Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə50/119
tarix26.03.2018
ölçüsü2,75 Mb.
#34699
1   ...   46   47   48   49   50   51   52   53   ...   119

 

161


kimi  zeytun  yağının  B-sitosterolun  prostat  xərçəng 

hüceyrələrinin  yaranmasının  qarşısını  almaqda  kömək 

etdiyi bildirilir. Tədqiqatçılar B-sitosterolun hüceyrələ-

rin bölünməməsi əmrini  verən hüceyrədaxili xəbərləş-

mə  sistemini  gücləndirdiyi,  bununla  da  hüceyrə  böyü-

məsi  nəzarətdən  çıxmadan  xərçəngin  qarşısının  alına 

biləcəyi nəticəsinə gəliblər. 

Oksford Universitetinin həkimləri tərəfindən aparı-

lan  sonuncu  araşdırmada  da  zeytun  yağının  bağırsaq 

xərçənginə  qarşı  qoruyucu  xüsusiyyətə  malik  olduğu 

aşkar  edilib.  Həkimlər  zeytun  yağının  bağırsaq  xərçən-

ginin başlamasının qarşısını almaq üçün mədədəki turşu 

ilə  reaksiyaya  girdiyini  kəşf  ediblər.  Oksford  tədqi-

qatçıları zeytun  yağının öd turşusu miqdarını azaldaraq 

və  DAO  (diamin  oksidaz  adlı  ferment)  səviyyəsini 

yüksəldərək anormal hüceyrə artımına və xərçəngə qarşı 

qoruyucu olduğunu da üzə çıxarıblar. 

 

Artritin (oynaq iltihabı) qarşısının alınması 



 

Tədqiqatçıların  hesabatlarına  görə,  bol  miqdarda 

zeytun yağı və bişmiş tərəvəz yeyən insanların oynaq-

larındakı şişmə, qızartı və ağrıya (xroniki iltihablanma-

ya) səbəb olan revmatizmal artrit keçirmək riski azalır. 

 

Sümüyün inkişafına kömək etməsi 



 

Zeytun  yağının  tərkibindəki  E,  A,  D  və  K  vita-

minləri uşaqların və yeniyetmələrin sümüyünün inkişa-

fına  kömək  etməsi,  kalsium  miqdarını  sabitləşdirərək 

sümükləri gücləndirməsi baxımından çox vacibdir. Bu 

yağlar  yaşlılara  da  xüsusi  tövsiyə  edilir,  çünki  həzm 

olunması  asandır  və  minerallarla  bədəndə  istifadəsinə 



 

162


kömək  edir.  Həmçinin  sümük  mineralizasiyasını  (mi-

neralların  sümüklərdə  çökməsi)  hərəkətə  keçirərək, 

kalsium  itkisinə  əngəl  olur.  Sümüklər  orqanizmin 

mineral  quruluşunun  anbarını  yaradır  və  sümüklərdə 

mineral  yığımı  olmayanda  sümük  yumşalması  kimi 

ciddi  problem  əmələ  gəlir.  Bu  baxımdan  zeytun 

yağının skelet quruluşuna çox müsbət təsiri var. 

 

Qocalmağın qarşısını alır 



 

Zeytun yağının tərkibindəki vitaminlər hüceyrələri 

təzələmək  xüsusiyyətinə  malik  olduğu  üçün  ondan 

qocalığın  qarşısının  alınmasında  da  istifadə  edilir, 

çünki  zeytun  yağı  dərini  qidalandırır  və  qoruyur. 

Qidalar  bədənimizdə  enerjiyə  çevrilərək  oksidant  adlı 

bəzi maddələr ortaya çıxır. Zeytun  yağı özündə ehtiva 

etdiyi çoxsaylı antioksidant maddələrlə bədənin zərərli 

maddələrlə  zədələnməsinin  qarşısını  alır,  hüceyrələri-

mizi təzələyir, toxuma və orqanlarımızın yağlanmasını 

ləngidir.  Zeytun  yağı bədənimizdəki hüceyrələrə zərər 

verən,  onları  qocaldan  «sərbəst  radikallara»  təzyiq 

edən E vitamini baxımından da zəngindir. 

 

Uşaqların inkişafına müsbət təsiri 



 

Zeytun  və  zeytun  yağı  tərkibində  olan  linolen 

turşusuna  (omeqa-6  yağ  turşusu)  görə  təzə  doğulmuş 

körpələr,  inkişaf  mərhələsində  olan  uşaqlar  üçün  çox 

faydalı  bir  qidadır.  Linolen  turşusunun  az  olması 

uşağın  inkişafının  ləngiməsinə  və  bəzi  dəri 

problemlərinin  yaranmasına  səbəb  ola  bilər.  Zeytun 

yağında  bədənimizdə  olan  zərərli  maddələrin  təsirinin 

qarşısını  alan  antioksidant  elementlər  və  insan  üçün 

böyük  əhəmiyyət  kəsb  edən  yağ  turşuları  var.  Bunlar 




 

163


da  hormonlara  dəstək  olur  və  hüceyrə  zərinin  əmələ 

gəlməsinə kömək edir. Zeytun yağı ana südündəki yağ 

turşusu  nisbətinə  oxşayır,  bununla  bərabər  bir  çox 

doymamış tərkiblərə də malikdir. 

Zeytun  yağı  insan  bədəni  tərəfindən  əldə  edilə 

bilməyən,  həmçinin  bədənin  zəruri  ehtiyac  duyduğu 

ə

sas  yağlı  turşular  baxımından  kifayət  edəcək  bir 



mənbədir.  Bu  amillər  zeytun  yağını  təzə  doğulan 

körpələr  üçün  çox  faydalı  maddəyə  çevirir.  Doğuşdan 

ə

vvəl və sonra körpə beyninin və sinir sisteminin təbii 



inkişafına  müsbət  təsiri  olduğuna  görə,  mütəxəssislər 

tərəfindən  analara  məsləhət  görülən  yeganə  yağ  yenə 

zeytun  yağıdır.  Bu  yağ  ana  südündəkinə  yaxın 

miqdarda  linolen  turşusu  ehtiva  edir.  Bununla  yanaşı, 

yağsız  inək  südünə  zeytun  yağı  əlavə  ediləndə,  o  ana 

südü qədər təbii bir qida xüsusiyyəti qazanır. 

 

Təzyiqi aşağı salması 

 

“The  Archives  of  Internal  Medicine”  jurnalının 

2000-ci  il  27  mart  tarixli  sayında  dərc  olunan  bir 

araşdırma zeytun  yağının yuxarı qan təzyiqinə müsbət 

təsirini  bir  daha  vurğulamışdır.  Bundan  başqa,  zeytun 

yağının  yarpağından  təzyiqi  aşağı  salan  dərmanlar 

hazırlanır. 

 

Daxili orqanlara faydası 



 

Isti  və  ya  soyuq  halda  qəbul  edilməsindən  asılı 

olmayaraq  zeytun  yağı  mədə  turşusunu  azaldaraq 

mədəni  qastrit  və  xora  kimi  xəstəliklərdən  qoruyur. 

Bununla  yanaşı,  öd  ifrazatını  sürətləndirərək  onun  ən 

mükəmməl hala gəlməsini təmin edir. Öd kisəsinin bo-




 

164


ş

alma fəaliyyətini nizamlayır və öd daşı riskini azaldır. 

Tərkibindəki xlor sayəsində də qaraciyərin çalışmasına 

kömək  edir.  Bununla  da  bədənin  tullantılardan  xilas 

olmasını  asanlaşdırır.  Bunlardan  başqa,  beyin,  aorta 

damarlarının da sağlamlığına müsbət təsir göstərir. 

Zeytun  yağı  bütün  bu  xüsusiyyətlərinə  görə  son 

dövrlərdə  mütəxəssislərin  diqqətini  cəlb  edir. 

Mütəxəssislərin izahlarından bir qismi ilə tanış olaq. 

Sağlamlıq  və  qidalanma  sahəsində  nüfuzlu  şəxs-

lərdən  biri  sayılan,  “Qida  əczaxanası”  (“The  Food 

Pharmacy”)  və  “Qidalar  –  möcüzəli  dərmanlarımız” 

(“Food – Your Miracle Medicine”) kitablarının müəlli-

fi,  SNN  telekanalının  mükafatlı  müxbiri,  beynəlxalq 

köşə yazarı olan Jan Karper:  

“Italiyada  aparılan  yeni  tədqiqatlar  nəticəsində 

zeytun  yağının  özündə  LDL  xolesterinin  arteriya 

damarlarına  tıxac  yaratmaq  xüsusiyyəti  də  daxil 

olmaqla  bəzi xəstəlik mərhələləri  ilə  döyüşən  …  anti-

oksidantlar ehtiva etdiyini aşkarlayıb”. 

Pəhriz və qidalanma mütəxəssisi Pet Beird:  

“Zeytun yağının hərtərəfliliyi…onun bədənin sağ-

lamlığına  olan  faydası  haqqında  öyrənəcəyimiz  daha 

çox şey var”. 

Harvard  Universitetinin  xalq  sağlamlığı  məktəbi 

epidemiologiya bölümü başqanı dr. Dimitrios Triçopu-

los:  

“Amerikalı qadınlar doymuş yağların əvəzinə daha 



çox  zeytun  yağı  istifadə  etsəydilər,  döş  xərçəngi 

riskində  50%  qədər  azalma  baş  verə  bilərdi…  Zeytun 

yağı  bəzi  bədxassəli  şiş  növlərinə  –  prostat,  döş, 

onurğa, pulcuqlu hüceyrə və qida borusu şişlərinə qarşı 

qoruyucu təsirə malikdir”. 



Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə