Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə48/119
tarix26.03.2018
ölçüsü2,75 Mb.
#34699
1   ...   44   45   46   47   48   49   50   51   ...   119

 

153


onun zəhər ayırması bir həqiqətdir. 

Bütün yuxarıda deyilənləri nəzərə alaraq bəzi təri-

qətlərdə pulcuqsuz balığı yemək haram buyrulmuşdur. 

Çünki pulcuqsuz balığın (əsasən ilanbalığının və naqqa 

balığın) bədəni suda müxtəlif zədələrə, sıyrıntı, qarmaq 

zədəsinə  məruz  qalır.  Bu  növ  zədələnmiş  yerlərdən 

balığın  ətinə  mikroorqanizmlər  asanlıqla  daxil  olur  və 

onu  mikrobioloji  cəhətdən  təhlükəli  edir.  1991-ci  ildə 

Bakıda  naqqa  balığından  kütləvi  zəhərlənmə  hadisəsi 

olmuşdu.  1999-cu  ilin  dekabr  ayında  Bakıda  qaxac 

edilmiş  nərə  balığından  (qəlyanaltı  kimi  restoranlarda 

verilən  “balık”-dan)  kütləvi  zəhərlənmə  olmuş  və  bir 

neçə nəfərin ölümü ilə nəticələnmişdi. Ona görə də bu 

balıqların  insan  səhhətinə  zərərli  olması  nəzərə  alına-

raq, Islamda onlardan qida kimi istifadə olunması mək-

ruhdur.  Eyni  zamanda  nərəkimilərin  onurğa  sümüyü 

ə

vəzinə olan qığırdağının saxlanılma zamanı xüsusi zə-



hərli  maddə  ayırması  elmi  cəhətdən  sübuta  yetiril-

mişdir.  Nərəkimilər  də  pulcuqsuz  olduğundan  haram-

dır.  Lakin  müasir  elm  bunları  nəzərə  almaqla  həmin 

balıqların  ovlanmasında,  emalında  və  hazır  məhsulun 

saxlanılmasında  sanitariya-gigiyenik  və  texnoloji 

qaydalara ciddi əməl olunmasını tələb edir. 

 

Balıq suda ölsə, onu yemək haramdır 

 

Balıq suda bir neçə halda ölür: 



1.  Balıq  ov  alətində  müxtəlif  səbəbdən  uzun 

müddət  qalır.  Külək  və  başqa  təbii  səbəblərdən  balıq 

ov  alətindən  vaxtında  çıxardılmır.  Balıq  ov  alətindən 

qaçmağa cəhd  göstərir və  güclü hərəkətlər  edir.  Digər 

tərəfdən, külək və fırtına balığı həddən artıq yırğalayır 

və  ona  mexaniki  zərbələr  vurur.  Bunun  nəticəsində 




 

154


orqanizmdə  maddələr  mübadiləsi  kəskin  dərəcədə 

pozulur.  Orqanizmdə  normadan  artıq  oksidləşməmiş 

maddələr yığılır və balıq ölür. 

2. Ov alətində balıq çox toplanılır. Məsələn, Xudat 

Siyənək  Ovlama  vətəgələrində  bir  nevoda  (tordan  dü-

zəldilmiş  üzən  böyük  ov  aləti)  bəzən  50  tona  qədər 

siyənək  düşür.  Siyənəklər  nevodun  matnasında  (torun 

kisə  şəklində  orta  hissəsi)  yığılır.  Nevod  sahilə  çə-

kildikdə  balıqlar  matnada  yığılır  və  nəhayət  bir-bir-

lərini  möhkəm  sıxırlar.  Orta  qatlarda  qalan  balıqların 

tənəffüs  alması  çətinləşir  və  balıq  suda  ikən  ölür. 

Bəzən  küləyin  güclənməsindən  ov  alətində  ölmüş 

siyənəklər 5-6 saat və daha çox qalır. 

3. Suda oksigenin çatışmaması üzündən balıq ölür. 

Məlum  olduğu  kimi,  balıq  oksigensiz  yaşaya  bilməz. 

Balıqlar  növlərindən  asılı  olaraq  oksigenə  müxtəlif 

tələbat  hiss  edirlər.  Orta  hesabla  suda  oksigenin 

miqdarı 4,5 mq/l-lən az olmamalıdır ki, balıqlar məhv 

olmasın. Su hövzələrində oksigenin az olması balıqlar 

üçün  fəlakətdir.  Ümumiyyətlə,  oksigen  normadan  az 

olanda balıq nə hərəkət edir və nə də qidalanır (yuxuya 

dalır).  Suda  oksigenin  miqdarı  azaldıqca  balıq 

«boğulur» və tələf olur. 

Su  hövzələrində  oksigen  bir  çox  səbəblərə  görə 

azalır.  Oksigenin  azalması  suyun  olduqca  isti  olması 

və yaxud qış zamanı donması, suda çürük bitkilərin və 

ölü  heyvanların  olması,  suyun  dibinin  lilləşməsi,  su 

hövzələrinə məişət, zavod və fabriklərin çirkli sularının 

tökülməsi,  neft  və  başqa  yanacaqların  qarışması  ilə 

ə

laqədardır. 



Ilk  növbədə,  suda  ölmüş  balıqda  botulizm  törədi-

ciləri kəskin dərəcədə inkişaf edir və çoxalırlar. Müəy-




 

155


yən  olunmuşdur  ki,  12-16

0

C  temperaturda  bir  neçə 



saatdan sonra botulizm törədiciləri balığın mədəsindən 

ə

tinə və qanına keçir. Botulizm zəhəri 24 saatdan sonra 



balığın  qanında  və  48  saatdan  sonra  ətində  müşahidə 

olunur. 


Suda  ölmüş  balıq,  quruda  ölmüşə  nisbətən 

fermentlərin  və  mikrobların  təsirinə  daha  tez  düçar 

olurlar.  Bu  da  suda  ölmüş  balığın  ətinin  olduqca  tez 

yumşalması  və  onun  toxumalarının  müqavimətinin 

azalması ilə izah olunur. 

Suda ölmüş balığın tərkibində dərin biokimyəvi və 

mikrobioloji  proseslər  gedir.  Nəticədə  balıq  yeyinti 

üçün yararsız hala düşür. 

Ə

gər balıq sudan kənara düşsə, ya ləpə onu kənara 



atsa, ya su çəkilib balıq quruda qalsa, belə ki, ölümün-

dən əvvəl onu tutsalar, can verəndən sonra onu yemək 

halaldır. Bu məsələnin izahı yuxarıda verilmişdir. Tək-

rarən qeyd etmək istəyirəm ki, ölümü məlum olmayan 

balığı yemək təhlükəlidir. 

Qeyd:  Balıq  haqqında  yuxarıda  verilən  məlumat-

lar  Əliheydər  Mahmudovun  “Quran  və  şəriətdə  ba-



lıq”  (Bakı,  1994)  kitabından  istifadə  olunmaqla 

yazılmışdır. 

 

Balıq haqqında hədislə

 

Peyğəmbər (s.ə.v.): 

1.  (Daim) balıq əti yemək bədəni korlayır. 

2.  Daim  təzə  balıq  əti  yemək  insanın  ətini 

korlayır. 

Imam Əli (ə): 

1.  (Daim) təzə balıq əti yemək insanın ətini əridir. 

2.  Daim balıq əti yeməyin, o bədəni korlayır. 




 

156


3.  Balıq  əti  az  yeyin  ki,  o  bədəni  zəiflədir, 

bəlğəmi artırır və nəfəs almağı çətinləşdirir. 

4.  (Daim)  balıq  əti  yeməyin  ki,  o  bədəni  vərəmə 

giriftar edər. 

5.  Balıq əti az yeyin ki, onun əti bədəni zəiflədir, 

bəlğəmi artırır və nəfəs almağı çətinləşdirir. 

Imam  Baqir  (ə):  Bu  balıq  əti  gözün  pərdəsi  üçün 

pisdir. 


Imam Sadiq (ə): 

1.  Üç şey kökəldir və üç şey arıqladır. Arıqladan-

lar: yumurta, balıq və təzə xurma yeməyə adət etmək. 

2.  (Daim) balıq əti yemək bədəni əridir. 

3.  Allahın Rəsulu (s.ə.v.) balıq əti yeyəndə deyər-

di: “Allahım! Bunu bizim üçün bərəkətli et, bizə bun-

dan da faydalı qidalar nəsib et”. 

Imam Kazim (ə): 

1.  Balıq  yeyin.  Əgər  onu  çörəksiz  yesəniz, 

doyuzdurar, çörəklə yesəniz, həzm etdirər. 

2.  (Daim) təzə balıq əti yemək bədəni xarablayır. 

3.  (Daim)  təzə  balıq  əti  yemək  gözlərin  piyini 

xarablayır. 

Diqqət:  Daim  balıq  əti  yeməyi  qadağan  edən  hə-

dislərin  sənədlərinin  zəif  olmasına  baxmayaraq,  on-

ların  sayının  çoxluğu  tədqiqatçılarda  həmin  hədislərin 

sadirliyinə  bir  növ  güman  yaradır.  Hərçənd  ki,  qəti 

fikir  bildirmək  üçün  elmi  və  təcrübi  tədqiqatın  apa-

rılması zəruridir. 

Imam Rza (ə): Gərək…eyni vaxtda balıqla yumur-

tanı yeməyəsən. Onlar bir yerdə olanda qulunc, babasil 

yeli və diş ağrısı yaradırlar. 

“Kafi” - Səid ibn Imam Sadiqin (ə) yaxın adamla-

rının birindən: Imam (ə) xurma gətizdirib yedi və dedi: 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə