Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə56/119
tarix26.03.2018
ölçüsü2,75 Mb.
#34699
1   ...   52   53   54   55   56   57   58   59   ...   119

 

180


bişirilmiş  çörək  parçası  insan  ağlının  ən  böyük 

ixtirasından biri olmuşdur”. 

3 min il bundan əvvəl  yetişdirilmiş xəmirdən mə-

saməli çörəyin bişirilməsi Yunanıstanda da tətbiq olun-

mağa  başlamışdır.  Artıq  yeni  eranın  776-cı  illərində  I 

Olimpiya  oyunlarının  açılışı  zamanı  yarış  iştirakçıları 

və qonaqlara xüsusi delikotes -  yaxşı məsaməli ağ çö-

rək bişirilmişdir. 

Qədim  Yunanıstanda  məsaməli  buğda  çörəyi  ən 

dadlı yemək (qida, çərəz) hesab olunurdu. Belə çörəyi 

yalnız aristokratlar yeyirdilər. 

Misir  çörəkbişirmə  texnologiyasını  tətbiq  edən 

romalı  ustalar  çörəklə  yanaşı  yaxşılaşdırılmış 

məmulatlar  bişirmiş,  kiçik  müəssisələrdə  duru  xəmir-

maya  hazırlamışlar  ki,  bununla  da  maya  sənayesinin 

təməli qoyulmuşdur. 

Hər  bir  xalqa  məxsus  milli  mətbəx  ocaqlarının 

inkişaf edib təşəkkül tapması ilə əlaqədar çörək məmu-

latlarının da çeşidi artmağa başlamışdır. Çörək hər bir 

xalqın gücü, qüdrəti sayılır. “El-oba çörəyi ilə tanınar” 

demişlər.  Çörəyə  hörmət  və  ehtiram  bütün  xalqlarda 

olduğu kimi biz azərbaycanlıların da müqəddəs sayılan 

adətlərindəndir.  Elimizdə  hər  bir  qonaq  duz-çörəklə 

qarşılanmış, dostluq naminə çörək kəsilmişdir. 

Çörəyin qədrini bilmək müqəddəs borcdur. Çörək 

bolluqdur,  baş  ucalığıdır,  onu  qorumaq  ümumxalq 

işidir. Çörəyə qayğı və qənaətçillik münasibəti bəslən-

məlidir,  bu  iqtisadi  qüdrətin  əsas  amillərindən  biridir. 

Çörəyi  bol  olan  ölkə  həmişə  özünü  yenilməz  sanmış-

dır.  “Çörək  bol  olarsa,  basılmaz  Vətən”,  “Çörəyin 

qədrini  bilməyən,  elin  də  qədrini  bilməz”,  “Taxıl 

anbarlarda – xoş güzəran evlərdə” - demişlər. 




 

181


El-oba torpağın, həyat mənbəyi və diriliyin neməti 

olan  çörəyin  qədrini  bilmiş,  onu  hər  şeydən  üstün 

tutmuşdur. Çörək dostluq, qardaşlıq, etibar rəmzi olub. 

Çörəklə  bağlı  atalar  sözləri  (“Duz  çörək-düz  çörək”, 

“Çörəyi  tapdalamazlar”,  “Kişi  ilə  çörək  kəsərlər, 

namərdlə  yox”,  “Çörək  qan  kəsər»”,  “Çörəyə  and 

olsun”,  “Çörəyi  ver  çörəkçiyə,  birini  də  üstəlik”)  və 

deyimləri həyatın özündən yaranmışdır. 

Çörək gündəlik qida rasionunda mühüm yer tutur. 

Hazırda respublikada gündəlik çörək tələbatı 3,5-4 min 

ton  təşkil  edir  ki,  bu  ayda  90-120  min  ton  və  bir  ildə 

1200-1400  min  ton  çörək  deməkdir.  Respublikada 

2009-cu ildə 3 milyon ton taxıl istehsal olunduğu nəzə-

rə  alınarsa,  deməli  respublika  əhalisinin  tələbatı  tam 

ödənilməkdədir. 

Çörəyə tələbatın artması, əhalinin yaşayış səviyyə-

sinin  aşağı  olması  ilə  izah  edilir.  Çünki  respublikada 

çörək istehlakı fizioloji normadan çoxdur. 

Çörək-kökə  məmulatının  keyfiyyətini  və  bioloji 

dəyərliliyinin  yüksəldilməsi  həmişə  çörək  istehsalçıla-

rının  diqqət  mərkəzində  olmuşdur.  Çünki  çörək  digər 

ə

rzaq  məmulatlarına  nisbətən  daha  çox  və  hər  gün 



istehlak olunan qida məhsuludur. 

Çörək gündəlik qida rasionunda mühüm yer tutur. 

Çörək  əsasən  buğda  və  çovdar,  bəzi  hallarda  isə  arpa 

və  qarğıdalı  unlarından  hazırlanır.  Çörək  bişirmək 

üçün undan başqa, su, xörək duzu, maya, yumurta, süd 

və  süd  məhsulları,  şəkər,  xaş-xaş,  ədviyyat,  meyvə-

tərəvəz  püreləri  və  başqa  dad  və  tamverici 

maddələrdən  istifadə  edilir.  Çörəyin  tərkibində  5-8% 

zülal,  40-45%  karbohidrat  (əsasən  nişasta),  vitaminlər 

(B

1



,  B

2

,  B



6

,  PP,  H,  E  və  s.),  minerallı  (fosfor, 




 

182


maqnezium,  kalium,  kalsium)  və  digər  maddələr  var. 

Tədqiqatlar  nəticəsində  müəyyən  edilmişdir  ki,  xəmi-

rin  yetişməsi  və  çörəyin  bişirilməsi  dövründə  onun 

tərkibində  200-dən  çox  üzvi  birləşmələr,  o  cümlədən 

70 karbonlu, 23 spirt və fenol, 32 üzvi turşu, 17 efir, 9 

kükürdlü  birləşmə  və  başqa  maddələr  əmələ  gəlir. 

Bunlar, şübhə yoxdur ki, çörəyin ətrinin, dadının, rən-

ginin formalaşmasında mühüm əhəmiyyət kəsb edir. 

Hər  adam  gündə  450  q  çörək  və  çörək-kökə  mə-

mulatı yeməlidir. Fiziki işlə məşğul olanlar 700-800 q, 

zehni işlə məşğul olanlar isə 300-400 q çörək məmulatı 

yeməlidirlər.  Gündəlik  qidanın  tərkibində  ət,  balıq, 

yumurta  və  meyvə-tərəvəz  məhsullarının  xüsusi  çəki-

sini artırmaq hesabına çörəyi azaltmaq mümkündür. 

Orqanizmə  lazım  olan  gündəlik  enerji  dəyərinin 

üçdə  bir  hissəsi,  zülalın  30%-i,  fosforun,  dəmirin,  B

1

 

və  PP  vitaminlərinin  33-38%-i,  eləcə  də  kalsiumun, 



maqneziumun,  mikroelementlərin,  E,  H  və  B

6

  vita-



minlərinin  bir  hissəsi  çörək  və  çörək  məmulatının 

hesabına ödənilir. 

Çörəyin yüksək qidalılığı və mənimsənilməsi onun 

kimyəvi  tərkibindən,  içliyinin  quruluşundan,  maddə-

lərin vəziyyətindən, dadından və iyindən asılıdır. Çörə-

yin  kimyəvi  tərkibi  unun  tərkibindən,  əlavə  olunacaq 

tamlı maddələrdən, çörəyin istehsalı zamanı baş verən 

dəyişikliklərdən asılıdır. 

Unun  sortu  yüksəldikcə  çörəyin  nəmliyi  azalır, 

bununla əlaqədar olaraq  quru maddələr artır, sellüloza 

və  kül  elementlərinin  miqdarı  azalır,  həzm  olan 

karbohidratlar artır. Yaxşılaşdırılmış çörəklərdə yağ və 

şə

kər çox olur. 



Müxtəlif sortlu buğda unundan hazırlanmış çörək-


Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə