Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə49/119
tarix26.03.2018
ölçüsü2,75 Mb.
#34699
1   ...   45   46   47   48   49   50   51   52   ...   119

 

157


“Xurma  yeməyə  meylim  yox  idi,  sadəcə,  balıq  əti 

yemişdim”. 

Sonra dedi: “Hər kəs axşam balıq əti yesə və onun 

arxasınca  bir  neçə  xurma  və  ya  bal  yemədən  yatsa, 

səhərə kimi iflicin əlamətləri özünü büruzə verəcək”. 

Imam Cəfər Sadiq (ə) buyurub:  

1.  “Balıq  əti  çox  yemək  vərəm  xəstəliyinə  səbəb 

olar”. 


2. “Təzə balıq əti yemək bədəni əridər”. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

158


ŞƏ

FA   MƏNBƏYI   ZEYTUN 

 

“Qurani-Kərim”də 

diqqətimizi 

cəlb 


edən 

qidalardan  biri  də  zeytundur.  Son  dövrlərdə  aparılan 

araşdırmalar  zeytunun  təkcə  ləzzətli  bir  qida  deyil, 

həm  də  mühüm  bir  sağlamlıq  mənbəyi  olduğunu 

göstərib.  Zeytun  və  zeytun  yağı  haqqında  “Qurani-

Kərim”in 7 surısinin 9 ayəsində zeytun və zeytun yağı 

haqqında Allah kəlamı buyrulmuşdur. 

 

“Qurani-Kərim”də zeytun və zeytun yağı   



haqqında ayələ

 

Sıra  

Sayı 

Surənin 

nömrəsi 

Surənin adı 

Ayələrin nömrəsi 

ə



l-Ənam 

99,  141 



12 


Yusif 

49 


16 


ə

n-Nəhl 


11 

23 


ə

l-Muminun 

20 

24 


ə

n-Nur 


25, 35 

80 


Ə

bəsə 


29 

95 


ə

t-Tin 


 

“Allah  göylərin  və  yerin  nurudur.  (Kainatı  ya-



radıb ona nur verən, yer və göy əhlinə haqq yolu gös-

tərən  xaliqdir).

  Onun  (Peyğəmbərimizin  və  möminlə-

rin  qəlbində  olan)

  nuru,  içində  çıraq  olan  bir  tax-

çaya  bənzər;  taxçadakı  o  çıraq  bir  qəndilin  için-

dədir,  o  qəndil  isə,  sanki  parlaq  bir  ulduzdur.  O 

çıraq  nə  şərqdə,  nə  də  qərbdə  (aləmin  ortasında) 

olan  mübarək  bir  zeytun  ağacından  yandırılır...”. 

(ən-Nur, 24/35). 

Yuxarıdakı  ayənin  əslində  «mubarəkətin  zeytunə-



 

159


tin»  ifadəsi  ilə  zeytun  “bərəkətli,  müqəddəs,  faydalı, 

saysız xeyir verən” mənalarına gələn mübarək sifəti ilə 

qeyd edilmişdir. “Zeytuha” ifadəsi ilə bildirilən zeytun 

yağı başqa qatı  yağların  əksinə olaraq bütün mütəxəs-

sislər  tərəfindən  başda  ürək  və  qan-damar  sağlamlığı 

olmaqla  ən  çox  tövsiyə  edilən  yağ  növü  kimi  tanınır. 

Zeytun  yağının  sağlamlıq  baxımından  faydalarını  bu 

cür qeyd edə bilərik. 

 

Ürək və qan-damar sağlamlığına faydası 

 

Zeytun  və  zeytun  yağındakı  yağ  turşularının  ək-

səriyyəti  doymamış  yağ  turşularıdır.  Belə  yağlarda 

xolesterin  olmur.  Buna  görə  də  zeytun  yağı  qandakı 

xolesterin səviyyəsini qaldırmır, əksinə, onu nəzarətdə 

saxlayır.  Bundan  başqa,  zeytun  yağının  tərkibində 

bədən  üçün  zəruri  olan  (EFA:  essential  fatty  asit) 

omeqa-6 yağ turşusu (linolen turşu) var. Buna görə də 

səhiyyə  təşkilatları  (Dünya  Səhiyyə  Təşkilatı  WHO) 

damar kirəcləşməsi, şəkər xəstəliyi faizinin çox olduğu 

cəmiyyətlərdə 

istifadə 

edilən 

yağlardakı 



yağ 

turşusunun  ən  az  30%-nin  omeqa-6  yağ  turşusu 

olmasını tövsiyə edir. Bu da zeytunun dəyərini yüksək 

səviyyədə artırır. 

Bu sahədə aparılan tədqiqatlar 1 həftə boyunca hər 

gün  25  ml  –  təxminən  2  xörək  qaşığı  –  təbii  zeytun 

yağı  qəbul  edən  insanların  daha  az  LDL  (pis  xoles-

terin)  və  daha  yuxarı  antioksidant  səviyyələri  göstər-

diyini təsdiqləyib. Antioksidantlar bədənimizdəki “sər-

bəst radikallar” adlı zərərli maddələrin zərərsizləşdiril-

məsi  və  hüceyrəyə  zərər  verilməsinin  qarşısının  alın-

ması  baxımından  çox  zəruridir.  Zeytun  yağından  isti-

fadənin  xolesterinin  səviyyəsini  aşağı  salması  və  ürək 



 

160


xəstəliklərinin  qarşısını  alması  bir  çox  araşdırmalarla 

da təsdiq edilib. 

Zeytun  yağı  qanda  dövr  edən  LDL  adlı  zərərli 

xolesterinin  səviyyəsini  aşağı  saldığı,  HDL  adlı 

xolesterin səviyyəsini isə yüksəltdiyi üçün ürək və qan-

damar  xəstələrinə  dərman  kimi  tövsiyə  edilir.  Ürək-

damar xəstəliklərinə çox rast gəlinən ölkələrdə əksərən 

yüksək xolesterin səviyyəsinə malik doymuş yağlar iş-

lədilir. Bununla yanaşı, zeytun yağı bədəndəki omeqa-

6  turşusunun  omeqa-3  yağ  turşusuna  nisbətini  də 

pozur. Omeqa-3 və omeqa-6 yağ turşularının müəyyən 

səviyyədə  qəbul  edilməsi  çox  vacibdir.  Çünki  bu 

nisbətin  pozulması  immunitet  və  ürək  xəstəlikləri,  o 

cümlədən  xərçəng  xəstəliyi  kimi  bir  çox  xəstəliklərin 

inkişafına  gətirib  çıxarır.  Məhz  buna  görə  də  bir  çox 

insanlar  zeytun  yağı  ilə  şəfa  tapırlar.  Amerika  Ürək 

Cəmiyyəti  ürək  xəstəlikləri  riskini  azaltmaq  üçün 

doymamış  turşulu  yağ  pəhrizinin  30%-ni  az  yağlı 

pəhrizə alternativ ola biləcəyini bildirir. 

(Allah) Onunla (o su iləsizin üçün əkin (taxıl, 

bitki)

,  zeytun,  xurma,  üzüm  və  bütün  (başqa)  mey-

vələrdən  yetişdirir.  Düşünüb-daşınanlar  üçün  bun-

da  (Allahın  vəhdaniyyətini  sübut  edən)  dəlillər  var-

dır!” (Ən-Nəhl 16/11). 

 

Xəəng xəstəliyinin qarşısının alınması 



 

“The  Archives  of  Internal  Medicine”  jurnalında 

dərc  olunan  bir  tədqiqat  əsəri  yüksək  nisbətdə 

doymamış yağ istifadə edən qadınların döş xərçənginə 

düçar olması riskinin az olduğunu göstərmişdir.  

Nyu-Yorkda Buffalo Universiteti tədqiqatçılarının 

apardığı  başqa  bir  çalışmada  isə  bitki  yağlarından  biri 



Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə