Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə61/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   57   58   59   60   61   62   63   64   ...   81

 
181
halda sizin yaradacağınız kapitalizmdə 15 % varlı  və  məmur sinfi 
olacaq, qalan əhali kasıb və kasıblığa yaxın yaşayacaq. Yəni  
özünüzə sosial baza kimi yaratdığınız  Dvoryanlar,    böyük 
kapitalistlər(Burjuylar)  və onlar üçün işləyən, xidmət göstərən 
nökərlər (proletar və yarımproletarlar) sinfindən ibarət ictimai sistem 
qurmuş olacaqsınız.  İndiki siyasətinizlə bundan artıq heç nə edə 
bilməzsiniz.  Əgər ABŞ dövləti böyük demokratiya, azad söz, 
qanunların məmur sərəncamından üstünlüyü, insanların gündəlik 
etiraz edə bilməsi, azad məhkəmələr, tətillərin mümkünlüyü, kilsənin 
və varlıların böyük xeyriyyəçiliyi, dövlətin işsizlərə, imkansızlara 
böyük yardımları, güzəştləri, pulsuz səhiyyə  və  təhsil imkanları  
şəraitində yaratdıqları  cəmiyyətin  əksəriyyəti tam xoşbəxt deyilsə, 
daim ac və ac  qalmaq təhlükəsilə yaşayırsa, cinayətkarlıqdan çölə 
çıxa bilmirsə, ucuzlaşdırılımış mağaza gördükdə hamı oraya 
cumursa, sizin  yaratdığınız cəmiyyət daha dəhşətli vəziyyətdə 
olacaqdır.  Xalqın  əksəriyyətinə bu  son nəticə lazım deyil. Siz  
ABŞ dövləti və xalqının etdiyinin heç birini etmirsiniz və imkan  da 
vermirsiniz. Buradan belə  nəticə  çıxır ki,  sizin son məqsədləriniz 
səhvdir, kapitalist yolundan imtina edib sosializm və kapitalizmi 
özündə birləşdirən orta yolu seçmək lazımdır. Yəni ağıllı – rasional 
sozializmi. Başqa sözlə, rasional cəmiyyət sistemini seçmək 
lazımdır. Bu sistem tələb edir ki, dövlət idarəetmədən aktiv istifadə 
etsin, bazarı azad buraxmasın, onu ağılla cəmiyyətin mənafeyinə 
uyğun idarə etsin. Ictimai mülkiyyəti bərpa etsin. Özü istehsal 
sahələri -zavod və fabriklər yaratsın. Özəlləşmiş torpaqların könüllü 
birləşdirilib kollektiv idarəsinə kömək etsin. Neft pullarını boş 
yerlərə  xərcləməsin,  əsas prioritet insanların işləməsidir. Alverçilik, 
nökərçilik, xidmətçilik, dələduz oyunları, ticarət - iş deyil, bunlar 
yalnız bilik və qabiliyyəti olmayan, elmsiz, zəif insanların 
məşğuliyyəti ola bilər. Bu işlər yalnız zəif xarakterli, aldatmağa 
hazır, yalan danışa bilən, əxlaqı da pul qarşısında asan pozan, rüşvət 
verən, ictimai işlərə etinasız vətəndaşlar yetişdirə bilər.  Çinə baxın, 
Norveçə,  İsveçə baxın, bu ölkələr müəyyən dərəcədə bu sistemi 
qurmuşlar və bütün əhalinin xoşbəxt həyatını müəyyən dərəcədə 
təmin edirlər. Onlardan da yaxşı  bu kitabda təsvir edilən yaxşı  - 
rasional cəmiyyət qurmaq olar. 
Balanslaşdırma  adlandırdığınız xarici siyasətinizə, şəxsi siyasi 
məqsədlər üçün manipulyasiya adı daha uyğun gəlir. Daxildə  
Azərbaycan xalqı ilə həqiqətən də  ağıllı balanslaşdırma aparsaydınız 
daha yaxşı olardı.                


 
182 
Burada mən görürəm ki, xalq ilə yalnız dübinka ilə, həbslərlə, 
onu eşitməməklə  siyasət aparırsınız. Sizin fəlsəfniz  “nə edirəm, 
yaxşı edirəm”dir, xalqın fəlsəfəsi isə  “imkan verin, yaşayaq”  dır. 
Aydın görünür ki, bir - birinə zidd, əks mənalı tandemdir. Şübhəsiz, 
bu, gələcək uğura qarantiya vermir. Elə bir fəlsəfəni  seçin  ki, xalq 
da  həmin  fəlsəfəni qəbul etsin. Bu barədə çox düşünün. Və axırını 
daha çox düşünün. 
2009–cu ildə Avropanın qazla təchiz edəcək NABUKKO 
layihəsində iştirak etməyə  həvəsli olub qalan qazı da çıxarıb onlara 
satmaqa,  neftə əlavə olaraq,   nə yaman tələsirsiniz? Artıq TOTAL 
şirkətinə bir müqavilədə qazın 60 %-ni bağışlamısınız (Mart 2009 
TV məlumatı). Niyə? Kim sizi xalqın sərvətinə vəkil seçib? Siz xalqa   
daha lazımlı başqa məşğuliyyət tapa bilmirsiniz? Bu kitabda nə 
etməli olduğunuz haqda çoxlu təkliflər var, onunla məşğul olsanız 
xalqa böyük xeyir vermiş olarsınız.  Bəyəm siz görmürsünüz ki, neft, 
qaz satmaq, boru xətti heç bir siyasi xeyir vermir? Bu sadəcə 
biznesdir, satırsan alırlar, daha heç kim heç kimə heç nə borclu deyil.  
Görünür ki, sizin məqsədiniz dövlət büdcəsi üçün çoxlu pul 
qazanmaq deyildir. Çünki artıq qazandığınız 18 Mlrd pulu xarici 
banklarda saxlayırsınız -niyə? Pul qaldıqca ucuzlaşır, başqa ölkələrin 
inkişafına sərf edilir.  Həmin neft və qazdan onlar çoxlu miqdarda 
məhsul istehsal edir, öz vətəndaşlarını  işlə  təmin edir, pul qazanır, 
sonra da Ermənistana yardım edirlər, həmin neftdən və qazdan 
düzəldilmiş daha bahalı  məhsulları bizim ölkəyə satırlar. Belə 
olduqda daha artıq qaz və ya neft satmağın nə  əhəmiyyəti var?  
Görünür, burada yalnız şəxsi maraqlarınız  var. Ən düzgün yol xarici 
bazar üçün enerji təchizatçısına çevrilmək deyil. Daha yaxşısı, həmin 
ehtiyatları Azərbaycanda hazır məhsullara çevirmək və dünyada  
istehsalçı liderə çevrilməkdir,  eyni zamanda bununla adamlara iş 
verməkdir,  əlavə  sənaye obyektləri tikməkdir, neft və qazı optimal 
həddən artıq çıxarmaq lazım deyil. Nəyinizə lazımdır, Avropa 
soyuqda qalır və ya Rusiya ilə problemi var?  Onlar bəyəm  qəsb 
edilən torpağı almaqda kömək edir? Siz öz xalqınızın dərdini 
çəksəniz, daha yaxşı olar.  Gələcək nəslin  enerji ehtiyatlarına əlinizi 
uzatmayın, sizin belə səlahiyyətiniz yoxdur. Qoyun, onlar  200-300 il 
xoşbəxt  yaşasınlar.  Ağılla istifadə edəcək miqdarda pul qazanmaq 
lazımdır; həzm edəcək miqdarda yemək lazımdır. Artıq və ya az 
yemək; artıq pula  malik olmaq, eynilə  tələbatdan az  pula malik 
olmaq çox problemlər yaradır, əxlaqi və normal həyat pozulur. Orta 
optimal yoldan kənara çıxma baş verir. Bu təbii qanundur. 


 
183
Əgər məmur başqa ölkənin standartını öyrənmək haqda 
 
sertifikat tələb edirsə, o necə bu vəzifəni tutur? 
Əgər X adlı  məmur   ildə 50 milyon ton neft çıxartmaq  şərtilə  
onun  20 % -ni xarici şirkətə bağışlamanı əsaslandırmaq üçün deyirsə 
ki, ”biz bu nefti tez çıxarıb satmasaq, benzin əvəzinə sudan istifadə 
üsulu yaradılsa, biz zərərə düşərik , ona görə nefti böyük müqdarda  
tez çıxarıb satmaq lazımdır” belə    məmurun başı xarab deyilmi? 
Əgər Y adlı  məmur deyirsə ki, “biz dövlət neft pullarına ictimai 
istehsal yarada,  dayanmış  zavodları  bərpa edə bilmərik, onda 
Holland sindromu baş verər” – belə    məmur öz yerində  səhvən 
oturmayıb ki? O xalqa xidmət edir, yoxsa hakim qrupun iqtisadi 
mənafeyinə?  Əgər  Z adlı məmur  ondan  XY məhsulu istehsal edən 
zavod açmaq üçün müraciət edən şəxsə icazə  vermirsə, lakin başqa 
ona tapşırılan adamın və ya öz qohumunun və ya təşkilatın belə 
zavod açmasına icazə verirsə - o ayrıseçkilik etmirmi?  Əgər məmur 
günlərlə müraciət edən  şəxsə “get, sabah gəl, və ya  filan kağızı 
gətir”, və s. uydurmalarla başdan edirsə - o kimə lazımdır?  Əgər 
məmur tenderdə,  konkursda və ya müsabiqədə bir kələklə xəlvət öz 
adamını qalib edirsə,  əsil qalibə isə “sən keçmədin” deyirsə, bu 
xalqın bədbəxtliyidir. Əgər məmur  rəhbər  bir kənd onun tələb etdiyi 
namizədə səs vermirsə, onların işığı, suyu kəsilir, yolu düzəldilmirsə, 
bu siyasi dələduzluq deyilmi? Əgər məmur  iş elanı verir, lakin layiq 
olanın tərcümeyi -halın kənara qoyur, rüşvət aldığı və ya öz adamını 
işə qəbul edirsə, ona nə adı vermək olar?  Əgər məmur yerli özünü 
idarə orqanına dövlət yardımı adı ilə pul yardımı göndərir, sonra 
yarısını geri öz cibi üçün alırsa, o hansı qanuna uyğundur? Belə 
gülünc davranışlarla siz bu xalqı xoşbəxt edəcək, erməniyə qalib 
gələcəksiniz, torpağı qaytaracaqsınız?  Əgər  hökumət  yaratdığı  
problemlərin tam həlli və  gələcəyin maddi bazasını yaratmaq üçün  
neft pullarını  sərf etməyib, bu pulu öz kaprizlərini ödəmək üçün 
istifadə edirsə,  belə hökumət ağıllı hesab edilə bilməz. O xalqa 
uyğun hökumət deyildir. Belə  və yüzlərcə digər  pis və gülüş 
doğuran davranışlarla bu ölkəni hara apara bilərsiniz? Stalinin 
dövründə belə ola bilərdimi? İki şəxs öz səhvlərini və bacarmadığını 
anlayaraq   Barak Obamanın təklif etdiyi  nazir vəzifəsini tutmaqdan 
imtina etmişdir. Sizin içinizdə belə  əxlaqi adam varmı ki, xalqın 
başına çox bəlalar gətirdiyinə görə könüllü istefa versin? Nə üçün kal  
qanunlar yazır və yaxşı qanunların  əksinə uydurulmuş pis 
instruksiyalar yazırsınız və bununla insanlara problemlər 
yaradırsınız, onları rüşvət verməyə, tanışlıqdan istifadəyə  məcbur 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə