın  daha  yaxşı  nəzarətini  təmin 

edir”. 


Neapolitan  Universiteti  tibb  və  kimya  fakültə-

sindən Patrisia Qaletti:  

“Zeytun  yağı  polifenollarının  qida  kimi  qəbul 

edilməsi  reaktiv  oksigen  metabolitlərlə  bağlı  xəstəlik 

riskini  azalda  bilər  –  mədə-bağırsaqla  bağlı  bəzi 

xəstəliklər  və  damarların  tıxanması  kimi.  Zeytun  yağı 

insan eritrositlərini oksidativ təhlükədən qoruyur”. 

Harvard Universitetinin xalq səhiyyəsi kafedrasın-

dan Frank Saks:  

“Zeytun yağından ibarət olan zəngin qida rasionlu 

pəhriz  ifrat  kökəlməyi  nəzarətdə  saxlamaqda  və 

müalicə  etməkdə  az  yağlı  qida  rasionundan  ibarət 

pəhrizdən  daha  təsirlidir.  O  uzunmüddətli  artıq  çəki 

itkisinə  də  səbəb  olur,  bu  halda  çəkini  qorumaq  daha 

asandır…”. 

Göründüyü  kimi,  bu  gün  bir  çox  alimlər  zeytun 

yağını  əsas  qəbul  edən  qidalanma  modelinin  ən  ideal 



 

166


forma  olduğunu  düşünür.  Bu  xüsusiyyətlərinə  görə 

gündəlik  qida  rasionunda  olması  zəruri  olan  ən  əsas 

qidaların  zeytun  və  zeytun  yağı  olduğu  bildirilir. 

Allahın  bir  çox  ayədə  diqqətimizə  çatdırdığı  zeytun 

bitkisinin  faydası  tibbi  bilgilərin  artması  ilə  paralel 

olaraq kəşf edilmişdir. 



“Göydən  sizin  üçün  yağmur  endirən  Odur. 

Ondan (o sudan) siz də, içində (heyvanlarınızı) otar-

ğınız ağaclar (və otlar) da içə(ağaclar və otlar da 

onun vasitəsilə bitər)

».  (Allah) onunla  (o su ilə)  sizin 

üçün  əkin  (taxıl,  bitki),  zeytun,  xurma,  üzüm  və 

bütün  (başqa)  meyvələrdən  yetişdirir.  Düşünüb-

daşınanlar üçün bunda (Allahın vəhdaniyyətini sübut 

edən)

 dəlillər vardır!” (Ən-Nəhl, 16/10-11). 

 

Zeytun yağı haqqında 

 

Gündəlik  qida  rasionunda  yağların  xüsusi  çəkisi 

ümumi  enerji  dəyərinin  30%-ə  qədərini  təşkil 

etməlidir.  Qida  institutları  tərəfindən  elmi  cəhətdən 

işlənib  tövsiyə  olunmuş  normaya  əsasən  orta  yaşlı 

insan  gündə  80-100  qr  yağ  istehlak  etməlidir.  O 

cümlədən  kərə  yağı  20  qr,  bitki  yağı  25  qr,  heyvanat 

yağı  20  qr,  marqarin  və  mətbəx  yağları  30  qr  təşkil 

etməlidir.  Istehlak  olunan  yağın  tərkibində  2-6  qr 

polidoymamış  yağ  turşuları,  5  qr  fosfolipidlər  və  0,3-

0,6  qr  xolesterin  olmalıdır.  Yaşlıların  daha  çox  bitki 

yağlarından istifadə etmələri məsləhətdir. 

nsanlar  qədimdən  ən  çox  heyvanat  mənşəli 

yağlardan  (qoyunun  quyruq  yağı)  daha  çox  istifadə 

etmişlər.  Lakin  tarixdə  zeytun  yağından  istifadə 

olunmasına dair çoxlu sayda məlumatlar vardır. Zeytun 

yağından  qida  məqsədləri  üçün  istifadə  olunması 



 

167


haqda  “Qurani-Kərim”də  buyurulan  bir  neçə  ayələrdə 

və Peyğəmbərimizin (s.ə.v.) hədislərində oxuyuruq. 



(Sizin  üçün  həmçinin  mənşə  etibarilə)  Sina 

dağından çıxan bir ağac da (yaratdıq ki)o, yeyənlə

üçün  zeytun  və  (çörəyin  üstünə  yaxılan,  xörəyə 

qatılan) 

yağ bitirər.” (əl-Muminun, 23/20).  

Zeytun yağının insan orqanizmi üçün əhəmiyyətini 

vurğulayan  Peyğəmbərimiz  (s.ə.v.)  də  bu  xüsusda 

“Zeytun yağı yeyin və sağlam həyat sürün” kəlamını 

buyurmuşdur.  

Heyvani yağlardan fərqli olaraq zeytun yağı nəinki 

qan-damar  xəstəliklərinə  səbəb  olmur,  hətta  heyvani 

yağlarla qəbul olunmuş xolesterinin orqanizmdən xaric 

olmasına fizioloji cəhətdən səbəb olur.  

Zeytun  yağının  tərkibində  faizlə  doymuş  yağ 

turşularından palmitin-12,9; stearin-2,5 və araxin-0,35; 

monodoymamış  yağ  turşularından  olein-64,9  və 

palmitolein-1,5; polidoymamış yağ turşularından linol-

12,0;  linolen-0,1  vardır.  Zeytun  yağında  E,  A,  D 

vitaminləri və insan orqanizmi üçün faydalı olan digər 

bioloji fəal maddələr də vardır. Məhz buna görə zeytun 

yağı həyatın bütün dövrlərində sağlamlığa müsbət təsir 

göstərir. 

Zeytun  yağı  ürək  və  qan-damar  xəstəliklərinə 

səbəb  olan  xolesterini  azaldaraq  damarlarda  tıxanma-

ların  qarşısını  alır.  Zeytun  yağının  üstün  cəhəti  ondan 

ibarətdir ki, digər bitki yağlarından fərqli olaraq yalnız 

orqanizm  üçün  zərərli  olan  aşağı  sıxlıqlı  xolesterinin 

miqdarını  azaldır,  lakin  insan  orqanizmi  üçün  lazım 

olan  yüksək  sıxlıqlı  xolesterinə  toxunmur.  Mədə  tur-

ş

uluğunu azaldaraq qastritə və mədə yarasına qarşı qo-



ruyucu rol oynayır, öd kisəsi daşının əriməsinə xömək 


Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə