Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə54/119
tarix26.03.2018
ölçüsü2,75 Mb.
#34699
1   ...   50   51   52   53   54   55   56   57   ...   119

 

174


Yağışın  yağması  ilə  meyvələrin  bar  verməsi  və 

həmin  barlardan  insanların  yemələri  haqqında  aşağı-

dakı ayələri oxumaq lazımdır: 

"Ölü  torpaq  onlar  üçün  (qiyamət  günü  ölüləri 

dirildəcəyimizə

bir  dəlildir.  Biz  onu  (yağışla) 

dirildir,  oradan  (arpa,  buğda,  düyü  və  s.  kimi) 

dənələr çıxardırıq, onlar da onlardan yeyirlər". 

"Biz  orada  xurma  və  üzüm  bağları  əmələ 

gətirir, bulaqlar qaynadırıq ki,"  

"Onların  meyvələrindən  və  öz  əlləri  ilə  becər-

diklərindən  (yaxud  becərmədiklərindən)  yesinlər. 

Hələ də şükür etməzlər?" (Yasin, 36/33, 34, 35). 

Bitkiçilikdən söhbət getdikdə əsasən taxıl bitkiləri 

və  meyvə-tərəvəzlər  haqqında  oxucuları  məlumatlan-

dırmaq yerinə düşür. 

 

TAXIL B TK LƏR  VƏ ÇÖRƏK HAQQINDA 

 

Taxıl  bitkiləri  qədimdən  insanların  qidalandığı 

ə

sas  məhsullardandır.  El  arasında  belə  bir  deyim  hələ 



də  mövcuddur.  Buğdanı  yeyib  cənnətdən  çıxıb.  Bu 

sözün  yaranmasına  səbəb  Adəmlə  (ə)  Havvanın 

ş

eytanın  vəsvəsəsinə  uyub  Allahın  onlara  qadağan 



etdiyi  ağacın  meyvəsindən  yemələri  və  buna  görə 

Cənnətdən qovulmalarıdır. Bir çox mənbəələrdə bunun 

buğda olduğu güman edilir. 

Taxıl  bitkilərinin  üyüdülməsilə  un  əldə  edilir,  un 

ə

sasında  da  hələ  qədimdən  çörək  və  digər  qida 



məhsulları hazırlanır.  

“Qurani-Kərim”in  10  surəsinin  21  ayəsində  bitki 

və taxıl haqqında Allah kəlamları buyurulmuşdur. 

 

  




 

175


“Qurani-Kərim”də bitki və taxıl haqqında ayələ

 

Sıra  

Sayı 

Surənin 

nömrəsi 

Surənin adı 

Ayələrin nömrəsi 

10 


Yunus  

24 


13 


ə

r-Rəd 


3, 35 

15 


ə

l-Hicr 


15, 19, 22 

20 


Taha  

53 


22 


ə

l-Həcc 




26 


əş

-Şuəra 




27 


ə

n-Nəml 


60 

36 


Yasin 

33, 34, 35, 36 



50 


Qaf  

7, 9, 1 0 



10 

80 


Ə

bəsə  


24-27 

 

“...(Ey  insan!) 



Sən  yer  üzünü  qupquru  görür-

sən.  Biz  ona  yağmur  endirdiyimiz  zaman  o,  hərə-

kətə  (cana)  gəlib  qabarar  (yaxud  xəmir  kimi  acıyar) 

və  hər  növ  gözəl  (meyvədən,  bitkidən)  bar  gətirər.” 

(əl-Həcc, 22/5). 



“Məgər onlar yer üzünə baxıb orada növbənöv 

gözəl (bitkilər və meyvələr) yetişdirdiyimizi  görmür-

lər?” (əş-Şuəra, 26/7). 

“Biz göydən bərəkətli su endirdik, sonra onunla 

bağlar  və  (arpa,  buğda  və  s.  bu  kimi)  biçilən  taxıl 

dənələri yetişdirdik.” (Qaf, 50/9). 

“ nsan  hələ  bir  yeməyinə  baxsın!  (Görsün  ki, 

ona  necə  ruzi  verdik).

  Həqiqətən,  Biz  yağışı  bol 



yağdırdıq.  Sonra  yeri  gözəl  yaratdıq (yaxşı yardıq)

Belə  ki,  orada  dən  (dənli  bitkilər)  göyərtdik;” 

(Əbəsə, 80/24-27). 

Bu  ayəti-kərimələrdən  göründüyü  kimi  Allah  Tə-

barəkə  Təala  öz  bəndələrini  yaşatmaq  üçün  növbənöv 




 

176


bitkilər, eləcə də taxıl (arpa, buğda və s.) yaratmışdır. 

Dənli  bitkilər  botaniki  xüsusiyyətlərinə,  kimyəvi 

tərkibinə,  təyinatına  və  digər  əlamətlərinə  görə  əsasən 

3 qrupa ayrılır. 

1.  Taxıl  cinsinə  mənsub  olan  dənli  bitkilər  2 

yarımqrupa ayrılır. 

1.1.  Əsas  taxıl  tipli  bitkilərə  buğda,  çovdar,  arpa 

və vələmir aiddir. 

1.2. Darıyabənzər tipli taxıl bitkilərinə darı, çəltik 

və qarğıdalı aiddir. 

2.  Qarabaşaq bitkisi. 

3.  Paxlalı-dənli  bitkilər  -  noxud,  nut,  lobya, 

mərci, lərgə, paxla və soya. 

Buğdanın 

tərkibcə 

orta 


hesabla 

84%-ni 


endosperm, 14%-ni kəpək və 2%-ni rüşeym təşkil edir. 

Taxıl  birdəfəyə  və  təkrar  üyütmə  üsulu  ilə 

üyüdülür.  Birdəfəlik  üyütmə  sadə  üyütmə  adlanır  və 

alınan məhsul nisbətən aşağı keyfiyyətli olur. 

Təkrar  üyütmə  iki  müxtəliflikdə  olur:  aşağı 

dərəcəli  üyütmə,  yüksək  dərəcəli  üyütmə.  Yüksək 

dərəcəli üyütmə sortlu üyütmə adlanır. Sortlu üyütmə – 

mürəkkəb üyütmədir. 

Təkrar  sadə  üyütmədə  95-96%-li  kəpəkli  buğda 

unu, 85-87%-li kəpəksiz və 63%-li ələnmiş çovdar unu 

alınır. 

Sortlu üyütmədə əla, o cümlədən dənəvər un, 1-ci, 

2-ci  sort  buğda  unları  əldə  edilir.  Bu  unlar  tərkibinə 

görə fərqlənirlər. 

Müasir  un  dəyirmanlarında  dən  üyüdülərkən  kə-

pək hissə tamamilə  ələnib kənar edilir. Kəpək hissədə 

vitamin,  minerallı  maddələr  və  protein  endospermdə-

kindən  çoxdur.  Ona  görə  də  unda  proteinin  miqdarı 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə