Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə45/119
tarix26.03.2018
ölçüsü2,75 Mb.
#34699
1   ...   41   42   43   44   45   46   47   48   ...   119

 

143


olmayan  (ekstraktiv)  maddələr  də  mikroblar  üçün  ən 

yaxşı mühitdir. 

Balıq ətində olan ümumi azotlu maddələrin 85%-i 

zülalın  və  15%-i  zülal  təbiətinə  malik  olmayan  azotlu 

maddələrin payına düşür. Şirin suda  yaşayan balıqlara 

nisbətən  dəniz  balıqlarında  bu  daha  çoxdur.  Ferment 

və  mikrobların  təsirindən  zülal  parçalanır  və  nəticədə 

aşağıdakı maddələr alınır.  

1.  Qeyri-üzvi maddələr – hidrogen, karbon qazı və 

ammiak; 


2.  Sulfid  birləşmələr  –  kükürd  və  merkaptanlar 

(etilmerkaptan, metilmerkaptan); 

3.  Turşular  –  sirkə,  yağ,  benzoy  və  başqaları, 

eləcə də onların duzları; 

4.  Üzvi əsaslar – metilamin, dimetilamin, trimeti-

lamin, histamin, fenilmetilamin, putressin, kadaverin; 

5.  Tünd iyli maddələr – fenol, krezol, indol, skatol 

və s. 


Qeyd  etmək  lazımdır  ki,  fenol,  krezol,  indol, 

skatol,  histamin,  fenilmetilamin,  putressin,  kodaverin 

zəhərli maddələrdir. 

Mikroblar  zülalla  yanaşı  yağları  da  parçalayır. 

Zülala nisbətən yağların parçalanması zəif olur. Zülalın 

mikrobioloji  çürüməsində  balıq  ətində  zülal  təbiətinə 

malik  olmayan  azotun  miqdarı  artır.  Bundan  əlavə, 

ə

zələdə,  əsasların  artması  ilə  əlaqədar  olaraq,  mühit 



qələviləşir (pH 7,1-7,2-yə çatır). 

Göründüyü  kimi,  mikrobların  balıq  ətinə  daxil 

olması  praktiki  olaraq  avtoliz  ilə  paralel  başlayır.  Hər 

iki  prosesin  keçmə  sürəti  və  intensivliyi  balığın 

saxlama  temperaturundan  asılıdır.  Balıq  soyudulmuş 

halda  saxlandıqda  avtoliz  mikrobioloji  parçalanmaya 




 

144


nisbətən  intensiv  gedir.  Soyuq  şəraitdə  mikrobların 

fəaliyyəti  zəifləyir.  Temperatur  yüksək  olanda  bu 

ə

məliyyatlar əksinə baş verir. 



Nəzərdə  saxlamaq  lazımdır  ki,  ovlanmış  balığı 

kəsib,  daxili  orqanlarını  və  qəlsəmələrini  çıxartmaq 

onun keyfiyyətli qalmasında mühüm şərtdir. 

Xammalın quruluşunda, kimyəvi tərkibində gedən 

və  yuxarıda  göstərilən  dərin  dəyişiklikləri  orqano-

leptik, fiziki və kimyəvi üsullarla təyin edirlər.  

Orqanoleptik  üsulla  balığın  xarici  görünüşü, 

bədəninin  elastikliyi,  ətin  konsistensiyası  və  iyi  təyin 

edilir. Balığın xarabolma posesinin başlanğıc nişanələ-

rini belə təyin edirlər: 

1.  Keyimə  keçirmiş  balığın  ətli  hissəsinə  barmaq 

basdıqdan sonra həmin yer tıxanmış qalır. 

2.  Balığın gözləri çökmüş və bulanıqdır; 

3.Qəlsəmələri  qırmızı  rəngini  itirmiş,  solğun-

çəhrayı  və  ya  boz  rəng  almış,  qəlsəmələr  bulanıq 

selikli maddə ilə örtülmüşdür; 

4.Anus dəliyi nəm, şişmiş və qızarmışdır; 

5.  Balığın  səthi  solmuş  və  bulanıq  selikli  maddə 

ilə örtülmüşdür, qoxumuş, turş və ya çürümüş iy gəlir; 

6.  Balığı  eninə  kəsdikdə  bel  sütunu  ətrafı 

qızarmışdır; 

7.  Balığın  əti  həddən  artıq  yumşalmış,  dağınıq 

olmuş,  əti  sümükdən  asanca  ayrılır;  ət  təbii  rəngini 

itirmiş, qoxumuş, turşumuş və ya azca iy verir. 

Balıq  keyidikdən  sonra  onun  tərkibində  gedən 

mürəkkəb  fiziki,  biokimyəvi  və  mikrobioloji  əməliy-

yatların  qarşısını  almaq  üçün  onu  tez  emal  etmək 

lazımdır. Balığı hər hansı metodla (dondurma,  yüksək 

temperaturda  emaletmə,  qaxac  etmə,  duzlama, 



 

145


marinadlaşdırma  və  s.)  emal  etdikdə  onun  tərkibində 

olan suyun forması və miqdarı dəyişir. 

Beləliklə, təptəzə balıq ən yüksək qida və müalicə 

dəyərinə malikdir. Təptəzə balıqdan istənilən xörəkləri 

hazırlamaq  olar.  Təptəzə  balıqdan  hazırlanmış  xörək 

dadlı, ətirli və yüksək yeyinti dəyərinə malik olur.  

Diri  və  təzəcə  ölmüş  balıq  təptəzədir  və  onun  əti 

sterildir.  Selikli  maddənin  ayrılması  və  bədənquruma 

ə

məliyyatına uğramış balıq əti təzədir, lakin ətin steril 



olmasına zəmanət yoxdur. 

Təzə balıq əti keyfiyyətlidir. Balıqovlama vətəgə-

ləri istehlakçıların yaşadığı yerdən uzaq olmadığı üçün, 

onlar əsasən təzə balıqla təmin olunurlar. 

“Qurani-Kərim”in  Fatir  surəsinin  12-ci  ayəsində 

təzə  balıqdan  istifadə  edilməsi  göstərilib.  Avtolizə 

uğramış  balıq  əti  yeməli  olsa  da,  ətin  keyfiyyəti 

olduqca aşağıdır. 

Təptəzə balığın yeyinti dəyəri 100% olduğu halda, 

təzə  və  soyudulmuşu  –  80-90%,  dondurulmuşu  –  60-

70%-dən  çox  deyildir.  Duzlanmış  balığın  yeyinti 

dəyəri çox azdır. 

Yuxarıdakı  qısa  izahatdan  aydın  olur  ki,  Nəhl 

surəsinin  14-cü  ayəsində  göstərilən  təptəzə  balıq  sözü 

dərin  elmi  məna  kəsb  edir  və  ilk  dəfə  bu,  “Qurani-

Kərim”də  göstərilmişdir.  Allah  hər  şeyi  biləndir. 

Ucalardan ucadır Allah. 

 

Balıq – şəriətdə 

 

Seyyid Ruhullah Xomeyni Əl-Musavinin «Tozihil-



Məsail»  (şəriət  məsələləri)  kitabını  Azərbaycan  dilinə 

tərcümə  edən  Hacı  Adil  Zeynalovdur.  Həmin  kitabda 

şə

riətə aid 2887 məsələnin izahı verilmişdir, o cümlədən 




 

146


balığa dair. 

Ayatullah  Xomeyni  böyük  din  xadimi  və  1978-ci 

ildən  Iran  Islam  Respublikasının  rəhbəri  olmuşdur.  O, 

1990-cı  ildə  vəfat  etmişdir.  Ayatullah  Xomeyninin 

fikrincə; 

1.  Pulcuqsuz balığı yemək haramdır; 

2.  Balıq  suda  ölsə  pakdır,  lakin  onu  yemək 

haramdır; 

3.  Əgər  balıq  sudan  kənara  düşsə,  ya  ləpə  onu 

kənara  atsa,  ya  su  çəkilib  balıq  quruda  qalsa,  belə  ki, 

ölməmişdən  əvvəl  onu  tutsalar,  can  verəndən  sonra 

onu yemək halaldır. 

 

Pulcuqsuz balığı yemək haramdır?! 

 

Nə üçün pulcuqsuz balığı  yemək haram, pulcuqlu 



balığı yemək isə halaldır? Bu suala cavab vermək üçün 

balığın  bədən  örtüyü,  qidalanma  xüsusiyyəti, 

mikroflorası və bir neçə başqa məsələlərə nəzər salmaq 

lazımdır. 

Balıqların  bədəni  dəri  ilə  örtülüdür.  Dəri  balığın 

bədəni ilə xarici mühit arasında sərhəddir. Dəri örtüyü 

balığın bədənini və daxili üzvlərini mexaniki, kimyəvi 

və  temperatur  təsirindən  qoruyur.  Bundan  əlavə  ba-

lıqlarda dəri örtüyü suyun, qazların, üzvi və qeyri-üzvi 

maddələrin sovrulmasında və xaric olunmasında iştirak 

edir. 

Ə

sasən,  balıqların  dərisi  pulcuqlarla  örtülü  olur. 



Lakin az da olsa pulcuqsuz balıqlar da vardır. Azərbay-

canda  ovlanan  balıqlardan  naqqa  və  ilanbalığının  bə-

dənləri  ancaq  dəri  örtükdən  ibarətdir.  Nərəkimilərin 

bədəni 5 cərgə iri və xırda sümük pulcuqlarla (dumur-

cuqla)  örtülüdür.  Bunları  bişirdikdə  belə  həll  olmur. 



Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə