154
edib əvəzini ödəmədən ölməklə canını qurtaracağını və əldə etdiyi
xeyiri öz uşaqlarına qoyub gedəcəyini düşünməyəcəklər.
Rasional cəmiyyətdə adlar, əxlaq, ünsiyyət, nəzakət, universal
dəyərlər. Rəsmi etiket və şəxsi adlar
Cənab, mister, missis, bəy, bəyzadə, ağa, nökər, xanım,
xanımzada, sözləri məhz qeyri - rasionalist cəmiyyətlərdə -
quldarlıq, feodalizm və kapitalizmin maddi quruluşunun yaratdığı
sözlərdir. Yəni insanlar pulu çox olan və olmayanlar, gəlir gətirən
əmlakı, tabeliyində işçiləri olan və olmayanlara bölünmə əlamətinə
görə bu etiket adları yaranmışdır. Pullulara, işçiləri, gəlirli əmlakı
olanlara ağa, cənab, bəy, qadınlara isə xanım, xanımzadə adı
vermişlər. Bizim babalarımız tabeçilikdə olanlara, başqası üçün
işləyənlərə, gəlirli əmlakı olmayanlara, kasıblara bir xüsusi çağırış
növü yaratmamışlar, onlara sadəcə adları ilə, gədə, uşaq, nökər,
peşəkarlara usta, pinəçi, dəllək, aşpaz, dərzi, mehtər və s. adlar ilə
müraciət etmişlər. İndi hamıya aid edilən cənab, bəy, xanım sözləri
sadəcə anaxronizmdir, keçmişdən gəlmə sözlərdir. Bu sözlər hamıya
aid edilə bilməz və əgər gerçəkliyi əks etdirmirsə, nə üçün hamıya
aid edilməlidir. Hamı belə deyil axı.
İndiki və gələcək Azərbaycan cəmiyyətində hər insan adı bilik
və müdriklik dərəcəsini, əxlaqilik və xeyirxahlıq dərəcəsini, düzlük
və əyrilik dərəcəsini bildirən təxəllüslərə və əlavə ifadələrə malik
ola bilər. Ərəb və Fars adlarından, xüsusilə dini adlardan getdikcə
imtina etmək, daha çox qədim türk köklərindən gələn adlar, habelə
təbiətdən, təbiət hadisələrindən, bitkilərdən və dünya qanunlarının
adlarından və elementlərindən, onlara oxşayan adları yaratmaq,
böyük tarixi şəxsiyyətlərin, elm, bilik müdriklərinin adlarını qoymaq
məsləhətdir. 10 yaşına qədər mümkündür ki, müvəqqəti ad
qoyulsun,10 yaşında yenidən insanın adı ya təsdiqlənsin yaxud
özünün iştirkı ilə daha çox hansı keyfiyyətə, xarakterə uyğun gəlirsə,
ona oxşar ad qoyulsun- bu adın heç də indiyədək mövcud olması
vacib deyil. Ad tək sözdən yaxud iki sözdən, habelə üç sözdən ibarət
ola bilər.Vacibdir ki, qoyulan ad müəyyən mənanı bildirsin və
insanın həyat poqramını əks etdirsin və ya bu proqramı ona təlqin
etsin. Belə yanaşma,- düzgün ad seçmə- habelə insanlarda müəyyən
uğursuzluqların, xəstəliklərin qarşısını da almağa kömək edəcəkdir,
belə ki, bu məsələ adlardan da asılıdır. Bu mövqedən Dədə Qorqud
dastanındakı adlar tamamilə düzgün prinsiplə qoyulmuşdur.
155
Məsələn, Dədə Qorqud, Salur Qazan, Arşın oğlu Dirək təkur, Dəli
Dondar, Soğan Sarı, Dəlivuran, Dönəbilməz, Qaragünə, Baybura,
Banıçiçək. Göstərilən prinsiplə yeni adlar da yaratmaq olar ki, bu
adlar xüsusi mənanı, quş, gül, mineral, bitki, xoşa gələn digər canlı
adları ola bilər. Məsələn: Pərvaz, Pöhrə, Qayğıkeş, Kaman, Sərvaxt,
Ayıq, Xıdırnəbi, Ağlıiti, Əldənqoymaz, Sarıçiçək, Dəstəgül, Zirək,
Qoçaq, Sarıtel, Rahat, Heyran, Çaşmaz, Sapmaz, Mahiyyət, Niyyət.
Hər kəs hansı təxəllüsə, müraciət formasına, əlavəyə iddia
edirsə, onu icmada təklif edir və tələb olunan keyfiyyətlərdə olmağı
öhdəsinə götürür, müəyyən dövrdə etirazlar olmasa ona həmin adı
daşımaq üçün şəxsi ad verilmiş sayılır və sənədlə təsdiq olunur.
Məsələn, kimsə özünə əlavə müəllim adı daşımaq istəyir, o özünü
belə adlandırır (Əli müəllim) və icmada elan edir. Məsələn, bir il
ərzində o istənilən adama hər hansı bildiyi sahədə bilik öyrədir,
məsləhət verir, bu fakta kimsə etiraz etmirsə, o bu adı daşıyır və
adına müəllim sözü əlavə olunur. Bu fəaliyyəti o bütün həyatı boyu
icra etməlidir. Eynilə xeyirxah, ağıllı, hörmətli, mərhəmətli və s.
əlavə adları almaq üçün zəruri davranışda olmaq lazımdır. Hər hansı
bir peşə, nəzəri bilik verən adama müəllim adıdaşıya bilər, vacib
deyil ki, onun dövlət tərəfindən verilmiş xüsusi diplomu olsun.
Rasional Cəmiyyətdə gələcəkdə hamı bərabər və hörmətli, eyni
ictimai statuslu olacağı üçün onlara ağa, cənab, xanım demək -
statuslarda fərq qoymq, yersiz çıxır. İnsanlar yalnız ağıl, bilik
səviyyəsi, təcrübə, pul qazanmaq üçün məşqul olduqları sahə,
peşələri, xasiyyətləri ilə fərqlənəcəkdir,onlar arasındaşəxsi tabeçilik
olmayacaqdır, onlar yalnız ümumi qəbul etdikləri əxlaqa, planlara,
qərarlara, strategiyalara və qanunlara tabe olacaqlar. Yeni müraciət
formaları yaradılmalıdır. Məsələn, mahiyyətinə görə indi belə demək
olar: müəllim, əməkdaş, həmfikir, hörmətli, alim, böyük insan, gözəl
insan, dostum, məsləkdaşım; müdrik, ağsaqqal, məsləhətçi, ekspert,
böyük usta, böyük müəllim, mərifət sahibi, həkim, yaradıcı, ixtiraçı,
mərhəmətli, xeyirxah; müəllimlər müəllimi; ustalar ustadı, professor;
fəlsəfi baxışları da əks etdirmək olar, məsələn: pessimist, rasionalist,
hürufi, futurist; qadınlara da bu adla müraciət etmək olar, lakin
əlavə olaraq: müəllimə, ağbirçək, ana, millət anası, anamın gəlini,
alim anası, qəhrəman anası, ölkə anası, gözəl, bacı, nazənın, xoş
xasiyyət, mələk, mələksima, incə, xoşəhval, xoşqədəm, unudulmaz,
gülrahəli, bilik mücrüsü, xoşrəftar sözləri işlətmək olar. Siz istənilən
qədər əlavələr edə bilərsiniz. Bu aydındır ki, hamıya bəy, məmurlara
isə cənab demək hədsiz mənasız səslənir. Əgər məmur xalqın
156
xidmətçisidirsə, nə üçün ona cənab deyilsin? Əgər insanın rəsmi bəy
statusu ( lazımı kriteriyalara uyğunluq) yoxdursa, nə üçün ona bəy
deyilsin?
Xanım olmayan qadına, yəni zəruri ali və ya xüsusi əxlaq,
davranış təhsili, böyük əxlaqı, gözəl rəftarı və nitqi, xoş xasiyyəti
olmayan qadına xanım demək yersidir. Qadınlara daha böyük hörmət
olaraq yalnız savadlı, xeyirxah, mərifətli və gözəl nitqi, xoş rəftarı
olan qadınlara xanım adı əlavə oluna və ya birbaşa bu adla çağrıla
bilər. Bunu rəsmiləşdirmək və ali təhsili başa vuran və xanım statusu
haqda kriteriyalara uyğun olması yoxlama və müşahidələrlə
sınaqlarla sübut olunduqda həmin məzuna öz diplomunda xanım adı
verilməsi lazımdır. Yəni lazımı tələblərə cavab verməyən qadına
xanım demək yersizdir. Başqa qadınlara isə mürarciətdə yeni adlar
tapmaq lazımdır, xala, dayıqızı, əmiqızı, gəlin, nişanlı, hörmətli
qadın və s. adlar daha uyğun səslənir.
Biznes görüşlərində, tabeçilik və gəlirli əmlakı olan adamların
iclaslarında, görüşlərində və onların şəxsi idarə və firmalaraında və
onlarla yazışmalarda Bəy, Cənab, Xanım, Bəyim sözləri sahibkarlar
üçün; usta, bənna, dəllək, çilingər, satıcı, işçi, əməkdaş, yoldaş və s.
adlar icraçılar üçün işlənməsi məntiqidir.
Nəticə: Bəy və Xanım adlarının daşınması icmanın və ya
dövlətin qərarı ilə rəsmiləşdirilməsi məsləhətdir.
Bu sözlərdən hər hansı bir kombinasiya qurmaq məsləhətdir.
Məsələn: hörmətli əməkdaş, hörmətli müəllim; müəllim ana; gözəl
nazənin; gözəl qadın; hörmətli qadın. Yəni hər sözün əvvəlinə
hörmətli, böyük, gözəl, müdrik, mərhəmətli, xeyirxah, şəfqətli, səbrli,
xeyir qədəmli, gözü tox, açıq qəlbli, xoşsifət sözlərini artırmaq olar.
Sonrakı inkişaf nəticəsində məktublaşmada, iclasda çıxış zamanı
və ya sorğuda, ictimai yerdə, soruşduqda hər kəs öz adının əvvəlinə,
yaxud sonuna bu adlardan birini əlavə edəcəkdir. Yəni hər kəs özünə
xoş olan etiket adı qəbul edəcəkdir. Onunla tanınacaqdır. Bununla da
hər kəs kimlə danışdığını, onun xasiyətini və bilik dərəcəsini,
sahəsini, peşəsini biləcəkdir və hörmət edəcəkdir, daha aydın
məqsədlə danışacaqdır. Məsələn: Əli müəllim, Müəllimə İradə,
xoşqədəmli Zülfiyyə, hörmətli ağsaqqal Həsən, Ustad, Millət anası
Nəzakət, həkim Sabir, Qəlbi açıq Xatirə, Sona bacı, usta Əli.
Mənfi və ya qeyri adi – özünə oxşayan, yəni mahiyyətcə onun
bütün xarakterini, davranışını, xasiyyətini əks etdirən etiket adları da
kim istəsə özünə qəbul edə bilər, məsələn: küskün, şübhə edən,
tənqidçi, acıqlı, qoçu, qərib, pessimist, pəhləvan, quşqonmaz,
Dostları ilə paylaş: |