Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə52/119
tarix26.03.2018
ölçüsü2,75 Mb.
#34699
1   ...   48   49   50   51   52   53   54   55   ...   119

 

168


edir,  tərkibi  antioksidləşdiricilərlə  zəngin  olduğundan 

uşaqlarda  və  yaşlılarda  beyin  və  sinir  sisteminin  inki-

ş

afı və  yeniləşməsində mühüm rol oynayır, orqanizm-



də 99-100% mənimsənilir. Zeytun yağından soyuq qəl-

yanaltıların  və  qızartmaların  hazırlanmasında  istifadə 

olunması  sağlamlıq  üçün  əhəmiyyətlidir.  Eyni  za-

manda  zeytun  yağından  unlu  şirniyyat  məmulatının 

(keks,  yağlı  biskvit,  peçenye  və  digər  məhsulların) 

hazırlanmasında  istifadə  olunması  məsləhət  görülür. 

Çünki bu yağ məmulata xüsusi ləzzət verməklə yanaşı 

onun  qurumasının  qarşısını  alır.  Zeytun  yağı  həzm, 

qaraciyər  və  öd  kisəsinin  pozğunluğu  olan  insanlara 

yaxşı  təsir  göstərir.  Belə  xəstələrə  səhər  acqarnına  bir 

qaşıq  zeytun  yağı  içmək  məsləhət  görülür.  Zeytun 

yağından  aterosklerozun  profilaktikasında  və  onun 

mürəkkəb  formalarının  qarşısının  alınmasında  istifadə 

etmək  olar.  Zeytun  yağı  dərinin  qoruma  funksiyasını 

gücləndirir,  tonusu  artırır,  qocalmanı  ləngidir  və 

orqanizmdə  kalsiumun  daha  yaxşı  mənimsənilməsini 

təmin  etməklə  sümük  toxumasının  artımına  və 

möhkəmlənməsinə kömək edir. 

Son illər “Bakı Yağ zavodu”-nda “Zeytun bağları” 

və “Final” ticarət nişanı ilə zeytun yağı istehsal olunur. 

Gigiyenik 

normalara 

ə

məl 


olunaraq 

qabaqcıl 

texnologiyanın  tətbiqi  ilə  istehsal  olunan  zeytun  yağı 

250,  500  və  750  qram  kütlədə  4  qranlı  şüşələrdə 

Riviera  tipli  zeytun  yağı  kimi    istehlakçılara  təqdim 

olunur. 


Qeyd  etmək  lazımdır  ki,  zeytun  yağları  3  qrupda 

satışa  çıxarılır.  Təbii  zeytun  yagı,  Rafinə  zeytun  yağı 

və  Riviera  zeytun  yagı.  Təbii  zeytun  yağının  canlı  və 

kəskin  qoxusunu  bəyənməyənlər  Riviera  zeytun  ya-




 

169


ğ

ından istifadə edə bilərlər. Riviera zeytun yağı almaq 

üçün  Rafinə  zeytun  yağı  təbii  zeytun  yağı  ilə  qarış-

dırılır.  Respublikada  istehsal  olunan  zeytun  yağı  tələ-

batı ödəmədiyindən bir çox xarici ölkələrdən də zeytun 

yağı  gətirilib  istehlakçılara  satılır.  Zeytun  yağının  is-

tehsalı  müxtəlif  proseslərlə  başa  çatdırıldığından,  son 

məhsulun  keyfiyyəti  də  müxtəlif  olur.  Xaricdə  əsasən 

Virgen,  Riviera  və  Pomos  tipli  zeytun  yağı  istehsal 

olunur. Respublikamıza əsasən zeytun yağının istehsalı 

ilə  məşğul  olan  3-cü  ölkələrdən  aşağı  keyfiyyətli 

zeytun yağı daxil olur. Bunların əsasını nisbətən aşağı 

keyfiyyətli  olan  Pomos  zeytun  yağı  təşkil  edir.  Lakin 

alıcılar  zeytun  yağı  alarkən  etiketdə  olan  Pomos 

sözünə fikir vermirlər və xaricdən alınan yağlara daha 

çox  meyl  göstərirlər.  Bu  yağların  qiymətlərində  çox 

fərq  olmur,  lakin  keyfiyyətcə  Riviera  tipli  satışa 

verilən  zeytun  yağı  bütün  göstəricilərinə  görə  Pomos 

zeytun yağından üstündür. Əvvəla Riviera zeytun yağı 

təbii və rafinə zeytun yağının qarışığıdır və ona görə də 

standartın  bütün  tələblərinə  uyğundur.  Lakin  Pomos 

zeytun  yağı  əsas  istehsal  prosesi  başa  çatdıqdan  sonra 

yerdə  qalan  jmıxdan  və  zeytun  məhsulları  istehsalının 

qalıqlarından  hazırlanır  və  keyfiyyətcə  Rivieradan 

aşağıdır. 

 “Bakı  Yağ  zavodu”-nda  istehsal  olunan  “Final” 

ticarət nişanı və Riviera tipli zeytun yağının rəngi açıq 

yaşılımtıl çalarlı sarıdır, şəffaf və parlaqdır, dadı təmiz 

və  neytraldır,  mikrobioloji  və  zərərsizlik  göstəriciləri 

Tibbi  Bioloji  Təlimata  uyğundur.  Nəmlik  və  uçucu 

maddələrin  miqdarı-  0-dır  (standartda  0,2%-dən  çox 

olmaması  göstərilir);  xalis  yağın  miqdarı-100%-dir; 

sərbəst  yağ  turşularının  miqdarı-0,29%-dir  (standart 



 

170


göstərici əla sort üçün 0,75%-dir); peroksid ədədi-2,8-

dir  (standartına  görə  15-dən  çox  olmaz).  Xolesterin-

sizdir.  Zeytun  yağının  tərkibində  72  mq/100  qram  E 

vitamini  (tokoferol)  vardır  ki,  bunun  da  90%-ni  daha 

fəal olan α -tokoferol təşkil edir. 100 qram zeytun yağı 

899 kkal enerji verir. 

 

Zeytun yağı haqqında hədislə

 

 Rəsuli-Əkrəm (s.ə.v.) buyurub: “Sizə tövsiyə edi-



rəm zeytun  yağını. O, ödü açar, bəlğəmi aparar, əsəbi 

bərkidər,  yorğunluğu  aparar,  xasiyyəti  yaxşılaşdırar, 

nəfəsə xoş ətir verər, qəm-qüssəni aparar”. 

Rəsuli-Əkrəm  (s.ə.v.)  Əliyə  (ə)  tövsiyə  edərək 

buyurur:  “Ya  Əli,  zeytun  yağını  yeginən  və  onu 

bədəninə  sürt.  Həqiqətən,  kim  onu  yesə  və  bədəninə 

sürtsə, Şeytan ona qırx səhər yaxın düşə bilməz”. 

Rəsuli-Əkrəm  (s.ə.v.)  buyurub:  “Zeytun  yağını 

yeyin  və  onu  bədəninizə  sürtün,  çünki  o,  mübarək  bir 

ağacdan hasilə gəlib”. 

Burada  “mübarək  ağac”  ifadəsilə  o  Cənab  (s.ə.v.) 

“Quranı-Kərim”in  iyirmi  dördüncü  (Nur)  surəsinin 

otuz beşinci ayəsindəki kəlamı nəzərdə tutmuşdur. 

“…  O  çıraq  nə  şərqdə,  nə  də  qərbdə  (aləmin 

ortasında) 

olan  mübarək  bir  zeytun  ağacından 

yandırılır.  Onun  (zeytun  ağacının)  yağı  özünə  od 

toxunmasa  da,  sanki  (haradasa)  işıq  saçır.  O,  nur 

üstündə nurdur…” (ən-Nur, 24/25). 

Təfsirlərdə  deyilir  ki,  bu,  yəni  zeytun  ağacı,  yer 

yox, göy ağacıdır. 

Peyğəmbər (s.ə.v.): 

1.  Zeytun  yağı  için,  onu  bədəninizə  çəkin.  O, 

mübarək ağacdır. 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə