Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə60/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   56   57   58   59   60   61   62   63   ...   81

 
178 
və idarə sistemidir. Belə xarakter ictimai işdə  iştirak etməyi, vəzifə 
tutduqda düz işləməyə imkan vermir. Bir - birinizi sevməyə, 
icmanın,  vahid  xalqın mənafeyini üstün tutmağa,  ədaləti üstün 
tutmağa imkan vermir. Daim siz müxtəlif  seçimlər qarşısında 
qalırsınız:  əxlaqla yaşamaq, yaxud  əyri yolla yaşamaq, rüşvət 
vermək,  mühacirət etmək. Bəzən  vəzifə aldıqda, bunu əsasən 
qohumluq və dostluq və ya rüşvətlə alırsınız, siz rüşvət almağa və 
yuxarıya da verməyə  məcbur olursunuz.  Bu, əlbəttə    zəiflərə, 
biliksizlərə xoşdur, lakin biliklilərə  və bacarıqlılara xoş deyil. Sizin 
bütün davranışınız məhz dövlətin qanunu və idarəsi ilə yaratdığı 
məhsuldur. Siz rejimin məhsulusunuz. Bu ən böyük bəladır. Və 
gələcəyə ümid vermir.  
Sizin insanlararası davranışın kökündə  əsrlərcə formalaşmış 
yaxşı  milli xarakter nümunələri də vardır. Bu: qonaqpərvərlik, 
humanistlik, böyüyə, qadına hörmət və kömək, öz zəhmətilə 
yaşamaq, öz genlərinizdən gələn Zərdüştlük inanclarını qorumaq və 
əməl etmək, düzlüklə yaşamaq,  həqiqəti demək və digər 
keyfiyyətlərdir.  Bu  keyfiyyətlər tarixin çətin zamanlarından keçib 
gəlmişdir və itirilməmişdir. Bu xasiyyətlərə bir - birini zorla devirmiş 
və hakim qrupa xidmət edən dövlətlər, xanlıqlar, zorla qəbul 
etdirilmiş islam  dini bir çox zərərli təsir etmişdir. Ona yad 
xarakterlər, zorakılıq, öldürmək, oğurlamaq, aldatmaq kimi davranış 
etalonları, nümunələri  və bir çox idarə sistemlərinin yaratdığı nadan  
davranış  təcrübələrini  gətirmişdir. İslam bəşəriyyəti iki zidd qrupa - 
düzgün hesab etdiyi müsəlmanlara və  kafirlərə bölmüşdür. Bunu 
etməklə özü-özünə  qəbir qazmış,  özünü hissələrə parçalamışdır, 
özünü dünyaya qarşı qoymuşdur. Nadan ideologiyaya qarşı Seyid 
Əzim Şirvani çox düzgün demişdir:  
Demə bu müsəlman, ol kafirdir, 
Hər kəsin elmi var, o insandır” 
Bu obrazdan çıxmaqa yenə  də maariflənmə,  düz insani 
keyfiyyətlər, düz idarə sistemi, əxlaqi həyat haqda, rasional düşüncə 
və  rasional ictimai quruluş haqda, rasional qanun yaratma  və qərar 
qəbulu metodu haqda biliklər  və onların öyrənilməsi və  tətbiqi 
kömək edərdi. Yuxarıdan isə Avropa şurasının məcburi reforma 
təklifləri, hansı ki dövlət tərəfindən  əsasən formal hala salınır, düz 
qavranılıb icra edilsə, kömək edə bilər. 
Sizin xilasınız yalnız əsil demokratiya – rasional idarə prinsipləri 
hakim olandan sonra mümkündür. Sizin xilasınız: 1) zərərli davranış 
etalonlarından, hakimiyyətin yaratdığı qeyri - etik hərəkətlərdən  


 
179
imtina etmək, öz sarsılmaz və düzgün və  əsil milli davranış  və 
xarakteri yada salmaq və  dərk etməklə, öyrənməklə ona sahib 
olmaqdadır; habelə rasional əxlaq, davranış, nəzakət normalarına 
əməl etməkdir;  
2) rasional prinsiplər 
əsasında  ictimai sistemin 
demokratikləşməsi, ictimai – hamının iştirakına imkan verən qanun 
vermə və qərar hazırlama sistemini qəbul etməkdir;  
3) həyat tərzinizi dəyişmək- rasional həyat tərzi ilə yaşamaq , 
mədəniyyəti rasional etmək, zərərli adət və  mərasimlərdən, dini 
xurufatdan imtina etməkdir. 
      Yadınızda saxlayın, heç vaxt şəxsi diktatura rejimi  və ya 
seçkili demokratiya sistemi sizi xilas etməyəcəkdir. Azərbaycan 
balaca saylı xalq olduğu üçün burada məmur tərəfindən idarə olunan 
seçkili demokratiya  həmişə (20 - 50 il) bir qrupa xidmət edəcəkdir 
və istədiyini hakimiyyətə  gətirəcəkdir. Çünki: 1) demokratiyanın 
olması üçün bərabər güclü insanlar və qrupların olması lazımdır, 
azsaylı xalqda bir qrup digərini asanlıqla  əzir və dominant olur; 2) 
digər tərəfdən, keçmiş  rəhbərlər qeyri - kollektivçilik, yerlibazlıq, 
tayfaçılıq, üstün  haqlar əxlaqını yaratamışlar. Başqa sözlə, hər qrup 
yalnız özünün üstün olmasını, başqasının zərər çəkməsini istəyir. Nə 
vaxt başqasının da yaşamağa, təhsilə, səhiyyəyə,  əmlaka, təbii 
ehtiyatlara, torpağa, suya bərabər haqqı olduğunu hamı  qəbul etsə, 
onda demokratiya olacaqdır. Yəni demokratiya bərabər haqları qəbul 
edəndən sonra və bu şərtlə icrimai idarədir, dövlət təşkilatı 
formasında idarədir, daha doğrusu idarə alətidir. Yəni demokratiya 
idarə forması kimi  hüquqların, mənafelərin bərabərliyini qəbul 
etməklə  hər adamın, qrupun birlikdə razılaşmaqla ümumi qanun və 
idarə  sərəncamları hazırlaması, bərabər haqla və imkanla icra 
vəzifəsi tutması  və  məsuliyyət daşımasıdır və vaxtında könüllü öz 
yerini daha yaxşı adama verməsidir. Bu gün bu Azərbaycanda 
varmı? – Xeyr, burada avtoritar idarə rejimidir, başqa qrup və 
insanları əzmək, əzab vermək, onları rüşvətlə soymaq, öz qrupu üçün 
çalışmaqdır. Hər bir məsələdə, hər  kənddə,  şəhərdə, icmada, ölkə 
idarəsində yalnız kollektiv qərar qəbulu sizi xilas edə bilər.  
Azərbaycanın xilası  yeni rasional azərbaycanlı yetişdirilməsilə 
mümkündür. Yeni insan bu kitabı, rasional həyat tərzini, rasional 
ictimai quruluşu  öyrənməklə    və  belə  həyatı yaşamaqla, öz 
təcrübəsilə yetişə bilər. Insanlara “belə otur, belə dur, belə  hərəkət 
et” deməklə onlar onu icra etməz. Onlara imkan və ağılla yaradılmış  
ictimai - iqtisadi sistem vermək lazımdır ki, məhz öz təcrübələrilə 


 
180 
sınasınlar, özləri sistemin yönəltdiyi daha məqsədyönlü rasional 
davranışlar və fəaliyyət seçsinlər.  Onlara imkan vermək lazımdır ki, 
özləri vasitəçi, dəllal olmadan həmin sistemi yaratsınlar. Məhz bunun 
qarşısında varlı siyasi qruplar dayanmışlar və imkan vermirlər.     
Mövcud Azərbaycan dövləti kapitalizmin ən pis modelini tətbiq 
və əks etdirir. Bu sistem bütün dünyada olduğu kimi  ən çoxu 20 % 
əhalinin varlı olmasını, 80% -in isə kasıb olmasına və birinci qrupa 
xidmət etməsinə, istismar olunmasına gətirəcəkdir. Belə 
kapitalizmdən imtina edin, bu sizin mənafeyinizə uyğun deyil, 
rasional cəmiyyət formasını, yəni  rasional  sosializmin  əsas 
prinsiplərini qəbul edin. Burada həm şəxsi sahibkarlıq və mülkiyyət, 
həm  də ictimai sahibkarlıq, ictimai mülikiyyət, ictimai istehsal
xidmət vardır.  Ictimai sahibkarlıq və mülkiyyət daha böyük 
həcmdə  və inkişaf səviyyəsində saxlanılır. Dünyada Çin, Norveç, 
İsveç anoloji ictimai sistemlərdir, hansı    ki  bərabərlər, sosial rifah  
cəmiyyətinə yaxındır, lakin bu kitabda təklif edilən rasional cəmiyyət 
sistemi daha qabaqcıl və kamil sistemdir. Burada ictimai sistemin 
verdiyi imkanlarla  daha yaxşı yaşaya, müdafiə oluna, qabiliyyətinizi 
tətbiq edə bilərsiniz, istəsəniz şəxsi biznes yaradıb yaşaya bilərsiniz. 
 
Deputatlar, məmurlar və dövlət rəhbərləri 
Sizin  seçdiyiniz kapitalist sistemi ədalətsiz və bütün xalq üçün 
uğursuz sistemdir.  Gərək ki, siz özünüzə sərfəli bu sistemə keçəndə 
heç xalqdan soruşmadınız və hansı nəticələr əldə etməli olduğunuzu 
da bilmirsiniz. Ən yüksək inkişaf etmiş kapitalist ölkəsi ABŞ- da 
1996 –cı il məlumatına görə 35 milyon (12%)  kasıb olmuşdur, indi 
daha çoxdur.(bax Future Vision. World Future Society. Maryland, 
U.S.A.1996) Bundan başqa ortabab adlandırılan 65% əhalinin də 
gəlirləri ancaq güclə onları ödəyir, hansı ki bir neçə  işdə  gərgin 
işləyirlər, yalnız 20% əhali varlıdır və bütün qiymətli kağızlar onların 
əlində toplanmışdır. Siz nə  qədər ağıllı olsanız da, Amerikan 
rəhbərlərinin ağlını  və  təcrübəsini keçə bilməzsiniz, deməli, sizin 
yaradacağınız kapitalist dövləti və xalqının vəziyyəti daha aşağı  və 
gülünc  parametrlərə malik olacaqdır.  Tutaq ki, böyük göydələnlər, 
heykəllər, beton yollar, 5-ulduzlu hotellər, körpülər, əyləncə yerləri, 
məktəblər, olimpiya idman kompleksləri tikmisiniz, bağlara, yollara 
mərmər döşəmisiniz, hələ bunların hər birinin adi insan üçün 
(əhalinin 80%-i ) əhəmiyyəti, vacibliyi, şübhəlidir. Məsələn, 
məktəbin təzə olub olmamasının,  əgər o lazımı  səviyyədə  təhsil və 
bacarıq, dünyagörüş, əxlaqi insan  vermirsə,  əhəmiyyəti yoxdur. Son 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə